Məhkəmə qərarları › İş №2-1(102)-1921/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1921/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1921/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Renessans-S MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında qərarın mübahisələndirilməsi; X5; qara mühasibatlıq sənədləri əsasında verginin hesablanmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı “Renessans-S MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(103)392/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 7 sentyabr 2018-ci il tarixli qərarına əsasən "xxxx" MMC-də 1 yanvar 2017-ci il tarixdən 31 iyul 2018-ci il tarixədək növbəti X5 keçirilmişdir.

2. Yoxlama, müəssisədən götürülmüş elektron daşıyıcıda (flaş kartda) olan fayllardakı məlumatlar və müəssisədən götürülmüş digər mühasibat sənədləri əsasında aparılmış və aşkar olunmuş fakt lar 22 yanvar 2020-ci il tarixli X5 aktı ilə rəsmiləşdirilmişdir.

3. Cavabdehin 22 yanvar 2020-ci il tarixli aktı əsasında qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198252 nömrəli 12 mart 2020-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən iddiaçıya yoxlanılan 2017–2018 illər üçün 1.849.156,91 manat ƏDV, 2017ci il üçün 236.156,33 manat mənfəət vergisi, 1.619.403,72 manat MDSS (məcburi dövlət sosial sığorta) haqqı, 2018-ci il üçün işsizlik sığortası üzrə rüblük hesabata görə 22.960,72 manat, 2017-2018-ci illər üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (ƏDV bəyannaməsi tərkibində) 932.016,94 manat, ümumilikdə 4.659.694,62 manat vergi məbləğində əlavə vergi hesablamaqla, Vergi Məcəlləsinin 58.1-ci mad dəsinə əsasən həmin məbləğin 50% miqdarında da maliyyə sanksiyası tətbiq olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 28 aprel 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin **********198252 nömrəli 12 mart 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yoxlama aktı tərtib edilərkən vergi qanunvericiliyinin normalarına riayət edilməmiş, qanunsuz dövriyyə formalaşdırılmışdır, əsassız vergilər hesablanmışdır. Vergilər hesablanarkən heç bir analoji vergi ödəyicisinin göstəricilərinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Yoxlama aktında əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Yoxlama 16 ay ərzində aparılmış və vergilər elektron fayllarda olan məlumatlara əsasən hesablanmışdır. Bu məlumatlardan isə MMC-nin məlumatı olmamışdır. Bütün sənədlər (mühasibat sənədləri, müəssisənin gəlir və xərclərinin, qaimə-fakturalar və s.) yoxlamaya təqdim edilmiş, mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarında tərtib olunmuşdur. Maliyyətəsərrüfat fəaliyyətini əks etdirən hesabatlar isə, vergi orqanına yoxlama gününədək təhvil verilmişdir. Sənədlər təqdim edilmədiyi halda, vergi orqanı tərəfindən AR Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən akt tərtib olunmalıdır. Belə akt isə, tərtib olunmamışdır. Vergi orqanının 12 mart 2020-ci il tarixli qərarında AR Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələbinə zidd olaraq, vergi ödəyicisinə müvafiq izahat verilməm iş, pozuntunun şəraiti və s. əks olunmamışdır. Qərar səthi və formal şəkildə hazırlanmışdır. Qəbul edilmiş məsuliyyət qərarının ləğv edilməsi üçün birbaşa əsasdır (Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə). Odur ki, mübahisələndirilən 12 mart 2020-ci il tarixli qərar qəbul edilərkən Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələblərinə əməl edilmədiyindən, ləğv edilməlidir. Mühasibat uçotu elektron formatda aparılmayan vergi ödəyicisindən götürülən elektron məlumat – adi Excel cədvəli əsasında gəlirin müəyyən edilməsinin heç bir əsası yoxdur. Çünki, gəlirə dair elektron məlumatlar yalnız vergi ödəyicisinin elektron mühasibatlıq proqramından götürüldüyü halda, əsaslı mənbə kimi istifadə oluna bilər.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, y oxlama ilə bu elektron daşıyıcılarda olan materialların araşdırılması nəticəsində (gəlir və xərclərin aylar üzrə icmal cədvəlinə əsasən) müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəlirinin 2017-ci il üzrə 7.290.238,87 manat təşkil etdiyi müəyyən edilmişdir. Ciddi hesabat blankları olmayan qaimə-fakturalar əsasında göstərilmiş 6.603.551,82 (7.290.238,87 – 686.687,05) manat məbləğində xidmətlərin alış sənədləri təqdim edilmədiyi və müəssisədən götürülmüş elektron daşıyıcılarda və sənədlərin arasında belə sənədlər aşkar edilmədiyindən, müəssisənin 2017-ci il üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, mənfəət vergisinə cəlb edilən mənfəət 2017-ci il üzrə Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə uyğun olaraq AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tar ixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək 1.215.039,81 manat ((7.290.238,87 / (100+20)) x 20) hesablanmışdır. Beləliklə, yoxlama ilə 2017-ci il üzrə büdcəyə əlavə olaraq 236.156,33 (1.215.039,81 x 20% – 6.851,96) manat məbləğində mənfəət vergisi (müəssisə tərəfindən hesablanmış 6.851,63 manat mənfəət vergisi nəzərə alınmaqla) hesablanmışdır. Müəssisə tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 18% dərəcə ilə vergiyə cəlb edilən əməliyyatlar üzrə ümumi dövriyyə 1.208.881,18 manat, 0% dərəcə ilə vergiyə cəlb edilən əməliyyatlar üzrə ümumi dövriyyə 42.486,49 manat, hesablanmış ƏDV 217.598,61 manat, əvəzləşdirilən ƏDV 172.820,75 manat, büdcəyə ödənilməli ƏDV 44.777,86 manat göstərilmişdir. Müəssisədən götürülmüş elektron daşıyıcısında ola n məlumatların araşdırılması nəticəsində gəlir və xərclərin aylar üzrə icmal cədvəlinə əsasən müəssisənin yoxlanılan dövrdə ƏDV məqsədləri üçün 18% vergi tutulan əməliyyatlar üzrə ümumi dövriyyəsinin 11.481.975,13 manat, 0% dərəcə ilə vergiyə cəlb edilən əməliyyatlar üzrə ümumi dövriyyənin 42.486,49 manat, hesablanmış ƏDV-nin 2.066.755,52 manat, əvəzləşdirilən ƏDV-nin 172.820,75 manat, büdcəyə ödənilməli ƏDV-nin 1.893.934,77 manat olduğu müəyyən edilmişdir. Beləliklə, müəssisə tərəfindən Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələbləri pozulmaqla büdcəyə çatası ƏDV yoxlanılan dövr üzrə 1.849.156,91 (1.893.934,77 – 44.777,86) manat məbləğində azaldılmışdır. X5 vergi orqanı tərəfindən məhz vergi ödəyicisindən götürülmüş elektron fayllar əsasında aparılmışdır. Həmin sənədlərin götürülməsi “Sə nədlərin və nümunə kimi əşyaların götürülməsi barədə” 14 noyabr 2018-ci il tarixli protokolda ödəyicinin möhürü və qanuni təmsilçinin imzası ilə təsdiq edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 4 avqust 2021-ci il tarixli, 2-1(112)-893/2021 nömrəli qərarı (hakim: X3) ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198252 nömrəli 12 mart 2020-ci il tarixli qərarı ləğv edilsin.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh orqan “apardığı X5nda əlavə vergi məbləğlərini hesablayarkən “əlaqəli məlumatlar”dan hər hansı birinə istinad etməmiş, eləcə də bu məlumatların mövcudluğuna toxunmadan, habelə xronometraj metodu ilə müşahidə aparılması və ya “mənbəyi bəlli olan” digər məlumatlara ə saslanmadan iddiaçıya müvafiq illər üzrə dövriyyə müəyyənləşdirmiş və həmin dövriyyəyə əlavə vergi məbləğləri hesablamış, maliyyə sanksiyaları tətbiq etmişdir. Cavabdehin istinad etdiyi “elektron daşıyıcı”dakı məlumatlara gəldikdə isə, bu məlumatlar rəsmi xarakterli olmadığından, Vergi Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulan “əlaqəli məlumatlar” kimi qəbul edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» AR Qanununun 45.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Bununla da, hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan 12 mart 2020-ci il tarixli **********198252 nömrəli qərarının qanuni əsaslarla qəbulunu sübut edə bilməmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsin i və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(103)-392/2022 nömrəli qərarı (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X4 və X2) ilə Bakı İnzibati Məhkəməsinin 4 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq q eyd edilmişdir ki, “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinin 2.1.11-ci maddəsi ilə qarşılıqlı təhlili nəticəsində formalaşmış hüquqi mövqeyimizə əsasən hesab edilməlidir ki, nəzarət tədbirləri zamanı qanuni yolla əldə edilmiş elektron fayllar - cədvəllər ilkin uçot sənədi hesab edilir. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Sözügedən qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Həmçinin mühasibat uçotu haqqında qanunvericilikdə elektron daşıyıcılarda əks olunan sənədlərə dair hər hansı tələb müəyyən edilməmişdir. Bu baxımdan hesablamaların əsasını təşkil edən sözügedən məlumatların mötəbərliyinin şübhə altına alınması üçün hər hansı əsas yoxdur. Beləliklə X5 nəticəsində aparılmış hesablamalar üzrə vergitutma obyekti və vergitutma bazası müəyyən olunmuş və fləş kart” məlumatları və qara mühasibatlıq sənədləri mənbəyi bəlli olan məlumat olduğu üçün vergi qanunvericiliyinin, həmin sənədlər ilkin uçot sənədi olduğu üçün isə mühasibat uçotu haqqında qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Məhkəmə “Mühasibat uçotu haqqında” Qanunun 2.1.11-ci maddəsini, Vergi Məcəlləsinin 67.1.9 və 83.2.4-cu maddələrini tətbiq etməli olduğu halda, yanlış təfsir (VM-nin 83.2.4-cü maddəsini) edərək düzgün tətbiq etməmişdir.

14. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi əsas sübut kimi iş materiallar ında olan əlavə məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi üzrə verilmiş ekspert rəyinə istinad etməsinə baxmayaraq, həmin rəy üzrə hər hansı bir qiymətləndirmə aparmamış, həmin sübutun dəlillərinin qəbul səbəblərini izah etməmiş və cavabdeh tərəfindən təqdim olunmuş sübutların rədd edilmə əsaslarını qəbul etdiyi qərarında əsaslandırmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Vergi Məcəlləsi Maddə

3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edi lməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.... Maddə

15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:... 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;... Maddə

38. X5 38.1. X5, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. X5 növbəti və növbədənkənar ola bilər. Növbəti X5 keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə ver gi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti X5 təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. X5 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq X5nın keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən X5nın nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, X5 zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahəl ərindən istifadə etməklə aparıldıqda; § X5 ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda.... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar X5 aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan X5 zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. X5 aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. X5nın obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə X5nın aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaq la) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (-). 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meya rlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi bar ədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. (-). 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə

83. Vergi orqanları tərəfindən vergilərin hesablanması... Maddə 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: Maddə 2.1. Bu Q anun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüqu qi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 18. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Q anunu: Maddə 2.1.6 Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Maddə 2.1.10. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Maddə 2.1.11. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun apa rılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. 19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmişdir): Bənd 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı i şə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiya sı məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə isti nad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında qərarın ləğv edi lmə əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh X5nın keçirilməsi zamanı əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə 2 dekabr 2019-cu il tarixdə qərar qəbul etmişdir. Lakin iş materialları ilə müəyyən ed ilir ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməmişdir.

29. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

30. Beləliklə, yoxlamanın reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl olunmamasının nəticəsi (Reyest rdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Cavabdeh tərəfindən həmin tələb təmin olunmadığından, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun reyestrdə qeydə alınmadığından onun tərəfindən aparılmış X5 iddiaçıya münasibətdə hüquqi nəticə yaratmır.

31. Bundan başqa, cavabdehin qara mühasibatlıq sənədləri ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın tətbiq edilən hüquq hissəsində qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə edilmişdir. Halbuki, “Mühasibat uçotu haqqında” Qanunun 2-ci maddəsinə əsasən X5 zamanı qanuni yolla əldə edilmiş elektron fayllar – cədvəllər ilkin uçot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə ki, mübahisələndirilən elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarında təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxa l sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. Beləliklə, yoxlamada əldə edilən «qara mühasibatlıq» sənədlərindən istifadə edilməsi Vergi Məcəlləsinin 37-ci maddəsinə ziddir.

32. Eyni zamanda, müəssisənin dövriyyəsi və həmin dövriyyə üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəəti müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri (ƏDV, mənfəət, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları) hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir.

33. Cavabdehin hazırkı vergi yoxlamasında Verg i Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.

34. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198252 nömrəli 12 mart 2020-ci il tarixli qərarı ləğv edilməlidir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

35. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə k ollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 21(103)-392/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar