Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1913/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mübahisələndirmə haqqında iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: X14 və X15) “qərarın ləğv edilməsi və vergi öhdəliyinin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)-241/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt şəhər XDS-nin xx.xx.1988-ci il tarixli, 26 nömrəli qərarı və xx.xx.2005-ci il tarixli, 27 nömrəli icarə müqaviləsi ilə üçüncü şəxslər X13, X9, X1, X10, X2, X11 ayrılmış 0,1130 ha torpaq sahəsinə dair DTXK-nin Sumqayıt şəhər şöbəsi tərəfindən həmin şəxslərin adına 05 avqust 2005-ci il tarixli, JN-1833B, KOD 30900016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir.
2. Sumqayıt şəhər XDS-nin xx.xx.1989-cu il tarixli, 1429 nömrəli qərarı və Sumqayıt şəhər Bağlar Təsərrüfat İdarəsi ilə bağlanmış 1429 nömrəli icarə müqaviləsi ilə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 2324 B nömrəli, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi İddiaçı ayrılmış və həmin torpaq sahəsi onun adına xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2016-cı il tarixdə, **********74 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək üçüncü şəxslərə torpaq sahəsinin ayrılmasına əsas olmuş Sumqayıt şəhər X12 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 26 nömrəli qərarı və onun əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamələrin ləğv edilməsi öhdəliyinin cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyəti və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin üzərinə qoyulması barədə qərar qəb ul edilməsini xahiş etmişdir.
4. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh qismində Sumqayıt Şəhər İcra Hakimiyyətinin qalmasını və Sumqayıt şəhər X12 xx.xx.1988-ci il tarixli, 26 nömrəli qərarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2715/2023 saylı qərardadı ilə X13, X16, X15, X4, Əmirəliyeva Mehriban qızı, X14 zəruri cəlbetmə qaydasında iddiaçının cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “XDS qərarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçının əsa slandırması:
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində 2324B ünvanında yerləşən torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Belə ki, Sumqayıt şəhər X12 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 26 nömrəli qərarı əsasında “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrlə X7 və onun yaxın qohumları X9, X3, X10, X2, X11 ayrılmışdır. Eyni zamanda X5 ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinə dair şəhadətnamə mövcuddur.
7. Lakin qeyd etmək lazımdır ki, sözügedən torpaq sahəsi bağ sahəsi hesab olunur və həmin torpaq sahələri bağ təsərrüfatı idarələrinin yurisdiksiyasında olduğundan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sözügedən torpaq sahələrin ə dair şəhadətnamə vermək hüququ yoxdur. Sözügedən torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi alınmış və qeyd olunmuşdur ki, iddiaçının torpaq sahəsi ilə üçüncü şəxslərin torpaq sahələri üst-üstə düşür. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçıya məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona müvafiq çıxarış verilmişdir. Belə olan halda həmin torpaq sahəsinin üçüncü şəxslərə ayrılmasına əsas olmuş xx.xx.1998-ci il tarixli 26 nömrəli qərar və onun əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamələr ləğv edilməlidir, çünki bu iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı:
8. Cavabdeh tərəfin dən iddia tələbinə dair yazılı etiraz təqdim edilməmişdir. Üçüncü şəxsin etirazı:
9. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X19 nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəf məhkəmənin icraatında olan digər işin baxılmasının yubadılması məqsədi ilə qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət edib. Belə ki, məhkəmədə qaldırılan digər iddia tələbi iddiaçının adına verilən çıxarışın ləğvi ilə bağlıdır, o isə öz növbəsində Bağlar Təsərrüfatı İdarəsi ilə üçüncü şəxsin arasında bağlanmış müqaviləyə əsas olan ümumi qərarın ləğvini tələb edir. Qeyd olunan qərar ümumi xarakterli olduğundan onun ləğv edilməsi mümkün deyil. Məhkəmədən qərar qəbul edilərkən bu halın nəzərə alınmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt İ nzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2715/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “Sumqayıt şəhər X12 xx.xx.1988-ci il tarixli, 26 nömrəli qərarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən təqdim edilmiş Sumqayıt şəhər X12 xx.xx.1988-ci il tarixli 26 saylı iclas protokolunun 3.389 saylı qərarı bağ sahələrinə ehtiyacı olan şəxslərə bağ sahələrinin verilməsi haqqında olmuş və həmin qərarın əsasında bağ təsərrüfatı idarələri bağ sahələrinə ehtiyacı olan şəxslərə torpaq sahəsinə dair icarə müqavilələri bağlamışdırlar. Hesab edilir ki, iddiaçının bir çox şəxslərə ümumi torpaq sahəs inin ayrılması haqqında xx.xx.1988-ci il tarixli 26 saylı iclas protokolunun 3.389 saylı qərarın ləğv edilməsi tələbini etməyə subyektiv hüququ yoxdur.
12. Belə ki, qeyd olunan qərar qəbul edilərkən, torpaq sahələrini kimlərə paylanacağı barədə məlumat mövcud deyildi. Başqa sözlə, hazırkı iddia tələbi üzrə 3-cü şəxslər bağ sahələrinə dair hüquqlarını bağ sahələrinə dair icarə müqavilələri rəsmiləşdirdikdən sonra əldə etmişdirlər. Bu baxımdan iddiaçı hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüququna malik olmadığına görə iddia tələbi mümkün sayılmamalıdır.
13. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozu lması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.
14. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-241/2024 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2-1(118)-2715/2023 saylı qərardadı qismən - X16, X4, X6, X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi hissəsində ləğv edilmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-241/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2715/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi qərarla Sumqayıt şəhərində bağçılıq təsərrüfatının təkmilləşdirilməsi və inkişaf etdirilməsi tədbirləri ilə bağlı məsələlər tənzimlənmişdir. Belə ki, qərarın 1-ci bəndinə əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci il tarixli 195 saylı qərarına uyğun olaraq bağçılıq təsərrüfatının inkişafının boş və əvvəllər icarəyə götü rülmüş torpaq sahələrində bağ tikinti kooperativinin yaradılması əsasında aparılması, kooperativlər tərəfindən payçılara 0.12 ha ölçüdən çox olmamaqla torpaq sahəsi ayrılması, qeyd edilən torpaq normasının həmçinin əvvəllər bağ sahəsi icarəyə götürmüş şəxslərə də şamil edilməsi qərara alınmışdır.
18. Məhz həmin qərara əsasən yaradılmış BTK ilə üçüncü şəxslərdən X16 arasında “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” barədə xx.xx.1989-cu il tarixdə 27 nömrəli müqavilə bağlanmış və müqaviləyə əsasən, Corat qəsəbəsində 0.12 ha torpaq sahəsindən ibarət 1801 B nömrəli bağ sahəsi Ə.Əmirəliyevin icarəsinə verilmişdir.
19. Kollegiya hesab edir ki, Sumqayıt şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli qərarı Sumqayıt şəhərində bağçılıq təsərrüfatının təkmilləşdirilməsi və inkişaf etdirilməsi tədbirləri ilə bağlı məsələləri tənzimlədiyindən, həmin qərarla üçüncü şəxslərə torpaq sahəsinin ayrılmasına dair konkret məsələ tənzimlənmədiyindən iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunma vəziyyəti yaratmır. Odur ki, həmin qərar iddiaçıya münasibətdə əlverişsiz inzibati akt sayılmadığından mübahisələndirmə haqqında iddianın da predmeti ola bilməz.
20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia mümkünlüyü şərtlərinin ödənməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Sumqayıt Apellyasiya Məhkəməsi iş üzrə bütün faktiki halları aydınlaşdırmadan qərar qəbul etmişdir.
22. Məhkəmə tərəfindən iddianın mümkünsüz hesab edilmə sinə əsas olaraq qeyd edilmişdir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyü şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir.
23. Məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmamışdır. İddiaçı tərəfindən məhkəmə iclaslarında aydın şəkildə izahlar təqdim edilməsinə baxmayaraq məhkəmə iddia tələbini mümkünsüz hesab etmişdir.
24. Belə ki, iddiaçının tam subyektiv hüququ mövcuddur. Çünki eyni tərəflər arasında olan Sumqayıt İnzibati Məhkəməsinin icraatında davam edən digər iş üzrə məhkəmə tərəfindən təyin edilmiş mütəxəssis rəyi mübahisəli torpaq sah əsinin İddiaçı və X8 mülkiyyət hüquqlarını qeydiyyata almış 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmişdir. Həmin mütəxəssis rəyinə əsasən **********45 saylı və **********46 saylı çıxarışların X5 torpaq sahəsi ilə üst-üstə düşdüyünü qeyd etmişdir. Yəni buradan da aydın olur ki, sözügedən torpaq sahəsi üzrə iddiaçının çıxarışının olması, həmin torpaq sahəsinin üst-üstə düşməsi həmi torpaq üzərində iddiaçının subyektiv hüquqlarının olmasına və həmin torpaq barəsində hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etmək hüququ mövcuddur.
25. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə a zadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
26. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçi rilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx.xx.2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə xx.xx.2012-ci il tarixli Qərarları).
27. Yuxarıda qeyd edilənlərdən də aydın olur ki, iddiaçının hüquqlarının müdafiəsi ilə bağlı onun məhkəməyə müraciət etmək kimi hüququ mövcuddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
28. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu nu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.
2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi qərarla Sumqayıt şəhərində bağçılıq təsərrüfatının təkmilləşdirilməsi və inkişaf etdirilməsi tədbirləri ilə bağlı ümumi məsələlər tənzimlənmişdir. Belə ki, qərarın 1-ci bəndinə əsasən, Azərb aycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci il tarixli 195 saylı qərarına uyğun olaraq bağçılıq təsərrüfatının inkişafının boş və əvvəllər icarəyə götürülmüş torpaq sahələrində bağ tikinti kooperativinin yaradılması əsasında aparılması, kooperativlər tərəfindən payçılara 0.12 ha ölçüdən çox olmamaqla torpaq sahəsi ayrılması, qeyd edilən torpaq normasının həmçinin əvvəllər bağ sahəsi icarəyə götürmüş şəxslərə də şamil edilməsi qərara alınmışdır.
36. Beləliklə, mübahisələndirilən qərar ümumi hüquq münasibətlərinin tənzimlənməsi məqsədilə qəbul edilmiş və qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmışdır. Üçüncü şəxslərin adına verilən sənədlərdə mübahisələndirilən qərara istinad edilsə belə, həmin qərarda iddiaçının bilavasitə hüququna dair məsələ həll edilməmişdir.
37. Bu səbəbdən iddiaçı həmin qərarla hüququnun pozulduğunu iddia edə bilməz.
38. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(105)-241/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.