Məhkəmə qərarları › İş №2-1(102)-1924/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1924/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1924/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.x x.1961-cil təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(105)334/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X1 xx.xx.2021-ci il tarixli arayışına əsasən, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək boruyayma sexində metalın hazırlanm asında presləyici kəsici, təmirçi-çilingər işləmişdir. Həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №li siyahının İİİ bölməsinin 3a, 4a yarımbölməsinin 2040300a17972; 2040400a-18554 şifri ilə nəzərdə tutulmuşdur. 2. “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu kadrlar şöbəsinin xx.xx.2021-ci il tarixli 91 saylı arayışına əsasən, iddiaçı 01 oktyabr 2003-cü il tarixdən 31 dekabr 2005-ci il tarixə kimi su buxarı və kanalizasiya sexində kanalizasiya şəbəkələri üzrə təmirçi çilingər işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının XXXİİİ bölməsinin 23200000-18447 şifrinə əsasən 2 saylı siyahıda sadalanan yeraltı kanalizasiya şəbəkəl ərində daim məşğul olan çilingərlər istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. 3. “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu kadrlar şöbəsinin xx.xx.2021-ci il tarixli 92 saylı arayışına əsasən, iddiaçı 01 yanvar 2006-cı ildən 28 iyun 2010-cu ilə kimi su buxarı və kanalizasiya sexində kanalizasiya şəbəkələri üzrə təmirçi çilingər işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsinə əsasən, siyahıda sadalanan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan çilingərlər istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. 4. “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu kadrlar şöbəsinin xx.xx.2022-ci il tarixli 158 və 159 saylı a rayışlarına əsasən, iddiaçı 01 noyabr 2011-ci ildən hal-hazıra kimi avadanlıqların təmiri sahəsində təmirçi-çilingər (kanalizasiya və su şəbəkəsi üzrə) işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsinə əsasən, siyahıda sadalanan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.

5. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

6. Cavabdeh 23 fevral 2022-ci il tarixli məktubla iddiaçıya imtina cavabı vermişdir. Cavabdehin imtinası olnunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci, 9.8-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 cü il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daimi məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. Təqdim edilmiş 01 dekabr 1979-cu il tarixli əmək kitabçasında və “Azərkimya “ İB-nin “Etilen Polietilen” zavodunun iddiaçıya dair 12 mart 2021-ci il tarixli 91 nömrəli arayışında xx.xx.2003-cü il tarixindən bu günədək su buxarı və kanalizasiya sexində kanalizasiya şəbəkələri üzrə təmirçi çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdu r. İddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daimi məşğul olan qəza-bərpa işlərinin çilingəri vəzifəsinə uyğun deyil. Bu səbəbdən güzəştli iş stajı 12 il altı aydan az (10 il 8 ay (xx.xx.1984- xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Etilen-Polietilen Zavodunun xx.xx.2022-ci il 12,13 saylı arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş 10 il iş stajından artıq on beş il imtiyazlı iş stajı təsbit olunmuşdur. O, xx.xx.1978-18 iyul 1979 illərdə 44 saylı peşə məktəbində təhsil almış, 1981-1983-cı illərdə hərbi xidmətdə olmuşdur. Yəni, bir dekabr 2006-cı ilədək 21 il 2 ay 2 gün ümumi iş stajına, on beş ildən artıq güzəştli iş stajına malikdir. Onun işlədiyi sahə, yəni kimya istehsalatı sahəsi əmək şəraiti zərərli olan sahədir. Bu sahədə işlədiyi kanalizasiya şəbəkələri üzrə təmirçi-çiling ər peşəsi kimya istehsalı bölməsində nəzərdə tutulmasa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahının 23200000 18447 bəndində (ümumi peşələr bölməsi) nəzərdə tutulmuş (yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri) peşəsinə uyğundur. Belə ki, böyük bir kimya zavodunun kanalizasiya şəbəkəsində baş vermiş qəza-bərpa işləri kanalizasiya şəbəkələri üzrə təmirçi-çilingərləri tərəfindən həyata keçirilir. Bununla bağlı, mütəxəssislərin iştirakı ilə yerindəcə baxış keçirməklə onun işlədiyi sahənin və peşənin nə dərəcə zərərli olmasını aydınlaşdırmaq olar. Uzun illərdir ki, onunla eyni peşədə işləyən şəxslər güzəştli pensiyaya çıxırlar. İşlədiyi müəssisə həmin peşənin zərərli o lması barədə arayış verir. 01 iyun 2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cıı maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısı” nın ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları nəzərdə tutulmuşdur. Hesab edir ki, xx.xx.1961-ci il təvəllüdlüdlü olmaqla, xx.xx.2006-cı ii tarixinədək 26 il 1 ay ümumi və 12 il 10 ay güzəştli iş stajını topladığından, ona 57 yaşı tamam olduğu gündən, yəni xx.xx.2018- ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

9. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı isə müvafiq güzəştli iş stajına malik deyil. Belə ki, iddiaçının güzəştli iş stajı aşağıdakı dövrləri əhatə edir: xx.xx.1984- xx.xx.1987, xx.xx.1987-xx.xx.1995. Cəmi: 10 il 8 ay. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaratdığını iddia etdiyi xx.xx.2003-cü ildən sonrakı fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şər aiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında nəzərdə tutulmuş peşələrlə uyğunluq təşkil etmir. İddiaçının işlədiyi peşənin istinad etdiyi yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları (23200000—18447) koduna uyğun gəlməsi üçün o, daimi olaraq və məhz qəza-bərpa işləri ilə məşğul olan çilingər olmalı idi. İddiaçı isə su buxarı və kanalizasiya sexində kanalizasiya şəbəkələri üzrə təmirçi çilingər vəzifəsində çalışmışdır və həmin peşə adı çəkilən siyahıda nəzərdə tutulmadığından o, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən 12 il 6 ay güzəşt li iş stajını tamamlamamışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin olunmaması xahiş edilmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İ.R.Quliyev) 16 dekabr 2022-ci il tarixli, 2-1(118)-1462/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsinin əsaslandırması: Cavabdeh orqan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş peşələrə hərfi uyğunluq baxımından yanaşmamalı, təqdim edilmiş güzəştli arayışda qeyd edilən halları araşdı rmalı, müraciət edən şəxsin zərərli işlərdə işləməsi şübhə doğurduğu halda əlavə araşdırma aparmaq hüququndan istifadə etməlidir. Lakin cavabdeh güzəştli arayışda qeyd edilənlərlə bağlı heç bir araşdırma aparmadan, əsassız olaraq iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Cavabdeh iddiaçının güzəştli iş stajını 10 il 8 ay (xx.xx.1984-xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) qəbul edir. Digər dövrlər də, yəni xx.xx.2003 - xx.xx.2005-ci il tarixləri arasındakı dövr də nəzərə alındıqda, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının 23200000-18447 saylı şifrinə müvafiq olaraq güzəştli şərt lərlə əmək pensiyası hüququ yaranmış olur. Bu halda iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajı yaranmış olur. Qeyd edilənlər iddia tələbinin əsaslı olduğunu göstərir. İddiaçının hüququ 57 yaşında yarandığı üçün ona həmin tarixdən pensiya təyin edilməli, lakin pensiyanın hesablanması və ödənilməsi onun inzibati orqana müraciətindən üç il əvvələ hesablanmalıdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/ Z.İ.Məmmədov və Z.T.Məmmədov) 18 aprel 2023-cü il tarixli, 2-1(105)-334/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(118)1462/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayəti imtina məktubuna və iddiaya dair verilmiş yazılı etiraza uyğun tərtib edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2018-ci il tarixdə qüv vədə olan redaksiyada): Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilin i həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

13. Əmək şəraitinə görə güzəştl i pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;.... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlay araq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti… 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar t arixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.2-ci bəndi) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

22. Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: 20400000 - İİİ. Metallurgiya istehsalatı (qara metallar) 2040300a—17972 - soyuq metalın kəsiciləri 2040400a—18559 - təmirçi çilingərlər 23200000 - XXXİİİ. Ümumi peşələr 23200000—18447 - yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etd iyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının tələb olunan xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajını tamamlaması, eyni zamanda xx.xx.1984-xx.xx.1987-ci il və xx.xx.1987xx.xx.1995-ci il tarixlərdə işlədiyi dövrdə 10 il 8 ay güzəştli iş stajına malik olması cavabdeh inzibati orqan tərəfindən qəbul edilməklə mübahisələndirilmir, digər tərəfdən bu hallar işdə olan sənədlərlə də tam sübuta yetirilir.

28. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən məsələ iddiaçının 01 oktyabr 2003-cü il tarixdən 31 dekabr 2005-ci il tarixə olan dövr ərzində su buxarı və kanalizasiya sexində kanalizasiya şəbəkələri üzrə təmirçi çilingər işlədiyi vəzifənin 2 nömrəli siyahı üzrə müəyyən edilmiş peşələrə uyğun olmamasından ibarət olmuşdur.

29. Əvvəla, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçının həqiqətən də qeyd olunan illərdə su buxarı və kanalizasiya sexində kanalizasiya şəbəkələri üzrə təmirçi çilingər vəzifəsində işləməsi iş materialları ilə öz təsdiqini tapır. Bundan başqa, qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının 23200000-18447 saylı şifrində, həm də 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində siyahıda sadalanan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri nəzərdə tutulmuşdur. Bu barədə, iddiaçının işlədiyi müəssisələr tərəfindən müvafiq arayışlar təqdim edilmişdir.

30. Məhkəmə kollegiyası nəzərə alır ki, qüvvədə olan qanunvericilik ərizəçinin üzərinə qanunda nəzərdə tutulanlardan (əmək kitabçası, izahedici arayış) başqa hər hansı sənəd və məlumatı təqdim etmək öhdəliyi qoymur.

31. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

32. İş materiallarında iddiaçının iş yerindən təqdim edilmiş arayışlardakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən heç bir sübut yoxdur.

33. Beləliklə, inzibati orqan təqdim olunan məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, onları qəbul etməyə bilərdi.

34. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrində, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənildiyindən, onun həmin normalardan irəli gələn hazı rkı məzmunda tələb hüququ vardır.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(105)-334/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar