Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1923/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prokurorluq orqanlarında qulluq etmiş şəxsə yaşa görə əmək pensiyasının təyin edilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1971; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pe nsiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2023-cü il tarixli, 2-1(105)-336/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasına əsasən, o, xx.xx.1993-cü il tarixdən xx.xx.2018ci il tarixədək Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluq orqanlarında işləmişdir.
2. İddiaçı ona 25 il qulluq stajı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Cavabdeh 25 noyabr 2020-ci il tarixli, **********4 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, "Əmək pensiyalar ı haqqında" Qanunun 9.4.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasında göstərilirdi ki, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən 1 iyul 2017-ci il tarixdən qeyd olunan maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir. Qeyd olunanlara əsasən iddiaçının 1 iyul 2017-ci il tarixədək prokurorluq orqanlarında qulluq stajı 25 ildən az olduğundan ona prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instans iya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdən (25 il qulluq stajı yarandığı gündən) ona pensiya hesablanıb verilməsi, bunun üçün isə həm son 24 ay, həm də ardıcıl gələn 60 ay ərzindəki orta aylıq əmək haqqı məbləğinin (əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla) hesablanması və onlardan daha əlverişli olan (daha yüksək məbləğ əmələ gətirən) orta aylıq əmək haqqı məbləğindən pensiya hesablanması və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü il tarixdə prokurorluq orqanlarına işə qəbul olunmuş və xx.xx.2 018-ci il tarixdə prokurorluq orqanlarından xaric edilmişdir. Bununla da, 25 il 23 gün iş stajı toplanmışdır. xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ var idi. “Məhkəmələr və hakimlər haqqında” Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən hakimlərin müstəqilliyinin təminatlarından biri onların sosial müdafiəsinə təminatdır. Bu baxımdan, hakim vəzifələrində işlədikləri d övrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatları əks etdirən qanunvericiliyin müddəaları onlar barəsində tətbiq olunmalıdır. Hesab edir ki, hakimlər kimi “Prokurorluq haqqında” Qanunun 36-cı maddəsinin 1-ci cümləsinə əsasən prokurorluq işçisi də xidməti fəaliyyətində müstəqil olduğundan, habelə həmin Qanunun 2-ci maddəsinə əsasən prokurorluq da məhkəmələr kimi məhkəmə hakimiyyətinə aid edildiyindən prokurorluq işçiləri ilə hakimlər oxşar vəziyyətdə olan şəxslərdir. Oxşar vəziyyətdə olan şəxslərə isə eyni rəftarın göstərilməsi tələb olunur. (R.Cəfərovun iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2011- ci il tarixli qərarının Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qəranndakı hüquqi mövqeyi). Bu baxımdan, prokurorluq işçilərinin də m üstəqilliyinin təminatı olaraq onların prokurorluq işçisi vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları onlar barəsində tətbiq olunmalıdır. Belə olan halda isə iddiaçı barəsində xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş qanunvericilik tətbiq edildikdə xx.xx.2018-ci il tarixdə prokurorluq işçisi kimi pensiya hüququ yaranır.
6. Cavabdeh məhkəməyə iddia tələbinə dair yazılı etiraz təqdim edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Etirazda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü, 9.4.1-cü və 9.4.2-ci maddələrinə istinad edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2-1(118)-1390/2023 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmə mişdir
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.1993-cü il tarixdən xx.xx.2018-ci il tarixədək (25 il 23 gün) prokurorluq orqanlarında işləmişdir xx.xx.2017-ci ildən sonra qüvvədə olan qanunvericiliklə tələb olunan sığorta stajı 35 ildir. Nəzərə alınmalıdır ki, xx.xx.2017-ci ilə qədər (köhnə redaksiyada göstərilən müddət) iddiaçının prokurorluq orqanlarında stajı 24 il 1 ay təşkil etmişdir. Bundan başqa köhnə redaksiyanın tələblərinə görə xüsusi rütbədən məhrum edilmiş prokurorluq işçiləri yaşa görə əmək pensiya hüququna malik deyillər. Belə olan halda iddiaçıya prokurorluq əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin tə min olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2023-cü il tarixli, 2-1(105)-336/2023 nömrəli (hakimlər: H.Babayeva – sədrlik edən və məruzəçi, G.Cabbarova və F.Məmmədov) qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının prokurorluq işçisi kimi pensiya hüququ 01 iyul 2017-ci il tarixədək yaranmadığından, xidmət müddətinin “Əmək pensiyaları haqqında" Qanunun 9.4-cü maddəsinin əvvəlki redaksiyasına istinadən hesablanmasını tələb etməkdə iddiaçı haqlı sayıla bilməz.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
13. İddiaçı kassasiya şikayətində qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli R.Cəfərovun iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair qərarındakı hüquqi mövqeyinə əsasən “Prokurorluq haqqında” Qanunun 36-cı maddəsinin 1-ci cümləsinə əsasən prokurorluq işçisi də xidməti fəaliyyətində müstəqil olduğundan, habelə həmin Qanunun 2-ci maddəsinə əsasən prokurorluq da məhkəmələr kimi məhkəmə hakimi yyətinə aid edildiyindən prokurorluq işçiləri ilə hakimlər oxşar vəziyyətdə olan şəxslərdir və hakimin barəsində tətbiq edilən hüquqi təminat mexanizmi, o cümlədən Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyi prokurorluq işçisinə də tətbiq edilməlidir. Belə olan halda isə, prokurorluq işçisi vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları onlar barəsində tətbiq olunmalıdır.
14. Kassasiya şikayətində iddiaçı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinad etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2023-cü il tarixli, 2-1(105)-336/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun (01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyası): Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri.
17. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu bar ədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şi kayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Hazırkı iş üzrə iddiaçının tələbi prokurorluq orqanlarında qulluq etmiş şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.
25. İşin halları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1993-cü il tarixdə prokurorluq orqanlarında işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə “Prokurorluq haqqında” Qanunun 33-cü maddəsinin 7-ci hissəsinin 7-ci abzası və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.7-ci maddəsinin tələbləri əsas tutularaq prokurorluq orqanlarından xaric edilmişdir. 26. "Əmək pensiyaları haqqında" Qanunun 9.4 və 9.4.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasının tələbləri baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki şərt mövcud olmalıdır: 1) Xüsusi rütbələrdən məhrum edilməməlidir; 2) Prokurorluq orqanlarında azı 25 il qulluq etməlidir.
27. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçı rütbədən məhrum edilmədən prokurorluq orqanlarından xaric edilməsinə baxmayaraq onun kifayət qədər sığorta stajı olmamışdır. Belə ki, 01 iyul 2017-ci il tarixə iddiaçı yalnız 23 il 10 ay 10 gün sığorta stajına malik olmuşdur.
28. Göründüyü kimi, prokurorluq işçisi kimi yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün qanunla (ƏPQ-nun 9.4-cü maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyası) müəyyən edilmiş şərt iddiaçıy a münasibətdə ödənilmir.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2023-cü il tarixli, 2-1(105)-336/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.