Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1921/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayətinin mümkünlüyü, apelyasiya şikayəti üzrə müddətin buraxılması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspe rtiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X1 rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs) “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin 16.01.2020-ci il tarixli qərarının ləğv edilməsi və 10.02.2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-284/2021 saylı, 22 iyul 2021-ci il tarixli qərardadından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmə keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 16.01.2020-ci il tarixli qərarının ləğv edilməsi və 10.02.2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibаti Məhkəməsinin (hakim İlqar Cabbarov) 12 mart 2021-ci il tarixli, 2-1(116)-75/2021 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şə xsə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X1 rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs) “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin 16.01.2020-ci il tarixli qərarının ləğv edilməsi və 10.02.2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmişdir.
3. Şəki İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2-1(116)-75/2021 nömrəli qərarı 19.03.2021-ci il tarixdə cavabdehə göndərilmiş, cavabdeh tərəfindən qərarın surəti 29.03.2021-ci il tarixdə poçt göndərişi barədə xəbərnaməyə imza edilərək qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 29.03.2021-ci il tarixli qərarından şikayət verilmə müddəti 28.04.2021-ci il tarixdə bitmişdir.
4. Cavabdeh həmin qərardan аpelyаsiyа şikayəti vermişdir.
5. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 22 iyul 2021-ci il tarixli qərardadı ilə cavabdeh apelyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə vermədiyinə görə apelyasiya şikayətini mümkün saymayaraq şikayətin qəbulundan imtina etmişdir.
6. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdeh qərardan şikayəti 29.04.2021-ci il tarixdə poçt vasitəsi ilə göndərmiş və bununla da qanunla müəyyən edilən 1 gün şikayət vermə müddətini ötürmüşdür.
7. Cavabdeh kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, apelyasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş et mişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
8. Cavabdeh birinci instansiya məhkəməsinin qərardadını 29 mart 2021-ci il tarixdə almış, 28.04.2021-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Şikayətvermə müddəti keçməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq
10. Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qe ydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə
22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-). Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə
87. Apely asiya instansiyası məhkəməsində icraat 87.1. Apelyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür. 87.2. Apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. (-). Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şik ayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq ape lyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
11. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
12. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
14. Şəki İnzibаti Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2-1(116)-75/2021 nömrəli qərarı ilə “Azərbaycan Res publikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin 16.01.2020-ci il tarixli qərarının ləğv edilməsi və 10.02.2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmişdir.
15. Şəki İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2-1(116)-75/2021 nömrəli qərarı 19.03.2021-ci il tarixdə cavabdehə göndərilmiş, cavabdeh tərəfindən qərarın surəti 29.03.2021-ci il tarixdə poçt göndərişi barədə xəbərnaməyə imza edilərək qəbul edilmişdir.
16. Cavabdeh həmin qərardan аpelyаsiyа şikayəti vermişdir.
17. Şəki İnzibati Məhkəməsinin 29.03.2021-ci il tarixli qərarından şikayət v erilmə müddəti 28.04.2021-ci il tarixdə bitmişdir.
18. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdeh qərardan şikayəti 29.04.2021-ci il tarixdə poçt vasitəsi ilə göndərmiş və bununla da qanunla müəyyən edilən şikayət vermə müddətini bir gün ötürmüşdür.
19. Apelyasiya məhkəməsi qərardadında cavabdehin kasasiya şikayətini 29 aprel 2021-ci il tarixdə poçta təqdim etməsi barədə hər hansı dəlilə istinad etməmişdir.
20. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi ilə razılaşır ki, işin 110-cu səhifəsində olan xəbərnaməyə görə cavabdeh məhkəmə sənədini 29 mart 2021-ci il tarixdə almışdır və İPM-in 94.1-ci maddəsinə görə məhkəmə qərarından kasasiya şikayəti üzrə son müddət 28 aprel 2021-ci ildir.
21. Lakin işin 118-ci səhifəsində zərfdə olan ştampdan görünür ki, sənəd 28 a prel 2021-ci il tarixdə poçta təqdim edilmişdir. Zərfdə olan SS684947614AZ koduna görə də zərf 28 aprel 2021-ci il tarixdə poçta təqdim edilmişdir. Bu barədə sənəd elektron sistemdən çıxarılıb işə əlavə edilmişdir.
22. Odur ki, cavabdehin birinci instansiya məhkəməsinin qərarından verdiyi apelyasiya şikayəti üzrə müddətin 1 gün buraxılması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
23. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti üzrə müddətin 1 gün buraxılması barədə apelyasiya məhkəməsinin qərardadı əsaslı olmadığından ləğv edilməli, iş apelyasiya şikayətinin mümkünlüyünə baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, kasasiya şikayəti təmin edilməlidir.
24. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.5, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-284/2021 saylı, 22 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.