Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1923/2021 02.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi; sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluq müddətinin sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Resp ublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 01.03.2013-cü il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməklə müraciətindən əvvəlki 3 (üç) il üçün, yəni 01.10.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.08.2021-ci il tarixli, 2-1(107)324/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1963-cü il tarixində doğulmuşdur.
2. İddiaçını n xx.xx.1990-cı il təvəllüdlü oğlu X1 05.01.1993-cü ildən sağlamlıq imkanlarının məhdud olması müəyyən edilmişdir
3. İddiaçı 2001-2003-cü illərdə X6 Kompleksində xadimə işləmişdir. Ona 2003-cü ildən 3-cü qrup, 2013-cü ildən isə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. TSEK-in sonuncu müayinə aktına əsasən iddiaçının 2-ci qrup əlillik dərəcəsi 04.02.2016-cı il tarixdə yenidən qiymətləndirilmiş, diaqnozu “posttravmatik baş beyin araxnoiditi, şəkərli diabet 2ci tip, piylənmə 2-ci dərəcə” olaraq təyin edilmişdir.
4. İddiaçı 22.09.2020-ci il tarixində ərizə ilə cavabdeh orqana müraciət edərək ona 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.
5. Cavabdeh 15.10.2020-ci il tarixli **********7 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinan ın əsası kimi iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının (1791,49 manat) əmək pensiyasının minimum (24600 manat) məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyini göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01.03.2013-cü il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməklə müraciətindən əvvəlki 3 (üç) il üçün, yəni 01.10.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzəri nə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 01.07.2017-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən iddiaçının əlilliyə görə əmək pensiyası almaq hüququ var. Belə ki, 05.01.1993-cü il tarixindən 01.03.2001-ci il tarixinədək, 01.08.2003-cü il tarixindən 03.03.2006-cı il tarixinədək 16 yaşadək əlil uşağına qulluq müddəti və əmək kitabçasına əsasən 05.01.2001-ci il tarixindən 01.03.2003-cü il tarixinədək olan iş müddəti nəzərə alınmaqla 13 il 01 ay 28 gün sığorta stajı var (əmək haqqı arayışı nəzərə alınmaqla isə 12 il 08 ay 28 gün). Qeyd edilən maddəyə əsasən 01.03.2013-cü il tarixində iddiaçının 49 yaşı tamam olduğu üçün əlilliyə görə əmək pensiyası təyini üçün 11 il 04 ay sığorta st ajı tələb olunur. Buradan aydın olur ki, iddiaçının əmək pensiyası almaq hüququ vardır. İmtinada isə cavabdeh hal-hazırda qüvvədə olan Qanuna istinad etmişdir və bu səbəblə cavabdeh orqanın imtinası əsassızdır.
8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazı belə əsaslandırmışdır ki, iddiaçının iddia tələbi tam əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1ci maddəsinə əsasən 2-ci qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 01.07.2017-ci il tarixindən etibarən 2 şərtə uyğun gəlməsi tələb olunur: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərt eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-in 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaqdır. İddiaçı Dövlət Sosial X4 şəhər filialına əmək pensiyasının təyin edilməsi üçün 2020-ci il tarixdə müraciət etmişdir. İddiaçı cavabdeh orqana müraciət edən zaman onun sığorta stajı təqdim etdiyi əmək kitabçasına əsasən 2 il 4 ay 26 gün, əmək haqqı arayışına əsasən isə 1 il 8 ay 26 gün təşkil edir. İddiaçının İİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan sığorta stajı və pensiya kapitalı mövcud olmamışdır.
9. Birinci instansiya məhkəməsində işə baxılarkən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edilmişdir
10. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 25.05.2021-ci il tarixli, 21(116)-410/2021 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı 01.03.2013-cü il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməklə müraciətindən əvvəlki 3 (üç) il üçün, yəni 01.10.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesabla nıb ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ 01.03.2013-cü il tarixində yarandığından mübahisəyə 01.01.2013-cü il tarixində qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun müddəaları tətbiq edilməlidir. İddiaçının hüququ yarandığı 01.01.2013-cü il tarixində 49 yaşı tamam olmaqla həmin tarixə tələb olunan 11 il 04 aydan çox (15 il 01 ay 29 gün) sığorta stajı mövcud olmuşdur.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.08.2021-ci il tarixli, 21(107)-324/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Ayaz Mahmudov, hakimlər – Ələddin Məcidov və Mahir Əsədli) apellyasiya şik ayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 25.05.2021-ci il tarixli, 2-1(116)-410/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
14. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Məhkəmə qərarı cavabdehə 16.08.2021-ci il tarixində təqdim edilmişdir.
16. Cavabdeh 26.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.08.2021-ci il tarixli, 2-1(107)-324/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, ap ellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə uyğun olaraq iddiaçıya münasibətdə tələb olunan sığorta stajı 11 il 04 ay təşkil edir. İddiaçı isə cavabdeh orqana müraciət edən zaman onun sığorta stajı təqdim etdiyi əmək kitabçasına əsasən 2 il 4 ay 26 gün, əmək haqqı arayışına əsasən isə 1 il 8 ay 26 gün təşkil edir. İddiaçının 2-ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan sığorta stajı mövcud olmamışdır.
18. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq müddəti barədə akta əsasən iddiaçı 05.01.1993-cü il tarixindən 03.08.2008-ci il tarixinədək 18 yaşınadək sağlamlıq imkanla rı məhdud oğlu X2 qulluq etmişdir. Həmin müddət 15 il 1 ay 29 gün təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021ci il tarixli 2-1(102)-465/2021-ci il nömrəli qərarını nəzərə alaraq aktda qeyd olunan müddətin iddiaçının sığorta stajına daxil edilməsi əsassızdır. Belə ki, sağlamlıq imkanları məhdud X3 05.01.1993-cü il təvəllüdlüdür. Sözügedən aktın tərtib olunma tarixini nəzərə aldıqda akt onun 18 yaşı tamam olduqdan sonra tərtib edilmişdir. Həmçinin, sözügedən akt inzibati icraat aparılan zaman mövcud olmamışdır. Beləliklə, iddiaçı qanunla tələb olunan sosial sığorta stajı tələbini ödəyə bilmir. Ona görə də iddiaçının əlilliyə görə əmək pensiya hüququ yaranmadığından ona 2-ci dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassızdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.08.2021-ci il tarixli, 2-1(107)-324/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, kassasiya şikayəti qanunsuz və əsassızdır. Cavabdeh iddiaçının sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluq müddətinin sığorta stajına daxil edilməsini əsassız hesab etsə də, bu mövqeyini əsaslandıra bilməmişdir. Belə ki, cavabdehin istinad etdiyi Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarı hazırkı mübahisə üzrə işin hallarına uyğun gəlmir. c) Məhkəmə icraatı iştirakçılarının izah atları
20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qan unla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işi n baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. 26. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin iddiaçının əlilliyə görə pensiya almaq hüququnu n yarandığı vaxt qüvvədə olan redaksiyasına əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunanana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir (bu redaksiya 01.07.2017-ci il tarixinədək qüvvədə olmuşdur).
27. Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 2.3-cü bəndinə əsasən əlilliyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir. Əlilliyə görə əmək pe nsiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 28. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir.
29. İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzu ladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
30. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
32. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti for mal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. İlk növbədə qeyd edilməlidir ki, hazırkı qərarın 22-25-ci bəndlər ində göstərilən normaların məzmununa uyğun olaraq iddiaçıya münasibətdə hazırda qüvvədə olan yox, iddiaçının əlilliyə görə pensiya hüququnun yarandığı zaman qüvvədə olan normalar şamil edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin hazırkı mətnindən fərqli olaraq, iddiaçının pensiya hüququ yarandığı tarixdə qüvvədə olan mətnində əlilliyə görə pensiya hüququnun yaranması üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi öz əksini tapmamışdır. Cavabdeh isə hazırda qüvvədə olan qanunvericiliyə istinad edərək imtinasında iddiaçının müvafiq pensiya kapitalının olmadığını qeyd etmişdir ki, şərh edilənlərə əsasən cavabdehin bu mövqeyi qanunsuzdur.
37. Kassatorun əsas dəli li iddiaçının tələb edilən sığorta stajının olmamasıdır. Cavabdeh iddiaçının sağlamlıq imkanları məhdud övladı X1 əlilliyinin 18 yaşı tamam olduqdan sonra müəyyən edilməsinə istinad edərək iddiaçının oğluna qulluq etdiyi dövrü sığorta stajına əlavə etmir. Cavabdeh bu mövqeyini Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli 2-1(102)-465/2021-ci il nömrəli qərarı ilə əsaslandırır.
38. Cavabdeh eyni dəlili apellyasiya şikayətində də qeyd etmiş və bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli 2-1(102)- 465/2021-ci il nömrəli qərarında iddia ona görə rədd edilmişdir ki, X aşkar edilmiş tibbi göstəriş onun yaratdığı sosial nəticələrlə (şəxsin həyat fəaliyyətinin məhd udlaşması, sosial yardıma və müdafiəyə ehtiyacı olması) birlikdə TSEK tərəfindən ilkin olaraq 2006-cı il 16 avqust tarixdə (20 yaşında) müəyyən edilmiş və o, həmin tarixdən əlil hesab edilmişdir. X 18 yaşının tamam olduğu vaxtadək TSEK tərəfindən müayinə olunduğuna, onun sağlamlıq imkanları məhdud uşaq kimi tanındığına dair məlumat işdə yoxdur. Lakin hazırkı iddia tələbi üzrə iş materiallarında görünür ki, 03.03.1990-cı il təvəllüdlü X1 05.01.1993-cü ildən sağlamlıq imkanlarının məhdud olması müəyyən edilmişdir. TSEK-in sonuncu müayinə aktına əsasən 25.04.2016-cı ildə X diaqnozu “rezidual ensefaloaptiya, epileptik cəngolmalarla” olmaqla 2-ci dərəcə əlil olması qiymətləndirilmiş və onun əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddətinin 23.04.2021-ci ilədək olması müəyyən edilir”.
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq kassasiya şikayətinin sözügedən dəlilini də əsassız hesab edir.
40. Beləliklə, işə məhkəmələr tərəfindən baxılarkən müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən 2 il 01 ay 26 gün, əmək haqqı arayışına əsasən 01 il 08 ay 26 gün, “sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluq müddəti barədə” Akta əsasən 15 il 01 ay 29 gün stajı olmaqla, ümumilikdə pensiya hüququ yarandığı tarixə tələb olunan 11 il 04 aydan çox sosial sığorta stajı var. Göründüyü kimi, hazırkı işdə sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
41. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 03.08.2021-ci il tarixli, 2-1(107)-324/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.08.2021-ci il tarixli, 21(107)-324/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.