Məhkəmə qərarları › İş №2-1(102)-1923/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1923/2020

20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1923/2020 20.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi tələbinə dair iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı qərarın l əğv edilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-239/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə uyğun olaraq 0,21 ha həyətyanı torpaq sahəsi üzərində onun və A.A.A. oğlunun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin ü zərinə qoyulması barədə iddia ərizəsi ilə 2015-ci ildə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

2. Həmin məhkəmənin 2-1(84)-516/2015 nömrəli xx.xx.2015-ci il tarixli qərarı ilə iddia təmin edilərək, xx.xx.2013-cü il tarixli 2v-1/438 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı **** nömrəli şəhadətnaməyə uyğun olaraq 0,21 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı və A.A.A. oğlunun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 21(107)-15/2016 nömrəli qərar ı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının 0,21 ha hissəsi dəyişdirilərək 0,13 ha kimi müəyyən edilmişdir.

4. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(102)-1214/2016 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.

5. Sonradan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "**** nömrəli şəhadətnamə üzrə 0,21 ha həyətyanı torpaq sahəsinin qeydiyyata alaraq çıxarışın verilməsi, şəhadətnamədə soyadlarda düzəlişlərin aparılması" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-281/2020 nömrəli qərardadı ilə (hakim – V.K.Qasımov) iddianın mümkün sayılmaması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırda qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi ilə bağlı əvvəllər də məhkəmədə iddia qaldırmış və mübahisə məhkəmə tərəfindən artıq həll edilmişdir. İddiaçının həmin qərardan narazı qalması hazırda eyni məsələ ilə bağlı ona yenidən iddia qaldırmaq hüququ yaratmır.

8. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-281/2020 nömrəli qərardadının ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini x ahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-239/2020 nömrəli qərardadına əsasən (sədrlik edən və məruzəçi – V.İ.Məlikov, hakimlər – R.R.Rəfiyev və E.Ş.Hüseynov) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-281/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı hazırda qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi ilə bağlı əvvələr də məhkəmədə iddia qaldırmış və mübahisə məhkəmə tərəfindən artıq həll edilmişdir. İddiaçının həmin qərardan narazı qalması hazırda eyni məsələ ilə bağlı ona yenidən iddia vermək hüququ yaratmır. Ona görə də birinci ins tansiya məhkəməsi düzgün qənaətə gəlmişdir ki, hazırkı iddia mümkün sayıla bilməz.

11. Məhkəmə qərardadını iddiaçı xx.xx.2020-ci il tarixində almışdır.

12. İddiaçı dövlət hesabına vəkillə təmin edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-239/2020 nömrəli qərardadından xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-239/2020 nömrəli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiy a şikayətinin dəlillərinə görə hazırkı iddia tələbi iki hissədən ibarətdir – şəhadətnamədə müvafiq qurumlar tərəfindən buraxılmış səhvlərin düzəldilməsi və mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. İddianın mümkün sayılmamasını qərara alan məhkəmə qərardadları ilə iddianın ikinci hissəsinə qiymət verilməmişdir. Belə ki, iddianın mümkünsüz sayılması üçün istinad edilən qətnamədə Şəki Apellyasiya Məhkəməsi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,21 ha. hissəsini dəyişdirərək 0,13 ha. kimi müəyyən etsə də bunun səbəbini açıqlamamış, ilkin sənəddə torpaq sahəsi 0,21 ha. və faktiki yerində 0,21 ha. olsa da, məhkəmə heç bir alqı-satqı, bağışlanma müqaviləsinə istinad etmədən torpaq sahəsini azaldaraq 0,13 ha. kimi göstərmişdir. L akin 0,08 ha. torpaq sahəsinin taleyi naməlumdur ki, məhkəmə həmin hissəyəə heç bir qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-c i maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

17. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqınd a, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, № 5 nömrəli qərarında göstərilir ki, İMP-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

19. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçi nin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Hazırkı qərarın 18-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun mövqeyinə görə mübahisə predmeti barədə qanuni qüv vəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

24. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq göstərilən hüquqi mövqeyi əsas götürməklə iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır.

25. Kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 1-4-cü bəndlərindən göründüyü kimi iddiaçının mübahisələndirdiyi hallara artıq hüquqi qiymət verilmişdir və torpağa dair şəhadətnamədə iddiaçının anasının adının düzgün yazılmaması hazırkı halda əhəmiyyət kəsb etmir. Belə ki, məhkəmə qərarı artıq icra mərhələsindədir.

26. Göstəril ənlərə əsasən iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi mümkün sayıla bilməz.

27. Odur ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni olduğundan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-239/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar