Məhkəmə qərarları › İş №2-1(102)-1915/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1915/2025

17.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1915/2025 17.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil uçotuna götürülmə əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota alınma tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2-1(103)-1285/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiy a şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1946-cı il təvəllüdlüdür.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə ümumi xəstəlik – gözdən əlil səbəbindən müddətsiz birinci dərəcəli əlillik verilmişdir.

3. İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək İ dərəcəli gözdən əlil kimi Hacıqabul rayonunda olan növbəsinin Cavabdehnə köçülməsini xahiş etmişdir.

5. Cavabdeh Bakı şəhəri Cavabdeh 09 avqust 2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdı rılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi” Qaydalarının 8-ci bəndinin 2-ci hissəsinə əsasən, Bakı şəhərində 7 il daimi qeydiyyatı olan vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilər. Lakin İddiaçı Bakı şəhərində 7 il daimi qeydiyyatı olmadığından xahişin təmin edilməsi mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota alınmağı vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı birinci dərəcəli gözdən əlil kimi Hacıqa bul rayonunda mənzil növbəsinə durmuşdur. Mənzil növbəsində ola-ola köçərək ünvan 2 ünvanına qeydiyyata durmuşdur. ünvan 3 toplusu Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə köçürülmüşdür. Cavabdeh isə əsassız olaraq “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi” Qaydalarını rəhbər tutmaqla müraciəti təmin etməmişdir.

8. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddia tələbləri əsassızdır və rədd edilməlidir. Hazırda Bakı şəhərində vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi ilə bağlı məsələlər Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətənda şları uçota götürməyin və yaşayış sahələrinin bölüşdürülməsinin nümunəvi Qaydaları”na və Bakı şəhər X5 4-cü sessiyasının 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş ”Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”na əsasən həll edilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Həmin Qaydaların 8-ci bəndinə əsasən bu qaydaların 7-ci bəndində qöstərilmiş əsaslarla mənzil şəraitini yaxşılaşdırmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində, pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər.

9. Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(112)-14034/2024 saylı qərarı ilə (hakim X3) iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı daimi olaraq 7 il müddətində Bakı şəhərinin Nəsimi rayonu ərazisində yaşamadığından cavabdehin inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur.

11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia t ələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1285/2025 nömrəli iş üzrə 19 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X4 və X2) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(112)-14034/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın də lilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

16. Belə ki, qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsində yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilməsinin konkret halları nəzərdə tutulub. Qeyd olunan normada vətəndaşların mənzil uçotuna götürülməsindən hansısa yaşayış yerində müəyyən müddət yaşamamalarına görə imtina halı nəzərdə tutulmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə

51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota al ınması... 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:...

2. Müəyyən edilsin ki:... 2.2. həmin Məcəllənin 21.5-ci, 24.5-ci maddələrində, 28.4-5-ci maddəsində birinci halda, 49.2-ci, 49.5 -ci, 51.7-ci, 62.2-ci, 91.2-ci, 92-ci, 99.8-ci, 138.2-ci, 138.3-cü, 141.5-ci, 141-1.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; orqanı”nın

20. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrinin bölüşdürülməsinin nümunəvi Qaydaları”

1. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir....

4. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqə sində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Respublikanın rəhbər orqanlarının qərarı ilə başqa yerə işə keçirilən işçilər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna həmin yaşayış məntəqəsində yaşamaq müddətindən asılı olmayaraq, hər bir ayrı halda rayon, şəhər (respublika və vilayət tabeli şəhər) X5 icraiyyə komitəsinin qərarı ilə götürülə bilərlər....

6. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X5nin icraiyyə komitəsində uçota götürülürlər. Azərbaycan SSR Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovet lərinin icraiyyə komitələrinə icazə verilir ki, əgər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həmin yaşayış məntəqəsinin müəssisələrində, idarələrində, təşkilatlarında azı üç il, Bakı şəhərində isə azı beş il işləyir, lakin başqa yaşayış məntəqələrində yaşayır və pasport qeydiyyatındadırlarsa, onları istisna qaydasında, müəssisə, idarə, təşkilat müdiriyyətinin və müvafiq həmkarlar ittifaqı respublika komitəsinin birgə xahişi ilə yaşayış yerindən kənarda uçota götürsünlər.

21. Bakı şəhər X5 4-cü sessiyasının 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş ”Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları” Bənd

8. Bakı şəhərində 7 il daimi qeydiyyatı olan vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılma sına ehtiyacı olanların uçotuna götürülə bilərlər.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

23. Ka ssasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə ol unmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin iş üzrə araşdırmalarını yetərli hesab edərək bildirir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Şikayətdə qeyd edilir ki, Mənzil Məcəlləsinin 53-cü maddəsində yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilməsinin konkret halları nəzərdə tutulub. Qeyd olunan normada vətəndaşların mənzil uçotuna götürülməsindən hansısa yaşayış yerində müəyyən müddət yaşamamalarına görə imtina halı nəzərdə tutulmayıb.

30. Məhkəmə kollegiyası şikayətin dəlili ilə razılaşmayaraq bildirir ki, iddiaçının mövqeyi qanunvericiliyin tələbinə uyğun deyildir.

31. Belə ki, Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfi ndən müəyyən edildiyi nəzərdə tutulmuşdur. Həmin maddənin tətbiqi ilə bağlı Fərmanla müvafiq icra hakimiyyətinin səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə həvalə edilmişdir. Bundan sonra Nazirlər Kabineti tərəfindən bununla bağlı ayrıca qərar qəbul edilməmişdir. Lakin vətəndaşların mənzil uçotuna götürülməsi ilə bağlı Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar mövcuddur, qüvvədədir və son illərə qədər Nazirlər Kabineti tərəfindən həmin Qaydalara bir sıra əlavə və dəyişikliklər edilmişdir. Bəhs olunan “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalara görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı ol an vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər XDS tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər.

32. Həmin Qaydalara uyğun olaraq Bakı Şəhər X5 4-cü sessiyasının 08 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmış və qeydiyyatda olma müddəti müəyyən edilmişdir.

33. Bu Qaydaların 8-ci bəndinə əsasən isə, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə gö türülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər.

34. Məhkəmə kollegiyası Qaydaların qeyd edilən müddəalarına əsaslanaraq bildirir ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Qaydalarda bu vaxt müddəti 7 il müəyyən edilmişdir. Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçı Bakı şəhərində (Nəs imi rayonunda) xx.xx.2020-ci ildən qeydiyyatdadır. Həmin vaxtadək isə Hacıqabul rayonunda qeydiyyatda olmuş və orada mənzil uçotuna götürülmüşdür. İddiaçı barəsində imperativ tələblə bağlı müddəa, yəni Bakı şəhərində 7 il daimi qeydiyyatda olmadığından onun mənzil uçotuna götürülməsi barədə iddia tələbi haqlı olaraq təmin edilməmişdir.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. B akı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2025-ci il tarixli, 21(103)-1285/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar