Məhkəmə qərarları › İş №2-1(102)-1922/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1922/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1922/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X6 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X3 (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının 2-1(103)1888/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı fərdi sahibkar kimi faktiki olaraq ünvan 1 ünvanında “restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər" fəaliyyəti ilə məşğuldur və obyekt icarə müqaviləsi əsasında onun istifadəsindədir.

2. Cavabdehin xx.xx.2018-ci il tarixli, **********170897 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarı ilə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə edilməklə, fiziki şəxs X1 fəaliyyə ti üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama xx.xx.2018-ci il tarixdə başlamış və xx.xx.2019-cu il tarixdə başa çatmışdır.

3. Yoxlama nəticəsində xx.xx.2019-cu il tarixli **********172570 nömrəli akt və onun əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019 tarixli, **********187403 saylı qərar qəbul edilmişdir.

4. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019 tarixli, **********187403 saylı qərarı ilə 2015-ci ilin sadələşdirilmiş vergisi üzrə 80.12 manat, 2016-cı ilin sadələşdirilmiş vergisi üzrə 110.17 manat (o cümlədən, 102.94 manat məbləğində maliyyə sanksiyası), 2017-ci ilin sadələşdirilmiş vergisi üzrə 97.62 manat (o cümlədən, 142.51 manat məbləğində maliyyə sanksiyası), 2018-ci ilin sadələşdirilmiş vergisi üzrə 3178.19 manat (o cümlədən, 1589.10 manat məbləğində maliyyə sanksiyası), 2015-ci ilin ödəmə mənbəyində vergisi üzrə 756 manat, 2016-cı ilin ödəmə mənbəyində vergisi üzrə 3318 manat (o cümlədən, 903 manat məbləğində maliyyə sanksiyası), 2017-ci ilin ödəmə mənbəyində vergisi üzrə 3402 manat (o cümlədən, 1701 manat məbləğində maliyyə sanksiyası), ümumilikdə 11031.87 manat əlavə hesablanmış və 4438.55 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019 tarixli, **********187403 saylı qərarının ləğv olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması fərdi sahibkarın və onun nümayəndəsinin, vəkilinin və mühasibinin iştirakı olmadan keçirilmişdir. Bundan əlavə, yoxlama zamanı verilən ekspert rəyi mötəbər deyildir. Belə ki, iddiaçının icarəyə götürdüyü obyektin vəziyyəti (pəncərələrinin olmaması), obyektə gələn müştərinin sayının az olması (yaxınlıqda digər böyük restoranların olması səbəbindən) nəzərə alınmamış, nəticədə qeyd edilən hallara görə icarə haqqının daha aşağı olması qəbul edilməmiş, əsassız olaraq bazar qiyməti tətbiq edilməklə əlavə vergilər hesablanmışdır.

7. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı yoxlama zamanı nümayəndəsinin (həmçinin özünün) iştirakının təmin edilmədiyini qeyd etsə də, həm xx.xx.2018-ci il tarixli, **********170897 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərar, həm də xx.xx.2018-ci il tarixli, **********170900 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" tələbnamə fərdi sahibkar tərəfindən şəxsən imzalanmışdır. Bundan əlavə, vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi obyektə xx.xx.2019-cu il tarixdə baxış keçirilmiş və baxış zamanı vergi ödəyicisinin icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi obyektin sahəsinin 145.8 kvadrat metr olmasına baxmayaraq, icarə müqaviləsində olan sahə azaldılaraq 48.0 kvadrat metr yazılmaqla, vergi orqanındakı qeydiyyat məlumatlarının saxtalaşdırıldığı müəyyən olunmuşdur. Həmçinin, yoxlanılan dövrdə icarə qiymətlərinin bazar qiymətlərindən 30 faizdən çox aşağı olduğu müəyyən edildiyindən iş üzrə xx.xx.2019-cu il tarixli **********180769 saylı "Ekspertizanın təyin edilməsi haqqında" qərar çıxarılmış və keçirilmiş ekspertiza barədə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinin eksperti X2 tərəfindən xx.xx.2019-cu il tarixli "ekspert rəyi" tərtib olunaraq yoxlamaya təqdim edilmişdir. İddiaçı iddia ərizəsində ekspert rəyi ilə müəyyən olunmuş daşınmaz əmlakın icarə məbləğinin qərəzli və əsassız olduğunu, mənbəyi bəlli olmayan məlumatlardan istifadə edilməklə yazıldığını, obyektin zirzəmidə yerləşməsinin və obyektin texniki göstəricilərinin zəif olmasının rəydə nəzərə alınmadığını əsas gətirsə də, ekspertizanın keçirilməsi zamanı ekspert tərəfindən sərbəs t formada obyektə baxış keçirilmiş, obyektin zirzəmidə yerləşməsi və obyektin texniki göstəriciləri barədə məlumatlar rəydə qeyd olunmaqla nəzərə alınmışdır. Eyni zamanda, ekspert rəyinə əlavə edilmiş icarə haqlarına dair reklam məlumatlarından biri 2015-ci ilin avqust ayına, biri 2016-cı ilin iyun ayına, ikisi 2017-ci ilin mart və avqust ayına, eləcə də digəri isə 2018-ci ilin fevral ayına aid olub yoxlama dövrünü əhatə edir. Həmin məlumatlardan görünür ki, qeyd olunan obyektlər üzrə 1 kvadrat metrin icarə haqqı 2015ci il üzrə 23.0 manat, 2016-cı il üzrə 20.90 manat, 2017-ci il üzrə 28.4 manat və 22.70 manat və 2018-ci il üzrə isə 20.0 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, ekspert rəyi ilə isə yoxlanılan dövr üzrə obyektin aylıq icarə haqqı 2500.0 manat götürülməklə 1 kvadrat me tr üçün 17.15 manat (2500.0 manat / 145.8 kv.m) müəyyən olunmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və xx.xx.2020-ci il tarixli, 26800 saylı ekspert rəyi verilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə kompleks tikinti-texniki və qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, xx.xx.2021-ci il tarixli, 10/740 saylı və xx.xx.2021-ci il tarixli 9/1108 saylı ekspert rəyləri verilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-102/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli (hakim E.Ə.Əliyev) qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019 tarixli, **********187403 saylı qərarı ləğv edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə ekspert rəyləri eyni mütəxəssis rəyi əsasında verildiyi halda bir-birinə uyğunluq təşkil etmədiyindən, həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/1108 saylı ekspert rəyində məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ekspert qarşısında qoyulmuş üçüncü sual düzgün cavablandırılmadığından (qərardadın üçüncü sualında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyi tərəfindən tərtib edilmiş xx.xx.2019cu il tarixli ekspert rəyi əsas götürülməklə sualın cavablandırılması nəzərdə tutulsa da, ekspert "xxxx" MMC-nin müvafiq rəyi əsasında sualı cavablandırmışdır) ekspert rəylərinin mötəbər sübut kimi qəbul olunmasını məqsədəmüvafiq hesab etməmişdir.

12. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, yoxlama müddəti Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə zidd olaraq iş günü ilə hesablanmış, o cümlədən yoxlama müddətinin artırılması və dayandırılması barədə qanunvericiliyin tələblərinə riayət edilməmiş, yoxlama xx.xx.2019-cu il tarixdə bitməsinə baxmayaraq “Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” qərar xx.xx.2019-cu il tarixdə, yəni 180 gün sonra qəbul edilmişdir. Qeyd edilənlər, VM-nin 49.5-ci maddəsinə əsasən vergi orqanının qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.

13. Cavab deh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1888/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin ed ilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayətində işin hallarını və iddia tələbinə qarşı verdiyi etirazın dəlillərini təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, sahibkar tərəfindən yoxlanılan dövr üzrə vergi orqanlarına təqdim edilən sadələşdirilmiş vergi bəyannamələrində ümumi dövriyyənin 71.555,0 manat göstərilməsinə baxmayaraq, yoxlama ilə 94.301,75 manat olduğu müəyyən edilmişdir (belə ki, bəyannamələrdəki dövriyyələr vergi ödəyicisinin bank hesablarından alınmış çıxarışlar və nəzarət kassa aparatının fiskal yaddaşından alınmış məlumatlar əsasında yoxlanılmışdır). Vergi ödəyicisi tərəfindən dövriyyənin ümumilikdə 27.579,59 manat azaldılmasına görə Vergi Məcə lləsinin 220-ci maddəsinə əsasən 909,87 manat (1.103,19 manat azalma, 193,32 manat artıq hesablanma nəzərə alınaraq) əlavə sadələşdirilmiş vergi məbləği hesablanmışdır.

18. Bundan əlavə, Vergi Məcəlləsinin 38.2-ci maddəsində nəzərdə tutulan müddətlər təqvim günü ilə deyil, iş günü ilə hesablanır. Belə ki, Vergi Məcəlləsinin 38.2 və 38.4-cü maddələri əlaqəli şəkildə təhlil olunmalıdır.

19. Həmçinin, Vergi Məcəlləsinin 39.5, 39.6, 39.7,49.1-ci maddələrinin qarşılıqlı təhlili onu göstərir ki, vergi ödəyicisi səyyar vergi yoxlaması aktını imzalamaqdan imtina etdikdə, vergi orqanının səyyar vergi yoxlaması aktının qəbulundan 55 gün müddətində məsuliyyət qərarı qəbul etmək hüququ vardır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri.

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Vergi Məcəlləsi (mübahisələndirilən qərarın qəbul edildiyi zaman qüvvədə olan redaksiya): Maddə 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Maddə 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir.

22. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etd ikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibat i mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məh kəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.

26. Hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2019 tarixli, **********187403 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi olmaqla, mübahisələndirmə haqqında iddialara aiddir.

27. Mübahisələndirmə haqqında iddiaların predmetini inzibati akt təşkil edir və İPMnin 14.1-ci maddəsinin tələbi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Eyni zamanda, bu növ iddialarda məhkəmə ona təqdim olunmuş icra at materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur.

28. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya 2015-2018-ci illər üzrə sadələşdirilmiş vergi, 2015-2017-ci illər üzrə isə ödəmə mənbəyində vergi hesablamışlar.

29. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərarın qəbulu zamanı m üəyyən illər üzrə vergi hesablanarkən Vergi Məcəlləsinin 85.4 və 55.1.5-ci maddələrinin tələbləri pozulmuşdur.

30. Belə ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019 tarixli, **********187403 saylı qərarı ilə 2015-ci ilin sadələşdirilmiş vergisi, 2015-2016-cı illərin ödəmə mənbəyində vergisi hesablanarkən Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbi (Vergi orqanlarının vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququ vardır), eyni zamanda, 2016-2017-ci illərin sadələşdirilmiş vergisi hesablanarkən Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələbi (hər hansı vergilər, o cümlədən vergi agent ləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən haldır) nəzərə alınmamış, əsassız olaraq 3 illik müddət ötürülməklə əlavə vergilər hesablanmış, həmçinin artıq ödəmələr nəzərə alınmadan maliyyə sanksiyası azaldılmış məbləğə münasibətdə tətbiq edilmişdir.

31. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan hallara qiymət verməmişdir.

32. Bundan əlavə, işə baxan aşağı instansiya məhkəmələri iddia tələbini təmin edərkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 38-ci maddəsindəki prosessual müddətlərin tələblərinin gözlənilməməsinə istinad etmişlər.

33. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin mübahisələndiri lən qərarın qəbul edildiyi vaxt qüvvədə olan redaksiyasına əsasən, yoxlamanın keçirilmə müddəti və uzadılma müddəti müvafiq olaraq “30 gün”, “90 gün” olaraq göstərilmişdir. Vergi orqanı hesab edir ki, “gün” dedikdə təqvim günü deyil, iş günü nəzərdə tutulur. Eyni zamanda, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Qanunla edilən dəyişikliyə əsasən, “gün” sözü “iş günü” ilə əvəz edilmişdir. Vergi orqanı Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 38.4-cü maddəsi ilə əlaqəli şəkildə təhlil edilməli olduğunu, eyni zamanda qanunvericilikdə edilən dəyişikliyin dəqiqləşdirmə xarakterli olduğunu iddia etsə də, qeyd olunmalıdır ki, Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisin in xeyrinə şərh edilməlidir.

34. Odur ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində qanunvericinin hüquqi marağı mübahisəli qərarın qəbul edildiyi vaxt tam aydın təsbit olunmamışdır.

35. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yalnız 38.2-ci maddəsinin tələblərinin düzgün tətbiq edilməməsi ilə bağlı məqama, yəni yoxlama müddətləri ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməməsi halına istinad etməklə iddianın təmin edilməsi ilə razılaşmır.

36. Belə ki, İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən,... inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da məhkəmə həmin inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir.

37. Göründüyü kimi, inzibati icraatın inzibati orqanın qərarına t əsir edən şəkildə pozulduğu hallarda inzibati akt digər əsaslar üzrə yoxlanılmadan ləğv edilə bilər. Hazırkı iş üzrə isə, işə baxan aşağı instansiya məhkəmələri iddia tələbini təmin edərkən vergi orqanı tərəfindən inzibati icraatın qaydalarının pozulmasına (inzibati icraatla bağlı müddətlərin pozulması) istinad etsə də, yoxlama müddətlərinə riayət edilməməsinin mübahisələndirilən qərara təsirini əsaslandırılmamışlar. Digər tərəfdən, işə baxan birinci instansiya məhkəməsi əgər vergi orqanı tərəfindən müddətlərə riayət edilməməsi halını qərarın ləğvi üçün kifayətedici əsas kimi hesab edirdisə, bu halda nə səbəblə vergilərin düzgün hesablanıb-hesablanmaması ilə bağlı ekspertiza təyin etməsi (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı) aydın deyildir. Yox, əgər, vergilərin hesablanmasının qanuniliyinin müəyyən edilməsi zəruri idisə, mötəbər ekspert rəyinin əldə edilməsi təmin edilməli idi. Beləliklə, birinci instansiya məhkəməsi ziddiyyətli məhkəmə araşdırması həyata keçirmiş, işə baxan apellyasiya instansiyası məhkəməsi də bu hallara qiymət veməmişdir.

38. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi yoxlamanın müddətlərinə riayət edilməməsinin qərarın qəbuluna təsir edib-etməməsi halını yoxlamalı və qiymətləndirməli, qeyd olunan formal əsasın qərarın ləğvi üçün kifayət olmadığı nəticəsinə gəldiyi halda, təkrar ekspertiza keçirməklə (notarial müqavilələr əsasında keçirilməsi məqsədəmüvafiqdir) icarə haqqı ilə bağlı məsələni həll etməlidir. Eyni zamanda, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi nəzərə almalıdır ki, mübahisələndirilən qərarla iddiaçıya yalnız icarə haqqına görə ödəmə mənbəyində vergi deyil, sadələşdirilmiş vergi də hesablanmış və kassator şikayətində verginin hesablanma səbəbi kimi dövriyyənin bəyannamədə düzgün əks etdirilməməsini göstərmişdir. Lakin, sadələşdirilmiş verginin hesablanması aşağı instansiya məhkəmələrinin araşdırma predmetini təşkil etməmişdir.

39. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1888/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar