Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1915/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhadətnamənin ləğvinə dair iddianın mümkünsüzlüyü; hüquqi marağın olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı (X8) “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə nin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(105)-80/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün X6 ayrılmış 0.37 ha torpaq sahəsinə dair DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən sonuncunun adına 05 aprel 2004-cü il tarixli, JN-538F KOD 30214018 qeydiyyat nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nöm rəli, **********00 reyestr nömrəli çıxarışa əsasən, Xaçmaz rayon, Qımılqışlaq kəndində yerləşən 0.37 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır
3. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə müraciət edərək Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.37 ha torpaq sahəsinə dair X4 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli **********87 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Ərizədə qeyd olunan Xaçmaz rayon, Qımılqışlaq kəndində yerləşən 0.37 ha torpaq sahəsinə dair X5 adına hazırlanmış çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək X4 adına işlənmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 538F saylı, 30214018 kodlu şəhadətnamənin ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırılması:
6. İddiaçı tələbin i onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Qımılqışlaq kəndində iddiaçının atası mərhum X2 miras qalmış, 1938-ci ildə inşa edilmiş yaşayış evi mövcuddur və iddiaçı həmin evdə yaşayır. X1 xx.xx.1995-ci ildə vəfat etmişdir. 2021-ci ilin aprel ayında üçüncü şəxsin ona qarşı torpaq sahəsi üzərində olan yaşayış evindən çıxarılma tələbinə dair iddiasına məhkəmədə baxılarkən bilmişdir ki, göstərilən əmlakın yerləşdiyi 0,37 ha torpaq sahəsində Şıxsəfa İsrafilovun adına torpağın mülkiyyətə verilməsinə dair JN-538P saylı, 30214018 kodlu şəhadətnamə işlənmişdir. Şəhadətnamənin verilməsinə əsas kimi Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı göstərilmişdir. Xaçmaz rayonu Bakı Sovxozunun Qımılqışlaq kəndində torpaq payı alan subyektlərin yekun siyahısında m ərhum X3 və ailə üzvlərinin adları aşkar edilməmişdir. Başqa sözlə, üçüncü şəxsin adına İslahat Komissiyasının qərarı olmadan Şəhadətnamə işlənmişdir. Hesab edir ki, bu səbəbdən həmin şəhadətnamə ləğv edilməlidir. Qeyd edir ki, üçüncü şəxs 1990-cı illərin əvvəllərindən Qımılqışlaq kəndində yaşamır və orada pasport qeydiyyatı yoxdur. O, uzun müddətdir ki, ailəsi ilə birlikdə Xaçmaz şəhərində yaşayır. Göstərilən mülkdə 20 ildən çoxdur ki, iddiaçı yaşayır və orada daimi pasport qeydiyyatındadır. Xaçmaz rayon Dövlət Arxivinin 11 noyabr 2020-ci il tarixli 720 nömrəli arxiv arayışında iddiaçı, onun bacıları, Bacıxanım, Ayşa, Nəsibə, Əzizə, İntizar mərhum X1nun ailə üzvləri kimi qeyd edilmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə e yni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati Məhkəməsinin 7 sentyabr 2022-ci il tarixli, 2-1(118)-273/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, X4 adına işlənmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 538F KOD 30214018 saylı şəhadətnamə ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən şəhadətnamənin verilməsinə əsas olan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı müvafiq sorğular verilməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən şəhadətnamənin verilməsinə əsas olmuş qərarın mövcud olmaması, ümumiyyətlə üçüncü şəxsin adına aqrar islahat zamanı torpaq sahəsinin ayrıl masının müəyyən olunmaması həmin şəhadətnamənin hər hansı bir hüquqmüəyyənedici sənəd olmadan verilməsi qənaətinə gəlməyə əsas verir ki, bu hal da qeyd olunan şəhadətnamənin ləğv edilməsi üçün əsasdır. Məhkəmə eyni zamanda qeyd edir ki, arxiv sənədləri ilə torpaq sahəsinin təsərrüfatbaşına kitabda iddiaçının atasının adına olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd olunan şəhadətnamə qanunamüvafiq olmamaqla yanaşı, iddiaçının da həmin torpaq sahəsinə olan gözlənilən mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir.
10. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(105)-80/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 7 sentyabr 2022-ci il tarixli, 2-1(118)-273/2022 nömrəli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qaldırılmış iddia iddiaçının hüquqi marağına uyğun deyildir. Belə ki, onun çatmaq istədiyi məqsədə hazırda qaldırdığı iddianın uğurlu olması ilə nail olmaq mümkün deyildir. İddiaçı öz məqsədinə çatmaq üçün ilk növbədə Xaçmaz rayon AİK-nın 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarını mübahisələndirməli, daha sonra qaldırdığı iddianın hüquqi taleyindən asılı olaraq, üçüncü şəxsin adına tərtib edilmiş JN-538F KOD 30214018 qeydiyyat nömrəli torpağın mülkiyyət ə verilməsinə dair şəhadətnamənin ləğvinə dair məhkəmədə iddia qaldırmalıdır
13. İddiaçı həmin qərardaddan kassasiya şikayətləri verərək qərarın ləğv edilməsini və işin hallarının yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Madd ə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq nor maları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həcmdə təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın m ümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
22. Hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olduğu işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.
23. Belə ki, mübahisələndirilən 0.37 ha torpaq sahəsinə dair üçüncü şəxsin adına Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı əsasında Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmiş və torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir.
24. Xaçmaz Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli, 2(067)-2033/2019 nömrəli qətnaməsi ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-538F saylı, 30214018 kodlu şəhadətnamənin X6 məxsus olması faktının doğruluğu müəyyən edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Xaçmaz rayon AİK-nin xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə üçüncü şəxsə 0.40 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair (faktiki istifadəsində olan 0.37 ha torpaq sahəsinə) onun adına “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının çatmaq istədiyi məqsədə hazırkı məzmunda iddianın uğurlu olması ilə nail olmaq mümkün deyildir. Belə ki, mübahisələndirilən şəhadətnamənin əsasını təşkil edən akt hər hansı orqan tərəfindən ləğv edilməmiş, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşməmişdir. Buradan, iddia olunan şəhadətnamənin ləğv olunduğu halda belə, inzibati aktın qüvvədə qaldığı zaman ərzində onun əsasında əldə edilən hüquq da qalır.
27. Mübahisə edilən şəhadətnamədə göstərilən torpaq sahəsinə iddiaçının hüquqlarını təsdiq edən sübut yoxdur. Bu səbəbdən də o, hüququn pozulduğunu iddia edə bilməz.
28. Beləliklə, iddiaçının İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.
20. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin ol unması üçün əsaslar yoxdur.
21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(105)-80/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.