Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-192/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə əmrin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 25.01.2024 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızıdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-558/2023 nömrə li qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2002-ci il tarixdə Daşkəsən rayonundan hərbi xidmətə çağırılmış, müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra, ayrı-ayrı hərbi hissələrdə MAXE, sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 4-cü taborunun 10-cu bölük 1-ci taqımında baş gizir vəzifəsində olmuşdur.
2. Azərbaycan Respublikası Quru Qoşunları Komandanlığı xx.xx.2022-ci il tarixdə, 0135gm nömrəli əmrlə Azərbaycan Respublikası Müdafiə Nazirinin "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "a" bəndinə əsasən müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, 10 gün məzuniyyət verilməklə xx.xx.2022 -ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığının N nömrəli hərbi hissəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığının 0135gm nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi və onun N nömrəli hərbi hissənin 4-cü tabor 10-cu bölük 1-ci taqım komandirinin müavini vəzifəsinə bərpa edilməsi barədə qərar çıxarılmas ını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2002-ci il tarixdə Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış, müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra ayrı-ayrı hərbi hissələrdə MAXE, sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 4-cü taborunun 10-cu bölük 1-ci taqımında baş gizir vəzifəsində olmuşdur. Ümumilikdə 16 il 6 ay hərbi xidmətdə olmuş, hərbi xidmətdə olduğu müddət ərzində qüsursuz xidmətə görə yuxarı komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmış, 44 günlük Vətən müharibəsi dövründə bir neçə medalla təltif edilmişdir. Belə ki, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley, "Azərbayca n Ordusunun 100 illiyi (19182018) Yubiley, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının "Şücaətə görə", xx.xx.2018-ci il tarixdə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, xx.xx.2021-ci il tarixdə "Kəlbəcərin azad olunmasına görə", xx.xx.2020-ci il tarixdə "Şuşanın azad olunmasına görə", xx.xx.2021-ci il tarixdə "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Quru Qoşunları Komandanlığı xx.xx.2022-ci il tarixdə, 0135gm nömrəli əmrlə Azərbaycan Respublikası MN-in "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "a" bəndinə əsasən müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, 10 gün məzuniyyət verilməklə onu xx.xx.2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə göndərilmişdir. Müvafiq olaraq xidmət etdiyi N saylı hərbi hissə komandiri vəzifəsini icra edən R.Əliyev 253 nömrəli, xx.xx.2022ci il tarixli əmrlə onu ehtiyata buraxmışdır. Ehtiyata buraxılmağı haqqında həmin əmri xx.xx.2022-ci ildə qeydiyyat kitabına imza etməklə almışdır. Mübahisələndirilən əmrdən görünür ki, Azərbaycan Respublikasının "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "a" bəndinə əsasən xidmət müddəti başa çatdığına görə cavabdeh onu ehtiyata buraxmışdır. Halbuki, iddia ərizəsinə əlavə etdiyi sübutlardan görünür ki, xidmət müddəti qüsursuz olmuş, dəfələrlə medallarla təltif edilmişdir. Əmrlə onun 20 il xidmət müddətinin başa çatmasına imkan verilməmi ş və ehtiyata buraxılmışdır. Barəsində verilmiş əmrin məqsədi budur. Qanunvericiliyə görə 20 il xidmət müddəti başa çatdıqdan sonra hərbiçi olaraq təqaüdə çıxa bilərdi. Odur ki, iddiaçı hesab edir ki, onun barəsində verilmiş 0135gm nömrəli xx.xx.2022-ci il tarixli əmr ləğv edilməli və onun əvvəlki vəzifəsinə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. cavabdehin etirazı:
5. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)456/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birin ci icraat:
8. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(104)-291/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)456/2023 saylı qərardadı ləğv edilmiş, iş mümkünlük məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. c. birinci instansiya məhkəməsində ikinci icraat:
9. X1 Məhkəməsinin icraatında olan zaman iddiaçı tələbin həcmini artıraraq ona həmçinin maddi və psixoloji ziyana görə təzminatın da ödənilməsini xahiş etmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)2245/2023 saylı qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmiş, eyni zamanda, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığının N nömrəli hərbi hissəsi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)2245/2023 saylı qərardadı ilə iddia “maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair hissədə mümkün sayılmamışdır.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2245/2023 saylı qərarı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xidmət müddəti başa çatdığı üçün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq həqiq i hərbi xidmətdə ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, eyni zamanda onunla aparılmış söhbət zamanı həqiqi hərbi xidmətdə ehtiyata buraxılmağına heç bir etirazının olmadığını bildirmişdir. İddiaçı məhkəmə iclası zamanı söhbət vərəqəsində öz razılığı ilə ehtiyata buraxılma barədə ifadələri təzyiq altında yazdığını bildirsə də, qeyd olunan halı təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan da məhkəmə iddiaçının qeyd olunan dəlillərini inandırıcı hesab etmir. Hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsini həyata keçirən normaların tələblərindən də göründüyü kimi, bağlaşma müqaviləsi tərəflərin razılığı ilə bağlanılır və müvafiq müddətə uzadılır. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçı onunla bağlanmış ba ğlaşma müqaviləsinin hərbi xidmətdə olmağın son yaş həddi çatanadək uzadılmasını tələb etməkdə haqlı deyil. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən sözügedən əmr verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Başqa sözlə, iddiaçı ehtiyata buraxılması ilə bağlı şəxsən müraciət etmiş, onun müraciəti yuxarı komandanlıq tərəfindən nəzərə alınmış və müvafiq əmrlə həmin əsasla ehtiyata buraxılmışdır.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddiasının təmin edilməsini, orta əmək haqqı hesablanılmaqla iddiaçıya ödənilməsi və 30.000 manat təzminat ödənilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. d. apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın xx.xx.2023-cü il tarixli, 2-1(104)-558/2023 saylı qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(114)-2245/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının xidmət müddətində qüsursuz xidmətə görə dəfələrlə mükafatlanması işin mübahisəsiz halıdır və onun etdiyi xidmətə verilmiş qiymətdir. Lakin onun əvvəlki qüsursuz xidməti sonradan xidmətinin davam etdirilməsi üçün qarantiya deyildir. İşdən göründüyü kimi iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi onunla bağlanmış bağlaşmanın müddətinin bitməsi və özünün hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı raportla müraciət etməsi olmuşdur.
17. Apellyasiya şikayətin in əmr verilərkən kontraktda göstərilən müddətdən 3 ay artıq xidmətdə olması, komandanlığın onunla kontraktı müddətin bitdiyi tarixdə pozmaması, əksinə onun xidmətini davam etdirmək üçün hərəkətlər etməsi, döyüş növbətçiliyinə, zabitlik kursuna, imtahanlara cəlb etməsi dəlili ilə bağlı kollegiya qeyd edir ki, həqiqətən də işdən göründüyü kimi komandanlıq iddiaçını bağlaşmanın müddəti bitdikdən sonra xidmətini davam etdirmək üçün hərəkət etmişdir. Lakin nəzərə alınmalıdır ki, hərbi xidmətlə bağlı bağlaşma könüllü əsaslarla bağlanır. İddiaçı isə hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı raportla müraciət etmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və həmin dəlilləri əsassız sayır. 18.İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməs i və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ e. kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində iddia ərizəsi və işin halları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmini üçün əsas olduğu halda heç bir qanuni əsas olmadan sübutlara tənqidi yanaşılmışdır. f. kassasiya şikayətinə etirazın dəlilləri
20. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvv ələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir.... Maddə
38. Həqiqi hərbi xidmətin və sərəncamda olmanın müddətləri 38.1. Dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir:... 38.1.4. gizirlər və miçmanlar üçün – 5 il. Sonra bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır;... Maddə
41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırla r: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla);...” “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə (Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir):...
2. Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir....
12. Həqiqi hərbi xidmətin müddətləri dinc dövrdə təqvim hesabı ilə aşağıdakı kimi müəyyən edilmişdir:... q) gizirlər və miçmanlar üçün — 5 il. Sonra bu müddət həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 5 il, yaxud daha az müddətə uzadıla bilər;...
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa);...
168. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəy işdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. İddiaçı və vəkili ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasını xahiş etmişlər.
24. İşin materiallarına görə, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim olunmuş, iddiaçı xx.xx.2023-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün İPM-lə müəyyən edilmiş 1 aylıq müddət keçmədən apellyasiya instansi yası məhkəməsinə ərizə ilə müraciət edərək dövlət büdcəsinin vəsaiti hesabına vəkil ilə təmin olunmasını xahiş etmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və qərardad icra olunması üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosuna göndərilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı vəkil ilə təmin olunmuş, xx.xx.2023-cü il tarixində kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur.
25. Beləliklə, prosessual müddət ötürülməmişdir.
26. Kassasiya şikayəti, həmçinin formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilir.
27. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivə sində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iş materiallarına surəti əlavə edilən raportdan və söhbət vərəqindən göründüyü kimi, xidmət müddəti başa çatdığı üçün həqi qi hərbi xidmətdə ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını iddiaçının özü xahiş etmiş və həqiqi hərbi xidmətdə ehtiyata buraxılmağına heç bir etirazının olmadığını bildirmişdir. Bunu təkzib edən hər hansı sübut işdə yoxdur. Ona görə də iddiaçının onun ehtiyata buraxılması barədə əmrin qanunsuz olması barədə dəlilləri əsaslı hesab edilmir.
33. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarın ləğvinə əsas vermir.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-558/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Q