Məhkəmə qərarları › İş №2-1(102)-1923/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1923/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1923/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən olunması barədə inzibati aktın dəyişdirilməsi, mübahisələndirmə haqqında iddianın mümkünlüyü, iddia müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Resp ublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(103)-932/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı əlillik vəziyyəti Bakı 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli, 0033003AACGX saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1; İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası İİİ Fs.Bazunun açıq yarası, Sol bazunun və saidin dəlib keçən güllə yaralanmasından mil sinirinin zədələnməsi. Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), Diabetik nefropatiya. Angiopatiya. Retinopatiya. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, Qan dövranı çatmamazlığı İİ dərəcə. ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipetoniya Xəstəliyi İİİ dərəcə. Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz.; Meyar 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəti cəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109,111.0,113-113.2,120-125,...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçı 12 iyul 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin 17 iyul 2017-ci il tarixdən müddət göstərilmədən təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı zabit kimi həqiqi hərbi xidmət keçmiş, 2010-cu il tarixdə yaşa görə ehtiyata buraxılmış və həmin tarixd ən o, yaşa görə əmək pensiyası almışdır. 2017-ci ilin iyun ayında səhhəti ilə əlaqədar cavabdeh inzibati orqan tərəfindən ona 5 il müddətinə İİ qrup əlillik təyin olunmuşdur. İddiaçı yaşa görə əmək pensiyası aldığından “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin müddəaları ona münasibətdə tətbiq olunaraq, ikinci dərəcəli əlillik müddət göstərilmədən təyin edilməlidir.

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının xəstəliyi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”dəki meyarlarda təsbit olunmamışdır.

5. Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2021-ci il tarixli, 2-1(112)-8403/2021 nömrəli qərarı (hakim: X4) ilə iddia təmin edilmiş, id diaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin xx.xx.2017-ci il tarixdən müddət göstərilmədən təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4.1-ci maddəsi əsasında iddiaçıya xx.xx.2010-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, bundan sonra o, Mərkəzi Hərbi Həkim Komissiyasından keçərək şəhadətləndirilmiş və ona 5 il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxs hesab olunduğundan “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.3-cü bəndi ona münasibətdə tətbiq olunmalı və təyin olunmuş ikinci dərəcəli əlillikdə müddət göstərilməməlidir.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(103)-932/2022 nömrəli qərarı (hakimlər: Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X2 və X3) ilə Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.3-cü bəndinə əsasən yalnız yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilə bilər. İşin hallarından göründüyü kimi, iddiaçıya xx.xx.2010-cu il tarixdə 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçu olduğundan və ona digər əsaslarla pensiya təyinatı aparıla bilməyəcəyindən aparılmış ilkin pensiya təyinatı məhz yaşa görə pensiya kimi müəyyən olunmuşdur. İddiaçıya aparılmış ilkin pensiya təyinatı onun qanunla tələb edilən yaş həddinə çatması səbəbindən deyil, müvafiq xidmət illərini tamamladığı üçün güzəştli pensiya hüququ yaranmışdır. İddiaçı yalnız güzəştli şərtlərlə pensiyaya çıxmış şəxs hesab olunduğundan, yəni yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinə çatmadığından əlilliyin müddət müəy yən edilmədən təyin edilməsi ilə bağlı müddəanın ona münasibətdə tətbiq olunması mümkün deyildir.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunda yaşa görə əmək pensiyası hüququ olan şəxslər müxtəlif müddəalarda iki kateqoriyaya ayrılır. Bir incisi, həmin Qanunun 7-ci maddəsinə əsasən pensiya yaş həddinə çatmış şəxslər, ikincisi yaşından asılı olmayaraq müvafiq xidmət illərini tamamlamış güzəştli pensiya hüququ olan şəxslər. Hər iki halda pensiyaya çıxmış şəxslər yaşa görə əmək pensiyası növündə pensiya alırlar. Göründüyü kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxan şəxslər həm yaş, həmçinin də staj ilə bağlı şərti ödəməlidirlər. b. kassasiya şikayətinə etirazın dəlilləri

12. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tari xli, 5 saylı qərarı:... 2.3-cü bənd. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır.

14. İnzibati Prosessual Məcəllə: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunl a qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şi kayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.

18. İddiaçıya əlilliklə bağlı təyin edilən 17 iyul 2017-ci il tarixli akt “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçının tələbi on un əlilliyinin müəyyən edilməsi barədə inzibati aktın dəyişdirilməsinə yönəlmişdir. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 143 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əs asnamənin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2021-ci il tarixli 163 nömrəli qərarı ilə ləğv edilmişdir) 4.3-cü bəndində qeyd edilir ki, əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyası haqqında Əsasnamə”nin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə ləğv edilmişdir) 5.5-ci bəndində qeyd edilir ki, TSEK-in qərarlarından “İnzibati icra at haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.4-cü bəndində qeyd edilir ki, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 22. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinin tələbinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şika yət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

23. İşin mübahisə olunmayan hallarına görə iddiaçıya noyabr 2010-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, 2017-ci ilin iyul ayında səhhəti ilə əlaqədar cavabdeh inzibati orqan tərəfindən 5 il müddətinə İİ qrup əlilliyi müəyyən olunmuşdur. İddiaçı əlilliyin müddətlə müəyyən edilməsindən narazı qalaraq 2021-ci ilin may ayında cavabdehə, iyul ayında isə iddia ərizəsi ilə m əhkəməyə müraciət edərək hesab etmişdir ki, yaşa görə əmək pensiyası aldığından əlilliyin müəyyən olunması barədə cavabdehin 2017-ci ildə tərtib etdiyi sənəddə dəyişiklik edilməli, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müddəaları ona münasibətdə tətbiq olunaraq, İİ dərəcəli əlillik müddət göstərilmədən təyin edilməlidir.

24. Həm əmək pensiyasının təyin edilməsi barədə 19 noyabr 2010-cu il tarixli qərarın, həm də əlilliyin müəyyən edilməsi barədə cavabdehin 17 iyul 2017-ci il tarixli qərarının iddiaçıya təqdim edilməsi barədə işdə məlumat olmasa da, iddiaçı yaşa görə əmək pensiyası aldığından və əlillik müddətlə müəyyən olunduğundan aşkar surətdə onun bunlardan məlumatı olmuş, bununla bağlı, yəni əlilliyin müddətlə müəyyən olunması barədə cavabdehin qərarının dəyişdirilməsi ilə bağlı yalnız 2021-ci ilin iyul ayında məhkəməyə müraciət etmişdir.

25. İddiaçı əlilliyin müddətlə (5 il müddətinə) müəyyən olunması barədə cavabdehin qərarından yuxarıda qeyd edilən müddətlərdə şikayət instansiyasına və məhkəməyə müraciət etməsini bildirməmiş və bu barədə mübahisə açmamış, mübahisə açdığı inzibati aktın dəyişdirilməsi ilə bağlı İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində, həmçinin müddətin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə müraciət etməmişdir.

26. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası he sab edir ki, iddiaçı iddia müddəti ilə bağlı iddianın mümkünlük şərtinə əməl etməmişdir.

27. Prosessual qanunvericiliyin tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması ilə yanaşı iddia müddətinə də riayət edilibedilməməsi yoxlanılmalıdır.

28. Qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

29. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

30. Nəticə etibarı ilə, iddiaçı cavabdeh inzibati orqanın 17 iyul 2017-ci il tarixli inzibati aktının dəyişdirilməsi ilə bağlı 12 iyul 2021-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmişdir. İddiaçının mübahisələndirilən qərarın dəyişdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmədiyi, hazırkı iddianı irəli sürmək üçün iddia müddətini ötürməsi müəyyən edilmişdir. Odur ki, iddia müddəti buraxıldığına görə iddia mümkün sayılmamalıdır.

31. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalar ının pozuntusuna yol vermiş, iddianın mümkünlük şərtlərini yoxlamadan işə mahiyyəti üzrə baxmışdır. Odur ki, iddia mümkünlük şərtlərinə cavab vermədiyindən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, kasasiya şikayəti təmin olunmamalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(103)-932/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar