Məhkəmə qərarları › İş №2-1(102)-1920/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1920/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1920/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (bağ sahəsinə) dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2-1(103)-308/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 18.09.1987-ci il tarixdə Bakı şəhər XDS-in 19/340 № qərarı ilə “Azneft”in idarələrinin bağçılıq-yoldaşlıqlarına torpaq sahələri ayrılmışdır. 2. “Neftçi” bağçılıq-yoldaşlıq üzrə idarə heyətinin xx.xx.1994-cü il tarixli, 03 saylı protokoldan çıxarışa əsasən, 179 saylı sahəsi 1200 kv.m olan bağ sahibi X9, ona ayrılmış bağ sahəsində heç bir abadlıq işi aparmadığına görə Bağçılıq Yoldaşlıq üzvlüyündən azad edilməsi, həmin ərazidə olan 179 saylı torpaq sahəsinin cəmiyyətinin üzvü İddiaçı verilməsi qərara alınmışdır.

3. Bağçılıq Yoldaşlığı üzvlərinin ümumi s iyahısında İddiaçı adı göstərilmiş və iddiaçıya üzvlük kitabçası verilmişdir.

4. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 1342 №-li Sərəncamı ilə bağçılıq yoldaşlıq üzvlərinin istifadələrindəki bağ evlərinin və tikililərinin onların xüsusi mülkiyyətlərinə verilməsi Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinə həvalə edilmişdir.

5. İddiaçı cavabdehə müraciət edərək, həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 17 yanvar 2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki,

1. Bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda qeyd olunan X4 adının aşkar olunmamışdır;

2. Bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşir, hasarlanma və mərzçəkmə işlərinin aparılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin 15 mart 1994-cü il tarixli 03 saylı iclasının qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 179 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin əmlaka dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 179 saylı bağ sahəsi iddiaçının isti fadəsindədir. İddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənəd qismində üzvlük kitabçası, həmçinin bağçılıq yoldaşlığın yenilənmiş siyahısı mövcuddur. İddiaçı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun muraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır.

8. Cavabdeh iddiaya qarşı imtina məktubuna uyğun etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmiş, əlavə olaraq qeyd edilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, beş bağ sahəsi bir hasar daxilində yerləşir, ara sərhədləri şərtidir, ümumi hasar daxilində olan fermanın tikililər inin bir hissəsi göstərilən bağ sahəsinin ərazisində yerləşir.

9. Bakı İnzibati Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2-1(112)-722/2023 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin 15 mart 1994-cü il tarixli 03 saylı iclasının qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 179 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin əmlaka dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının istifadəsində olan bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşdiyi, hasarlanma və mərzçəkmə işlərinin aparılmamasını təsdiq edə n dəlil təqdim olunmamışdır. Hətta belə bir hal olsa belə, iddiaçının istifadəsində olan bağ sahəsinin hər hansı fiziki şəsin mülkiyyətində və ya istifadəsində olan bağ sahəsi ilə üst-üstə düşmə halı (cavabdeh tərəfindən mübahisələndirilmir) müəyyən olunmadığından, eyni zamanda bu fəaliyyət sferası üzrə mərzçəkmə işlərinin aparılması, sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin müəyyən edilməsi cavabdeh inzibati orqanın vəzifə səlahiyyətlərinə aid olduğundan, cavabdehin imtina əsası kimi göstərdiyi həmin hal iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilməsinə əsas vermir.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2-1(103)-308/2024 nömrəli qərarı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, C.Yusifov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi mübahisəli bağ sahəsinə düşən toyuq fermasının kimə məxsus olması barədə sübutların, o cümlədən bir hasar daxilində yerləşən 5 bağ sahəsinə dair “bölgü sxemin” təqdim olunmadığını və iddiaçının iddia etdiyi torpaq sahəsinin ölçülərək ayrılıb iddiaçıya verilməsi barədə sübutların olmadığını qeyd etmiş və qeyd olunanlar 1-ci instansiya məhkəməsinin qərarının ləğv olunması əsası kimi göstərilmişdir.

14. Apellyasiya məhkəməsi Torpaq Məcəlləsinin 65, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddələrinə istinad etmişdir.

15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, iddianın rədd edilməsi tamamilə yolverilməzdir. Belə ki, iddiaçı ümumiyyətlə öz iddia tələbində özünə məxsus olan bağ (torpaq) sahəsinin üzərində hər hansısa tikiliyə mülkiyyət hüququnun tanınması tələbini irəli sürməmişdir. Gələcəkdə iddiaçının belə bir iddia tələbi olarsa bu zaman cavabdehin gətirdiyi əsaslara görə həmin torpaq sahəsi üzərində tikililərlə bağlı məsələyə baxılıb hüquqi qiymət verilə bilinər.

17. Bundan əlavə qeyd edilmişdir ki, hazırki iddiaçının tələbi ilə eynilik təşkil edən iddia tələblərindən biridə 179 saylı bağa qonşu olan 180 saylı bağın sahibi sayılan X1 iddia tələbinə hüquqi qiymət verilməsi ilə bağlı çıxarılmış məhkəmə qərarları haqqında məlumatın Ali Məhkəmənin diqqətinə çatdırılmasıdır. Belə ki, Bakı İnzibati Məhkəməsi həmin iddiaçının da iddiasını eyni ilə hazırki iddiaçının tələbinin təmin edilməsi haqqında qərar qəbul etmiş, cavabdeh təşkilat həmin məhkəmə qərarından apellyasiya şikayəti verərək məhz eyni əsaslarla apellyasiya şikayətini əsaslandırmışdır. Lakin işə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və X7) 29 fevral 2024-cü il tarixli qərarla həmin apellyasiya şikayətini təmin etməmişdir və Bakı İnzibati Məhkəməsinin qərarını əsas lı və qanuni saymışdır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin eyni tərkibli İnzibati Kollegiyası tərəfindən eyni əsaslarla verilmiş iddialara fərqli yanaşmalar olmuşdur.

18. Kassator apellyasiya instansiyası məhkəməsi tərəfindən «İnzibati icraat haqqında» Qanunun 12.1-12.2-ci maddələrinin və “Torpaq islahatı haqqında” Qanunun 9cu maddəsinin tələblərinin pozulmasını bildirmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati icraat haqqında” Qanun Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qəra rların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 21. “Daşınmaz əmlakın dövlə t reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kita bçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibar sız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudl uğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş ha llarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkün dür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 179 saylı bağ sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına yönəlmişdir.

28. Cavabdehin imtinasının və iddiaya qarşı etirazın ın dəlilləri ondan ibarətdir ki,

1. Bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda qeyd olunan X4 adının aşkar olunmamışdır;

2. Bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşir, hasarlanma və mərzçəkmə işlərinin aparılmamışdır.

29. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmal ıdır.

30. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

31. Hazırkı qərarın 21-ci bəndində istinad edilən normaya görə 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

32. İşin müəyyən olunmuş hallarından görünür ki, Tampontaj və X8 və artırılması İdarəsinin nəzdində “Neftçi” bağçılıq-yoldaşlıq üzrə idarə heyətinin xx.xx.1994-cü il tarixli, 03 saylı protokoldan çıxarışa görə 179 saylı sahəsi 1200 kv.m olan bağ sahibi X9, ona ayrılmış bağ sahəsində heç bir abadlıq işi aparmadığına görə Bağçılıq Yoldaşlıq üzvlüyündən azad edilmiş və həmin bağ iddiaçıya verilmişdir və həmin protokola əlavə edilmiş Tampontaj və X8 və Artırılması İdarəsinin nəzdnində “Neftçi” Bağçılıq Yoldaşlıq üzvlərinin siyahısında iddiaçının ad ı qeyd edilmişdir.

33. Bundan başqa, işdə olan Tompanaj və LNA-nın İdarəsinin “Neftçi” Bağçılıq Yoldaşlığına aid torpaq sahələrinin ətrafında yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışların və onların verilməsinə əsas olan sənədlər toplusundan görünür ki, iddiaçının təqdim etdiyi bağçılıq yodaşlığının siyahısında (İdarənin arxivində saxlanılmayan) adları qeyd edilən X2 adına həmin bağçılığın Zirə ərazisində yerləşən 196 saylı (0,10 ha) bağ sahəsi, Nümayəndə adına 187 saylı (0,12 ha) bağ sahəsi, X5 adına 195 saylı (0,10 ha) bağ sahəsi ilkin qeydiyyata alınmışdır. Həmin şəxslərin adına olan çıxarışların verilməsinə əsas olan sənəndlər isə məhz protokoldan çıxarış və üzvlük kitabçası təşkil edir.

34. Bu baxımdan eyni Bağçılıq Yoldaşlığına eyni qaydada üzv qəbul edilmiş həmin şəxslərin h üquqları qeydiyyata alındığı və onlara bu barədə müvafiq çıxarışların verildiyi halda, iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinin tələbinin pozulması kimi qiymətləndirilməlidir. Həmin normaya əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 35. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.

36. Bu tənzim ləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul olunmasının qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

37. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prins ipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.

38. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mü mkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

40. Bundan başqa məhkəm ə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları göstərilmişdir. Kollegiya nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilərək “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin 15 mart 1994-cü il tarixli 03 saylı iclasının qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 179 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyest rində qeydə alınması, həmin əmlaka dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli 21(103)-308/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin 15 mart 1994-cü il tarixli 03 saylı iclasının qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 179 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrind ə qeydə alınması, həmin əmlaka dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar