Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1916/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması, fərqin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qa rşı “pensiyanın yenidən hesablanması, fərqin ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)88/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Göygöl Rayon Məhkəməsində sədr vəzifəsində işləmiş və əmək haqqı almışdır. İddiaçı qəyyum kimi xx.xx.2014-cü il tarixdə ailə başçısını itirməyə görə təyin edilmiş 458,26 manat pensiyanı alır. xx.xx.2017-ci il tarixdə isə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabel iyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarı ilə iddiaçının yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. Həmin zaman iddiaçıya 2.801,16 manat pensiya məbləği ödənilirdi. Qərara əsasən vəzifə maaşı – 1.733 manat, 45 faiz qulluq stajına görə əlavə 779,85 manat, 400 faiz maddi yardım - 418,81 manat, 25 faiz pul təminatı – 433,25 manat olmaqla, cəmi 3.364,91 manat dövlət məvacibinin 79,25 faizi miqdarında 2.666,69 manat məbləğində pensiya xx.xx.2019-cu il tarixdən müəyyən edilmişdir. Həmin qərardan görünür ki, iddiaçının ümumi stajı 44 il 09 ay 26 gün, qulluq stajı 24 il 09 ay 29 gün hesablanmış, döv lət məvacibinin hesablandığı dövr xx.xx.2015xx.xx.2017 əhatə etmişdir.
3. Daha sonra iddiaçının artıq, əksik ödəmə barədə ərizəsinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarı ilə pensiya məbləği yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 3.364,91 manat dövlət məvacibinin 80 faizi miqdarında - 2.691,93 manat məbləğində pensiya təyin edilmişdir.
4. İddiaçı artıq ödənilmiş pul vəsaiti və əmək pensiyasının yenidən hesablanması haqqında ərizə ilə cavabdehə müraciət etmişdir.
5. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, aparılan araşdırma nəticəsində pensiya məbləğin cari ilin iyul ayından qanunvericiliyə uyğunlaşdırılaraq 2691,93 manat məbləğində müəyyən edilib, həmçinin iddiaçıya xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 9695,59 manat artıq pul vəsaitinin ödənildiyi aşkar olunmuşdur. Sözügedən məsələ haqqında iddiaçıya 25 avqust 2022-ci tarixli **********3 nömrəli məktubla ətraflı məlumat verilmişdir. Eyni zamanda, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1118,25 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 621,25 manat, digər növ əlavələri 600,54 manat olmaqla orta aylıq əmək haqqı 4825,04 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiya “Məhkəm ələr və hakimlər haqqında” Qanunun 109cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 24 il 9 ay 29 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqınızın (4825,04 manat) 80 faizi-3860,03 manat məbləğində müəyyən edilib, həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə iddiaçıya ödənilməli olan, ümumilikdə 3504,30 manat fərq məbləği hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya ödənilməli olan 3504,30 manat pul vəsaiti artıq ödənilmiş 9695,58 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan 6191,28 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks ha lda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Məlumat üçün bildirilmişdir ki, cari ilin oktyabr ayından etibarən iddiaçının əmək pensiyası 3860,03 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Bundan başqa, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi miqdarında maddi yardım ödənilir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh ed ilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlara əsasən müraciətinizdə göstərilən vəzifə maaşının bi r misli həcmində vəzifə maaşına əlavə əmək pensiyanızın hesablanması zamanı əsas götürülən dövr ərzində sizə ödənilmədiyindən həmin əlavənin əmək pensiyanıza tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Bu səbəbdən də müraciətinizə əlavə etdiyi iddiaçıya vaxtilə ödənilmiş əmək haqqına dair cədvəldə göstərilən “kompensasiya” ödənclərinin əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqının müəyyən ed ilərkən nəzərə alınması mümkün deyil. Buna görə də ərizədə göstərilən dövr əsas götürülməklə pensiya hesablandıqda iddiaçıya ödənilən aylıq pul vəsaitində dəyişiklik olmur.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (Maliyyə və təminat idarəsinin rəis müavini – baş mühasib Cümşüd Cəfərov tərəfindən imzalanmış) arayışın surətinə əsasən, iddiaçıya xx.xx.2011-xx.xx.2015-ci il tarixlərdə Göygöl Rayon Məhkəməsində sədr vəzifəsində işləyərkən 2011-ci ilin noyabr, 2012-ci ilin iyul ayı, 2013-cü ilin iyun ayı üzrə 3.105,90 manat, 2014-ci ilin iyul ayı, 2015-ci ilin avqust ayı üzrə 4.202,10 manat müalicə üçün pul, 2011-ci ilin dekabr ayı üzrə 2.329,50 manat, 2015-ci ilin avqust ayı üzrə 2.101,20 manat məzuniyyət üçün ödəniş, 2011-ci ilin dekabr ayı üzrə 1.847,50 manat, 2012-2013-cü illərin dek abr ayı üzrə 3.105,60 manat, 2014-cü ilin dekabr ayı üzrə 4.202,10 manat, 2015-ci ilin dekabr ayı üzrə 2.101 manat kompensasiya ödənişi edilmiş, həmin müavinət və ödənişlərdən 3% miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə xx.xx.2011-xx.xx.2015-ci illərdə aldığı əmək haqqı haqqında arayışda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan kompensasiyalar da daxil orta aylıq əmək haqqında ibarət gəlirdən pensiyanın hüququ yarandığı xx.xx.2017-ci il tarixdən yenidən hesablanması, yığılmış məbləğin bir dəfəyə hesabına köçürülməsi və qanunsuz tutulmuş 3.504,30 manat məbləğin hesabına qaytarılma sı vəzifəsinin qoyulmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2017-ci ilin avqust ayından sabiq hakim kimi yaşa görə əmək pensiyası alır. Pensiyaya çıxarkən son 24 ayın əmək haqqı arayışını təqdim etmişdir. İlkin olaraq təqdim olunmuş sənədlərə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsində təyinat aparılmış, DSMF-də aparılmış struktur dəyişikliyinə əsasən pensiya işləri mərkəzləşdirilmiş qaydada cavabdehə verilmişdir. xx.xx.2019cu il tarixdən hakimlərin əmək haqlarına edilmiş bir aylıq vəzifə maaşı həcmində əlavənin pensiyasının hesablanmasında nəzərə alınması üçün müraciət etmiş və həmin vaxtdan pensiyanın hesablanıb ödənilməsində dalğalanmalar başlamışdır. Pensiyanın artırılması bir tərəf ə, orta aylıq əmək haqqında nəzərə alınmış kompensasiyadan məcburi dövlət sosial sığorta haqlarının (əslində e-sosial alt sistemi vasitəsi ilə fərdi şəxsi hesabına baxmaq imkanları mövcuddur, ancaq nədənsə baxmırlar, orada isə iddiaçıya ödənilmiş vəsaitlərin hamısının məcburi dövlət sosial sığortasına cəlb olunduğu əks olunub) tutulmamasını səbəb gətirərək hesablanmış pensiyası 2022-ci ilin iyul ayından 2801,16 manatdan 2691,93 manata azaldılıb, həmçinin xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində, ümumilikdə 9695,58 manat artıq pul vəsaitinin iddiaçıya ödənildiyi bildirilmişdir. Ona görə də, iddiaçı məcbur olaraq Ədliyyə Nazirliyindən xx.xx.2011-xx.xx.2015-ci illərdə aldığı əmək haqqı haqqında arayış alaraq yenidən təqdim etmişdir. Məktuba fərdi şəxsi hesabından çıxarışı da əlavə etmişdir. Hesab edir ki, təqdim etdiyi yeni sənədə əsasən bu hal təkrarlanmaz, pensiyası düzgün hesablanacaqdır. Lakin 3504,30 manat qanunsuz tutma da aparıldı. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir. Qanunun 20.1-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər. Qanunun 20.7.-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. Beləliklə, cavabdeh pensiya təyinatı və ödənişində iddiaçının konstitusional hüquqlarını bilərəkdən pozmuşdur: 1.Pensiyamı qüvvədə olan qanunvericiliyə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.7.-ci maddəsi) və qaydalara (“Dövlət qu lluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”) uyğun hesablamamış; 2.Pensiyadan qanunsuz tutmalar aparmışdır (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinin tələblərini pozmuşdur). İddiaçı hesab edir ki, cavabdeh pensiya hesablanması üçün orta aylıq əmək haqqı müəyyən edilərkən məcburi dövlət sosial sığorta haqları hesablanmayan kompensasiyalarla (o cümlədən işdən çıxarkən istifadə olunmamış məzuniyyət üçün kompensasiya), hakimlərin maddi və sosial təminatını yaxşılaşdırmaq məqsədi ilə hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət və iki aylıq əmək haqqı məbləğində verilmiş kompensasiyanı qarışdırır və ya bilərəkdən səhv salır. Çünki birinci halda həmin ödənc işdən çıxarkən istifadə etmədiyi və məcburi d övlət sosial sığorta haqlarına cəlb olunmayan kompensasiyadır. İkinci halda bu hakimlərin maddi və sosial təminatını yaxşılaşdırmaq məqsədi ilə məzuniyyətə çıxıb çıxmamasından asılı olmayaraq müəyyən olunmuş qaydada və məbləğdə məcburi dövlət sosial sığorta haqlarına cəlb olunmuş hər il üçün verilən ödəncdir.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-909/2023 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı xx.xx.2011-xx.xx.2015-ci illərdə aldığı əmək haqqı haqqında arayışda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan kompensasiyalar da daxil olan orta aylıq əmək haqqında ibarət gəlirləri nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən yenidən hesablanması və qanunsuz tutulmuş 3.504,30 manat məbləğin hesabına qaytarı lması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ödənilən əlavələrə görə pensiyanın yenidən hesablanmasını tələb etməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyə zidd deyildir. Başqa sözlə, iddiaçı 2011-2015-ci illərdə sözügedən əlavələri aldığından və onlardan müvafiq qaydada məcburi dövlət sosial sığorta haqqı tutulmaları həyata keçirildiyindən həmi n məbləğlər onun pensiyasının hesablanmasında nəzərə alınmalıdır. Həmçinin hazırkı iş üzrə iddiaçı xx.xx.2019-cu il tarixdən sonra yenidən hesablama ilə bağlı cavabdeh orqana müraciət etdiyini bildirsə də, bu hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında isə iddiaçının xx.xx.2021-ci il tarixli müraciəti mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq pensiyanın yenidən hesablanması müraciət edilən tarixdən yalnız əvvəlki 3 il üçün hesablana bilər. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq cavabdeh inzib ati orqan öz təşəbbüsü ilə araşdırma apararaq “əmək pensiyasının məbləğinin düzgün hesablanmaması, artıq ödəmələr” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, onun razılığını almadan, ayrıca inzibati akt qəbul etməmiş, bu barədə faktiki hərəkətlər – iddiaçıya təyin edilmiş əmək pensiyasından hər ay birbaşa tutulmalar haqda iddiaçını məlumatlandırmamış, yalnız iddiaçının (pensiyasının düzgün hesablanmaması barədə) müraciətlərindən sonra məlumat verməklə kifayətlənmiş, bununla da pensiya təyinatı üzrə artıq ödənişin dövlət büdcəsinə tutulması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-88/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.Bayramov - sədrlik edən və məruzəçi, R.Mamedov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əməkhaqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Bu səbəbdən də iddiaçıya vaxtilə ödənilmiş əmək haqqına dair cədvəldə göstərilən “kompensasiya” ödənclərinin əmək pensiyasının hesablanması zamanı orta aylıq əməkhaqqı müəyyən edilərkən nəzərə alınması mümkün deyil. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığo rtaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 20.1.4. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Maddə 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 1 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 19. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
106. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xid mətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq, Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. Maddə
107. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 08 iyul 2022-ci il tarixədək olan redaksiyasında). Maddə
109. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 08 iyul 2022-ci il tarixədək olan redaksiyasında). Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada). Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (hazırkı redaksiyada).
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin b u Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayd a və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üz rə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiy i kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosess ual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra xx.xx.2022-ci il tarixdə pensiyası yenidən hesablanmış və 2801,16 manat miqdarında aldığı pensiya məbləği 2.666,69 manat, xx.xx.2022-ci il tarixli qərarı ilə isə 2.691,93 manat müəyyən edilmişdir. C avabdeh iddiaçıya pensiya təyinatı zamanı pensiya məbləği vəzifə maaşı, 45 faiz qulluq stajına görə əlavə, maddi yardım, 25 faiz pul təminatı əsasında hesablanmışdır.
29. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı xx.xx.2011xx.xx.2015-ci illərdə məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan gəliri nəzərə alınmaqla pensiyanın xx.xx.2017-ci il tarixdən yenidən hesablanması, yığılmış məbləğin bir dəfəyə hesabına köçürülməsi və qanunsuz tutulmuş 3.504,30 manat məbləğin hesabına qaytarılması ilə bağlıdır. 30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunda öz ə ksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
31. Həmin Qərarda qeyd edilmişdir ki, “...şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.”
32. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 8/967 nömrəli arayışından görünür ki, iddiaçıya xx.xx.2011xx.xx.2015-ci il tarixlərdə Göygöl Rayon Məhkəməsində sədr vəzifəsində işləyərkən 2011-ci ilin noyabr, 2012-ci ilin iyul ayı, 2013-cü ilin iyun ayı üzrə 3.105,90 manat, 2014-ci ilin iyul ayı, 2015-ci ilin avqust ayı üzrə 4.202,10 manat müalicə üçün pul, 2011-ci ilin dekabr ayı üzrə 2.329,50 manat, 2015-ci ilin avqust ayı üzrə 2.101,20 manat məzuniyyət üçün ödəniş, 20 11-ci ilin dekabr ayı üzrə 1.847,50 manat, 20122013-cü illərin dekabr ayı üzrə 3.105,60 manat, 2014-cü ilin dekabr ayı üzrə 4.202,10 manat, 2015-ci ilin dekabr ayı üzrə 2.101 manat kompensasiya ödənişi edilmiş, həmin müavinət və ödənişlərdən 3% miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur.
33. Belə olan halda məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin mövqeyini hazırkı işə tətbiq edən apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddiaçı 2011-2015-ci illərdə sözügedən əlavələri almış və onlardan müvafiq qaydada məcburi dövlət sosial sığorta haqqı tutulduğundan iddiaçı, ona pensiyanın yenidən hesablanmasını tələb etməkdə haqlıdır.
34. Eyni zamanda qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” qanunun 39.1-ci maddəsinə əsas ən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
35. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından as ılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.
36. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh inzibati orqanın iddiaçının razılığını almamaqla yanaşı artıq ödənilmiş məbləğin tutulması barədə qərar - inzibati akt belə qəbul etməmişdir. Başqa sözlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq cavabdeh inzibati orqan öz təşəbbüsü ilə araşdırma apararaq “əmək pensiyasının məbləğinin düzgün hesablanmaması, artıq ödəmələr” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, onun razılığını almadan, ayrıca inzibati akt qəbul etməmiş, bu barəd ə faktiki hərəkətlər – iddiaçıya təyin edilmiş əmək pensiyasından hər ay birbaşa tutulmalar haqda iddiaçını məlumatlandırmamış, yalnız iddiaçının (pensiyasının düzgün hesablanmaması barədə) müraciətlərindən sonra məlumat verməklə kifayətlənmiş, bununla da pensiya təyinatı üzrə artıq ödənişin dövlət büdcəsinə tutulması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, pensiyanın yenidən hesablanması, fərqin ödənilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
38. Beləliklə qanunvericiliyin yuxarıda istinad o lunan normaları baxımından hazırkı mübahisə ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
39. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 13 fevral 2024-cü il tarixli, 2-1(104)-88/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.