Məhkəmə qərarları › İş №2-1(102)-192/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-192/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-192/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və İstehsalat Birliyi “Konti” Xüsusi Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxs "xxxx" MMC) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (şəhadətnamənin etibarsız sayılması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Bəhman Qəribovdan ibarət tərkibdə, İddiaçı1 və İstehsalat Birliyi “Konti” Xüsusi Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “Apelyasiya Şurasının qərarının ləğv edilməsi və şəhadətnamənin etibarsız sayılması haqqında” tələbinə dair iş ü zrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 2-1(103)-1877/2021 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı "Konti-Rus” Səhmdar Cəmiyyəti və İddiaçı2 Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasına müraciət edərək "Konfirella" (təsvir) adlı əmtəə nişanının (03.11.2016-cı il tarixli, 2016 1266 qeydiyyat nömrəli) qeydiyyatının etibarsız sayılmasını xahiş etmişdir.

2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının 07 iyun 2019-cu il tarixli, A110-7 saylı qərarı ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İş üzrə qəbul edilmiş məhkə mə aktları birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə- birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının 07 iyun 2019-cu il tarixli, A110-7 saylı qərarının ləğv olunması və “Konfirella” (təsvir) əmtəə nişanının qeydiyyata alınmasına dair 03.11.2016-cı il tarixli, 2016 1266 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC-nin "Konfirella” (təsvir) adlı əmtəə nişanını qeydiyyata alaraq, cəmiyyətə məxsus olan müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, ərizəyə əlavə olunan və müəlliflik hüququnu təsdiq e dən sənədlərdən görünür ki, "Peçenye Konti” adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsi 01 noyabr 2013-cü il tarixində Ukrayna Respublikasının Donetsk şəhərində X2 tərəfindən onun işəgötürəni Ukrayna Respublikasının "X4” XSC-nin tapşırığı ilə yaradılmışdır və tərəflər arasında əmək müqaviləsinin tələblərinə və Ukrayna Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları Ukrayna Respublikasının "X4" XSC-nə keçmişdir. Müqayisə edilən əmtəə nişanlarının ümumi kompozisiyası eynilik təşkil edir. Belə ki, həmin əmtəə nişanlarının sözlərinin ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılışı (məsələn, çap və ya əllə yazılmış hərflər), sözlərin yazılış əlifbası, rənglərin uzlaşması üst-üstə düşür. Əmtəə nişanların da ideya uyğunluğu, xarici forma, elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğular, növü və xüsusiyyətləri (naturallığı), rənglərin və boyaların keyfiyyətinin uzlaşması eynidir.

5. Bu nişanların yalnız bir fərqləndirici amili vardır, o da nişanlarda istifadə edilən və şirkətlərə məxsus olan loqotiplərin fərqli olmasından ibarətdir. "xxxx" MMC şirkətinə məxsus "Konfirella" sözü «Konti» şirkətinə məxsus “Konti" sözünün deformasiyası nəticəsində ortaya çıxmışdır. Müqayisə edilən nişanlarda qeyd olunan cüzi fərqləndirici elementdən başqa bütün elementlər eynidir. Göründüyü kimi, hər iki nişanda düzbucaq formasında və üzərində müxtəlif naxışlar olan peçenye göstərilir. Əmtəə nişanlarının xarici forması, eyni simmetriyanın mövcud olması, xüsusiyyətləri (naturallığı ), rənglərin uzlaşması və sair əlamətlər oxşarlıq yaradır.

6. Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na, yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisəsinə əsasən, iddiaçı ("Konti-Rus" SC və "X4" XSC) hesab edir ki, "Peçenye Konti” adlı kombinasiya edilmiş əmtəə nişanı (3118 nömrəsi ilə Ukrayna Respublikasında sənaye nümunəsi (patent) kimi qeydiyyata alınmış, 2013-cü ildə yaradılmış və müəlliflik hüquqları ilə qorunan təsvir) və "Konfirella” təsviri kombinasiya edilmiş əmtəə nişanı (2016 1266 nömrəsi ilə qeydiyyata alınmış) qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. 7. "xxxx" MMC-nin “Konti” şirkəti ilə bilavasitə əlaqəsi olmuşdur. Belə ki, “Konti” şirkəti və "xxxx" MMC arasında qənnadı məmulatların təchizatı üzrə 30 dekabr 2010 -cu il tarixli, 893 nömrəli və 31 dekabr 2012-ci il tarixinədək qüvvədə olan, 10 mart 2016-cı il tarixli, 0184/8/16 nömrəli və 31 dekabr 2016-cı il tarixinədək qüvvədə olan, 27 dekabr 2012-ci il tarixli, 1266/8/12 nömrəli və 31 dekabr 2013-cü il tarixinədək qüvvədə olan və 02 mart 2016-cı il tarixli, 0108/8/16 nömrəli və 31 dekabr 2016-cı il tarixinədək qüvvədə olan müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, "xxxx" MMC “Konti” şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. 8. "xxxx" MMC «Konti» şirkətinin icazəsi olmadan, «Konti» şirkətinin əmtəə nişanının öz adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikasında cavabdehə müraciət etmişdir. Bildirilir ki, “Konti” şirkəti tərəfindən "Peçenye Konti” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyatd an keçirildiyi həm Ukrayna Respublikası, həm də Rusiya Federasiyası Paris Konvensiyasına üzv ölkələrdən sayılır. Eyni zamanda Azərbaycan Respublikası da Paris Konvensiyasının üzv ölkəsidir. 9. "xxxx" MMC “Konti” şirkətinin distributoru olduğu zaman “Konti” şirkətinə məxsus olan əmtəə nişanının qeydiyyata alınmasına dair ərizə vermişdir və bununla da "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun və Paris Konvensiyasının müddəalarını kobud şəkildə pozmuşdur.

10. Birinci instansiya məhkəməsinin 05.04.2021-ci il tarixli, 2-1(112)-221/2021 nömrəli (hakim Aytən Oruczadə) qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının 07 iyun 2019-cu il tarixli, A110-7 saylı qərarı ləğv edilmiş və “Konfirella” (təs viri) əmtəə nişanının qeydiyyata alınmasına dair 03.11.2016-cı il tarixli, N 2016 1266 nömrəli şəhadətnamə etibarsız hesab edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələbləri, Azərbaycan Respublikasının 14.09.1995-ci ildə qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın, 27.11.1998-ci ildə qoşulduğu “Ədəbi və X3 haqqında” Bern Konvensiyasının müddəaları nəzərə alınmaqla iddiaçının müraciəti əsasında əmtəə nişanının qeydiyyatının ləğv edilməsindən cavabdehin imtinası əsassız olmuşdur.

12. Üçüncü şəxs "xxxx" MMC apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İn zibati Kollegiyasının (bundan sonra mətndəapelyasiya instansiyası məhkəməsi) 16.09.2021-ci il tarixli, 2-1(103)-1877/2021 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Elmira Nağıyeva) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 05.04.2021-ci il tarixli, 21(112)-221/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Üçüncü şəxs "xxxx" MMC kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

16. Üçüncü şə xs məzmun baxımından apelyasiya şikayətinə uyğun kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətində qeyd olunmuş faktiki halları və apelyasiya şikayətinin dəlillərini araşdırmamış, işə birtərəfli qaydada yanaşmışdır. Belə ki, hazırki iş üzrə "xxxx" MMC-yə məxsus şəhadətnamədə əmtəə nişanının təsviri hissəsindən başqa qalan işarələrin müstəqil mühafizə obyekti olmadığı qeyd edildiyi halda, apelyasiya instansiyası məhkəməsi qərarında "xxxx" MMC-nin adına qeydiyyata alınmış əmtəə nişanının təsviri ilə iş üzrə iddiaçıya məxsus olan və yalnız sözdən ibarət "PeçenğeKonti" söz işarəsini eyniləşdirmişdir. Apelyasiya instansiyası məhkəməsi əmtəə nişanlarının qeydiyyatının ilkinlik məsələsinə də obyektiv münasibət bildirməmişdir. Belə ki, hazırk i iş üzrə iddiaçıya məxsus olan və yalnız sözdən ibarət "PeçenğeKonti" əmtəə nişanının təsvir hissəsinin hazırda da qeydiyyatı yoxdur. Hazırki iş üzrə mübahisə predmeti olan “əmtəə nişanının təsviri” ilk dəfə olaraq Azərbaycan Respublikasında "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Apelyasiya insitansiyası məhkəməsi qeyd olunan məsələyə obyektiv yanaşmamışdır. Əks təqdirdə məhkəmə belə bir qətnamə qəbul edə bilməzdi.

17. Qeyd edilir ki, sözü gedən əmtəə nişanının təsviri Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X5 Komitəsində "xxxx" MMC-nin adına qeydiyyata alınan zaman müvafiq qaydada yoxlanılmış və onun ilkin ekspertizası aparılmışdır. Əgər belə bir təsvirli əmtəə nişanı başqa şəxslərin adına qeydiyyata alınmış olsaydı, "xxxx" MMC-nin adına qeydiyyata alınmazdı. Lakin, məhkəmə bu halı da düzgün araşdırmamış, işə birtərəfli qaydada yanaşmasının göstəricisi olaraq ekspertizanın təyin edilməsi zərurətinin olmadığı və məhkəmənin ekspert qismində iştirak edə biləcəyi qənaətinə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Tətbiq edilən hüquq 21. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqınd a” Qanun Maddə

5. Müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Həmin maddənin 2-ci bəndinin dördüncü hissəsi isə müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər aşağıdakı obyektiv formada mövcud ola bilər: “təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino, tele-, video-, yaxud fotokadr və s.)...” 22. “Ədəbi və X3 haqqında Bern Konvensiyası” Maddə 2. “«Ədəbi və bədii əsərlər» termini hansı üsu lla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən:...rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini...”əhatə edir...” Həmin maddənin 6-cı bəndinə əsasən, “bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir.” 23. “Haqsız rəqabət haqqında” Qanun Maddə 4. “Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özb aşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir”. 24. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası. Maddə

6. Mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşması kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tə rəfindən verilən şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur. (2) Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi, əgər onun İttifaq sərhədlərində belə müəssisəsi yoxdursa, İttifaqın onun yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa, onun vətəndaşı olduğu ölkə götürülür. İşarələr əxlaq və ümumi qaydalara zidd olarsa, və xüsusən onlarla ictimaiyyəti çaşdırmaq olarsa, baxılan maddənin qüvvəsi altına düşən ölkədə əmtəə nişanlarının qeydiyyatı rədd edilə, yaxud etibarsız hesab edilə bilər.

25. İnzibati Prosessual Məcəllə Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə q ərar qəbul edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsə lələrin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kasasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Yuxarıda istinad olunan normalara görə, müəlliflik h üququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino-, tele-, video-, yaxud fotokadr və sair obyektiv formada mövcud ola bilər.

30. Bu qərarın 24-cü bəndində istinad olunan normalara əsasən, mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşması kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfindən verilmiş şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur. Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi, əgər onun İttifaq sərhəd lərində belə müəssisəsi yoxdursa onun İttifaqın yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa, onun vətəndaşı olduğu ölkə götürülür. 31. “Haqsız rəqabət haqqında” Qanunun yuxarıda istinad olunan 4-cü maddəsinə görə, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir.

32. Eyni zamanda, nəzərə almaq lazımdır ki, yuxarıda istinad edilmiş normalara görə, “Ədəbi və bədii əsərlər” termini, ifadə üsul və formasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini əhatə edir. Həmin normaların tələbinə əsasən bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir.

33. İş üzrə materialla rla müəyyən olunmuşdur ki, "Peçenye Konti” adlı peçenyenin təsviri “Konti” İstehsalat Birliyi səhmdar cəmiyyətinin marketinq departamentinin dizayn şöbəsinin rəisi vəzifəsində işləyən X1 tərəfindən onunla bağlanmış əmək müqaviləsinə əsasən yaradılmış, 12 noyabr 1999-cu il tarixində 3118 nömrəsi ilə qeydiyyata alınmış və 01 noyabr 2013-cü il tarixli müstəsna müəllif hüquqlarının işəgötürənə verilməsinin təsdiqi haqqında akta əsasən həmin cəmiyyət qeyd olunan təsvirə müstəsna hüquq əldə etmişdir.

34. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında qənnadı məmulatlarının tədarükünə dair müqavilələr bağlanmış, "xxxx" MMC həmin müqavilələr əsasən iddiaçıya məxsus qənnadı məmulatlarının Azərbaycan Respublikasında distributorluğunu və dağıtmanı həya ta keçirmişdir. Qeyd olunan xüsusat başqa bir inzibati iş üzrə işə əlavə olunmuş hazırkı tərəflərin və üçüncü şəxsin iştirak etdiyi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəsini almış 2-1(102)-2684/2019 saylı qərarı ilə də təsdiq olunur. Bu baxımdan, MPM-in 82.3-cü maddəsinin tələbləri nöqteyi-nəzərindən, iddiaçı ilə "xxxx" MMC arasında qənnadı məmulatlarının təchizatı üzrə müqavilələrin bağlandığı və sonuncu tərəfindən həmin məmulatların Azərbaycanda distribusiyasının və dağıtımının həqiqətən həyata keçirilməsinin hazırkı iş üzrə yenidən sübutuna ehtiyac mövcud deyildir.

35. İş üzrə materiallara əlavə olunmuş, eləcə də məhkəməyə təqdim olunmuş əmtəə nişanı və peçenyelərin foto-təsvirlərinin vizual müqayisəsi zamanı həmin təsvirlərin tam olara q eynilik təşkil etdiyi, hər iki təsvirdə qrammatik işarə daxilində sözlərin “Kon” kökü ilə başlamaqla, oxşar dalğavari konturlu xətt üzrə həkk olunduğu görünür. Başqa sözlə, təsvirlərdəki eyniliyin müəyyən olunması üçün onların vizual müayinəsi kifayət edir və müayinə zamanı çaşdırıcı, yanıldıcı vəziyyət yaradan əlamətlər adi gözlə də aydın şəkildə müşahidə olunur. Bununla bağlı nəzərə almaq lazımdır ki, MPM-in 97.1-ci maddəsinə görə, yalnız xüsusi bilik tələb olunan sualların izah olunması zərurəti yarandığı hallarda məhkəmə tərəfindən ekspertiza təyin edə bilər. Hazırkı mübahisəyə münasibətdə belə bir zərurətin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. 36. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanuna əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və y a coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydiyyata alınmasına yol verilmir. Həmin Qanunun müddəalarına görə, əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə, əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir. Qeyd olunan Qanunun 31-ci maddəsinə (2-ci hissəsinə) əsasən, əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkət ləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər.

37. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 1999-cu il tarixli, 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29-cu maddəsinə görə, iddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması zamanı, məna etibarı ilə (semantik) oxşarlıq nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi kimi əlamətlər əsasında müəyyən edilir.

38. Onu da qeyd etmək lazımdır ki, işə əlavə olunmuş Azərbaycan Respublikasında bazar araşdırılmaları sahəsində fəaliyyət göstərən "xxxx" MMC tərəfindən 540 nəfər yerli istehlakçı arasında aparılmış rəy sorğusunun nəticələrinə görə, respondentlərin 67 faizi "Peçenye Konti” adlı əmtəə nişanını tanıdıqlarını bildirmişlər.

39. Göründüyü kimi, qüvvədə olan əmtəə nişanları və coğrafi göstəricilər həm yerli qanunvericilik, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr baxımından eyni dərəcədə mühafizə olunur. Beləliklə, yuxarıda istinad olunan normalar və qeyd olunan səbəblər nəzərə alındıqda, "xxxx" MMC-nin adına cavabdeh tərəfindən aparılmış “Konfirella” əmtəə nişanının (təsviri) qeydiyyatının və bununla bağlı verilmiş şəhadətnamənin etibarsız hesab olunmasını tələb etməkdə iddiaçı haq lı sayılmalıdır. Hazırkı mübahisəyə münasibətdə bununla bağlı faktiki şərtlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur.

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

41. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 2-1(103)-1877/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar