Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1925/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qərarın ləğv edilməsi, andiçməyə çağırılmanın təmin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin vəkili Orxan Babayevin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının 28.01.2020-ci il tarixli, 3 saylı protokolunun 11-ci bəndinin, həmçinin ondan verdiyi şikayət üzr ə Azərbaycan Respublikası Vəkillər X1 06.02.2020-ci il tarixli qərarını ləğv edib cavabdehin üzərinə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üçün andiçməyə çağırılmasının təmin edilməsi öhdəliyinin qoyulması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-313/2021 nömrəli iş üzrə 27.07.2021 -ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 20 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının 28.01.2020-ci il tarixli, 3 saylı protokolunun 11-ci bəndindən verdiyi şikayət üzrə Azərbaycan Respublikası Vəkillər X1 06.02.2020-ci il tarixli qərarını ləğv edib cavabdehin üzərinə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üçün andiçməyə çağırılmasının təmin edilməsi öhdəliyinin qoyulması” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4334/2020 nömrəli, 16.09.2020ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Vəkillər X2nin 03 iyul 2015-ci il tarixli qərarı ilə Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilərək vəkillik fəaliyyətinə xitam verilmişdir. Qərar qəbul edilərkən ondan hər hansı izahat alınmamış və ümumiyyətlə barəsində a parılan müzakirələr haqqında xəbərdar edilməmişdir. Qərardan “haqqın.az” saytı vasitəsi ilə xəbərdar olmuşdur. Qərarın surəti iddiaçıya göndərilmədiyinə görə 10 iyul 2015-ci il tarixdə sorğu ilə cavabdehə müraciət etmişdir. Vəkillər Kollegiyasının 265 saylı, 16 iyul 2015-ci il tarixli məktubu ilə qərarın surəti iddiaçıya göndərilmişdir. Bu qərara görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə istinad edilməklə kollegiya üzvlüyündən xaric edilməklə iddiaçının vəkillik fəaliyyətinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
4. Birinci instansiya məhkəməsinin 19.04.2021-ci il tarixli, 2-1(116)381/2021 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1, 11, 13-cü maddələrinə, “ Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi qaydaları”nın 2, 5-ci bəndlərinə, “İnzibati icraat haqqında” Qanunun 2.0.7, 33.1, 33.2, 73.1, 73.3.1, 73.3.2-ci maddələrinə, İPM-in 52, 69.4, 69.5-ci maddələrinə istinadən belə hesab etmişdir ki, iddiaçıya qarşı qərəzli münasibəti barədə dəlillər mülahizə və ehtimal xarakterli olmaqla, Vəkillərin İxtisas Komissiyasının qərəzliyi barədə qənaətə gəlməyə əsas vermir.
6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 19.04.2021-ci il tarixli, 2-1(116)-381/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qəra rın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 27.07.2021-ci il tarixli, 2-1(107)-313/2021 nömrəli (hakimlər Elçin Hüseynov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Vəzirxan Məlikov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 19.04.2021-ci il tarixli, 2-1(116)-381/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi və prosessual hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
9. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə əsassızdır və iş materialları ilə tamamilə təkzib olunur.
10. İddia ərizəsində məhkəmə baxışında göstərdiyi kimi 2017-ci ilin dekbar ayında Vəkillər Kollegiyasına təqdim etdiyi ərizəyə görə yalnız 2020-ci ilin yanvarında çağırılmış, həm də bu dəvət məhkəməyə iddia ərizəsi təqdim etməyindən sonra baş tutmuşdur.
11. Cavabdeh iddianın bu dəlilinə etiraz etməmişdir, məhkəmə də bu məsələyə aydınlıq gəlirməkdən yayınmışdır, o ərizə təqdim edəndən sonra ərizə təqdim edənlər ixtisas Komissiyasına çağırılmışlar, onun həmin müddət ərzində çağırılmaması heç nə ilə əsaslandırılmamışdır.
12. Vəki llərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaətə gəlməyə əsası ondan ibarətdir ki, Vəkillər X2 və İxtisas Komissiyası bəzi vəkillər barədə qərəzli mövqe tutur. Bununla bağlı hətta sənədləri saxtalaşdırmaqdan da çəkinmir. Konkret olaraq müxalif fikirli vəkil cənab Camal Bağırzadə ilə bağlı ixtisas Komissiyasının iki eyni tarixli, biri birindən fərqli qərarını məhkəməyə təqdim etmişdir.
13. Bundan başqa vəkilliyə qəbulla bağlı İxtisas Komissiyasının faktiki səlahiyyətlərinin nədən ibarət olması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir.
14. Bildirir ki, o, danışa bilir, nitq qüsuru yoxdur. Sosial şəbəkədə kütləvi çıxışlarıyla bağlı çoxsaylı sübutlar vardır, həmin çıxışlardan bəzilərinə 100.000 artıq baxış olmuşdur.
15. Cavabdeh tərəfindən tədim edilmiş sual cavab protokolundan gör ündüyü kimi ona X3 müsahibədə göstərdiklərinin əksinə olaraq hüquqla bağlı suallar verilmişdir. İxtisas Komissiyası bu məsələdə qanunun tələblərini pozmuşsa (X3 müsahibədə göstərdiklərinə inansaq pozmuşdur) bu pozuntu şikayətinə X3 sədrliyi ilə baxılarkən aradan qaldırılmalı idi, lakin iş materiallarından göründüyü kimi aradan qaldırılmamışdır. Hazırkı məhkəmə baxışında bu ziddiyyət aradan qaldırılmadan iş üzrə obyektiv və qanuni qərar qəbul edilməsi mümkünsüzdür.
16. Daxilii Qanunvericilik:
17. Vəkillər və Vəkillik fəaliyyəti haqqında Qanundan çıxarış:
18. Maddə 16
19. Vİİİ. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda, İntizam Komissiyasının rəyi əsasında Vəkillər X2 məsələnin həlli iiçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər.
20. Azərbaycan Respublikası Konstitusiya 148-ci maddəsinin 11 hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında ” 5 saylı 20 mart 2006-cı il tarixli qərarının 2-ci bəndinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqlar ı üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuş şəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir.
22. Hüquq pozuntuları: Konvensiyanın 6-cı maddəsinin 1-ci bandirrpozuntusu:
23. Vəkillər və Vəkillik fəaliyyəti haqqında Qanunun 22-ci maddəsinin Vİİ hissəsi, Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda məhkəməyə nıüraciəl edilməsini və həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandırılmasını nəzərdə tutur.
24. Lakin qanunvericilik “Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslan” konkretləşdirmir və bu da həmin normanın müxtəlif təfsirinə imkan yaradırdı və bu səbəbdən mübahisəli əsaslarla hüquqlarından məhrum etdilər.
25. O qeyd olunduğu kimi, daima vəkillik fəaliyyəti dönəmində həmişə həssas kateqoriyalı vətəndaşları müdafiəsinə qalxmış, vicdanlılıq nümunəsi nümayiş etdirmiş, 20 ildən artıq müddətdə bir dəfə də olsun müştərilərinin etibarını qazanmışdır. Fəaliyyəti nəticəsində hər hansı hüquq və azadlıqlarını, maraqlarını pozmamışdır.
26. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 27.07.2021-ci il tari xli, 2-1(107)-313/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili O.Babayev kassasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 27.07.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 20.02.2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
28. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəl diyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq 29. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun: Maddə
1. Azərbaycan Respublikasında vəkillik I. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. II. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. III. Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir:
30. Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi; vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər ha nsı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi; vəkillərin hüquqlarının bərabərliyi; özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. Maddə
8. Vəkil Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin İİ hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər. Əvvəl lər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada alınan tibbi rəyə əsasən əqli qüsurları na görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmayan, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər vəkil ola bilməzlər. Vəkillər bütün məhkəmə instansiyalarında və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində həyata keçirilən icraatlara buraxılırlar. Dövlət qulluğunda çalışan şəxslər yalnız tutduqları vəzifədən azad edildikdən və bu Qanunla müəyyən edilmiş qaydada vəkil statusu əldə etdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər. Vəkil dövlət qulluğuna qəbul edildikdə onun vəkillik fəaliyyəti dövlət qulluğundan azad olunanadək dayandırılır. Bu Qanunda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən vəkil adından qanunsuz istifadə olunması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Maddə
9. Vəkillər Kollegiyası Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər. Vəkillər Kollegiyası hüquqi şəxsdir. Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir. Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) və Vəkillər X2 vəkillər Kollegiyasının orqanlarıdır. Vəkillər Kollegiyası aşağıdakı vəzifələri həyata keçirir: bu Qanunun t ələblərinə uyğun olaraq Kollegiya üzvlüyünə qəbul olunma məsələsini həll edir; bu Qanunun tələblərinə uyğun olaraq intizam nəzarətini həyata keçirir; hüquq mühafizə orqanlarının və məhkəmələrin tələbi əsasında vəkillik fəaliyyəti ilə bağlı məsələlərə rəy verir; vəkillərə münasibətdə öz səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirir; bu Qanunun tələblərinə uyğun olaraq başqa məsələləri həll edir. Naxçıvan Muxtar Respublikasının qanunu ilə Naxçıvan Muxtar Respublikasında Vəkillər Kollegiyası yaradıla bilər. Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası Azərbaycan Respublikası Vəkill ər Kollegiyasının tərkibinə daxildir. Maddə
11. Vəkillər X2 Üç ildən az olmayan müddət ərzində vəkil işləmiş, Vəkillər Kollegiyasının üzvləri arasında nüfuza malik olan və seçkilər gününədək intizam tənbehi olmayan şəxslər Vəkillər X2nin sədri, sədr müavinləri və digər üzvləri seçilə bilərlər. Rəyasət Heyətinin sədri, sədr müavinləri və digər üzvləri Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağında beş il müddətinə seçilirlər. Vəkillər X1 sədri və sədr müavinləri eyni zamanda müvafiq olaraq Vəkillər Kollegiyasının sədri və onun müavinləri hesab olunurlar. Heç kəs iki dəfədən artıq təkrarən Vəkillər X1 sədri seçilə bilməz. Vəkillər X2: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü ma ddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçilik siyahılarını tərtib edir və müvəqqəti saxlama yerlərinə təqdim edir; İxtisas Komissiyasına üzvlər təyin edir; ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; vəkillik fəaliyyətinin həyata keçirilməsi məsələlərinə dair metodik tövsiyələr hazırlayır; vəkillər haqqında intizam icraatı başlayır; vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsində məlumatlandırma işinin aparılmasını təşkil edir; Rəyasət Heyəti aparatının strukturunu, ştat cədvəlini, xərclər smetasını və işçilərin əmək haqqını təsdiq edir və bu Qanunda nə zərdə tutulmuş digər məsələləri həll edir. Üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Rəyasət Heyətinin iclasları səlahiyyətlidir. Rəyasət Heyətinin iclaslarında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Maddə
