Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1924/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçılar X4 və qeyrilərinin cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər Zaqatala rayonu Əliabad Bələdiyyəsi, X8, X2, X15, X9 və X3 iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçılar X4 və qeyrilərinin cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər Zaqatala rayonu Əliabad Bələdiyyəsi, X8, X2, X15, X9 və X3 iştirakı ilə) qarşı çıxarışın ləğv edi lməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İK-nın xx xxxx 2020-ci il tarixli, 2-1(107)-205/2020 saylı qərarından İddiaçı4 tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar X4, İddiaçı2, X16, İddiaçı3, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası X19 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11, X5, X17, X12 və X13) qarşı X11, X5, X17, X12 və X1 adına 131 nömrəli reyestr kitabının 66-cı səhifəsində ********** nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 ümumi birgə mülkiyyətlərinə verilmiş Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən 0,14 ha və 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə üstüstə düşdüyü hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların ümumi birgə Zaqatala Rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1996-cı il tarixli, 17/19 nömrəli qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində 4 hissədə (0,43 ha, 0,14 ha, 0,34 ha və 0,79 ha) ümumi sahəsi 1,70 ha olan kənd təsərrüfatı tə yinatlı torpaq sahəsi verilmişdir. İddiaçılar həmin torpaq sahəhələrindən 0,14 və 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası X19 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət ReyestriXidmətinin 18 saylı ZaqatalaƏrazi İdarəsinə müraciət etmişlər, lakin xx xxxxxx 2018-ci il tarixli **********39 nömrəli bildirişlə hüquqların dövlət qeydiyyatından imtina olunmuşdur. İmtinanın verilməsi üçün əsas isə həmin torpaq sahələri üzərində başqa şəxslərin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli,2-1(116)-33/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın rədd edilməs iqərara alınmışdır. Birinci instansiya məhkəməsi həmin nəticəyə qələrkən Mülki Məcəllənin 139.1, 152.1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 1.0.4, 2.1, 8.0, 11.1, 15, 23.1, 23.2-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 17, 19.1-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia əsassızdır. İddiaçılar həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdirlər. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(107)-205/2020 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və İmamverdi Şükürov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normalarına əsaslanaraq belə hesab etmişdir ki, qərar qanuni və əsaslıdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı4 kasasiya şikayətini onunla əsaslandımışdır ki,işə baxan həm birinci, həm da apelyasiya instansiyası məhkəməsi qeyd olunan qərarları qəbul edərkən aşağıda sadalanan bir sıra maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Kasasiya instansiyasının diqqətinə çatdırırıq ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində təkrar islahat aparılmamışdır. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1 996-cı tarixli, 17/19 nömrəli qərarı həmin ərazidə sonuncu qərar olmuşdur. Lakin, cavabdeh inzibati orqanın xx xxxxxx 2019-cu il tarixli, **********23 nömrəli məktubundan, həmçinin həm birinci, həm də apelyasiya instansiyası məhkəməsinin yanaşmasından belə başa düşülür ki, sanki 2018-ci ildə Zaqatala Rayon Aqrar İslahat Komissiyası mövcud olmuş və həmin ərazidə təkrar islahat apararaq uçot xəritələri tərtib etmişdir. İşin bu halı, iş materiallarında olan üçüncü şəxslərin adına tərtib olunmuş xx xxx 2018-ci il tarixli, A seriyalı, 241842 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədində də hüquqların dövlət qeydiyyatı üçün əsas kimi qeyd edilən Zaqatala rayonu Əliabad bələdiyyəsinin xx xxxxx 2018-ci il tarixli 169 nömrəli arayışı ilə tam təsdiq edilir. Belə ki, həmin arayışda torpaq isla hatı ilə bağlı 1996-cı ilin məlumatlarına istinad edilmişdir. Həmçinin cavabdeh Azərbaycan Respublikası X19 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi qeydiyyat üçün təqdim etdiyi sənəd Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1996-cı tarixli, 17/19 nömrəli qərarıdır. İddia ərizəsinə əlavə olunmuş Zaqatala Rayonu Əliabad Bələdiyyəsi tərəfindən təsdiq edilmiş, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1996-cı tarixli, 17/19 nömrəli qərarı əsasında keçirilmiş püşkatmanın nəticələrinə dair xəritədən çıxarışdan da göründüyü kimi, həmin torpaq sahələri iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. Lakin işə baxan həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1996-cı tarixli, 17/19 nömrəli qərarı ilə təsdiq edilmiş püşkatma yolu ilə torpaq payı alan subyektlər arasında keçirilən bölgüyə dair xəritələri aidiyyəti üzrə İqtisadiyyat Nazirliyindən və yaxud Nazirliyin tabeliyindən olan X19 Xidmətindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə etməmişdirlər. Belə ki, həmin xəritələrdə kimə və haradan (hansı hissədən) torpaq verilməsini müəyyən etmək mümkündür. İş üzrə cavabdeh X19 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi həmin xəritələrin özündə mövcud olmamasını bildirsə də, məhkəməyə hüquqların dövlət qeydiyyatı üçün sübut qismində təqdim etdiyi «Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş adlı siyahı»da keçmiş təsərrüfat nömrələrinə istinad edilməsi, həmin xər itələrin əslində mövcud olmasını sübut edir. Həmin xəritənin kağız üzərində əks edilmiş nüsxəsi Zaqatala Rayonu Əliabad Bələdiyyəsində də mövcuddur. Belə ki, bələdiyyənin iddiaçılara təsdiq edərək verdiyi sxem, həmin xəritədən çıxarışdır. Bütün yuxarıda göstərilənlərə əsasən İddiaçı4 kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(107)-205/2020 iş nömrəli qərarını ləğv edərək, işin təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs Həmzə İsrəfilov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, iddiaçılar, cavabdehin nümay əndəsivə digər üçüncü şəxslər məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmə nin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məlum olduğu kimi, iddiaçılar X6, İddiaçı2, İddiaçı xxx X14, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası X19 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11, X5, X17, X12 və X13) qarşı «X11, X7, X17, X12 və X1 adına 131 nömrəli reyestr kitabının 66-cı səhifəsində ********** nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən X6, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 ümumi birgə mülkiyyətlərinə verilmiş Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən 0,14 hektar və 0,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərınə qoyulması tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Beləliklə, iddiaçıların hazırkı iddia tələbini sözügedən reyestrdən çıxarışının qismən ləğv edilməsi təşkil edir, başqa tələb irəli sürülməmişdi r. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsində qanunda istifadə olunmuş inzibati aktın tam və müfəssəl anlayışı verilmişdir. Belə ki, həmin Qanunun 2.0.2-ci maddəsinə müvafiq olaraq inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Xüsusi şəkildə qeyd edilməlidir ki, reyestrdən çıxarış inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt deyil, belə ki, reyestrdən çıxarış inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt əsasında verilən törəmə sənəddir. Yəni, inzib ati orqanının inzibati aktı olmadan reyestrdən çıxarışın mövcud olması mümkün deyildir. Belə ki, iddia tələbinin hazırkı vəziyyətdə qalması halında, iddiaçıların iddia tələbi rədd edilməsi ilə deyil, mümkün sayılmaması ilə nəticələnməli idi. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015ci il 4 №-li Qərarının 17-ci bəndində qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.Reyestrdəki qeydiyyat inzibati akt əsasında apa rıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələnd irilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, i ddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçılar iddia ərizəsində Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1996-cı il tarixli, 17/19 nömrəli qərarına mübahisəli torpaq sahəsinin ayrılması ilə bağlı istinad edirlər. Göründüyü kimi, sözügedən inzibati aktın həm tarixi, həm də nömrəsi bəllidir və məlumdur ki, rayon X10 müvafiq rayon icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərirdi, yəni, adıçəkilən qərar iş materiallarında mövcud olması da, birinci və apelyasiya instansiyası məhkəmələrinin «iddiaçıların Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onların ümu mi birgə mülkiyyətinə verilmiş Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən 0,14 hektar və 0,34 hektar kənd təsərrüfat təyinatlı torpaq sahələrinə dair işin materiallarına hər hansı sənəd əlavə edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da aşkar olunmamışdır» kimi nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə tam və hərtərəfli araşdırılmamış, bunun nəticəsində iş üzrə qanuna uyğun olmayan və əsassız qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilmiş məsələlər tam və hərtərəfli araşdırılandan, o cümlədən araşdırılma nəticəsində bütün sənədlər tədqiq edilərkən iddianın ümumiyyətli mümkün olub-olmamasına qiymət veriləndən sonra, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir. Belə olan halda kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(107)-205/2020 saylı qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın.
Məhkəmə qərarları › İş №2-1(102)-1924/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1924/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver