Məhkəmə qərarları › İş №2-1(102)-1916/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1916/2025

02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1916/2025 02.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqanın xx.xx.2011-ci il tarixədək edilmiş hərəkətlərinin mübahisələndirilməsinə dair iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 s aylı Bakı Ərazi İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (X11 üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın ləğv edilməsi və bağ sahəsinin iddiaçının adına qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 2025-ci il tarixli, 2-1(103)-1426/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X13 Bağlar sahəsində 216 nömrəli Bağ Tikinti Kooperativi tərəfindən X7 verilmiş 8 nömrəli orderin surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli, 3/75 nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahəsində 216 nömrəli BTK nəzdində 0,12 h a torpaq sahəsi olan 874a nömrəli bağ sahəsi ayrılmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, **********41 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 874A saylı bağ sahəsi üzərində X5 xüsusi mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində 552 nömrəli reyestr kitabının 52274 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik h üquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/75 nömrəli qərarına əsasən X5 adına verilmiş X3 və İstismarı Birliyinin 8 nömrəli orderinin və həmin order əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, № ******* saylı, № ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 cavabdehlər X9, X7, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 43 saylı Notariat ofisinə qarşı “əqdin etibarsı z hesab edilməsi, çıxarışın ləğvi, torpaq sahəsinin naturada təhvil verilməsi” tələbinə dair iddia qaldırmışdır. Yekun məhkəmə qərarı olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-4745/2022 nömrəli qərarı ilə X5 adına verilmiş Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli, 3/75 nömrəli qərarının və ona əsasən verilmiş X3 və İstismarı Birliyinin 8 nömrəli orderinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 30 dekabr 2014-cü il tarixli A532131 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, X5 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və **********741 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi hissələrində Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi qərarını əsaslandırarkən (50-ci bənd) qeyd etmişdir ki, inzibati orqanların qeyd olunan hərəkətləri ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, torpaq sahəsinin cavabdehə ayrılması və reyestrdəki qeydiyyat inzibati aktlar əsasında aparıldığından, iddianın 1-4-cü tələblərinin faktiki əsasını bu aktların qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana (orqanlara) qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktları mübahisələndirməlidir. Məhkəmə araşdırmaları zamanı keçirilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 12 mart 2021-ci il tarixli rəyinə əsasən, Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X10 bağlar sahəsindəki 216 nömrəli kooperativin X5 adına olan 8 nömrəli orderin mətnində bağın nömrəsini göstərən “874” rəqəmlərindən sonuncu “4” rəqəminin yerində əvvəlcə “5” rəqəmi olub, sonradan üzərində əlavə cizgilər artırmaqla indiki rəqəm icra edilmişdir. Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mütəxəssis rəyinə və həmin rəy əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 09 fevral 2022-ci il tarixli rəyinə əsasən, 874a saylı bağ sahəsi mişar daşından olan hasar daxilində olmaqla ümumi sahəsinin 1297 kv.m təşkil etdiyi müəyyən edilir. Bağ sahəsində tikilinin olmadığı və həmin bağ sahəsinin kadastr planı əsasında X5 adına qeydiyyatdan keçdiyi müəyyən edilir. Sözügedən ərazidə hasarlanma işlər i keçmiş X3 və İstismarı Birliyi tərəfindən yardımçı vasitə kimi istifadə etdiyi bağların bölgüsünə dair sxematik plana və keçid yollarına uyğun aparılmadığından, 874 saylı bağın dəqiq yerləşməsinin aydınlaşdırılması mümkün olmamışdır. Faktiki olaraq iddiaçının iddia etdiyi sahənin qeydiyyatdan keçmiş 874a saylı bağın ərazisi ilə üst-üstə düşməsi müəyyən edilir. Beləliklə müəyyən edilir ki, X5 adına reyestrdə qeyd saxta sənədlər əsasında aparılmış, yəni hüquqların dövlət qeydiyyatını aparan orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən vəzifələrini düzgün icra etməmişdir.

5. Cavabdehin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, **********41 reyestr nömrəli torpaq sahəsi ilkin olaraq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.201 5-ci il tarixdə X5 adına 216 saylı BTK tərəfindən verilmiş 8 saylı order və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********5605 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında qeydiyyata alınmış, 11 mart 2015-ci il tarixdə 4Ə-83 reyestr nömrəli notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında X8 adına özgəninkiləşdirilmişdir və hazırda sonuncunun mülkiyyətindədir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər mərhum X1 adına verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. İdarənin mütəxəssisləri tərəfindən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinə texniki baxış keçirilə n zaman torpaq sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyi müəyyən olunmuşdur (torpaq sahəsi istifadəsində deyil). Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4819/2024 qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və X3 və İstismarı Birliyinin 8 nömrəli orderi əsasında X5 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və **********741 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, İddiaçı adına Bakı şəhəri, Ləhiş bağlar sahəsi 216 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə hüquqmüəyyənedici sənədin verilməsi barədə iddia t ələbi mümkün sayılmamışdır. Bundan əlavə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6486/2023 qərarı ilə iddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X5 adına verilmiş Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli, 3/75 nömrəli qərarının, X2 və İstismarı Birliyinin 8 nömrəli orderinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 30 dekabr 2014-cü il tarixli, A532131 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi, X5 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və **********741 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə qərar qəbul edilməsi tələb inə dair iddiası mümkün sayılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 153.2.2-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüq uqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 10 dekabr 2024-cü il tarixli, e-21(112)-8795/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddianın mümkün sayılmaması əsası qismində məhz, iddiaçı tərəfindən Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X13 Bağlar sahəsində 216 nömrəli Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 8 nömrəli orderin qanunvericiliklə müəyyən edilmiş prosessual müddətdə mübahisələndirilməməsi, başqa sözlə, iddianın mümkünlük şərtlərinin b iri qismində çıxış edən qanunvericiliklə müəyyən edilmiş iddia müddətinə əməl edilməsi ilə bağlı şərtə riayət edilməməsi halı çıxış edir. Hazırkı iş üzrə mübahisə predmetini Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X13 Bağlar sahəsində 216 nömrəli Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 8 nömrəli order təşkil edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında m übahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı sözügedən cavabdehin hərəkətinin mübahisələndirilmə imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir. İş materiallarından görünür ki, üçüncü şəxsə bağ sahəsinin ayrılması barəsində order 1991-ci il tarixdə verilmişdir. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək cavabdehin hərəkətsizliyinin inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məh kəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürüldüyündən, onlar yeni qanuna görə də mübahisələndirilə bilinmədiyinə görə iddia mümkün sayılmamalıdır. 8. **********41 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 874A saylı bağ sahəsi üzərində X6 xx.xx.2015-ci il tarixdə, **********8 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququnun qeydə alındığı RX seriyalı, № ******* saylı çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən çıxarışın verilməsinin kökündə qüvvədə olan Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X13 Bağlar sahəsində 216 nömrəli Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 8 nömrəli order dayanır. Məhkəmə bu mövqe ilə bağlı qeyd edir ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, № ******* saylı çıxarışın verilməsində əsas sənəd qismində çıxış edən Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X13 Bağlar sahəsində 216 nömrəli Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 8 nömrəli order qüvvədə olduğu müddətdə mübahisə predmeti olan çıxarışın ləğv edilməsi qeyri-mümkündür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi hər iki hissədə mümkün sayılmamalıdır.

9. İddiaçı apellyasiya şikayəti verərək, həmi n qərardadın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və E.Ə.Əliyev) 05 mart 2025-ci il tarixli, 21(103)-1426/2025 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin əsasını iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. b)kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (10 iyun 2011-ci il tarixə qədər qüvvədə olan redaksiyada): Maddə

296. Ərizənin verilməsi Maddə 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Maddə

298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir....

16. Azərbayc an Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə ver ilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində mü vafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədə n qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassa siya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şika yəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

22. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

23. Hazırkı mübahisədə iddia tələbi: 1) Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 216 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 874a nömrəli bağ sahəsinin X7 verilməsi barədə Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X13 Bağlar sahəsində 216 nömrəli Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 8 nömrəli orderin ləğv edilməsinə və 2) həmin order əsasında № **********41 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 874A saylı bağ sahəsi üzərində X7 xx.xx.2015-ci il tarixdə, **********8 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququnun qeydə alındığı RX seriyalı, № ******* saylı çıxarışın ləğv edilməsinə yönəlmişdir.

24. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

25. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati pros essual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

26. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir.

27. Hazırkı mübahisə üzrə nəzərə almaq lazımdır ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.

28. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsi ilə, 2011-ci il 1 yanvar tarixindən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 29. 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

30. Hazırkı iş üzrə mübahisə predmeti qismində 8 nömrəli orderin tərtibi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənə dək, yəni xx.xx.2011-ci il tarixədək edilmiş inzibati orqanların hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

31. Beləliklə, iddiaçının sözügedən orderin mübahisələndirilməsi imkanını 2011-ci il 1 yanvar tarixinədək itirdiyi nəzərə alınaraq, həmin orderin ləğvinə dair iddianın mümkünsüzlüyü barədə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Nəzərə almaq l azımdır ki, iddiaçı mübahisələndirdiyi order barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan, şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.

32. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

33. Digər tə rəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

34. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçü n ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

35. Qeyd edilənlərə əsasən, orderin ləğvi barədə iddia mümkünsüz hesab edildiyinindən, bu order əsasında verilmiş çıxarışın ləğvinə dair iddianın da mümkün sayılmaması barədə apelyasiya instansiaysı məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmə dən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 2025-ci il tarixli, 21(103)-1426/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar