Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1918/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1907/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasına əsasən, o, 12 oktyabr 1976- 2 aprel 1986, 17 aprel 1986 – 3 yanvar 1989, 10 oktyabr 1989 – 9 yanvar 2006-cı il tarixlərində müxtəlif peşələrdə işləmişdir.
2. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə 28 aprel 2021-ci il tarixdə cavabdeh orqana müraciət etmişdir.
3. Cavabdeh orqanın 14 iyun 2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, 13 d ekabr 1974-cü il tarixdə tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən, 1 yanvar 2006-cı il tarixədək sığorta stajı 23 il 4 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, 1 yanvar 2006-cı il tarixindən 1 iyul 2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Mərkəzi Filialın 2 iyun 2021-ci il tarixli aktına əsasən əmək fəaliyyəti ilə məşğul olduğu "xxxx" ASC-də 1 yanvar 2001-ci il tarixdən 9 yanvar 2006-cı il tarixədək, 9 yanvar 2006-cı il tarixdən 1 noyabr 2013-cü il tarixədək öz hesabına məzuniyyətdə olduğu üçün sözügedən dövrün sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1959cu ildə Ermənistan SSR Quqark rayonunda anadan olmuş İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək, eləcə də, xx.xx.2013-cü il tarixinədək olan müddətdə "xxxx" ASC-də biçici vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə Ermənistan SSR Quqark rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə başladığı müddətdən hal-hazırkı vaxtadək olan iş yeri barədə qeydlə r əmək kitabçasında qeyd edilmişdir. O, 62 yaşı tamam olduqdan sonra əmək pensiyası təyin edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş və ona 14 iyun 2021-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, onun xx.xx.2006-cı il tarixədək sığorta stajı 23 il 4 ay olmaqla tələb olunan müddətdən, 25 ildən azdır. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı nəzərə alınmamışdır. Əlavə olaraq Mərkəz Filialın xx.xx.2021ci il tarixli aktına əsasən, əmək fəaliyyəti ilə məşğul olduğu "xxxx" ASC-də xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixədək, xx.xx.2013-cü il tarixədək öz hesabına məzuniyyətdə olduğu üçün sözügedən dövrün sığorta stajına əlavə edilməsi mümkün olmadığı bildirilmişdir. Lakin, məhkəmənin diqqətin ə çatdırmaq istəyir ki, qeyd olunan dövrdə "xxxx" ASC öz fəaliyyətini dayandırdığından, hər bir işçiyə öz hesabına məzuniyyətə çıxması ilə bağlı ərizə yazdırılmış və həmin müddətdə onlara hər-hansı bir məzuniyyət haqqına görə məbləğ ödənilməmişdir. Bu səbəbdən, xx.xx.2006-cı il tarixdən sonra fərdi sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Lakin, bundan başqa, cavabdehin onun əmək stajını 23 il 4 ay hesablanması ilə əlaqədar 1 il 8 ay müddətin çatışmazlığı səbəbindən, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası hüquqlarını pozur. Bu səbəbdən, inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbl əri baxımından mümkün hesab edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddələrin mətnindən aydın olur ki, yasa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Resp ublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 23 il 4 ay sığorta stajı, 21898,3606 manat pensiya kapitalı (xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır) vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından və 28800 manat pensiya kapitalından azdır.
7. Bakı İnzibati Məhkəməsi tərəfindən "xxxx" ASC-yə sorğu verilərək, X2 xx.xx.1989cu il tarixdən 09.01,2006-ci il tarixə kimi Bakı Trikotaj fabrikində Azərbaycan Respublikası DƏK-in 1192 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilib) işləməsi ilə bağlı əmək fəaliyyətini təsdiq edən sənədlərin - əmrlər kitabının, əmək haq qı cədvəllərinin, işə daxilolma, işdən edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrlərinin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim edilməsi xahiş edilmişdir.
8. Həmin sorğuya cavab olaraq, "xxxx" ASC tərəfindən 27 oktyabr 2021-ci il tarixli, 48 nömrəli və 17 noyabr 2021-ci il tarixli, 54 nömrəli məktublarla təqdim edilmiş məlumatlardan müəyyən edilir ki, xx xxxxx 1959-cu il təvəllüdlü X2 şəxsi vərəqəsinə əsasən, 10 oktyabr 1989-cu il tarixli, 246 saylı əmrlə “Bakı Trikotaj Fabriki”–nin tikiş sexinə biçici peşəsi üzrə işə qəbul edilmiş, öz xahişi ilə 09 yanvar 2006-cı il tarixli, 04 saylı əmrlə işdən azad olunmuşdur. 1995-ci ilin aprel ayından dekabr ayına qədər, 1996-cı ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları, 1997-ci ilin y anvar ayından 2005-ci ilin dekabr ayına qədər ödənişsiz məzuniyyətdə olmuşdur. Arayışa qoşma şəklində X2 xx.xx.1989-cu ildən xx.xx.2006-cı il tarixə qədər "xxxx" ASC-də işlədiyi dövrlər üzrə əmək haqqı cədvəlləri təqdim edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8156/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddiаnın rədd edilməsi qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı qanunvericiliklə tələb oluna 25 il sığorta stajına malik olmamışdır. Eləcə də iddiaçının hazırda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 21898.3606 manat olmaqla, ona münasibətdə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölüm ündən əldə edilən məlumatlara əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək sığortaedənlər tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumat aşkar olunmamışdır. Buna görə də iddia təmin edilməməlidir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1907/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkə məsinin 14 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddianın təmin edilməsi, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək, eləcə də xx.xx.2013-cü il tarixinədək olan iş illəri sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1979 – xx.xx.2002-ci illərə təsadüf edən, yəni 22 il 2 ay 20 gün təşkil edən iş stajını qəbul edir, lakin iş materialları ilə təsdiq olunur ki, iddiaçının əmək fəaliyyəti xx.xx.1979-cu il tarixdə deyil, xx.xx.1976-cı il tarixdə başlamışdır (bax i.v. 13-də olan əmək kitabçasına) və belə olan halda birinci instansiya məhkəməsin in qəbul etdiyi son xx.xx.2002-ci il tarixədək iddiaçın 25 ildən artıq iş stajı mövcuddur. Bundan başqa, birinci instansiya məhkəməsinin iddiaçının ödənişsiz məzuniyyətdə olduğu üçün iş stajı kimi qəbul etmədiyi xx.xx.2002-xx.xx.2006-2013-cü illəri əhatə edən müddətə gəldikdə isə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həmin illərdə iddiaçı dövlət müəssisə olan “Bakı Trikotaj Fabriki”ndə (sonradan müəssisənin adı "xxxx" ASC-yə dəyişdirilmişdir) çalışmışdır. Beləliklə də, iddiaçının xx.xx.1976 – xx.xx.2006-ci illər arası 30 ilə yaxın ümumi iş stajı müəyyən olunur.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahi ş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yas həddinə çatmalıdır; 2) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. Birinci əsasla bağlı kassator hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır.
16. İkinci əsasla bağlı qeyd edir ki, iddiaçının cəmi 23 il 4 av sığorta stajı, 21898,3606 manat pensiya kapitalı (xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabında pen siya kapitalı qeydə alınmamışdır) vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından və 28800 manat pensiya kapitalından azdır.
17. İşin faktiki hallarına əsasən, İddiaçı məxsus əmək kitabçasında xx.xx.1976xx.xx.1986; xx.xx.1986-xx.xx.1989; xx.xx.1989-xx.xx.2006-cı illərdə əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı qeydlər aparılmışdır.
18. İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 23 il 4 ay sığorta stajı mövcuddur. Belə ki, iddiaçının xx.xx.1976-xx.xx.1986 (9 il 5 ay 21 gün); xx.xx.1986xx.xx.1989 (2 il 8 ay 17 gün); xx.xx.1989-xx.xx.2006-cı illər ( 11 il 2 ay 22 gün ( xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək iddiaçı öz hesabına məzuniyyətdə olduğu üçün həmin dövrlər nəzərə alınmamışdır)) işlədiyi dövr mübahisələndirilməyən sosial s ığorta stajına daxil edilən dövrlərdir.
19. İlk olaraq, qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin məcəllənin 129-cu maddəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
20. Yuxarıda qeyd olunan Məcəllənin 129-cu maddəsi nə 2009-cu ildə edilmiş dəyişikliyə əsasən isə, “işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər”.
21. Digər tərəfdən, 5 ildən çox müddətə, habelə öz hesabına ödənişsiz məzuniyyətdə olma Əmək Məcəlləsinin 112 və 128- ci maddələri anlamında ödənişsiz məzuniyyət deyil.
22. Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qa tumun 21.1ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericiliyin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi bəmin siyahıda təsbit olunmamışdır.
23. Lakin, apellyasiya şikayətində də qeyd olunmuş hallar məhkəmə tərəfindən yoxlanılmamış və həmin xüsusatlara düzgün hüqu qi qiymət verilməmişdir. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı əsassızdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə 6
7. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədin i mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə işti rak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin y aş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixinədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.
30. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin möv cudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Ma ddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. X4 Məhkəməsinin hüquqi mövqe yinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona gö rə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. İlk öncə qeyd edilməlidir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtina məktubunun məzmunundan müəyyən edilir ki, iddiaçının ona əmək pensiyasının təyin edilməsindən imtina edilməsi üçün əsas göstərilmişdir: 1) iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum əmək pensiyasının məbləğindən yüksək pensiya təminatına imkan verməməsi və onun azı 25 il əmək stajının olmamasıdır.
38. Kassatorun əsas dəlili ondan ibarətdir ki, iddiaçının xx.xx.2006-cı ilədək 25 il stajı yoxdur. Belə ki, iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 23 il 4 ay stajı mövcuddur. xx.xx.2001 – xx.xx.2006-cı il tarixinədək olan stajı iddiaçı öz hesabına məzuniyyətdə olduğu üçün həmin dövrü cavabdeh sığorta stajı kimi nəzərə almır.
39. Göstərilən dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya onun təqsiri olmadan əmək haqqı hesablanmadığına baxmayaraq, onun iş yerinin (vəzifəsinin) saxlandığı mübahisə doğurmalı deyil. Əmək pensiyası hüququnun yaranmasının əsası kimi məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin nəzərə alınması şərtinin hazırkı halda təmin olunub-olunmadığına gəldikdə, iddiaçının əmək kitabçasının məlumatlarına görə onun əmək fəaliyyətinin xx.xx.2006-cı ilədək davam etmiş müddəti nə həmin şərtin tətbiqi, ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə istisna edilir. Həmin normaya görə, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
40. Digər tərəfdən, nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti or qanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
41. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu.
42. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunveri ciliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.
44. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edil məsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1907/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.