Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1914/2020 08.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: imtahana buraxılma tələbi; İPM-in 12 və 87.8-ci maddələrinin pozuntusu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, yazılı məhkəmə icraatı qaydasında baxaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diaqnostik imtahana buraxılma tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-685/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən i şə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1998-ci ildən Salyan rayon Xurşud kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi işləməklə “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”na uyğun olaraq diaqnostik qiymətləndirilmədə iştirakının təmin edilməsi üçün Təhsil Nazirliyinə müraciət etmişdir.
2. Cavabdeh xx.xx.2018-ci il tarixli, *** nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və qeyd etmişdir ki, iddiaçının adına verilmiş AB-İİ seriyalı 090599 nömrəli diplomun hüquqi əsası yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun müəllimlərin bilik və bacarıqlarının qimətləndirilməsi üzrə diaqnostik imtahana buraxılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsini belə əsaslandırmışdır ki, o, 1993 – 1995-ci illərdə Neftçala şəhərində yerləşən Günəş Assosiasiyası və X1 X3 orta ixtisas təhsilli “ibtidai sinif” pedaqogikası və metodikası ixtisası üzrə bitirmiş, 1998-ci ildən Salyan rayonu Xurşud kənd məktəbində əmək fəaliyyətinə başlamışdır və hazırda da həmin məktəbdə ibtidai sinif müəllimi işləyir. 2001 – 2004-cü illər ərzində X6 oxumuş, 2004-cü ildə həmin Kolleci ibtidai təhsil ixtisası üzrə (əyani şöbə) tam kursu bitirmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş mərkəzləşdirilmiş komissiya üzvləri nin iştirakı ilə təşkil edilmiş dövlət imtahanlarından müvəffəq qiymətlər almışdır. O, xx.xx.2016-cı il tarixində saat 09:30-da X8 Kompleksində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında iştirak etmişdir. İmtahandan sonra toplanmış ballar müəllimlərin şəxsi səhifələrində yerləşdirilmiş olsa da, onun topladığı ballar şəxsi səhifəsində yerləşdirilməmişdir. Bu səbəbdən də, Təhsil Nazirliyinə xx.xx.2018-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Nazirliyin xx.xx.2018-ci il tarixli məktubu il ona bildirilmişdir ki, onun adına yazılmış AB-İİ seriyalı 090599 nömrəli diplomun hüquqi qüvvəsi yoxdur. Lakin o, həqiqətən də həmin Kollecdə “ibtidai sinif müəllimi” ixtisası üzrə təhsil almışdır. Bu faktı müəllimlər və onunla birlikdə təhsil almış tələbələr də təsdiq e də bilərlər. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-3102/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə (hakim – R.L.Kərimli) iddianın təmin edilməsi, iddiaçının müəllimlərin bilik və bacarığının diaqnostik qiymətləndirilməsi ilə bağlı imtahana buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya verilmiş (adına yazılmış) diplomun qüvvədən düşmüş hesab olunması və etibarsız sayılmasına dair heç bir sübut iş üzrə təqdim edilməmişdir. Təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən müvafiq icra hakimiyyəti orqanı kimi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi iddiaçının müraciəti üzrə hərəkətlərini, imtinasını “İnzibati icraat haqqında” Qanunun təl əbləri (12, 13, 19, 65-ci maddələri) baxımından əsaslandırmamış, həmin Qanunda müəyyən edilmiş prosedurlara əməl etməmişdir.
6. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-685/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və X.A.Cəmilova) apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-3102/2019 saylı, xx.xx.2019cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmaması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçın ın təhsil aldığı X7 ilə bağlı X11 Komissiyası müvafiq qərar qəbul etsə də, müəssisənin tədris müəssisəsi kimi dövlət reyestrinə daxil edilməsi barədə Nazirlər Kabinetinin müvafiq qərarı qəbul olunmamış, fəaliyyət göstərməsi üçün ona sertifikat verilməmişdir. İddiaçının təhsil aldığı kollec hüquqi şəxs kimi dövlət qeydiyyatından keçsə də, yuxarıda sadalanan normalara uyğun olaraq təhsil fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq sertifikatı (xüsusi lizenziyası) olmadan fəaliyyət göstərmişdir və belə olan halda orada aparılan təhsilin hüquqi əsası olmamışdır. Odur ki, cavabdehin imtinası əsaslı olduğundan iddia tələbi təmin oluna bilməz.
9. Məhkəmə qərarını iddiaçı xx.xx.2020-ci il tarixində almışdır.
10. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-685/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işlədiyi illər ərzində bir neçə dəfə iddiaçının diplomu Təhsil Nazirliyi tərəfindən yoxlanılsa da, sonradan həmin diplomun saxta olduğu müəyyən edilmişdir ki, bu hal iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin məhkəmə göstərilən halı araşdırmadan əsassız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri
12. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.
14. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.
15. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkə mə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
17. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
18. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
19. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur.
20. Həmin Məcəllənin 96.5.1-ci madd əsinə əsasən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına əsasən, “..Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən ol unmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir...”.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Bel çikaya qarşı, § 53). b) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). c) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X4rşı, § 29; X5rşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır ( X4rşı, § 29; X5rşı, § 27). 23. “İnzibati icraat haqqında” Qanunun 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır.
24. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır.
25. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
26. Həmin Məcəllənin 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. KASSASİYANİN MÜMK ÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. İddiaçı kassasiya şikayətini vaxtında vermişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
30. İddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəf li və obyektiv araşdırmadan qərar qəbul etmişdir.
31. Belə ki, işin müəyyən edilən hallarından görünür ki, cavabdeh orqan iddiaçının diaqnostik qiymətləndirilmədə iştirakından imtina etmiş və bu zaman ona istinad etmişdir ki, Gəncə Məişət Xidməti Kolleci tərəfindən ibtidai təhsil ixtisası üzrə iddiaçının adına verilmiş AB-İİ seriyalı 090599 nömrəli diplomun hüquqi əsası yoxdur.
32. Lakin apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 60 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdində “X11 Komissiyası haqqında” Əsasnaməyə əsasən Ekspert Komissiyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi-texniki bazasını yoxlayır. Yoxlama ların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərar çıxarır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edilir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. “...X2 qeydə alınması haqqında” Azərbaycan Respublikası Təhsil Nazirliyinin X11 Komissiyasının xx.xx.1993-cü il tarixli, 14/6 nömrəli qərarının 1-ci bəndi ilə X7 orta ixtisas təhsili müəssisəsi statusu ilə qeydə alınmışdır. Həmin qərarın 3-cü bəndində X7nə ibtiadi təhsil pedaqogikası və metodikası (ibtidai sinif müəllimi), məktəbəqədər pedaqogika (məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçi) sinifdən xaric və məktəbdənkənar işlər üzrə kadrlar hazırlamaq hüququ verilmişdir. Həmin qərarın 4-cü bəndində isə X7 tərəfindən verilmiş diplomların hüquqi qüvvə kəsb edən sənəd hesab edilməsi qərara alınmışdır. Lakin işdən görünür ki, iddiaçının təhsil aldığı müəssisə ilə bağlı X11 Komissiyası müvafiq qəra qəbul etsə də, müəssisənin tədris müəssisəsi kimi dövlət reyestrinə daxil edilməsi barədə Nazirlər Kabinetinin müvafiq qərarı qəbul olunmamış, fəaliyyət göstərməsi üçün ona sertifikat verilməmişdir. İddiaçının təhsil aldığı kollec hüquqi şəxs kimi dövlət qeydiyyatından keçsə də, yuxarıda sadalanan normalara uyğun olaraq təhsil fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq sertifikatı (xüsusi lisenziyası) olmadan fəaliyyət göstərmiş və belə olan halda orada aparılan təhsilin hüquqi əsası olmamışdır....Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” xx.xx.1993-cü il tarixli 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən, dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin vermiş olduğu hər hans ı təhsil sahəsi üzər diplom dövlət nümunəli sənəd kimi tanına bilməz...”.
33. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası ABİİ seriyalı 090599 nömrəli Gəncə Məişət Xidməti Kolleci tərəfindən verilmiş diplomun əsası olmadığı ilə bağlı olmuş və həmin məktubda X2 diplomu barədə hər hansı bir dəlil irəli sürülməmişdir.
34. Bununla yanaşı, X7 tərəfindən iddiaçıya verilmiş diplom ümumiyyətlə işə əlavə edilməmişdir. Bununla da hazırkı qərarın 17, 18, 21, 22-ci bəndlərində göstərilən normaların tələblərinə zidd olaraq apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qəbul etmişdir.
35. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 23-26-cı bəndlərində göstərilən normaların tələblərindən göründüyü kimi inzibati orqan inzibati aktı əsaslandırmalı, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərməlidir. Lakin hazırkı iş üzrə cavabdeh öz mövqeyini əsaslandırmadan müraciətini təmin etməkdən imtina etmiş, bununla da göstərilən tələbləri pozmuşdur.
36. Apellyasiya instansiyası məhkəməsi isə bu hala da qiymət verməmiş, qeyd olunanları nəzərə almadan cavabdehin imtinasını əsaslı hesab edərək iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir.
37. Hazırkı qərarın 16-19-cu bəndlərində qeyd olunan normalardan, həmçinin milli və beynəlxalq məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərdən isə aydın olur ki, apellyasiya instansiya məhkəməsi öz qərarını əsaslandırmağa və apellyasiya şi kayətində göstərilən dəlillərə münasibət bildirməyə borcludur. Lakin qərardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi göstərilən tələbləri pozmuşdur.
38. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadığından qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
39. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi göstərilən prosessual normaların tələblərinə uyğun işə baxmalı, iddiaçının adına verilmiş AB-İİ seriyalı 090599 nömrəli diplomu tələb edərək iş materiallarına əlavə etməli, iddiaçının dəlillərini qiymətləndirməli və nəticədən asılı olaraq əsaslı və qanuni qərar qəbul etməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkə mə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-685/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.