Məhkəmə qərarları › İş №2-1(102)-1915/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1915/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1915/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh DİN Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (dövlət qeydiyyat nişanın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DİN Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə qarşı dövlət qeydiyyat nişanın verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İKnın xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1021/2020 saylı qərarından iddiaçı tərə findən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Tariel Adışirin oğlu Şirinli cavabdeh DİN Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə qarşı onun avtomobilinə 99-...-999 (eyni və fərqli hərflərin kombinasiyasından ibarət) dövlət qeydiyyat nişanlarından birinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyatİmtahan İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə cavabdehə yazılı müraciət edərək, i kinci dərəcəli Qarabağ müharibəsi əlili olduğunu, imtiyazlı şəxs kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona “NAZ LİFAN 320” markalı minik avtomobili verildiyini, avtomobil verilərkən İmişli şəhərində qeydiyyatda olduğunu, o səbəbdən də ona məxsus olan minik avtomobilinə yaşadığı regionun parametrlərinə uyğun olaraq 30BX114 nömrəli dövlət qeydiyyat nişanı verildiyini, xx.xx.2018-ci il tarixdən etibarən yaşayış yerini dəyişərək ünvan 1 ünvanında qeydiyyata düşdüyünü, yaşayış yerini dəyişdiyindən ona məxsus minik avtomobilini hazırda yaşadığı məntəqə üzrə qeydiyyata alınmalı olduğunu, qeydiyyatda olduğu regionun rekvizitlərinə uyğun olan seriya, dövlət qeydiyyat nişanı və şəhadətnaməsi verilməli olduğunu və onun avtomobilinə təhkim edilən “99”-la başlayan dövlət qeydiyyat nişanında əks olunan rəqəmlərin kombinasiyasının “999”, həmçinin, seriyası eyni və ya müxtəlif hərflərdən ibarət kombinasiyalı olmasını istəmişdir. Lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(81)-3461/2019 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddianın rədd edilməsiqərara alınmışdır. Birinci instansiya məhkəməsi həmin nəticəyə qələrkən Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə, «Yol hərəkəti haqqında» Qanunun 27, 29-cu maddəsinə istinadən hesab edilmişdir ki, iddia əsassızdır. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişd ir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1021/2020 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Xəyalə Cəmilova) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi «Yol hərəkəti haqqında» Qanunun 29-cu maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 11.1, 24.1, 45.1-ci maddələrinə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandımışdır ki,Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası eyni ilə birinci instansiya məhkəməsinin yol verdiyi qanun pozuntularını təkrar etmiş və apelyasiya şikayətində istinad etdiyi hallara və şikayətin motivlərinə diqqət yetirməmişlər. Halbuki, Bakı Apelyasiya Məhkəməsi borclu idi ki, apelyasiya şikayətində gətirdiyi dəlil və müddəaları araşdırıb hüquqi qiymət versin. Lakin Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası sadəcə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin gəldiyi nəticələri bir daha təkrar etməklə, işini bitmiş hesab etmişdir. Şikayətin dəlilləri isə cavabsız qalmışdır. Belə olan halda, cavabsız qalan həmin müddəaları bir daha sizin diqqətinizə çatdırmaq məcburiyyətində qalır. Apelyasiya Məhkəməsinin qərarında göstərildiyi kimi, o, «NAZ LİFAN 320» markalı minik avtomobilin in sahibi olaraq cavabdehə müraciət edərək həmin avtomobilə «99» kodlu eyni və ya fərqli hərflərin kombinasiyasından ibarət sonu 999 olaraq dövlət qeydiyyat nişanlarından birinin təhkim edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin müraciətlərinə xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixlərdə cavab vermişdir. Bu cavablardan birincisində, hazırda sərfiyyatda 99-…-999 rəqəmlərinin eyni və ya fərqli hərflərin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanının mövcud olmadığı, digərində isə «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 18.65.6.1-ci maddəsində təsbit edilən, hazırda sərfiyyatda mövcud olan 99 kodlu müxtəlif hərflərin və 002, 003, 004, 006, 008, 222, 333, 444, 666, 200, 300, 400, 600, 800 rəq əmlərinin kombinasiyasıdan ibarət dövlət qeydiyyat nişanlarından birinin müvafiq qaydada avtomobilinə təhkim edilməsi məsələsinə baxılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə gəlməyi təklif olunmuşdu. Ona verilən bu cavablardan görünür ki, tələbinə onlar tərəfindən bir-birinə zidd cavablar verilmişdir. O, qanunvericiliyin və Dövlət nömrə nişanları verilməsi qaydalarının tələblərinə müvafiq olaraq, ona müəyyən edilmiş ha qiymətlərlə satılan dövlət nömrə nişanı verilməsini xahiş edir. O, Qarabağ müharibəsində iştirak etmiş veteran kimi imtiyazlı hüquqlara malikdir. Satılan nömrə və başqalarına verildiyi nömrə sahiblərinin ondan üstün hüquqları yoxdur. Əksinə, həmin nömrələri daşıyanların hamısından artıq hüquqa malikdir. Əgər müraciət e tdiyi zaman tələb etdiyi nömrə istismarda deyilsə, xahişi təmin edilməli idi. Yaxud cavabdeh real faktla bu nömrənin artıq kimə isə verildiyini sübut etməli idi. Halhazırda cavabdehin bununla bağlı verdiyi cavab heç bir faktla təsdiq edilməmişdir. Cavabdeh sadəcə olaraq istədiyi dövlət nömrə nişanını, müharibə veteranı və əlili kimi artırılmış qiymətlərlə sata bilməyəcəyinə əmin olduğundan, xahişindən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin həmin Məcəllənin 33.1-ci maddəsində gös tərilir ki, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə qeyd olunmuşdur ki, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Təəssüf ki, birinci instansiya məhkəməsi iddianın mahiyyətinə varmadan tələblərinin nədən ibarət olduğunu araşdırmadan, qərəzli motivlər nöqteyi-nəzərindən çıxış edərək, iddia tələbini rədd etmişdir. Bu qərarın qanunsuzluğuna dair apelyasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qətiyyən araşdırılmamış, şikayətində gətirdiyi arqumentlər, təhlil edilərək rədd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində göstərilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1021/2020 s aylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1021/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Vəki l çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1021/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə al araq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının f aktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məhkəmə kollegiyası ilk öncə hesab edir ki, iddiaçının iddia tələbi – yəni, «cavabdehin üzərinə iddiaçının avtomobilinə 99-…-999 (eyni və ya fərqli hərflərin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanının) dövlət qeydiyyat nişanlarından birinin verilməsi öhdəliyinin qoyulması barədə» tələbi, iddiaçının belə bir tələbin irəli sürülməsinə subyektiv hüququnun olub-olmaması baxımından araşdırılması zəruridir. Buna görə iddiaçının iddia ərizəsində əsaslandığı maddi hüquq normalarına müraciət edilməlidir. İddiaçı iddia ərizəsində «Yol hərəkəti haqqında» Qanuna, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edi lməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1998-ci il tarixli 24 nömrəli Fərmanına və «Dövlət rüsumu haqqında» Qanununa istinad edir. Lakin xüsusi olaraq qeyd edilməlidir ki, həmin qanunlarla və fərmanla iddiaçıya, məhz onun istədiyi dövlət qeydiyyat nişanlarının, yəni, iddiaçının arzuladığı konkret rəqəmlərin alınması hüququ və əksinə cavabdeh tərəfindən sözügedən rəqəmlərin verilməsi vəzifəsi müəyyən edilməmiş, yəni, cavabdehin belə bir vəzifəsi mövcud deyildir. Qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində özü də bildirir ki, nəqliyyat vasitələrini əldə edildiyi vaxtdan on gün ərzində, həmçinin fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində cavabdeh tərəfindən nəqliyyat vasitəsi qeydiyyata salınmalı, nəticə etibarı ilə də nəq liyyat vasitəsinin texniki pasportu və dövlət qeydiyyat nişanı təqdim edilməlidir. Yəni, cavabdehin iddiaçının arzusu ilə konkret rəqəmli qeydiyyat nişanı verilməsinə dair maddi hüquq norması mövcud deyildir. Belə ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 29-cu maddəsinin İ hissəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tə rtib olunur, İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1999-cu il «14» 06 tarixli 190 nömrəli əmri ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə» Təlimatın: - 2.12-ci bəndinə əsasən qeydiyyata alınmış nəqliyyat vasitəsinin mülkiyyətçisinə aşağıdakılar tə qdim edilir: - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi; - dövlət qeydiyyat nişanları; - texniki cəhətdən saz olan nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsi barədə talon. Nəqliyyat vasitəsinin sahibi və ya onun nümayəndəsi tərəfindən yuxarıda göstərilən sənədlərin və nişanların alınması barədə müvafiq reyestrdə imza edilir. Qeydiyyat hərəkətləri birbaşa üsul ilə həyata keçirildikdə, nəqliyyat vasitəsinin sahibi və ya onun nümayəndəsi bu sənədləri və nişanları alan zaman ərizədə imza edə bilər. Dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi onların rəqəm ardıcıllığı qaydasında verilir. - 11.1-ci bəndinə görə nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanları və nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada müv afiq xüsusi razılıq (lisenziya) almış müəssisələr tərəfindən hazırlanır. Nəqliyyat vasitəsinin texniki müayinə aktı, arayış-hesab blankları və digər ləvazimat, jurnal, kitab və ərizə blankları mətbəə üsulu ilə hazırlanır. Yuxarıda göstərilən xüsusi məmulatların və dövlət qeydiyyat nişanlarının hazırlanması Azərbaycan Respublikası Daxili İşlər Nazirlinin Dövlət Yol Polisi İdarəsinin sifarişi əsasında həyata keçirilir. - 11.3-cü bəndinə əsasən nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanlarının və qeydiyyat şəhadətnamələrinik uçotu qeydiyyat hərəkətlərinin aparılması reyestrində, onların seriya və nömrələri yazılmaqla aparılır; - 11.4-cü bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları, qeydiyyat şəhadətnaməsi, texniki müayinə aktı və arayış-hesab blankları ciddi hes abat sənədləri kimi saxlanılır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının təkrar ərizəsinə cavabdehin verdiyi xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 18.65.6.1-ci maddəsində təsbit edilən, hazırda sərfiyyatda mövcud olan “99” kodlu müxtəlif hərflərin və 002, 003, 004, 006, 008, 222, 333, 444, 666, 200, 300, 400, 600, 800 rəqəmlərinin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarından birinin müvafiq qaydada avtomobilinə təhkim edilməsi məsələsinə baxılması üçün DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan idarəsinə gəlməsi təklif olunmuşdur. Lakin məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, istənilən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, adından da bəlli olduğu kimi şəxsin xüsusi mülkiyyətində deyil, dövlət mülkiyyətində olan əşyadır. Həmçinin bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin nə əşya, nə də əmlak hüquqlarına həsr olunmuş maddələrində avtonəqliyyat vasitəsinin həmin anlayışlara (yəni, əşya və əmlak hüququ anlayışlarına) daxil olmaması da müəyyən edilir. Beləliklə cavabdehin iddiaçı qarşısında hazırkı iddia tələbi üzrə hər hansı öhdəliyi yoxdur və ola da bilməz. Buna görə də, iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasas iya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1021/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar