Məhkəmə qərarları › İş №2-1(102)-1914/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1914/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1914/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "Ruby” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarlarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı "Ruby” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 2-1(103)-366/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı MMC-nin nizamnaməsinə əsasən, onun təsisçisi X1r. "xxxx" MMC-nin nizamnaməsinə əsasən İddiaçı MMC "xxxx"xxxx"Black Sapphire MMC-yə) borc müqavilələri əsasında vəsaitlər vermişdir. 2. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********031400 nömrəli qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 2018-ci il üzrə 24542,27 manat vergi hesablanmışdır. 3. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********572000 nömrəli qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 2020-ci il üzrə 53315,37 manat vergi hesablanmışdır. 4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********163500 nömrəli qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 2019-cu il üzrə 18082,19 manat vergi hesablanmışdır. 5. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********120700 nömrəli qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 53315,37 manat vergi hesablanmışdır. Həmin qərara əsasən, xx.xx.2022-ci il tarixli, **********572000 nömrəli qərar ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********031400 saylı, xx.xx.2022-ci il tarixli, **********163500 saylı, xx.xx.2022-ci il tarixli, **********120700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, idd iaçıya cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********031400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla 2018-ci il üzrə 24542,27 manat, xx.xx.2022-ci il tarixli **********163500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla 2019-cu il üzrə 18082,19 manat və xx.xx.2022-ci il tarixli **********57200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla 2020-ci il üzrə 53315,37 manat həcmində mənfəət vergisi və xx.xx.2022-ci il tarixə 33176,54 manat həcmində faizlər hesablanmışdır. Əlavə vergilərin hesablanması əsasını "xxxx" MMC-nin təsisçisi olduğu "xxxx" MMC-yə (VÖEN:1********) 2017-2020-ci illər ərzində borc verilmiş vəsait təşkil etmi şdir. Vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər onunla əsaslandırılmışdır ki, guya "xxxx" MMC-nin təsisçisi olduğu "xxxx" MMC-yə borc müqaviləsi əsasında verdiyi və "xxxx" MMC-nin borc verdiyi vəsaitlərlə bağlı əlavə gəlir əldə etdiyi ehtimal olunduğundan, "xxxx" MMC-yə əlavə vergilər hesablanmışdır. Bundan başqa, "xxxx" MMC-nin vergi mükəlləfiyyəti dəyişdirilərək, sadələşdirilmiş vergi ödəyicisindən mənfəət vergisi ödəyicisi ilə əvəz olunmuşdur. Vergi orqanının yanaşması tamamilə əsassız və qanunsuzdur. Belə ki, bank çıxarışlarından və müqavilələrdən görünür ki, "xxxx" MMC özünün təsis etdiyi cəmiyyətə vəsaiti borc olaraq vermişdir. Bu borc müqavilələri ilə bağlı "xxxx" MMC heç bir əlavə gəlir əldə etməmişdir. Əgər heç bir mənfəət yoxdursa, mənfəət vergisindən söhbət gedə bilməz. Belə ki, "xxxx" MMC-nin törəmə cəmiyyətə verdiyi borcun sonradan geri qaytarılmasından "xxxx" MMC heç bir mənfəət əldə etməmişdir. Vergi orqanı isə "xxxx" MMC-ni kredit təşkilatı hesab edərək və borc verilmiş vəsaitin geri qaytarılmasından əlavə faiz alındığını iddia edərək, həmin əlavə faizdən 20% dərəcə ilə mənfəət vergisi hesablamışdır.

8. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, **********031400 saylı qərarın mübahisələndirməsi üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. İddiaçının mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli, **********031400 saylı qərar xx.xx.2021-ci il tarixində vergi ödəyicisini n elektron kabinetinə göndərilmiş, xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən oxunmuşdur. Hüquqi şəxs İddiaçı MMC xx.xx.2016-ci il tarixində qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət etmiş, “Elektron sənəd mübadiləsi haqqında müqavilə” bağlayaraq vergi orqanı tərəfindən ona məktubların, aktların, qərarların və digər sənədlərin elektron üsulla göndərilməsinə dair razılığını ifadə etmişdir. Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi hüquqi şəxs tərəfindən faizsiz verilmiş borc məbləği vergitutma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla hesablanmış faizlər müəssisənin gəlirlərinə daxil edilməklə mənfəət vergisi hesablanmalıdır. Araşdırma zamanı bank hesabından çıxarış məl umatlarına əsasən, "xxxx" MMC-nin təsisçisinə 2018-ci il ərzində ******* manat, 2019-cu il ərzində ******* manat, 2020-ci il ərzində ******* manat məbləğlərində borc verdiyi müəyyən edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə mənfəət vergisi bəyannamələrinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur ki, bu da dövriyyənin gizlədilməsi yolu ilə vergidən yayınma riski və vergi öhdəliklərinin tam yerinə yetirilməməsi kimi qiymətləndirilir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********053800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyici si tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmamışdır. Yaranmış kənarlaşmalarla bağlı 2018-ci il üzrə Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsi (13,35%-13,69%) və verilmiş borclar üzrə faiz gəlirlərinin 122711,35 olması nəzərə alınmaqla 24542,27 manat, 2019-cu il üzrə Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsi (13,08 %) və verilmiş borclar üzrə faiz gəlirlərinin 90410,93 manat olması nəzərə alınmaqla 18082,19 manat, 2020-ci il üzrə Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsi (13,63%13,79%) və verilmiş borclar üzrə faiz gəlirlərinin 266576,85 manat olması nəzərə alınmaqla 53315,37 manat müvafiq dövrlər üzrə mənfəət vergisi bəyannamələri üzrə əlavə vergi məbləğləri hesablanmışdır və bu barədə xx.xx.20 21-ci il tarixli, **********031400 nömrəli, xx.xx.2022-ci il tarixli, **********572000 nömrəli, xx.xx.2022-ci il tarixli, **********163500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlar qəbul edilmişdir. İddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli, **********572000 nömrəli qərarla bağlı bildirilir ki, iddiaçı tərəfindən 2020-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, yenidən aparılmış kameral yoxlama nəticəsində xx.xx.2022-ci il tarixli, **********572000 nömrəli qərar ləğv edilərək, xx.xx.2022-ci il tarixli, **********120700 saylı qərar qəbul edilmişdir. Həmçinin bildirilmişdir ki, iddiaçının mükəlləfiyyəti dəyişdirilməmişdir. Qeyd edilənlərə əsasən, həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və yoxlama nəticəsində qəbul edilmiş qərarların ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Bununla əlaqədar iddiaçı “Ruby" MMC-nin iddiasının xx.xx.2021-ci il tarixli, **********031400 nömrəli, xx.xx.2022-ci il tarixli, **********572000 nömrəli qərarların ləğv edilməsi hissəsində mümkün sayılmaması, qalan hissədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, e-2-1(112)-6799/2022 nömrəli qərarı (hakim G.Sevdimalıyeva) ilə iddia təmin edilmiş, cavabdehin iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, **********031400 nömrəli, xx.xx.2022-ci il tarixli **********163500 nömrəli, xx.xx.2022-ci il tarixli **********120700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mahiyyəti ilə bağlı müəyyən edilmişdir ki, kameral vergi yoxlamasına əsasən müvafiq hesablama İddiaçı MMC-nin təsisçisi olduğu "xxxx" MMC-yə 2018-ci il ərzində 2.114.100 manat, 2019-cu il ərzində 1.965.455 manat, 2020-ci il ərzində 4.885.500 manat faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla hesablanmış faizlərin müəssisənin gəlirlərinə daxil edilməklə mənfəət vergisi ilə bağlıdır. Cavabdeh iddiaçının mənfəətini müəyyən etməmişdir. Belə ki, vergi orqanı iddiaçının müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs o lmasını müəyyən etmədən təsisçisi olduğu hüquqi şəxslə arasında olan borc (kredit) münasibətlərində ehtimallara əsaslanmaqla Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsinə əsasən mənfəətinin olduğu qənaətinə gəlmişdir. İddiaçı MMC ilə borc (kredit) verdiyi "xxxx" MMC təsadüfi şəxslər deyil, iddiaçı həmin hüquqi şəxsin təsisçilərindən biridir.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 2-1(103)-366/2023 nömrəli (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/ X.A.Cəmilova və A.P.Oruczadə) qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnziba ti Məhkəməsinin nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüququ mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apelyasiya şikayətinin məzmununa əsaslanır. Şikayətdə təkrar olaraq qeyd edilir ki, bank hesabından çıxarış məlumatlarına əsasən, "xxxx" MMC-nin təsisçisi olduğu "xxxx" MMC-yə (VÖEN: **********) 2018-ci il ərzində 2.114.100,0 manat, 2019-cu il ərzində 1.965.455,0 manat, 2020-ci il ərzində 4.885.500,0 manat məbləğlərində borc verdiyi müəyyən edilməsinə baxmayar aq, müvafiq dövrlər üzrə mənfəət vergisi bəyannamələrinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur ki, bu da dövriyyənin gizlədilməsi yolu ilə vergidən yayınma riski və vergi öhdəliklərinin tam yerinə yetirilməməsi kimi qiymətləndirilir. Belə ki, vergi qanunvericiliyinə əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə faizsiz verilmiş borc məbləği vergitutma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi (https://www.cbar.az/page-42/monetaryindicators#page-4) nəzərə alınmaqla hesablanmış faizlər müəssisənin gəlirlərinə daxil edilməklə mənfəət vergisi hesablanmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********053800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan s ənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmamışdır.

16. Yaranmış kənarlaşmalarla bağlı 2018-ci il üzrə Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsi (13,35%-13,69%) və verilmiş borclar üzrə faiz gəlirlərinin 122711,35 olması nəzərə alınmaqla 24542,27 manat, 2019-cu il üzrə Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsi (13,08 %) və verilmiş borclar üzrə faiz gəlirlərinin 90 410,93 manat olması nəzərə alınmaqla 18082,19 manat, 2020-ci il üzrə Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsi (13,63%- 13,79 %) və verilmiş borclar üzrə faiz gəlirlərinin 266576,85 manat olması nəzərə alınmaqla 53315,37 manat müvafiq dövrlər üzrə mənfəət vergisi bəyannamələri üzrə əlavə vergi məbləğləri hesablanmışdır və bu barədə xx.xx.2021- ci il tarixli, **********031400 nömrəli, xx.xx.2022-ci il tarixli, **********572000 nömrəli, xx.xx.2022-ci il tarixli, **********163500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilmişdir.

17. Məhkəmə qərarında hər hansı əsaslandırma gətirmədən və yalnız maddi hüquq normalarını sadalamaqla, cavabdehin irəli sürdüyü dəlillərə hər hansı münasibət bildirmədən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, araşdırma aparmağa heç cəhd etməmişdir.

18. Belə ki, İddiaçı MMC ilə "xxxx" MMC qarşılıqlı sur ətdə asılı olan şəxslər olduğuna görə, İddiaçı MMC tərəfindən təsisçisi olduğu “"xxxx" MMC ilə bağladığı təsərrüfat əqdinə (borc müqaviləsinə) bazar qiyməti (Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsi) tətbiq edilmişdir. Vergi Məcəlləsinin 14.3-cü maddəsi isə imperativ normadır, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergi orqanının üzərinə bazar qiyməti əsasında hesablama həyata keçirilməsi öhdəliyi qoyur. Vergi orqanı da məhz bu normaları və halları nəzərə alaraq hesablama aparmışdır. Məhkəmə tərəfindən isə qeyd edilənlər nəzərə alınmadan əsassız qərar qəbul edilmişdir.

19. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018, 2019, 2020-ci il mənfəət vergisi bəyannamələri (iş materiallarında mövcuddur) hesablama metodu ilə təqdim edilmişdir.

20. Hazırkı halda da, Vergi Məcəlləsinin 14.3-cü maddəsi nəzərə alınmaqla, İddiaçı MMC tərəfindən verilmiş borc məbləği vergitutma məqsədləri üçün faizlə şərtləşdirilmiş kimi qəbul edilmiş, faizlərin ödənilməsi müddəti hər ilin sonu və buna müvafiq olaraq Vergi Məcəlləsinin 135.3-cü maddəsinə əsasən gəlirin əldə edilməsi vaxtı da müvafiq hesabat dövrləri (2018,2019,2020-ci illər) olaraq qəbul edilmişdir.

21. Yuxarıda sadalananlardan və qanunvericiliyin aşkar tələblərindən görünür ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Hüquqi şəxslə onu n təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Lakin təəssüflər olsun ki, apellyasiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, İddiaçı MMC ilə borc (kredit) verdiyi "xxxx" MMC-nin təsadüfi şəxslər olmadığını qeyd etmişdir.

22. Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalıdır və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

23. Məhkəmə tərəfindən vergi orqanının təqdim etdiyi sənədlər tam araşdırılmamış, onlara qiymət verilmə mişdir. Belə ki, vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələri məhkəməyə təqdim edilmişdir. Həmin bəyannamələr iddiaçı tərəfindən hesablama metodunu tətbiq etdiyini sübut edir. Məhkəmə tərəfindən isə qeyd edilən sübutlar nəzərə alınmamışdır.

24. Bundan başqa, işin hallarından asılı olaraq "xxxx" MMC-nin maraqlarına hər bir halda toxunulur. Belə ki, tərtib edilmiş İddiaçı MMC-nin faiz gəlirlərinin məhkəmə araşdırması zamanı təsdiqini tapmadığı halda, "xxxx" MMC-nin vergi orqanına verdiyi hesabatlarda uyğunsuzluq yaranacaq və əlavə vergilərin hesablanmasına səbəb olacaqdır ki, bu da bir daha göstərir ki, hazırkı iş birbaşa “Black Sapphire" MMC-nin maraqlarına toxunmuş, lakin məhkəmə qanunsuz olaraq həmin hüquqi şəxsi 3-cü şəxs qismində prosesə cəlb etməkdən imtina etmişdir.

25. Cavabdeh şikayətini əsaslandırarkən şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 739.1-ci, 741-ci, Vergi Məcəlləsinin 13.2.69-cu, 13.2.70-ci, 14.3-cü, 18.1-ci, 18.2-ci, 70.3-cü, 94.0.2-ci, 110.1-ci, 134-cü, 135-ci maddələrinə istinad edilmişdir. kassasiya şikayətinə etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

28. Azərbaycan Respublikasının Vergi Məcəlləsi 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 12.3. vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə m üəyyənləşdirilən digər vergitutma obyektləridir. 53.3. bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir.. 29. “İnzibati icraat haqqında” Qanun 67.1. inzibati or qan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

30. İnzibati Prosessual Məcəllə Maddə 14.1. mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən fakti ki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.

4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal b axımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

32. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

34. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsə lələrin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

35. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apelyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya mə hkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən qərarlarla iddiaçıya əlavə vergi məbləğinin hesablanması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

37. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

38. Araşdırma zamanı bank hesabından çıxarış məlumatlarına əsasən, İddiaçı MMC-nin təsisçisindən 2018-ci il ərzində ******* manat, 2019-cu il ərzində ******* manat, 2020-ci il ərzində ******* manat məbləğində borc verildiyi müəyyən edilsə də, müvafiq dövrlər üzrə mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi aşkar olunmuşdur. Cavabdeh həmin məbləğlərə Mərkəzi Bankın orta faiz dərəcəsini tətbiq etməklə müvafiq aylar üzrə alınan faiz məbləğlərini illik gəlir kimi götürmüş və bunun üzərindən də 2018-ci il üzrə 24252,27 manat, 2019-cu il üzrə 18082,19 manat, 2020-ci il üzrə 53315,37 manat, ümumilikdə 95939,83 manat mənfəət vergisi hesablamışdır.

39. İddiaçı tərəfindən 3 inzibati akt mübahisə ləndirilmişdir. 2018-ci ilin mənfəət vergisi üzrə hesablamanı əks etdirən xx.xx.2021-ci il tarixli inzibati akt 30 gündən sonra məhkəmədə mübahisələndirildiyi üçün cavabdeh iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmələr VM 49.4-cü maddəsinə istinad edərək iddianı mümkün hesab etmişdir. Halbuki həmin norma səyyar və operativ vergi nəzarəti tədbiri ilə bağlı sənədlərin çatdırılmasını tənzimləyir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, kameral hesablamaya münasibətdə fərqli yanaşma tətbiq olunmalı, iddiaçının 3 il ərzində həmin dövrə yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim etmək və “yenilənmiş” qərara qarşı məhkəməyə müraciət etmək imkanının və hüququnun olduğu nəzərə alınmalı, prosessual qənaət prinsipi baxımından iddianın həmin hissədə mümkün hesab edilməsi məqsədəuyğun sayılmalıdır.

40. Bundan başqa, iddiaçı xx.xx.2022-ci il tarixli inzibati şikayətində (i.v.79-80) 2018ci il üzrə daha əvvəl qəbul edilmiş xx.xx.2021-ci İl tarixli inzibati aktın ləğvini xahiş etmişdir. Eyni dövr, eyni məbləğ üzrə qəbul edilən həmin inzibati akt ləğv edilmiş və həmin dövr üzrə xx.xx.2021-ci il tarixli inzibati akt qüvvədə olmuşdur İddiaçı bu hala diqqət etməsə də, onun hüquqi marağı 2018-ci il üzrə hesablanmış 24252,27 manat mənfəət vergisinin ləğvinə yönəlmişdir və həmin məbləğ də onun şikayətində qeyd edilmişdir. Qeyd olunan əsaslar üzrə iddia mümkün iddiadır.

41. Mübahisənin mahiyyətinə münasibətdə isə qeyd olunmalıdır ki, iş üzrə materiallarda olan və cavabdeh tərəfindən əlavə edilmiş ümumiləşdirilmiş cədvəldən (i.v.83) göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının öz təsisçisinə borc verdiyi məbləğlərə Mərkəzi Bankın orta illik faiz dərəcəsi tətbiq edilməklə borc verilən aydan ilin sonuna kimi olan aylar üzrə (düstur belədir: borc məbləği x Mərkəzi bankın faiz dərəcəsi /12 x ayların sayı) x 20 %) faiz məbləği müəyyən olunmuş və iddiaçının gəliri kimi mənfəət vergisinə cəlb edilmişdir.

42. Nəzərə almaq lazımdır ki, iddiaçı borc vermişdir və bu maliyyə vəsaitinin yaranma mənbəyi iddiaçının öz təsisçisindən aldığı borcdur. Yəni, təsisçi fiziki şəxs öz müəssisəsinə (iddiaçıya) borc vermiş, iddiaçı isə həmin vəsaiti özünün də təsisçisi olduğu digər müəssisəyə ("xxxx" MMC-yə) yenidən borc olaraq vermişdir. Qeyd olunan əməliyyatları təsdiq edən müqavilələr iş üzrə materiallarda mövcuddur. Göründüyü kimi, iddiaçı borc təqdim edəndir və bu əməliyyat üzərindən onun hər hansı gəliri formalaşmamışdır. Müqavilələrdə iddiaçının borcu faizlə verdiyi nəzərdə tutulmamışdır və borcun verilməsi hər hansı faizlə şərtləndirilməmişdir. Yalnız iddiaçının borcu faizlə verdiyi və borc verilən məbləğin geri qaytarıldığı təqdirdə, iddiaçının faizlərdən gəliri formalaşa və ya yarana bilərdi. Hazırki mübahisəyə münasibətdə isə müqavilələrdə belə şərt təsbit edilməmişdir və bu hal Mülki Məcəllənin 390-cı və 739.2-ci maddələrinin borc münasibətlərinin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan redaksiyasının tələblərinə uyğundur. MM-nin 739.2-ci maddəsinin 2-ci cümləsinə əsasən (xx.xx.2023-cü il tarixdən borc fəsli yeni redaksiyada verilmişdir), müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməs i haqqında müddəaları gözləməlidirlər. Hazırki iş üzrə materiallardan iddiaçının belə fəaliyyətlə məşğul olan şəxs olduğu görünmür. Bu baxımdan iddiaçının borcu faizsiz verdiyi, onun hər hansı gəlirinin formalaşmadığı qəbul olunmalıdır.

43. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 21(103)-366/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar