Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1920/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-1298/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Salmanov X2 ASC-nin xx.xx.2011-ci il tarixli 06/861 saylı əmri ilə xx.xx.2011-ci il tarixindən əmək müqaviləsinə əsasən müddətsiz olaraq X3 və Su Hazırlığı Xidmətinə 6-cı dərəcəli ocaq tikən (hörücü) peşəsinə qəbul edilmişdir. Ocaq tikən (hörücü) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetini 23 01 2007-cı il tarixli 12 saylı qərarına əsasən zərərli sahə hesab edilir 24 a) odadavamlı materialla işləyənlər - 12 il 6 ay 11 gün Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün iş stajı 12 il 6 ay 11 gün təşkil edir.
2. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli arayışına əsasən vətəndaş İddiaçı "xxxx" ASC-nin İMA və SH Xidmətində işləyən dövr ərzində xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (xx.xx.2018-ci il tarixli 06/1220 saylı əmr) və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixli 06/1396 saylı əmr) növbəti əmək məzuniyyətində olması ilə əlaqədar 2018-ci ilin noyabr və 2021-ci ilin avqust aylarında ona əmək haqqı hesablanmamışdır. Eyni zamanda, Əmək Məcəlləsinin qaydalarına əsasən işçiyə məzuniyyət v axtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənildiyini nəzərə alaraq, məzuniyyət haqqı vətəndaş Salmanov üçün 2018-ci ilin oktyabr və 2021-ci ilin iyul aylarında hesablanıb ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “61 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzə rinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci il təvəllüdlüdür. Əmək kitabçasına əsasən, xx.xx.2024-cü il tarixə 25 ildən artıq əmək stajı və 12 il 6 ay güzəştli iş stajı vardır. Odur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün müvafiq sənədlərlə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, guya iddiaçının güzəştli iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bəndində nəzərdə tutulmuş – Elektrik stansiyaları, enerji qatarları, bu xar və güc təsərrüfatı bölməsi sahəsinə aid deyil. Ümumi iş stajı isə mübahisələndirilməmişdir. İT-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən, xx.xx.1979-xx.xx.1980-ci il tarixlərdə “Bakqorstroy” tədris-kurs kombinatında təhsil almışdır. xx.xx.1980-xx.xx.1980-ci il tarixdə 8 №-li “Bakqorstroy” tikinti trestində 3-cü dərəcə bənna vəzifəsində işləmişdir. xx.xx.1980-xx.xx.1982-ci il tarixdə Sovet ordusunda xidmət etmişdir. xx.xx.1983-xx.xx.1997-ci il tarixdə 11 №-li “SKS” Tikinti Trestində (Su-8 “Bakqorstroy” tresti) bənna, xx.xx.2006-xx.xx.2007 X1 Yasamal yamacı y/sahəsində 2-ci dərəcə bağ fəhləsi, xx.xx.2011-ci ildən bu günədək "xxxx" ASC-nin Mübadilə Aparatları və Su Hazırlığı Xidmətində 6-cı dərəcəli ocaq tikən (hörücü) işləmişdir. Bundan əlavə, xx.xx.1979-xx.xx.1980-cı illərdə Bakı Baştikinti İdarəsi Tədris-kurs kombinatında təhsil almışdır (05 ay 30 gün). Göründüyü kimi, xx.xx.2024-cü il tarixədək 12 il 06 ay güzəştli iş stajı, 25 ildən artıq ümumi iş stajı vardır.
5. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun güzəştli iş stajı isə yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsi (24) nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-1 2/2781/2024 nömrəli arayışında xx.xx.2011-ci il tarixdən bu günədək həmin müəssisənin X3 və Su Hazırlığı Xidmətində ocaq tikən (hörücü) vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-12469/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – G.Sevdimalıyeva).
7. Məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.2011-ci il tarixindən əmək müqaviləsinə əsasən müddətsiz olaraq X3 və Su Hazırlığı Xidmətinə 6-cı dərəcəli ocaq tikən (hörücü) peşəsinə qəbul edilmişdir. Vəzifə təlimatından da göründüyü kimi, tutduğu vəzifə Nazirlər Kabinetinin qeyd edilən qərarında göstərilən odadavamlı materialla işləyənlər peşəsinə uyğundur. Odur ki, xx.xx.2024-cü ildə iddiaçının güzəştli şərtlərlə 12 il 6 ay 1 gün əmək stajı tamamlanmışdır.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-1298/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-12469/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – G.Abbas ova, hakimlər – A.Oruczadə, C.Yusifov).
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrini n, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 15. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələri n və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarl a kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qəra rdadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə və ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsinə yönəlmişdir.
24. İşin hallarından görünür ki, iddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hazırkı iş üzrə mübahisə iddiaçı güzəştli şərtlərlə əmək stajının mövcud olmaması ilə bağlıdır
25. Məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ocaq tikən (hörücü) peşəsinə dair vəzifə təlimatının surəti təqdim edilmişdir: (Tüstüyolları və qazan təmizləyənlərin, ocaqtikənlərin (hörücü) vəzifatı təlimatı) “2. Vəzifə və funksiyaları Tüstü yolları və qazan təmizləyənlər, ocaq-tikənlər, aşağıdakıları bilmək borclarıdır: 2.1.1. Texniki istismar qaydalarını (TİQ); 2.1.2. Texniki təhlükəsizlik qaydalarıı (TTQ); 2.1.3. Yanğın təhlükəsizliyi qaydalarını (YTQ); 2.1.4. Əməyin mühafizəsi və əməyin təhlükəsizliyi qaydalarını (ƏM və ƏTQ); 2.2. Qazanın qızma səthlərinin təmizlənməsi və hörgüsünün aparılması üsullarını; 2.3. İşə başlamazdan əvvəl iş yerinin hazırlanmasının təmin edilməsi; 2.4. İşl ədiləsi iş alətlərinin və fərdi mühafizə vasitələrinin vəziyyətinin yoxlanılması; 2.5. Yanğın söndürmə vasitələrinin saxlandığı yerlər və onlardan istifadə qaydalarını; 2.6. Cəmiyyətin daxili nizam- intizam qaydalarını və onlara riayət olunmasını; 2.7. Aşkar etdiyi çatışmazlıqlar haqqında bilavasitə rəhbərinə məlumat verməli; 2.8. İşçilərin həyatı üçün təhlükəli hal aşkar etdikdə onların aradan qaldırılması üçün tədbirlər görməli və rəhbərliyinə məlumat verməli; 2.9. Öz işində məsuliyyətli olmalı; 2.10. Tabeçiliyində olan işçilərinə nəzarət etməli; 2.11. Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməli; 2.12. TİQ, TTQ və YTQ-na riayət etməli; 2.13. İş yerini həmişə təmizləməli və səliqəli saxlamalı; 2.14. İşləyən vaxtı fərdi mühafizə vasitələrindən (gözlük, qoruyucu kəmər, əlc ək və s.) istifadə etməli; 2.15. Tüstü qazları üzrə qazanın konstruksiyasını bilməlidir;”
26. Bundan başqa, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli 06/861 saylı əmri ilə xx.xx.2011-ci il tarixindən əmək müqaviləsinə əsasən müddətsiz olaraq X3 və Su Hazırlığı Xidmətinə 6-cı dərəcəli ocaq tikən (hörücü) peşəsinə qəbul edilmişdir. Ocaq tikən (hörücü) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 01 2007-cı il tarixli 12 saylı qərarına əsasən zərərli sahə hesab edilir 24 a) odadavamlı materialla işləyənlər - 12 il 6 ay 11 gün Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün iş stajı 12 il 6 ay 11 gün təşkil edir.
27. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi i lə razılaşaraq bildirir ki, iddiaçının xx.xx.2011-ci il tarixindən əmək müqaviləsinə əsasən müddətsiz olaraq işlədiyi X3 və Su Hazırlığı Xidmətinə 6-cı dərəcəli ocaq tikən (hörücü) peşəsi vəzifə təlimatından da göründüyü kimi tutduğu vəzifə Nazirlər Kabinetinin qeyd edilən qərarında göstərilən odadavamlı materialla işləyənlər peşəsinə uyğundur.
28. Əmək şəraiti ağır və zərərli işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxım ından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağı instansiya məhkəmələrinə ünvanlamış olduğu xx.xx.2020-ci il tarixli icmal məktubda qeyd edilir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. B u zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.
30. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, cavabdehin 6-cı dərəcəli ocaq tikən (hörücü) peşəsini güzəştli hesab etməməsi ilə bağlı dəlilinin haqlı olması hətta ehtimal edilsə belə (halbuki bu dəlil əsassız olmuşdur) iddiaçı xx.xx.1983-xx.xx.1997-ci il tarixlərdə 11 №-li “SKS” Tikinti Trestində (Su-8 “Bakqorstroy” tresti) bənna işlədiyindən tələb edilən 1 2 il 6 ay güzəştli iş stajı hər bir halda tamamlanmışdır.
31. Belə ki, Siyahının 29-cu bəndində (ümumi peşələr) bənnalar güzəştli peşə kimi nəzərdə tutulmuşdur.
32. Digər tərəfdən, ocaq tikən (hörücü) işinin özü də mahiyyət etibarilə bənnalıq işinə daxildir.
33. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-1298/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.