Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1917/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid ailəsi kimi mənzillə təmin edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qarşı (üçüncü şəxs Zəngilan rayon İcra Hakimiyyəti) “şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzillə təmin edilmə öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 2-1(105)173/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Zəngilan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 010328 nömrəli vəsiqəyə əsasən iddiaçıya şəhid ailəsi vəsiqəsi verilərək güzəşt və imtiyazlardan istifadə etmək hüququ verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi ba rədə ərizə ilə məhkəməyə müraciət edərək, onun şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan qismində, ailə üzvlərinin sayı nəzərə alınmaqla mənzillə təmin edilməyi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşı şəhid olmuşdur. Ailə vəziyyəti ilə bağlı müvafiq dövlət orqanlarına müraciət edib, lakin müraciəti cavabsız qalıb. Bu barədə Zəngilan rayon İcra hakimiyyətinin də məlumatı olubdur. Zəngilan rayonundan məcburi köçkündür. Övladları ilə birlikdə kirayədə qalır. Şəhid ailəsi kimi onun hüquqları pozulur. Şəhid ailəsi kimi acınacaqlı vəziyyətdə yaşasa da, evlə təmin olunmağı ilə bağlı ona heç bir köməklik edilmir. Cavabdehin etirazları:
4. Cavabdeh kassasi ya şikayətinə etiraz verərək iddia tələbini rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1434/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan qismində, ailə üzvlərinin sayı nəzərə alınmaqla mənzillə təmin etmək öhdəliyi cavabdehə həvalə edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid edilmiş şəxs” kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edildiyindən onun şəhid ailəsi kimi mənzil almaq hüququ yaranmış olur.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 2-1(105)-173/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, işin mübahisəsiz hallarından görünür ki, iddiaçı mənzilə ehtiyacı olan şəhid ailəsi kimi uçota alınmış və adlı siyahıya daxil edilmişdir. Belə olan halda, iddiaçının şəhid ailəsi kimi mənzilə ehtiya cı olan şəxs kimi uçota alındığından, onun qeyd olunan əsasla mənzillə təmin olunmaq hüququ vardır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayətində Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə istinad edərək qeyd edir ki, vətəndaşın qeydiyyatı Zəngilan rayonu olduğu üçün cavabdeh imtiyazlı şəxsi mənzillə təmin edə bilmir. Respublikanın digər bölgələrində verildiyi halda isə mənzil qanunvericiliyin müddəaları və digər imtiyazlı şəxslərin mənzil növbəliliyi pozulmuş olur.
12. Həmçinin qeyd edilir ki, məcburi köçkün statusu olan vətəndaşların şəxsiyyət vəsiqələrinə əsasən onların daimi yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaları mümkün olmadığı üçün həmin şəxslərin (həmçinin məcburi köçkün statusu olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin) müvafiq qaydada qeydiyyata alınaraq sosialməişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilm əməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
19. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı məcburi köçkün olmaqla, həm də şəhid ailəsi statusuna malik olan şəxsdir. Eləcə də o, məcburi köçkün və ya şəhid ailəsi qismində mənzilə ehtiyacı olan şəxs kimi hər hansı mənzillə təmin edilməmiş, hazırda kirayədə yaşayır. 20. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəq illiyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamının 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət və zifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməlidir.
21. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilən Zəngilan rayonu üzrə qeydiyyatda olan imtiyazlı şəxslərin siyahısında iddiaçı şəhid ailəsi kimi mənzilə ehtiyacı olan şəxs kimi uçota alınmışdır.
22. Beləliklə, iddiaçının həmin Sərəncamdan irəli gələn öhdəliyin icrası ilə bağlı hazırkı məzmunda tələb hüququ vardır.
23. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA AL Dİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 21(105)-173/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.