Məhkəmə qərarları › İş №2-1(102)-1924/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1924/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1924/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X4rşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinin təmir edilməsi öhdəliyi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin Tikintidə X1rşı Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət zamanı dağılan Balakən rayonu, Qazma kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2021-ci il tarixli, 2-1(107)-317/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Balakən rayonun Qazma kəndində özünə məxsus evdə yaşayır. 2. 2012-ci ilin may ayının 7-də Respublikanın şimal-qərb bölgəsində, o cümlədən Balakən rayonunun ərazisində zəlzələ olmuş və bir çox yaşayış binaları yararsız vəziyyətə düşmüşdür.

3. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin (bundan sonra mətndə ixtisarla-FHN TTNDA və ya cavabdeh yazılacaq) “Azərinşaatlayihə” DBLKTİ-nun mühəndisi, FHN TTNDA-nin “Azdövlətlayihə” DBLİ-nin aparıcı mühəndisi və Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İƏD üzrə nümayəndəsi tərəfindən iddiaçıya məxsus evə baxış keçirilmiş və fərdi yaşayış evinin tikiş hissələrində çat, suvaq çatları müşahidə olunaraq təmirə ehtiyac olduğu müəyyən edilmiş, bu barədə 10.03.2013-cü il tarixli akt tərtib edilmişdir.

4. İddiaçı evinin təmir edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh 26.07.2019-cu il tarixli, 37/Kd-04467 nömrəli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, FHN-nin komissiyaları tərəfindən Balakən rayonu ərazisində zərərçəkmişlərin fərdi yaşayış evlərinə baxış keçirilmiş, müvafiq aktlar tərtib edilmiş və tərtib olunmuş aktlara əsasən iddiaçının fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəymədiyinə görə, ona hər hansı köməklik göstərilməsi həmin orqanın səlahiyyətləri xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, FHN TTNDA-nın 26.07.2019-cu il tarixli, 37/Kd-04467 nömrəli imtinasının qanunsuz hesab edilməsi, Balakən rayonunda 2012-ci ildə baş verən zəlzələdən dağılan, Balakən rayonu, Qazma kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin tikilib təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, “Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət zamanı dağılan, Balakən rayonu Qazma kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə bərabər Balakən rayonun Qazma kəndində yerləşən, ona məxsus evdə yaşayır. 13-14 oktyabr 2012-ci il tarixlərdə Azərbaycan Respublikasının şimal-qərb zonasında baş vermiş zəlzələ zamanı bir çox evlər kimi, iddiaçıya məxsus ev də tamamilə qəzalı vəziyyətə düşmüşdür. Bundan sonra, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən iddiaçıya məxsus evə baxış keçirilmiş və müvafiq rəy verilmişdir. Lakin hal-hazıradək həmin rəy iddiaçıya açıqlanmamışdır. İddiaçı dəfələrlə aidiyyəti qurumlara bununla bağlı müraciət etsə də, ona bildirmişlər ki, FHN-nin müvafiq komissiyasının rəyləri zamanla açıqlanacaq və nəzərdə tutulmuş işlər m ərhələli şəkildə həyata keçiriləcəkdir. İddiaçı yenidən 2019-cu ildə qəzalı vəziyyətdə olan evinin tikilib ona təhvil verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh onun xahişini təmin etməmişdir.

8. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, 2012-ci ilin may ayının 7-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında bir çox yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Bu istiqamətdə dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər həyata keçirilmiş, həmin tədbirlər çərçivəsində 58.338 fərdi yaşayış evinə, 302 çoxmənzilli binaya və 516 ictimai sosial obyektlərə baxışlar keçirilmiş, onlardan 5.263 fərdi yaşayış evi, 36 məktəb və 2 uşaq bağçası sökülüb yenidən tikilmiş və zəlzələdən ziyan çəkmiş 7.478 ailəyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq birdəfəlik yardımlar ödənilmişdir. İddiaçıya məxsus evə baxış keçirilmiş və 10 mart 2013-cü il tarixində tərəflərindən baxış aktı həyat yoldaşı X5 adına tərtib olunmuşdur. Həmin akta uyğun olaraq iddiaçının evi təmir kimi qeyd olunub. Mübahisələndirmə haqqında iddia tələbinə dair iddia müddətinin ötməsinə görə hesab edirlər ki, İnzibati Prosessual Məcəlləsinin 33 və 38.1-ci maddəsinə uyğun olaraq iddianın mümkün sayılması üçün hüquqi əsas yoxdur. Eyni zamanda “İcbari sığortalar haqqında” 24 iyun 2011-ci il tarixli Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası məcburidir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yuxarıda göstərilənl ərdən göründüyü kimi, vətəndaş öz evini icbari qaydada sığortalamalı olduğu halda, bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) özü təmir və bərpa etmək vəzifəsini daşıyır.

9. Şəki İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2-1(116)-954/2020 nömrəli qərarı ilə (hakim İlqar Cabbarov ) iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən fərdi yaşayış evinin təmir edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh haqqında Əsasnamənin 7.2-ci bəndinə əsasən, Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. Həmin Əsasnamənin 8.9-cu bəndinə əsasən təb ii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək, 8.41-ci bəndinə əsasən fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək Agentliyin vəzifəsidir.

11. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat

12. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.11.2020-ci il tarixli, 2-1(107)-460/2020 saylı qərarı ilə (hakimlər V.Məlikov-sədrlik edən və məruzəçi, R.Rəfiyev və İ.Şükürov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2-1(116)-954/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 21(102)- 464/2021 nömrəli qərarı ilə (hakimlər İ.Şəfiyev-sədrlik edən və məruzəçi, R.Nəbizadə və Z.Quliyev) cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2020-ci il tarixli 2-1(107)460/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsini n mövqeyi onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin araşdırması Azərbaycan Respublikası İPM-nin 12ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 57-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına uyğun aparılmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, iş materiallarında olan 10.03.2013-cü il tarixli mütəxəssislər tərəfindən tərtib edilmiş aktın təsdiq edilmiş surətindən, həmçinin fərdi yaşayış evinin fotoşəkillərindən görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evi 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüşdür və hal hazırda da qəzalı vəziyyətdədir. Lakin cavabdeh orqanın 27.07.2019-cu il tarixli, 37/Kd-04467 nömrəli imtina məktubunda bildirilir ki, FHN-nin komissiyaları tərəfindən Balakən rayonu ərazisində zərərçəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş, müvafiq aktlar tərtib edilmiş və tərtib olunmuş aktlara əsasən iddiaçının fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəymədiyinə görə, ona hər hansı bir köməklik göstərilməsi qurumun səlahiyyətləri xaricindədir. Beləliklə də, iddiaçı və cavabdeh arasında hazırkı mübahisə yaranmışdır.

17. Məhkəmə kollegiyası iddianın təmin olunması zamanı Agentliyin vəzifələrinin həcmi ilə bağlı birinci və apelyasiya instansiyası məhkəmələrinin istinad etdikləri Cavabdeh haqqında Əsasnamənin 7.2-ci, 8.9-cu və 8.41-ci bəndləri üzrə əsaslandırmanı yarımçıq hesab etmişdir. Belə ki, adı çəkilən Əsasnamənin 8.41-ci bəndində Agentliyin vəzifəsi “fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək” kimi ifadə olunmuşdur.

18. Məhkəmənin iddianı təmin edərkən həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli 117s nömrəli sərəncamına istinad etməsi ilə əlaqədar kassasiya instansiyası məhkəməsi İqtisadiyyat Nazirliyinin rəsmi dövlət saytında yerləşdirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 2012-ci il üzrə icra vəziyyətinə dair arayışda əksini tapmış məlumata istinad edərək, həmin məlumata görə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli, 117s nömrəli sərəncamı ilə 2012-ci il may ayının 7-də Şəki-Zaqatala regionunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq X3 20 milyon manat və sonradan 2012-ci ilin dövlət büdcəsində edilmiş dürüstləşməyə əsasən 300 milyon manat vəsait ayrıldığını, Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu istiqamətdə zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırıldığını və ziyan dəymiş əhaliyə hər cür köməkliyin göstərilməsinin davam etdirildiyini qeyd edərək, bu halda məhkəmələrin ilk növbədə Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli, 117s nömrəli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar cavabdehin inzibati praktikasının nədən ibarət olmasının müəyyən edilməli olduğunu vurğulamışdır. Yəni qeyd olunan sərəncamın icrasından cavabdehin zəlzələ nəticəsində təmirə ehtiyacı olan evlərin təmirini həyata keçirmək və zifəsinin irəli gəlib-gəlmədiyi, cavabdeh tərəfindən həmin ərazidə başqa zərərçəkənlərin evlərinin təmir edilib-edilmədiyi qəti şəkildə müəyyən edildikdən sonra, məhkəmə iş üzrə nəticəyə gələ bilərdi. Lakin məhkəmələr tərəfindən bu cür araşdırma və əsaslandırma aparılmamışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə yenidən baxılarkən məhkəmə, cavabdeh tərəfindən zəlzələnin nəticələrinin aradan qaldırılması zamanı zərər görmüş evlərin təmirinin həyata keçirilib-keçirilmədiyi, keçirilmədiyi halda zəlzələ nəticəsində evlərinin təmirə ehtiyacı olan vətəndaşlara dəyən zərərin ödənilməsi ilə bağlı hansı tədbirlərin görülməsi (təmir xərclərinə uyğun kompensasiya verilməsi, Nazirlər Kabinetinin sərəncamının birinci bəndində hissəsində göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilm əsi üçün tədbirlər görməsi və s. şəklində) barədə yazılı sübutlar tələb olunmalı, məhz evin təmir edilməsi üzrə cavabdehin vəzifələri əsaslandırılmalıdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

20. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.07.2021-ci il tarixli, 2-1(107)-317/2021 saylı qərarı ilə (hakimlər A. Mahmudov-sədrlik edən və məruzəçi), Ə. Məcidov və M. Əsədli) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2-1(116)-954/2020 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir.

21. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyinin (bax: hazırki qərarın 16-19-cu bəndələrinə) apelyasiya instansiyası məhkə mələri üçün məcburi olduğunu rəhbər tutan apelyasiya instansiyası məhkəməsi verilmiş iddia üzrə cavabdehin vəzifələrinin həcmi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini natamam araşdırmanın nəticəsi kimi qəbul etmiş və bu hissədə məhkəmə qərarını hazırki qərarın 17-ci bəndində ifadə olunmuş hüquqi mövqe ilə əsaslandırmışdır.

22. Kassasiya instansiyası məhkəməsinin hazırki qərarın 18-ci bəndində ifadə edilmiş hüquqi mövqeyi ilə əlaqədar apelyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd olunan sərəncamın icrasından cavabdeh tərəfindən həmin ərazidə başqa şəxslərə məxsus evlərin təmir edilib-edilməməsinə də diqqət yetirmiş, sorğu-sual nəticəsində iddiaçının buna dolğun cavab verməməklə yanaşı, hər hansı sübutu (hazırki qərarın 19-cu bəndində nəzərdə tutu lan sübutları) da məhkəməyə təqdim edə bilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh orqanın 27.07.2019-cu il tarixli, 37/Kd-04467 nömrəli imtina məktubunda bildirilir ki, FHNnin komissiyaları tərəfindən Balakən rayonu ərazisində zərərçəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş, müvafiq aktlar tərtib edilmiş və tərtib olunmuş aktlara əsasən iddiaçının fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəymədiyinə görə ona hər hansı bir köməklik göstərilməsi qurumun səlahiyyətləri xaricindədir. Göründüyü kimi, cavabdehin inzibati praktikası əsasən fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəydiyi halda köməklik göstərilməsindən ibarətdir.

23. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın lə ğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

24. Kassasiya şikayətinin dəlilləri kimi iki hala istinad edilmişdir. Birincisi, barəsində şikayət edilən məhkəmə qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13cü, 60-cı və 125-ci maddələrinə zidd olmaqla, ədalətsiz olduğundan, maddi hüquq normasının pozuntusu ilə qəbul edilmiş, ikincisi, işdə olan sübutlardan ona məxsus evə keçirilmiş baxış üzrə tərtib edilmiş aktın və ekspert rəyinin qəbul edilməməsinin əsaslandırılmaması ilə prosessual pozuntuya yol verilmişdir.

25. Kassasiya şikayətinin dəlillərinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 60-cı və 125-ci mad dələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli, “B.İ. Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 30 yanvar 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 aprel 2010-cu il tarixli Qərarlarındakı hüquqi mövqelərə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz təqdim edilmişdir. Etirazın dəlilləri imtinanın dəlillərinə uyğundur. Əlavə olaraq, Şəki Apelyasiya Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin i nzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti mü mkündür. Şikayət formal tələblərə uyğun verilmişdir, lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

32. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə qərarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya d əyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

35. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbu l etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

36. Hazırkı mübahisə, iddiaçının qənaətinə görə 2012-ci ildə Balakən rayonunda baş vermiş təbii fəlakət-zəlzələ nəticəsində yararsız hala düşmüş yaşadığı fərdi yaşayış evinin cavabdeh tərəfindən təmir edilməsindən imtina ilə bağlıdır. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının fərdi yaşayış evinə məhkəmə tərəfindən yerində baxış keçirilməsinə və ekspert rəyi ilə ziyan dəydiyinin qeyd edilməsinə baxmayaraq, ziyanın məhz zəlzələ nəticəsində dəydiyi iş üzrə materiallarla sübut olunmur. İddiaçı tərəfindən də bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

37. Nəz ərə almaq lazımdır ki, tərəflər, o cümlədən də iddiaçı mübahisəyə dair sübutların əldə olunmasında, həmçinin onun sərəncamında olan sübutların təqdim edilməsində məhkəməyə yardım etmək vəzifəsi daşıyır. İddiaçı isə bu vəzifə üzrə hər hansı sübut təqdim etməmiş, ziyanın dəyməsini təsdiq edən sübutlara istinad etməmiş, iddiasının təmin edilməsindən imtinadan ümumi narazılıq ifadə etməklə kifayətlənmişdir.

38. İşə yenidən baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya məhkəməsinin göstərişləri nəzərə alınaraq, təmirə ehtiyacı olan evlərin cavabdeh tərəfindən təmir olunması ilə bağlı inzibati praktika araşdırılmış, ziyanın məhz zəlzələ nəticəsində dəyməsini müəyyən etmək üçün müvafiq prosessual hərəkətlər yerinə yetirilmiş, eyni zamanda bununla bağlı müvafiq sübutların məhkəməyə təqdim olunması iddiaçıya təklif edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallara əlavə edilmiş sənədlərlə təmirə ehtiyacı olan evlərin cavabdeh tərəfindən təmir olunması ilə bağlı inzibati praktikanın mövcud olduğu, mübahisəli evə məhz zəlzələ nəticəsində ziyan dəydiyi müəyyən olunmadığından və bununla bağlı iddiaçı tərəfindən məhkəmələrə hər hansı sübut təqdim edilmədiyindən, işin müəyyən edilmiş halları baxımından apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur.

40. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi bilavasitə sübutetmə yükünə bağlıdır. Məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə sübutetm ə yükü inkar edənin deyil, iddia edənin üzərinə düşür (hazırkı qərarın 30-cu bəndinə bax).

41. Nəzərə almaq lazımdır ki, iddiaçının yaşadığı fərdi yaşayış evinin 2012-ci ildə Balakən rayonunda baş vermiş təbii fəlakət-zəlzələ nəticəsində yararsız hala düşdüyünə istinad etməsi həmin evin təmir olunması üzrə cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddianın təmin olunması üçün yetərli sayıla bilməz. İddiaçı bu cür hallarda həm də cavabdehin belə öhdəlik daşıdığını sübut etmək vəzifəsi daşıyır. Bu inzibati məhkəmə icraatında hazırkı iddia üzrə sübutetmə vəzifəsinin tələbindən irəli gəlir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən iddiaçı hazırkı tələbində haqlı sayıla bilməz.

43. Nəticə etibarı ilə kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar m üəyyən edilməmişdir. Odur ki, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2021-ci il tarixli, 21(107)-317/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar