Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1920/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməsi) 10.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi nəticəsində (məhkəmə qərarı olmadan və kompensasiya ödənilmədən) 150000 manat məbləğində kompensasiyanın və qeyri-yaşayış sahəsində olan rəsmi reyestrdə qeydə alınmayan ümumi dəyəri 64600 manat təşkil edən daşınar əmlaklarının ümumi dəyəri və mənəvi zərərin əvəzi olaraq iddiaçıya dəymiş 10000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 aprel 2023-cü il tarixli, 2-1(105)267/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, Sahil küçəsində 0,00346 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 27,3 kv.m olan qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il ta rixdə qeydiyyata alınmışdır.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən həmin qeyri-yaşayış binasının xx.xx.2015-ci il tarixə olan vəziyyətinə əsasən texniki pasportu tərtib edilmişdir.
3. İddiaçının bildirdiyinə görə həmin qeyri-yaşayış binası Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2015-ci il tarixdə qanunsuz olaraq sökülmüşdür.
4. İddiaçının təqdim etdiyi Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli məktubunda iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, son vaxtlar şəhərdə genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır, o cümlədən Sumqayıt sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə çoxprofilli park zonasının yaradılması üzrə fəaliyyətə başlanmış və bu sahədə yerləşən müasir memarlıq və şəhərsalma qaydalarına cavab verməyən, dəniz sahilinə görünüşə maneə yaradan köhnə tipli obyektin yerləşdiyi ərazi ilkin vəziyyətə qaytarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli, **********68-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015ci il tarixli çıxarışa əsasən Sumqayıt şəhəri, Sahil küçəsi, 0,00346 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24,3 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi nəticəsində (məhkəmə qərarı olmadan və kompensasiya ödənilmədən) 150000 manat məbləğində kompensasiyanın və qeyri-yaşayış sahəsində olan rəsmi reyestrdə qe ydə alınmayan ümumi dəyəri 64600 manat təşkil edən daşınar əmlaklarının ümumi dəyəri və mənəvi zərərin əvəzi olaraq iddiaçıya dəymiş 10000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, seriya RX ******* nömrəli xx.xx.2015ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Sumqayıt şəhəri, Sahil küçəsi, 0,00346 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 27,3 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə “Şəhər icra başçısının əmridir” deyilərək qanunsuz olaraq sökülmüşdür, mülkiyyətində olan qeyri-yaşayış sahəsi sökülərkən ona məlumat verilməmiş, qabaqcadan razılığı alınmamış, onunla hər h ansı müqavilə bağlanmamış, tərəfindən əmlak təhvil verilməmiş və əmlakında olan əşyaların müqəddaratı da bəlli deyil. Əvvəllər cavabdeh tərəfindən ona məhkəməyə verməməyi və həmin qeyri-yaşayış sahəsinin əvəzinə başqa yerdən yer verəcəkləri vədi verilmiş və sonradan bu vəddən imtina olunmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ümumilikdə ona 500000 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin, ona məxsus olan qeyri-yaşayış sahəsində hazırda X1 məxsus “TOC/OİL” adlı yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir. Sentyabr ayında da cavabdehə sonuncu dəfə yazılı müraciət edərək ona dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbir görülməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən ona heç bir cavab verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyy ətçinin hüquqları qanunla qorunur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdeh etirazında qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya aid avtomobillərə texniki xidmət obyektinin sökülməsinə dair heç bir inzibati akt qəbul edilməmiş, Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsinin əməkdaşları tərəfindən qeyd olunan obyekt sökülməmişdir. Qeyd olunan obyektin kimlər tərəfindən sökülməsi barədə Şəhər İcra Hakimiyyətində və Məmarlıq və şəhərsalma idarəsində heç bir məlumat yoxdur.
8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Ceyhun Məmmədov) 15 dekabr 2022ci il tarixli, 2-1(118)-45/2022 nömrəli qərarı ilə iddianın qismən təmin edilərək Sumqayıt Şəhər İcra Hakimiyyətindən Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən 0,00346 ha torpaq sahəsin üzərində ümumi sahəsi 27,3 m2 olmuş və sonradan sökülmüş əmlakın yenidən tikilib bərpa edilməsi üçün tələb olunan 23587,2 manat məbləğində kompensasiyanın İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətindən 100 manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı tələbi üç hissədən ibarətdir. 1) Məhkəmə qərarı olmadan İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən 27,3 m2 qeyri-yaşayış sahəsinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin tələbi ilə qanunsuz sökülməsi nəticəsində ona 150000 manat kompensasiyanın verilməsi, 2) Həmin qeyri-yaşayış sahəsində olan rəsmi reyestrdə qeydə alınmayan ümumi dəyəri 64600 manat təşkil edən daşınar əmlaklara görə kompensasiyanın ona verilməsi, 3) Sumqayıt Şəhər İcra Hakimiyyətinin qanunsuz tələbi (hərəkətləri) nəticəsində ona dəymiş mənəvi zərərə görə 10000 manat məbləğində kompensasiyanın verilməsi. İddia tələbinin birinci hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, qeyd olunan tələb inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavəsitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiə ilə əlaqədardır (müəyyən hərəkətlərin edilməsindən çəkinməyə dair iddia). İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanlar tərəfindən edilmiş müdaxilənin zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti etiraz ərizəsində İddiaçı məxsus qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınmasının nəzərdə tutulmadığını bildirmişdir. Lakin Sumqayıt Şəhər İcra Hakimiyyəti xx.xx.2017-ci il tarixli, R10-149 nömrəli məktubunda İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin sökülməsində maraqlı olmasını gizlətməmiş, yəni iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin şəhərin baş planına cavab verməməsi səbəbindən gələcəkdə Azərbaycan Respublikası Nazirlər Kabinetində razılaşdırdıqdan sonra iddiaçının müraciətinə baxılması məsələsi qeyd olunmuşdur. Bununla da inzibati orqan İddiaçı hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə etmişdir. Yəni inzibati orqan tərəfindən qeyd olunan tikili nin sökülməsinin təklif və ya tələb edilməsi qanunsuz müdaxilə hesab edilir və həmin tikilinin iddiaçı tərəfindən sökülüb-sökülməməsi işin gedişatına bir o qədərə də təsir etmir. Həqiqətən də tikilinin İddiaçı tərəfindən sökülməsi həyata keçirilmiş olsa idi belə gələcəkdə hər hansı risklərin qarşının alınması məqsədi ilə inzibati orqan tərəfindən formal da olsa müəyyən hərəkətlər keçirilə bilərdi, buna misal olaraq ən azından İddiaçı özünə məxsus qeyri-yaşayış sahəsinin özü tərəfindən könüllü sökülməsi ilə bağlı ərizə alına bilərdi. Nəzərə alınmalıdır ki, qeyd olunan ərəfədə Sumqayıt Şəhər İcra Hakimiyyyəti tərəfindən həmin ərazidə yenidənqurma və abadlıq işləri aparılmışdır. Göründüyü kimi, inzibati orqan qeyd olunan müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməm işdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən bu cür müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin birinci hissəsi qismən əsaslıdır. Məhkəmədə iddiaçı və onun vəkili inzibati orqandan tələb edilən kompensasiyanın şəxsi mülahizələrinə əsasən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin bazar dəyərinin 150000 manat dəyərində olmasını məqsədəmüvafiq hesab etdiklərini bildirmişdirlər. İddiaçının və onun vəkilinin fikirləri ilə razılaşmayan məhkəmə qeyd etməyi zəruri bilir ki, hazırkı iddia tələbinin predmeti sökülmüş əmlakın bərpası üçün tələb edilən vəsait ilə əlaqədardır. İddiaçının mülahizəsinə görə isə mübahisə predmeti olan qeyri-yaşayış sahəs inin bazar qiyməti 150000 manat kimi qiymətləndirilir. Bu isə, mübahisəli qeyri-yaşayış sahəsinin bərpa edilməsinin mümkün olmayacağı təqdirdə inzibati orqandan tutulacaq birdəfəlik kompensasiya məbləğinin təyin edilməsi zamanı tətbiq oluna bilər. Hal-hazırda İddiaçı məxsus olan 0,00346 ha torpaq sahəsində yaşıllıq salınmış və həmin torpaq sahəsinin üzərində 27,3 kv.m qeyri-yaşayış sahəsinin bərpa edilməsi üçün hər hansı bir qanuni məhdudiyyət mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, sökülmüş tikilinin bərpası üçün tələb edilən vəsaitin müəyyən edilməsi zamanı məhkəmə tərəfindən təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə istinad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1342 nömrəli ekspert rəy indən müəyyən olunur ki, Sumqayıt şəhəri, Sahil küçəsində yerləşmiş, hazırda sökülmüş, iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış obyektinin hal-hazırkı dəyərinin 23587,2 manat məbləğində vəsait tələb olunur. İddia tələbinin ikinci hissəsini araşdıraraq məhkəmə hesab edir ki, qeyriyaşayış sahəsində olan rəsmi reyestrdə qeydə alınmayan ümumi dəyəri 64600 manat təşkil edən daşınar əmlakların cavabdeh təşkilat tərəfindən mənimsənilməsi öz təsdiqini tapmadığına görə bu hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir əsaslı sübut təqdim edilmədi. İddia tələbinin üçüncü hissəsini araşdıraraq məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, iddia tələbinin 3-cü hissəsi kompensasiya ilə bağlı deyil, vurulmuş mə nəvi zərər ilə əlaqədar olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nü fuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddiaçı əmlakın məhv edilməsi ilə bağlı mənəvi iztirablar çəkməsi işin araşdırılan hallarından öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin üçüncü hissəsi təmin edilməməlidir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Zahid Məmmədov /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Fuad Məmmədov) 07 aprel 2023-cü il tarixli, 2-1(105)-267/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(118)45/202 2 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Sumqayıt şəhəri, Sahil küçəsində 0,00346 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 27,3 m2-dən ibarət qeyriyaşayış sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması və qeyri-yaşayış obyektinin sökülməsi işin mübahisəsiz halıdır. Cavabdeh iddia ərizəsinə etirazda və apellyasiya şikayətində qeyd edilən qeyri-yaşayış obyektinin icra hakimiyyəti tərəfindən sökülməsini inkar etsə də, kollegiya həmin mövqeni əsaslı hesab etmir. Belə ki, ilk növbədə cavabdehin iddiaçının müraciətinə xx.xx.2016-cı il tarixli cavab məktubunun məzmununda “...bu sahədə yerləşən müasir memarlıq və şəhərsalma qaydalarına cavab verməyən, dəniz sahilinə görünüşə maneə yaradan köhnə tipli obyektin yerləşdiyi ərazinin ilkin vəziyyətə qaytarılması” göstərilmişdir ki, bununla da cavabdeh dolayısı ilə iddiaçının iddia ərizəsində göstərdiyi faktiki hallara uyğun olaraq həmin qeyri-yaşayış obyektinin cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən sökülməsini dolayısı ilə etiraf etmişdir. Digər tərəfdən iddiaçı iddia ərizəsinə sonralar da cavabdehə və digər təşkilatlara ünvanladığı çoxsaylı müraciətlərinə cavab məktublarını əlavə etmiş, həmin cavabların heç birində cavabdeh qeyri-yaşayış obyektinin sökülməsini təkzib etməmişdir. Bununla yanaşı hazırkı işin birinci instansiya məhkəməsinin icraatında olduğu 2 ildən artıq müddətdə məhkəmə iclasları dəfələrlə cavabdeh inzibati orqanın iş üzrə əlavə araşdırılma aparılması barədə xah işi, habelə iddiaçının müraciəti əsasında mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədi ilə təxirə salınmış, o cümlədən cavabdehin nümayəndəsi iş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli məhkəmə iclasında qanunvericiliyin tələblərinə uyğun iddiaçıya başqa yerdə torpaq sahəsinin ayrılacağını, sənədləşdirmə işlərinin aparılması üçün müəyyən vaxt lazım olduğunu bildirmişdir. Kollegiya qeyd edir ki, cavabdehin qeyd edilən davranışı da iddiaçıya məxsus qeyri-yaşayış obyektinin məhz cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən sökülməsi qənaətinə gəlməyə əsas verir. Üstəlik cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı da, iddiaçıya “Sahibkarlıq obyektinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli sə rəncamını da təqdim edərək mübahisənin məhkəmədənkənar həlli üçün müvafiq prosedurların həyata keçirilməsi, iddiaçıya torpaq sahəsinin ayrılmasına da köməklik göstəriləcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, iddiaçı isə ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı müvafiq orqanlarla bütün razılaşma prosesinin özü tərəfindən həyata keçirildiyini, lakin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə ona sahibkarlıq obyektinin tikintisinin aparılması üçün ayrılması nəzərdə tutulan 65 kv.m. torpaq sahəsinin çoxmərtəbəli və çoxmənzilli yaşayış binaları sakinlərinin ümumi istifadəsində olan ərazidə yerləşdiyindən müsbət rəy verilmədiyini bildirərək artıq yeni obyekt tikməyə niyyətinin və maddi imkanının olmadığını bildirmişdir. Yerli icra hakimiyyəti orqanlarının vəzifə və səlahiyyətlərini nəzərdə tutan əsasnamədə tikinti norma və qaydalarına riayət olunmadığının aşkar edildiyi təqdirdə, yerli icra hakimiyyəti orqanının başçısının bu barədə ya məhkəməyə, ya da Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etməsı nəzərdə tutulmuşdur. Göründüyü kimi, həmin Əsasnamə ilə yerli icra hakimiyyəti orqanlarına tikinti norma və qaydalarına riayət olunmayan tikililəri sökmək səlahiyyəti verilməmişdir Hazırkı iş üzrə cavabdeh icra hakimiyyəti orqanının iddiaçının mülkiyyətində olan əmlakın sökülməsi ilə bağlı məhkəməyə müraciət etməsi barədə isə iş materiallarında hər hansı məlumat yoxdur. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona dəymiş zərərin ödənilməsini cavabdehdən tələb et məkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı halda məhkəmə vurulmuş zərərin məbləği ilə bağlı ekspert rəyini mötəbər sübut kimi qəbul edərək qeyri-yaşayış obyektinin tikintisi və təmirinə çəkilmiş xərclərin hal-hazırkı dəyərinin 23587,2 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir. Cavabdehin qeyd edilən məbləğin düzgün müəyyən edilməməsi barədə dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası “Məhərrəmov Azərbaycana qarşı” (5046/07 saylı iş) iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin kompensasiyaya dair 9 may 2019-cu il tarixli qərarında əks olunmuş mövqeyə istinad edərək əlavə olaraq qeyd edir ki, cavabdeh həmin məbləğin düzgün müəyyən olunmaması barədə hər hansı tutarlı dəlil irəli sürməmiş, yaxud alternativ qiymətləndirmə rəyi təqdim etməmişdir. Qeyd edilməlidir ki, vurulmuş ziyanın ödənilməsi zamanı ziyanın müəyyən edilməsi üçün əsas meyarlardan biri kimi inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu qeyri-yaşayış sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.... Maddə
29. Mülkiyyət hüququ... İİ. Mülkiyyətin heç bir növünə üstünlü k verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.... Maddə
71. İnsan və vətəndaş hüquq və azadlıq larının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 17. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəl xalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər.... Maddə 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərə r dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.... Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.... Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.... Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu madd əsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdak ıları həyata keçirir: 246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; 246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir.... Maddə 1097. Mülki hüquq poz untuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.... Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.... Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 19. “İnzibati icraat haqqında” Qanun Maddə
89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş z iyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəs i ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişd irə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətləri nə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Belə ki, hazırkı işin hallarına əsasən iddiaçı ilə cavabdeh arasında yaranan mübahisə iddiaçının xüsusi mülkiyyətində olmuş qeyri-yaşayış obyektinin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı yaranmış mübahisədir.
26. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi qismən təmin edilərək sözügedən sökülmüş qeyri-yaşayış obyektinin yenidən tikilib bərpa edilməsi üçün tələb olunan 23587,2 manat məbləğində kompensasiyanın iddiaçının xeyrinə tutulması qərara alınmış, iddiaçı həmin qərarı mübahis ələndirməmiş, cavabdehin apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Buna görə də hazırkı kassasiya baxışının predmetini yalnız cavabdeh tərəfindən mübahisələndirilən hissə təşkil edir.
27. Kassasiya şikayətinin təkrar edilən dəlilinə əsasən cavabdeh sözügedən qeyriyaşayış obyektinin cavabdeh tərəfindən sökülməsini inkar edir.
28. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, ilk növbədə cavabdehin iddiaçının müraciətinə xx.xx.2016-cı il tarixli cavab məktubunun məzmununda “...bu sahədə yerləşən müasir memarlıq və şəhərsalma qaydalarına cavab verməyən, dəniz sahilinə görünüşə maneə yaradan köhnə tipli obyektin yerləşdiyi ə razinin ilkin vəziyyətə qaytarılması” göstərilmişdir ki, bununla da cavabdeh dolayısı ilə iddiaçının iddia ərizəsində göstərdiyi faktiki hallara uyğun olaraq həmin qeyri-yaşayış obyektinin cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən sökülməsini dolayısı ilə etiraf etmişdir. Digər tərəfdən iddiaçı iddia ərizəsinə sonralar da cavabdehə və digər təşkilatlara ünvanladığı çoxsaylı müraciətlərinə cavab məktublarını əlavə etmiş, həmin cavabların heç birində cavabdeh qeyri-yaşayış obyektinin sökülməsini təkzib etməmişdir. Bununla yanaşı hazırkı işin birinci instansiya məhkəməsinin icraatında olduğu 2 ildən artıq müddətdə məhkəmə iclasları dəfələrlə cavabdeh inzibati orqanın iş üzrə əlavə araşdırılma aparılması barədə xahişi, habelə iddiaçının müraciəti əsasında mübahisənin məhkəmədənkənar qay dada həlli məqsədi ilə təxirə salınmış, o cümlədən cavabdehin nümayəndəsi iş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli məhkəmə iclasında qanunvericiliyin tələblərinə uyğun iddiaçıya başqa yerdə torpaq sahəsinin ayrılacağını, sənədləşdirmə işlərinin aparılması üçün müəyyən vaxt lazım olduğunu bildirmişdir. Göründüyü kimi, cavabdehin qeyd edilən davranışı da iddiaçıya məxsus qeyri-yaşayış obyektinin məhz cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən sökülməsi qənaətinə gəlməyə əsas verir. Üstəlik cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı da, iddiaçıya “Sahibkarlıq obyektinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli sərəncamını da təqdim edərək mübahisənin məhkəmədənkənar həlli üçün müvafiq prosedu rların həyata keçirilməsi, iddiaçıya torpaq sahəsinin ayrılmasına da köməklik göstəriləcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, iddiaçı isə ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı müvafiq orqanlarla bütün razılaşma prosesinin özü tərəfindən həyata keçirildiyini, lakin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə ona sahibkarlıq obyektinin tikintisinin aparılması üçün ayrılması nəzərdə tutulan 65 kv.m. torpaq sahəsinin çoxmərtəbəli və çoxmənzilli yaşayış binaları sakinlərinin ümumi istifadəsində olan ərazidə yerləşdiyindən müsbət rəy verilmədiyini bildirərək artıq yeni obyekt tikməyə niyyətinin və maddi imkanının olmadığını bildirmişdir. Yerli icra hakimiyyəti orqanlarının vəzifə və səlahiyyətlərini nəzərdə tutan əs asnamədə tikinti norma və qaydalarına riayət olunmadığının aşkar edildiyi təqdirdə, yerli icra hakimiyyəti orqanının başçısının bu barədə ya məhkəməyə, ya da Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etməsı nəzərdə tutulmuşdur. Göründüyü kimi, həmin Əsasnamə ilə yerli icra hakimiyyəti orqanlarına tikinti norma və qaydalarına riayət olunmayan tikililəri sökmək səlahiyyəti verilməmişdir Hazırkı iş üzrə cavabdeh icra hakimiyyəti orqanının iddiaçının mülkiyyətində olan əmlakın sökülməsi ilə bağlı məhkəməyə müraciət etməsi barədə isə iş materiallarında hər hansı məlumat yoxdur. Belə olduğu təqdirdə, iddiaçı ona dəymiş zərərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
29. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq vurulmuş zərərin məbləği il ə bağlı ekspert rəyini mötəbər sübut kimi qəbul edərək qeyri-yaşayış obyektinin tikintisi və təmirinə çəkilmiş xərclərin hal-hazırkı dəyərinin 23587,2 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab etmiş, cavabdehin qeyd edilən məbləğin düzgün müəyyən edilməməsi barədə dəlillərinə münasibətdə “Məhərrəmov Azərbaycana qarşı” (5046/07 saylı iş) iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin kompensasiyaya dair 9 may 2019-cu il tarixli qərarında əks olunmuş mövqeyə istinad edərək cavabdehin həmin məbləğin düzgün müəyyən olunmaması barədə hər hansı tutarlı dəlil irəli sürmədiyini, yaxud alternativ qiymətləndirmə rəyi təqdim etmədiyini qeyd etmişdir.
30. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının xüsusi mülkiyyəti ndə olmuş qeyri-yaşayış obyektinin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Məhkəmə mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 aprel 2023-cü il tarixli, 2-1(105)-267/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.