Məhkəmə qərarları › İş №2-1(102)-1916/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1916/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1916/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs X6 iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, ərizəçi Nərqiz İbrahimovanın vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daş ınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs X6 iştirakı ilə) qarşı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İK-nın xx xxxx 2020-ci il tarixli, 2-1(107)-242/2020 nömrəli qərardadından ərizəçi Nərqiz Musa qızıİbrahimova tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı torpaq sahəsinin pl anı və ölçüsü sənədində göstərilən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 2-1(84)-15/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Üçüncü şəxs X9 həmin qərardan apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-271/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Üçüncü şəxs X9 həmin qərardan kasasiya şikayəti vermişdir. İş Azərbaycan Respublikası Ali Məhkəməsinin icr aatında olduğu zaman X11 və vəkili X2 Məhkəməyə vəsatətlə müraciət edərək X5 iş üzrə üçüncü şəxs qismindətanınmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1946/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə üçüncü şəxs Qurbanov Gündüz Əlirza oğlunun kasasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsinin 21(107)-271/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Bundan sonra X3 İnzibati Məhkəməsinə xx.xx.2020- ci il tarixli ərizə ilə müraciət edərək, qeyd olunan inzibati iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli,2-1(84)-15/2017 nömrəli (sədrlik edən hakim Vidadi Qasımov) qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27, 100-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, ərizəçi Nərqiz Musa qızıİbrahimova hazırkı iş üzrə nə iddiaçı, nə cavabdeh, nə də üçüncü şəxs qismində iştirak etməmişdir, bu səbəbdən də ərizəsi rədd edilmişdir. Ərizəçi həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təminedilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(107)-242/2020 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və Elçin Hüseynov) qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normalarına əsaslanmışdır. Kasasiya şikayətinin dəlilləri: Ərizəçinin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Qutqaşen Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli d-22 nömrəli qərarı əsasında "Həyətyanı torpaq sahəsi ayrılması barədə" xx.xx.1991-ci il tarixli aktla Qutqaşen rayonunun torpaq fondu ndan 0,06 ha həyətyanı torpaq sahəsi ayrılaraq X7 verilmişdir. Bundan sonra, X11 uzun illər mülkiyyətinə ayrılmış torpaq sahəsinə nəzarət edə bilməmiş, eyni zamanda, rayonun adı dəyişdirildikdən sonra ərazidə olan ünvanlar yenidən qeydə alınarkən Qəbələ Rayon Dövlət X1 məxsus mübahisəli torpaq sahəsi və yarımtikili ilə bağlı sənədlər DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən müvafiq qaydada dövlət qeydiyyatına alınmamışdır. İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin əslində X7 aid olması məhz yekun qərar icra edildikdən sonra (iddiaçıya müvafiq çıxarış verildikdən sonra) məlum olmuşdur. İnzibati məhkəmə icraatı üzrə X11 işə üçüncü şəxs qismində cəlb edilməsə belə, əslində faktiki olaraq iş üzrə üçüncü şəxs qismində cəlb edilməli şəxs idi. Belə ki, məhkəmə baxışı dövründə həmin torpaq sahəsinin ona aidiyyətinin olmaması müəyyən edilmiş, lakin məhkəmə qərarı qanuni qüvvəyə mindikdən və icra edildikdən sonra müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi əslində ərizəçinin faktiki mülkiyyətində olan torpaq sahəsidir. Lakin qüvvədə olan inzibati Prosessual Məcəllədə məhkəmə icraatına cəlb olunmamış üçüncü şəxsin yeni açılmış hallarla bağlı məhkəməyə müraciət hüququ tənzimlənməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən ərizəçi kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(107)-242/2020 nömrəliqərardadının ləğv edilməsini, ərizənin təmin edilməsini və yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(107)-242/2020 nömrəliqərardadının ləğv edilməsini, ərizənin təmin edilməsini və yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəldikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, ərizəçinin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə ərizəçinin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci madd əsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məhkəmə kollegiyası ərizəçinin kasasiya şikayətində göstərdiyi dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, kasasiya şikayətinin əksər hissəsi maddi və prosessual normalarının sadalamasına həsr edilmişdir. Məlum olduğu kimi, Nərgiz Musa qızıİbrahimova Şəki İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək, İd diaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə inzibati iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçıları ndan birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 27.0-cı maddəsinəgörə aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: - 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); - 27.0.2. cavabdeh; - 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Yuxarıda sadalanan normalardan göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının yeni açılmış hallarla bağlı təzələnməsi barədə ərizə vermək hüququ yalnız proses iştirakçılarına, yəni iddiaçıya, cavabdehə və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərə məxsusdur. Göründüyü kimi, X11 isə hazırkı iş üzrə nə iddiaçı, nə cavabdeh, nə də üçüncü şəxs qismində iştirak etməmişdir. Ape lyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırkı inzibatı iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olduğu zaman X4 Məhkəməyə vəsatətlə müraciət edərək iş üzrə üçüncü şəxs qismində tanınmasını xahiş etmiş, lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Lakin ərizəçi Nərgiz Musa qızıİbrahimovanın istinad etdiyi sənədlə bağlı izah edilməlidir ki, o, bu əsasla birinci instansiya məhkəməsinə İPM-nin 28-ci madəsinə müvafiq olaraq yenidən müraciət edə bilər. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası mə hkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Ərizəçinin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-242/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar