Məhkəmə qərarları › İş №2-1(102)-1915/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1915/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1915/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyul 2022-ci il tarixli, 2-1(103)-1754/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletə əsasən iddiaçı, 3 may 1975-ci ildən 13 may 1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir.

2. İddiaçıya məxsus 15 may 1972-ci il tarixli əmək kitabçalarına əsasən iddiaçı: - xx.xx.1972-ci ildən xx.xx.1975-ci ilə qədər ORS Azneftkəşfiyyat 11 saylı mağaz ada satıcı (3 il); - xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər ORS Azneftkəşfiyyat 57 saylı mağazada satıcı (02 il 05 ay 11 gün); - xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilə qədər Dəniz Nəqliyyatı ticarətində yeməkxana bufetçisi (04 il 07 ay 28 gün); - xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilə qədər “Qostern” bufetində bufetçi (03 il 06 ay 10 gün); - xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Məktəbli və tələbə yataqxanası trestinin 29 saylı yeməkxanada 3-cü dərəcəli bufetçi (08 ay 10 gün); - xx.xx.1989-cu ildən xx.xx.2006-cı ilə qədər Turist mehmanxanası “Abşeron”da satıcı, 3-cü dərəcəli bufetçi, ofisiant (16 il 10 ay 27 gün) vəzifələrində işləmişdir. 3. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 56/10 nömrəli arayışa əsasən iddiaçı həqiqətən də 10 oktyabr 1989-cu ildə (əmr № 167 -k, xx.xx.1989-cu il tarixli əmrə əsasən) o vaxt ki müəssisə adı belə adlanan – Azərbaycan Respublikası Həmkarlar İttifaqının nəzdində olan X1 nəzdində 1-ci mərtəbədə fəaliyyət göstərən kafedə satıcı vəzifəsinə qəbul edilmişdir, sonra isə (xx.xx.1990-ci il tarixli AP 140/K nömrəli əmrə əsasən) 3-cü dərəcəli bufetçi vəzifəsinə, daha sonra isə (xx.xx.1990-cı il tarixli np 187/k nömrəli əmrə əsasən) icarədə olan “Abşeron” ümumi yeməkxanasında həmin vəzifələrində çalışmışdır və 12 yanvar 1992-ci il tarixdə (xx.xx.1992-ci il tarixli, np 256/k nömrəli əmrə əsasən) həmin müəssisədə köçürmə ilə öz xahişi ilə (əmr № 147- K, xx.xx.1995-ci il tarixli əmrə əsasən) X1 nəzdində 1-ci mərtəbədə fəaliyyət göstərən kafedə satıcı maddi məsuliyyətli vəzifəsinə qəbul edilmişdir, daha sonra isə xx.xx.1995-ci il tarixində (xx.xx.1995 il tarixli np 129/k nömrəli əmrə əsasən) üçüncü dərəcəli ofisiant vəzifəsinə keçirilmişdir. 1 sentyabr 2006-cı ildə öz xahişi ilə işdən azad edilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktuba əsasən "xxxx" MMC-nin (VÖEN: **********) təsisçisi olduğu "xxxx" MMC (VÖEN: **********) xx.xx.2013-cü ildə ləğv edilərək kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. 5. "xxxx" MMC tərəfindən təsdiq edilmiş "xxxx" MMC-nin (VÖEN: **********) təsisçisi olduğu və xx.xx.2013-cü ildə ləğv olunan "xxxx" MMC (VÖEN: **********) adından 167-k saylı, xx.xx.1989-cu il tarixli əmrdən 53/ƏÇ nömrəli çıxarışa əsasən iddiaçı xx.xx.1989-cu il tarixində n Cəmiyyətə satıcı vəzifəsinə işə qəbul edilmiş, işçi ilə cəmiyyət arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. 6. "xxxx" MMC tərəfindən təsdiq edilmiş "xxxx" MMC-nin (VÖEN: **********) təsisçisi olduğu və xx.xx.2013-cü ildə ləğv olunan "xxxx" MMC (VÖEN: **********) adından 31-k saylı, xx.xx.2006-cı il tarixli əmrdən 54/ƏÇ nömrəli çıxarışa əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə xx.xx.2006-cı il tarixindən xitam verilmiş, işçinin xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan iş ilinə görə istifadə edilməmiş 28 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə departamentinə həvalə edilmiş, işçinin əmək kitab çasında lazımı qeydlər aparılaraq özünə təhvil verilmişdir.

7. İddiaçı ona əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmişdir.

8. Cavabdeh 7 iyun 2021-ci il tarixli, **********6 nömrəli məktubla iddiaçıya pensiya təyin edilməsindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, təqdim etdiyi xx.xx.1972-ci il tarixində tərtib edilmiş əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixinədək 18 il 7 ay sığorta stajı olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Filialın Monitorinq və araşdırmalar şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1989-cu il tarixindən xx.xx.200 6-cı il tarixinədək işlədiyi “Abşeron” turist mehmanxanasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilməmişdir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. Eyni zamanda, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən ona xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı 11 oktyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yaşa görə əmək pensiyasının 65 yaşının tamam olduğu 26 fevral 2021-ci il tarixdən təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1956-cı il tarixdə doğulmuşdur. Əmək kitabçasına və hərbi biletinə əsasən 24 aprel 1972-ci il tarixdən 23 aprel 1975-ci il tarixinədək (1 il 11 ay 29 gün) “Azneftkəşfiyyat” trestinin X2 (FTŞ) satıcı vəzifəsində işləmiş, 2 may 1975-ci il tarixdən 13 may 1977-ci il tarixinədək (2 il 11 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 28 iyun 1977-ci il tarixdən 8 dekabr 1979-cu il tarixinədək (2 il 5 ay 10 gün) “Azneftkəşfiyyat” trestinin X2 (FTŞ) satıcı vəzifəsində, 25 fevral 1980-ci il tarixdən 22 oktyabr 1984-cü il tarixinədək (4 il 7 ay 27 gün) “Dəniznəq liyyatticarət” İdarəsinin yeməkxanasında bufetçi, 16 aprel 1985-ci il tarixdən 25 oktyabr 1988-ci il tarixinədək (3 il 5 ay 9 gün) Bakı şəhəri İctimai İaşə İdarəsinin “Tatral” restoranında bufetçi, 1 noyabr 1988-ci il tarixdən 10 iyul 1989-cu il tarixinədək (8 ay 9 gün) Məktəbli və Tələbə Qidalanma trestinin 29 nömrəli yeməkxanasında bufetçi, 5 oktyabr 1989-cu il tarixdən 1 sentyabr 2006-cı il tarixinədək (16 il 10 ay 26 gün) “Abşeron” mehmanxanasında kafe-mağaza satıcısı və bufetçi vəzifələrində işləmişdir. Göründüyü kimi 1 sentyabr 2006-cı il tarixinədək ümumi iş stajı 32 il 2 ay 01 gün təşkil etmişdir. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədi ilə inzibati orqana müraciət etmişdir. Lakin müraciətinə inzibati orqan tərəfindən 7 iyun 2021-ci il tarixli, ** ********6 nömrəli məktubla imtina cavabı verilmişdir.

11. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilməmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 9 fevral 2022-ci il tarixli, 2-1(112)-3069/2022 nömrəli qərarı (hakim Ş.A.Həsənova) ilə iddia təmin edilmiş, iddiaçıya 65 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə t əsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. İddiaçının xx.xx.1989-cu ildən xx.xx.2006-cı ilə qədər işlədiyi Turist mehmanxanası “Abşeron”un faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması iddiaçının iradəsindən asılı olan hal deyildir və bu hal iddiaçının pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz. Həmçinin iddiaçının həmin müəssisəyə işə qəbul edilməsi və işdən azad edilməsi barədə əmrlərdən çıxarışlar hazırda həmin müəssisənin təsisçisi olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmişdir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyul 2022-ci il tarixli, 21(103)-1754/2022 nömrəli qərarı (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 9 fevral 2022-ci il tarixli, 2-1(112)-3069/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh hesab edir ki, xx.xx.1956-cı il təvəllüdlü iddiaçı xx.xx.2021-ci il ta rixdə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Filialın müraciətə cavab olaraq ərizəçiyə ünvanladığı xx.xx.2021-ci il tarixli **********6 nömrəli imtina məktubunda bildirilmişdir ki, cavabdehin Monitorinq və araşdırmalar şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən, ərizəçinin xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi “Abşeron” turist mehmanxanasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. İddiaçı yaşa görə əmək pensiyası üçün qanunvericilikdə nəzərdə tutulan yaş həddinə 65 yaşının tamam olduğu xx.xx.2021- ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq (28800 manat); 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Belə ki, iddiaçının xx.xx.2006-ci il tarixdən əvvəlki dövrlərə görə hesablanmış ümumilikdə 17440,48 manat pensiya kapitalı mövcuddur. Beləliklə, Qanunun müvafiq maddəsində nəzərdə tutulmuş şərt, yəni 28800 manat kapital tələbi ödənilmi r. Əlavə olaraq iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi xx.xx.1972-ci il tarixdə tərtib edilmiş əmək kitabçasına əsasən, xx.xx.2006-cı il tarixədək onun 18 il 7 ay sığorta stajı olmaqla tələb olunan müddətdən (25 il) azdır. Cavabdehin Monitorinq və araşdırmalar şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən, xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi “Abşeron” turist mehmanxanasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərə dair sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Lakin, apellyasiya şikay ətində də qeyd olunmuş hallar məhkəmə tərəfindən yoxlanılmamış və həmin xüsusatlara düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 62 yaşına çatmış kişilər in və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edi lmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 22. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (6 mart 2007-ci il tarixinədək qüvvədə olmuşdur): Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd ə mək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 24. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və t əklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyi nin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçini n tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini ya lnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına g örə iddiaçıya 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun qanunvericililikdə göstərilən yaş həddinə çatması, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olması zəruridir.

33. Cavabdehin mübahisələndirdiyi, iddiaçının xx.xx.1989-cu il tar ixdən xx.xx.2006cı il tarixədək “Abşeron” turist mehmanxanasındakı əmək fəaliyyətinə dair apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin müddətlə bağlı iddiaçının əmək kitabçasının məlumatlarının mötəbərliyini qəbul etmişdir.

34. Cavabdehin imtina məktubuna və şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı mübahisələndirilən dövr üzrə müəssisədəki əmək fəaliyyətinə 5 oktyabr 1989-cu ildə başlamış, əmək fəaliyyətini fasiləsiz olaraq eyni müəssisədə 9 sentyabr 2006-cı ilədək davam etdirmiş, bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil.

35. Hazırkı qərarın 24-cü bəndində qeyd edilən normanın tələbinə əsa sən sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

36. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

37. Qərarın 21-ci bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.

38. Bununla belə, apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən işin hallarına əsasən "xxxx" MMC-nin təsisçisi olduğu "xxxx" MMC xx.xx.2013-cü ildə ləğv edilərək kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. "xxxx" MMC-nin xx.xx.2013-cü ildə ləğv edilməsinə baxmayaraq, onun təsisçisi "xxxx" MMC mövcud olduğundan, sonuncu tərəfindən iddiaçının xx.xx.1989-cu il tarixindən işə qəbul edilməsinə dair 167-k saylı, xx.xx.1989-cu il tarixli əmrdən 53/ƏÇ nömrəli çıxarış və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə xx.xx.2006-cı il tarixindən xitam verilməsinə dair 31-k saylı, xx.xx.2006-cı il tarixli əmrdən 54/ƏÇ nömrəli çıxarış məhkəməyə təqdim olunmuşdur.

39. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin həqiqətə uyğun olmadığı nəinki sübuta yetirilməmiş, hətta təqdim edilən çıxarışlar əsasında mötəbərliyini daha da artırmışdır.

40. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu, habelə pensiya hüququnun yaranması ilə bağlı xüsusatları araşdırarkən yuxarıda göstərilən maddi hüquq normalarına istinad etməklə düzgün nəticəyə gəlmişdir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyul 2022-ci il tarixli, 21(103)-1754/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətid

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar