Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1923/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin imzalanmamış kassasiya şikayəti) mümkünlüyü, vəkil tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın qismən ləğv edilməsi və pensiyasından tutulmaların qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-325/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayəti üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “cavabdehin 12 sentyabr 2022-ci il tarixli **********2 nömrəli qərarının qeyd hissəsinin ləğv edilməsi, iddiaçının mərhum ərinin adına artıq ödənilmiş 86.450,37 manat məbləğində pensiya məbləğinin hər ay 109,74 manat olmaqla iddiaçıdan tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz sayılması, aparılmış tutulmaların və ona 1 avqust 2020-ci il tarixdən 1 oktyabr 2022-ci il tarixədək ödənilməli pensiya məbləğinin iddiaçıya ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin (hakim: X5) 2-1(112)-4165/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 12 sentyabr 2022-ci il tarixli **********2 nömrəli qərarı qeyd hissəsində ləğv edilmiş və İddiaçı mərhum əri X1 əmək pensiyası kimi artıq ödənilmiş 86.450,37 manat məbləğin hər ay 109,74 manat olmaqla iddiaçıdan tutulm asına yönəlmiş hərəkətləri qanunsuz sayılmış, iddiaçıya 1 avqust 2020-ci il tarixdən 1 oktyabr 2022-ci il tarixədək əmək pensiyasının ödənilməsi və 1 sentyabr 2022-ci il tarixdən əmək pensiyasından tutulmuş məbləğlərin qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X3 (sədrlik edən), X4, X2) 2-1(103)-325/2024 nömrəli iş üzrə 29 fevral 2024-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 5.Cavabdeh apelyasiya instansiyası məhkəm əsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
6. Cavabdehin kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət cavabdehin vəkili və nümayəndəsi tərəfindən imzalanmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədi yi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
10. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin 2-1(103)325/2024 saylı, 29 fevral 2024-cü il tarixli qərarı ilə birlikdə “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qa ydasına dair izah” məlumatı cavabdehin elektron kabinetinə 18 mart 2024-cü il tarixdə yerləşdirilmişdir (iş vər 172).
11. Daha sonra cavabdeh 9 aprel 2024-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermişdir, lakin şikayət qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş eyni zamanda elektron formada təqdim edilmiş kassasiya şikayətində səlahiyyətli vəkilin imzasının olmadığı müəyyən edilmişdir.
12. Halbuki apellyasiya instansiyası məhkəməsinin qərarı ilə birlikdə göndərilən kassasiya şikayəti verilməsi qaydasına dair izahda da qeyd edilmişdir ki, kassasiya şikayəti həm onu verən şəxs (qanuni nümayəndə və ya nümayənda), həm də onu tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.
13. Bu Qərarın 7-ci b əndində qeyd edilən normanın tələbindən göründüyü kimi, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. 14 Beləliklə, cavabdehin şikayəti orderi əlavə edilmiş vəkil tərəfindən imzalanmadığından, məhkəmə tərkibi hesab edir ki, belə olan halda, cavabdehin kassasiya şikayəti mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulundan imtina edilməlidir.
15. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 21(103)-325/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.