Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1913/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia müddəti; iddianın mümkünlüyü) 21.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrdə dəyişiklik edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 may 2023-cü il tarixli, 2-1(103)-1043/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasi ya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus EZ seriyalı ******* nömrəli hərbi biletə əsasən xx.xx.1991-ci il təvəllüdlü iddiaçı 2009-cu ildə C.Naxçıvanski adına hərbi liseyi, 2013-cü ildə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbini bitirmişdir. xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0353 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 21 iyun 2017-ci il tarixli 165 nömrəli əmrindən çıxarışa əsasən leytenant İddiaçı, Müşahidə Rayonunun Baş İnformasiya pos tunun rəisi, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 may 2017-ci il tarixli 0353 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, 21 iyul 2017-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsinə göndərilməsi əmr edilmişdir. Leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 5 iyun 2002-ci il tarixli 220 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq görülməmişdir. Leytenant İddiaçı ehtiyata buraxılması ilə əlaqədar iki aylıq maaş miqdarında birdəfəlik pul müavinətinin verilməsi əmr edilm işdir. Leytenant İddiaçı 2017-ci il üçün nəzərdə tutulmuş maddi yardım və növbəti məzuniyyətə getməsi ilə əlaqədar olaraq bir aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı verilmişdir. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 19 may 2017-ci il tarixli 0353 nömrəli əmrindən çıxarış (dax.ol.№1078), leytenant İddiaçı üzülüşmə vərəqəsi (dax.ol № 4072), Təhvil-qəbul aktı (dax.ol.№4015).
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 1115 nömrəli məktubunda göstərilmişdir ki, ehtiyatda olan leytenant İddiaçı hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0353 nömrəli əmri ona rəsmi qaydada təqdim (elan) edilməmişdir, lakin vəzifəsinin təhvili barədə akt və Müdafiə nazirin in xx.xx.2017-ci il tarixli 0353 nömrəli əmrinə əsasən üzülüşmə vərəqəsi verilmişdir. Üzülüşmə vərəqəsində göstərilən vəzifəli şəxslərə hərbi qulluqçunun şəxsən özü iştirak etməklə imza olunmuşdur. Vəzifənin təhvil və qəbul aktı, eləcə də, üzülüşmə vərəqəsinin surəti həmin məktuba əlavə edilmişdir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 22 may 2020-ci il tarixli 1/768 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının göndərişinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Bakı şəhəri 2 nömrəli X2 stasionar müalicə olunmuşdur.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə idarəsi 19 saylı Birləşmiş şəhər xəstəxanasının xx.xx.2020-ci il tarixli 294 saylı məktubunda qeyd olunmuşdur ki, iddiaçı xx.x x.2017-ci il tarixdən 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin psixiatr kabinetində qeydiyyata götürülüb. Diaqnoz: Depressiya, psixotik əlamətlərlə Şizofreniya başlanması istisna olunmur. Dəfələrlə ambulator müalicələr almışdır. Hal-hazırda özəl müalicəsini davam etdirir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə nazirinin onun barəsində verilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması haqqında xx.xx.2017-ci il tarixli 0353 nömrəli əmrində dəyişiklik edi lərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 330 nömrəli 29 noyabr 2021-ci il tarixli qərarına uyğunlaşdırılmaqla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə - hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) əsasən ehtiyata buraxılmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Hərbi Dəniz Qüvvələrində xidmət etmiş və leytenant rütbəsində olmuşdur. İşlədiyi dövrdə nümunəvi davranmış, lakin son zamanlar səhhətində ciddi psixoloji problemlər yaranmış, buna görə də ailəsi onun qulluq etdiyi “N” s aylı hərbi hissədən müayinə olunmaq üçün Hərbi Hospitala göndərilməsini tələb etmişdir. 23 dekabr 2016-cı ildə Hərbi Hospitalda müayinə olunduqdan sonra həkim ona “Aztenoveqetativ təzahürlər" diaqnozu qoyaraq 10 gün ambulator müalicəni ev şəraitində aparılmasını məsləhət görmüşdür. Müalicədən 7 gün sonra 31 dekabr 2016-cı il tarixdə gözaltı damarlarının qanla dolması nəticəsində, üzünün həmin nahiyəsində qaraltılar yaranmışdır. 2 yanvar 2017-ci il tarixdə işə çağırılmış, üzündəki həmin qaraltıların fiziki xəsarət olub-olmaması ilə bağlı cinayət hadisəsinin baş verib-verməməsini aydınlaşdırmaq üçün hərbi polisdə araşdırma aparılmışdır. Orada həmin qaraltıların ev şəraitində öz-özünə kənar təsir olmadan baş yarandığını bildirmişdir. Həmin ilin yanvar ayında ondan laborator müayinələr üçün nü munələr götürülmüş, nümunələrin müayinəsi nəticəsində onda narkotik vasitənin qalıqları aşkar olunmamışdır. Müalicələr səmərə vermədiyinə görə 17 may 2017-ci ildə o, məzuniyyətdə olarkən psixiatrın yanında müayinə olunmuş, sonuncu onun psixoloji durumunda gərginlik olduğunu bildirərək, belə vəziyyətdə işləyə bilməyəcəyini bildirmişdir. Məzuniyyətinin bitməsinə N gün qalmış hərbi hissədən işdən azad olunduğu bildirilmişdir. O, Hərbi Dəniz Qüvvələrində xidmət edərkən xəstələnmiş və psixi xəstəlik tapmışdır. Hərbi qulluqda olarkən xəstələnməsinə görə ehtiyata buraxılması, pensiya və digər hüquqlarının bərpa olunması barədə Müdafiə Nazirliyinə olunmuş müraciətləri nəticəsiz qalmışdır.
8. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublika sı Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0353 nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndi ilə ehtiyata buraxılmışdır. İddiaçı barədə təqdimat səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaya təqdim edilmiş və müvafiq əmrə əsasən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuşdur, ehtiyata buraxılması ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0353 nömrəli əmri ilə tanış olmuşdur və əmri icra etmişdir. Belə olan halda iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan n arazı qaldığına görə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Lakin, iddiaçı bunu etməmişdir. Hazırda 2 (iki) ildən çox vaxt keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Bununla da o, qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır. Beləliklə, hesab edirlər ki, iddia mümkün sayılmamalıdır.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-171/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə nazi rinin iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması haqqında xx.xx.2017-ci il tarixli 0353 nömrəli əmrində dəyişiklik edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 330 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarına uyğunlaşdırılmaqla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) əsasən ehtiyata buraxılması məsələsinə baxılması üçün cavabdeh inzibati orqana 2 (iki) aylıq müddət təyin edilmişdir.
10. Qərardaddan narazı qalan cavabdeh şikayət verərək Bakı İnzi bati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-171/2022 nömrəli qərardadının ləğv edilməsi, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün inzibati iş üzrə materialların Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1614/2022 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-171/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(112)-171/2022 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (x idməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0353 nömrəli əmrində dəyişiklik edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 330 nömrəli 29 noyabr 2021-ci il tarixli Qərarına uyğunlaşdırılmaqla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə - hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) əsasən ehtiyata buraxılması vəzifəsi qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı barəsində cavabdeh inzibati orqan Azərbaycan Respublika sı Müdafiə Nazirliyi tərəfindən verilmiş ehtiyata buraxılması barədə əmri məhkəməyə iddia vermək yolu ilə mübahisələndirmiş, qeyd olunan iddia ərizəsi iddiaçı tərəfindən imzalanmışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, mübahisələndirmə haqqında iddianın qaldırılması müddətə tabe tutulmuş və müddətin başlanğıcı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində müəyyən edilmişdir. Bununla bağlı məhkəmənin müvafiq sorğusuna cavab olaraq, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 1115 nömrəli məktubunda göstərilmişdir ki, ehtiyatda olan leytenant İddiaçı hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2 017-ci il tarixli 0353 nömrəli əmri ona rəsmi qaydada təqdim (elan) olunmamışdır. Mübahisələndirilən Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0353 nömrəli əmrindən iddiaçının iddia ərizəsi məhkəməyə göndərilməsi üçün xx.xx.2020-ci il tarixdə tərtib edilmiş və xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2023-cü il tarixli, 2-1(103)-1043/2022 nömrəli qərarı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 29 sen tyabr 2022-ci il tarixli, 2-1(112)-171/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus A-015106 saylı xidmət dəftərçəsinə əsasən iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0353 saylı 19 may 2017-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan sonra o, N nömrəli hərbi hissənin N saylı xx.xx.2017-ci il tarixli təyinat vərəqəsinə əsasən hərbi uçota durmaq üçün SHXÇÜDX-nin Qaradağ rayon İdarəsinə göndərilmişdir. 17. “Göndərilən xidməti sənədlərin uçotu jurnalı”na əsasən iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0353 saylı 19 may 2017-ci il tarixli əmrinin icrası ilə bağlı təyinat məqsədilə SHXÇÜDX-nin Qaradağ rayon İdarəsinə göndərilərkən bu barədə 21 iyun 2017-ci il tarixdə saat 11:51-də məlumatlandırılmış və adı çəkilən jurnalda bu barədə imza etmişdir.
18. Bundan başqa, iddiaçı ehtiyata buraxılmağa təqdim olunmamışdan iki ay əvvəl onunla xx.xx.2017-ci il tarixdə 1-ci söhbət, xx.xx.2017-ci il tarixdə isə 2-ci söhbət aparılmış və bu barədə müvafiq söhbət vərəqələri tərtib olunmuş, sonda iddiaçı həmin söhbət vərəqələri ilə tanış olaraq ona imza etmişdir. Adı çəkilən hər iki söhbət vərəqəsinə əsasən iddiaçı ilə söhbət aparılarkən ona “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxıldığı bildirilmiş və o, bu zaman onun ehtiyata buraxılmasından xəbərinin olduğunu bildirmişdir.
19. Bundan sonra isə iddiaçının atası X3 iddiaçı barəsində olan müraciətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş cavab məktubunda bildirilmişdir ki, müraciət edənin Hərbi Dəniz Qüvvələrində xidmət etmiş oğlu leytenant İddiaçı səhhətində yaranmış ciddi psixoloji problemlər nəzərə alınmadan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə əsasən Azərbaycan Ordu sıralarından ehtiyata buraxılması məsələsinə yenidən baxılmasına dair ərizəsi Müdafiə Nazirliyinin Hüquq İdarəsinə daxil olmuşdur. N nömrəli hərbi hissənin komandanlığına məlumat verilmiş leytenant İddiaçı hərbi hissə komandirinin vəsatəti əsasında hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlərə yol verdiyi üçün “Hərbi xidmə tkeçmə haqqında” Əsasnamənin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxıldığı bildirilmişdir. Sözügedən məktub iddiaçının atasına 2017ci ilin sonunda təqdim olunmuş və hazırki iddia qaldırılarkən iddiaçı tərəfindən həmin məktub məhkəməyə təqdim olunmuşdur.
20. Beləliklə, iş üzrə iddiaçının mübahisələndirdiyi inzibati akt barədə hələ 2017-ci ilin 21 iyununda, yəni o, təyinat məqsədilə SHXÇÜDX-nin Qaradağ rayon İdarəsinə göndərilərkən (bu barədə “Göndərilən xidməti sənədlərin uçotu jurnalı”nda iddiaçı xx.xx.2017-ci ildə saat 11:51-də imza etmişdir), iddiaçının nümayəndəsi kimi atasının isə müraciəti əsasında ona verilmiş xx.xx.2017-ci il tarixli cavab məktubuna əsasən 2017-ci ilin sonunda (bu faktı iddiaçının nümayəndəsi olan atası məhkəmə prosesində verdiyi izahatında da təsdiqləmişdir) məlumatlı olmasına baxmayaraq məhkəməyə iddia ilə xx.xx.2020-ci ildə müraciət etdiyi müəyyən olunur. İddiaçı nə birinci instansiya, nə də apellyasiya instansiyasına mübahisələndirdiyi inzibati akt barədə məlumatlı olduqdan sonra iddia ilə 1 ildən tez müraciət etdiyini təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Keçən iddia müddətinin üzrlü səbəblərlə bağlı olub, onun bərpasına yol verilibverilmədiyinin imkanları yoxlanılarkən müəyyən olunmuşdur ki, iddiaçı mübahisələndirilən inzibati akt barədə məlumatlı olduqdan bir ildən də çox müddət keçdikdən sonra iddia vermişdir.
21. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA Şİ KAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) iddiaçının kassasiya şikayətinin dəlilləri
22. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq iddiaçı qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsini iddianın mümkünlük məsələsini müzakirə edərkən həmin iş üzrə qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-1614/2022 nömrəli preyudisial əhəmiyyətli qərardadını nəzərə almamışdır. Bununla da məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-1614/2022 nömrəli qərardadı ilə iddia mümkün hesab edilmiş və cavabdehin Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-171/2022 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Həm in qərardadın 6-cı səhifəsində iddianın mümkünlük şərtləri gözlənilməklə verildiyi qeyd edilmişdir.
23. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2017-ci il tarixli, 0353 nömrəli əmri ona rəsmi qaydada təqdim (elan) olunmamışdır. Bu hal cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş N nömrəli hərbi hissənin N nömrəli, xx.xx.2020-ci il tarixli məktubunda əyani göstərilmişdir. Cavabdeh inzibati orqan iddiaçının sorğularına və şikayətlərinə uzun müddət cavab verməməklə və mübahisələndirilən əmri ona təqdim etməməklə iddiaçının vaxtında məhkəməyə müraciət etmək hüquqlarını məhdudlaşdırmışdır. İddiaçı isə işdən çıxarıldığı gündən məhkəmədə iddia qaldırılan müddət ə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, cavabdeh inzibati orqanın tibb müəssisələrinə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna mütəmadi olaraq müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının işdən çıxarılmasına dair xx.xx.2017-ci il tarixli, 0353 nömrəli əmrini heç bir səbəb göstərmədən iddiaçıya verməmişdir, hərəkətsizlik göstərmişdir. Bu da müddətin pozulmamasını təsdiq edən əsaslı sübutlardan biridir.
24. İddiaçı işdən çıxarılmağı barədə əmrlə razılaşmamış və həmin əmrin iş yerində xəstələnməsi ilə əlaqədar işdən çıxarılması kimi formalaşdırılması tələbi ilə Müdafiə Nazirliyinə mütəmadi müraciət və şikayətlər etmiş, lakin Nazirlik tərəfindən hərəkətsizlik göstərilərək onun ərizə və şikayətləri həll edilməmiş, konkret cavab verilməmişdir. Müdafiə Nazirliy inə axırıncı dəfə etdiyi müraciətə Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının rəisinin vəzifələrini müvəqqəti icra edən, tibbi xidməti polkovniki Azad Abdullayev tərəfindən verilən xx.xx.2019-cu il tarixli, 2900 nömrəli cavab məktubundan görünür ki, Müdafiə Nazirliyinin Tibbi Baş İdarəsinin rəisinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayonu idarəsi rəisinə tapşırılmışdır ki, vətəndaş İddiaçı xəstəliyinin səbəbli əlaqəsinin təyin edilməsi üçün yuxarıda qeyd olunan sənədlərin tərtib olunub Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilsin və bu məsələ icra olunsun. Lakin məhkəməyə iddia verilən ana kimi Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının bu tapşırığı da icra olunmamışdır. İddiaçı Hərb i Həkim Komissiyasından keçməsini gözləmiş və həmin tapşırığın icra olunmadığını anladıqdan sonra hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir.
25. Cavabdehin heç bir hərəkət etmədiyini və müddəti uzatmağa çalışdığını görüb xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. xx.xx.2017-ci il tarixli, 0353 nömrəli əmr verildiyi vaxt artıq iddiaçının sağlamlığında depressiya, psixiotik əlamətlərlə şizofreniya xəstəliyi başlamışdır. İddiaçı əmr qəbul edildiyi vaxtdan stasionar və ambulator müalicələr alır, bu üzrlü səbəbdən əmrin mübahisələndirməsini iddiaçının atası etmişdir. Belə ki, iddiaçının psixi xəstəlik səbəbindən stasionar və ambulator müalicələr aldığını, müalicəsinin hələ də davam etdiyini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 22 may 2020-ci il tarixli, 1/768 nömrəli məktubu, Respublika Diaqnostika Mərkəzinin 08 iyun 2020-ci tarixli, A200004496 nömrəli ambulator kartdan çıxarış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasından alınmış 9 iyun 2020-ci il tarixli, 294 nömrəli sorğulara cavab məktubları ilə təsdiq olunur. Bakı Apellyasiya Məhkəməsi bu üzrlü səbəbləri və iddianın mümkünlüyü ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin preyudisial əhəmiyyət kəsb edən 2-1(103)-1614/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının mövcudluğunu və iddiaçının əmri mübahisələndirilməsi üçün hərəkətlər etdiyini nəzərə almadan əsassız olaraq iddianı mümkün saymayaraq Bakı İnzibati Məhkəməsinin qərarını ləğv etmişdir. b) Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri:
26. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.... Maddə
32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.... Madd ə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər... Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbu l olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxı lması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 28. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılı ğının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çı xarıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır....
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq nor maları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin m ümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan qaydalara görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri mü əyyən olunmuşdur.
36. Apellyasiya instansiyası məhkəməsi iddianı, iddia verilməsi müddətinin ötürülməsi əsası ilə mümkün hesab etməmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verən iddiaçı bildirir ki, o, işdən çıxarılmağı barədə əmrlə razılaşmamış və həmin əmrin iş yerində xəstələnməsi ilə əlaqədar işdən çıxarılması kimi formalaşdırılması tələbi ilə Müdafiə Nazirliyinə mütəmadi müraciət və şikayətlər etmiş, lakin Nazirlik tərəfindən hərəkətsizlik göstərilərək onun ərizə və şikayətləri həll edilməmiş, konkret cavab verilməmişdir. O, Hərbi Həkim Komissiyasından keçməsini gözləmiş və həmin tapşırığın icra olunmadığını anladıqdan sonra hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Mübahisələndirilən əmr ona təqdim edilməmişdir.
38. Bununla bağ lı məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.
39. Lakin iddiaçı sözügedən əmri – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iddiaçının prosessual müddətin ötürülməməsinə əsas kimi qeyd etdiyi xx.xx.2017-ci il tarixli əmrin ona təqdim edilmədiyinə dair dəlilinə münasibət bildirərək hesab edir ki, idd iaçı həmin əmrdən məlumatlı olmuş, işdən azad edildiyi gündən bununla bağlı dəqiq məlumat əldə etmişdir.
40. Belə ki, hazırkı iş üzrə mübahisələndirilən Azərbaycan Respublikası Müdafiə nazirinin 0353 nömrəli əmri 19 may 2017-ci il tarixdə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən işin hallarından göründüyü kimi iddiaçı mübahisələndirdiyi inzibati akt barədə hələ 2017-ci ilin 21 iyununda, yəni o, təyinat məqsədilə SHXÇÜDX-nin Qaradağ rayon İdarəsinə göndərilərkən (bu barədə “Göndərilən xidməti sənədlərin uçotu jurnalı”nda iddiaçı xx.xx.2017-ci ildə saat 11:51-də imza etmişdir) və iddiaçının nümayəndəsi kimi atasının müraciəti əsasında ona verilmiş xx.xx.2017-ci il tarixli cavab məktubuna əsasən 2017-ci ilin sonunda (bu faktı iddiaçının nümayəndəsi olan atası məhkəmə prosesində verdiyi izahatında da təsdiqləmişdir) məlumatlı olmuşdur.
41. Bu xüsusat iddiaçının kassasiya şikayətində də qeyd olunmuş və iddiaçı bildirmişdir ki, o, işdən çıxarılmağı barədə əmrlə razılaşmamış və həmin əmrin iş yerində xəstələnməsi ilə əlaqədar işdən çıxarılması kimi formalaşdırılması tələbi ilə Müdafiə Nazirliyinə mütəmadi müraciət və şikayətlər etmiş, lakin Nazirlik tərəfindən hərəkətsizlik göstərilərək onun ərizə və şikayətləri həll edilməmiş, konkret cavab verilməmişdir.
42. İddiaçının cavabdehə və digər orqanlara müxtəlif müraciətlər etməsi inzibati aktın (hazırkı iş üzrə əmrin) mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət axımının dayanmasına əsas olmadığına görə nəzərə alınmalıdır ki, xx.xx.2017-ci ildə qəbul edilən əmrdən iddiaçı ən gec x x.xx.2017-ci ildə, iddiaçının nümayəndəsi isə 2017-ci ilin sonunda məlumatlı olmuş, buna baxmayaraq məhkəməyə 2020-ci ilin yanvar ayında müraciət edilmişdir.
43. Kassasiya şikayətinin digər dəlilinə əsasən apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlük məsələsini müzakirə edərkən həmin iş üzrə qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-1614/2022 nömrəli preyudisial əhəmiyyətli qərardadını nəzərə almamışdır. Belə ki, həmin qərardadın 6-cı səhifəsində iddianın mümkünlük şərtləri gözlənilməklə verildiyi qeyd edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin qeyd edilən dəlili tamamilə əsassızdır. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)171/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə na zirinin iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması haqqında xx.xx.2017-ci il tarixli 0353 nömrəli əmrində dəyişiklik edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 330 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarına uyğunlaşdırılmaqla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə - hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) əsasən ehtiyata buraxılması məsələsinə baxılması üçün cavabdeh inzibati orqana 2 (iki) aylıq müddət təyin edilmişdir. Qərardaddan narazı qalan cavabdehin şikayəti əsasında ape llyasiya instansiya məhkəməsində işə baxılmış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)1614/2022 nömrəli qərardadı qəbul edilmişdir. Həmin qərardadla cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)171/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1614/2022 nömrəli qərardadında ümumiyyətlə iddianın mümkünlük şərtlərinə cavab verib-verməməsi müzakirə edilməmiş, qərardadda bununla bağlı hər hansı xüsusata qiymət verilməmişdir. Xüsusən də, iddiaçının qeyd etdiyi qərardadın 6-cı səhifəsində “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 6.3, 7.2-ci bəndlərinə, “İnzibati icraat haqqında” Qanunun 20.1, 24.1, 24.3cü maddələrinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.0.2, 2.2.1, 33.1 və 33.2-ci maddələrinə istinad edilməklə həmin normaların məzmunu yazılmış və sadəcə olaraq hazırkı iddianın növünə görə mübahisələndirmə haqqında iddialara aid olduğu qeyd edilmişdir.
46. Belə olan halda, kassasiya şikayətinin məhkəmə təcrübəsinin vahidliyinin pozulması barədə dəlilinin heç bir hüquqi əsası mövcud olmamışdır.
47. Beləliklə, iddiaçının cavabdehə qarşı xx.xx.2017-ci il tarixli 0353 nömrəli əmrdə dəyişiklik edilməsinə dair iddia müddətinin ötürülməsinə görə iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
48. Odur ki, şikayət təmin olunmamalı, apellya siya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 may 2023-cü il tarixli, 21(103)-1043/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.