13. Vəkillərin ixtisas komissiyası Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. İxtisas Komissiyasının vəkil olan üzvləri müvafiq olaraq Vəkillər X2, hakim olan üzvləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilir. İxtisas Komissiyasının hüquqşünas alim olan üzvləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. İxti sas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. [45] İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X2nə müvafiq rəy təqdim edir. Üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə İxtisas Komissiyasının iclası səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra bir il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz. İxtisas imtahanının qaydaları Vəkillər X2 tərəfindən müəyyən edilir. İxtisas Komissiyası Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir. 31. “ Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi qaydası”: Bənd 2.1. İxtisas imtahanları Vəkillər X2 tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir. Komissiyanın tərkibi beş vəkil, üç hakim və üç hüquqşünas alimdən ibarət olmaqla, onun vəkil olan üzvləri Azərbaycan Respublikası Vəkillər X2, hakim olan üzvləri Azərbaycan Respublikası Ali M əhkəməsinin Plenumu, hüquqşünas alim olan üzvləri isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təyin edilir. Bənd 2.2. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayısı yolla Komissiyanın işinə təsir göstərilməsi və müdaxilə edilməsi yolverilməzdir. Bənd 2.3. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. Bənd 2.4. Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfi ndən imzalanır. Bənd 5.1. Yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keşirilir. Bənd 5.3. Hər bir naməzədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. Bənd 5.4. Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətl əndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. Bənd 6.3. Komissiya müsahibədə cavabları “məqbul” qiymətləndirilən namizədlərin vəkil peşəsinə yararlılığını müəyyən etdikdə, bu barədə yazılı rəy tərtib edilir və həmin rəy Komissiyanın sədri tərəfindən Vəkillər X2nə təqdim edilir. Komissiyanın rəyi ilə cavabları “məqbul” qiymətləndirilən namizədlər Ədliyyə Nazirliyinin tədriselm müəssisəsində icbari təlimə buraxılırlar. Vəkillər X2 ilə Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsinin birgə müəyyənləşdiridiyi iki hüquqşünas alim tərəfindən vəkilliyə namizədlərin icbari təlimin yekunu üzrə bilikləri qiymətləndirilir. Biliklərin qiymətləndirilməsi icbari təlim ərzində keçirilmiş mövzular üzrə həyata keçirilir. Bənd 6.4. Namizədin peşə yararlılığına dair Komi ssiyanın rəyi Vəkillər X2nə təqdim edildikdən və icbari təlimdən müvəffəqiyyətlə keçdikdən sonra, namizədin vəkil statusunu əldə etməsini istisna edən hallar aşkar edilmədikdə, Vəkillər X2 namizədin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin edir. 32. “İnzibati İcraat Haqqında” Qanun: Maddə 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi
33. İnzibati Prosessual Məcəllə: Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi halla ra şamil olunur. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
34. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Apellyasiy a instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
36. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kassasiya şikayətinin təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 27.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının tələbi Azərbaycan Respublikası Vəkillər Kolegiyası İxtisas Komissiyasının 28 yanvar 2020-ci il tarixli, 3 saylı protokolu nun 11-ci bəndindən iddiaçının verdiyi şikayət üzrə Azərbaycan Respublikası Vəkillər X1 06.02.2020-ci il tarixli qərarını ləğv edib cavabdehin üzərinə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üçün andiçməyə onun çağırılmasının təmin edilməsi öhdəliyinin qoyulmasından ibarətdir.
38. İddiaçı kassasiya şikayətinin 2-ci səhifəsinin 4-cü abzasında göstərir ki, “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vəkillər Kollegiyasına üzvlük üçün 2017-ci ilin dekabr ayının 16-da müraciət etmiş, lakin uzun müddət ərzində müraciətə cavab verilməmiş, yalnız cavabdehin 14 avqust 2019-cu il tarixli, 1114 saylı məktubla ona bildirilib ki, şifahi müsahibə mərhələsinə dəvət olunacaq, lakin belə bir dəvət olmadığı üçün Bakı İnzibati Məhkməsin ə iddia vermiş, ancaq bundan sonra cavabdeh iddiaçını 14 yanvar 2020-ci il tarixdə keçirilən şifahi müsabiqəyə çağırmış, amma sosial şəbəkədə yerləşdiyi məlumatda şifahi müsahibədən keçən şəxslər siyahısına cavabdeh iddiaçının adını daxil etməmiş, iddiaçının verdiyi bir neçə şikayətdən sonra 04 mart 2020-ci il tarixdə cavabdeh iddiaçıya bildirmişdir ki, iddiaçının şikayəti cavabdehin 06.02.2020-ci il tarixli iclasında baxılaraq təmin edilməmişdir.
39. İddiaçı bunu siyasi səbəblərdən təqib olunan şəxsləri və təşkilatları müdafiə edilməsi ilə və buna görə də təqib edilməsi ilə, ayrı-seçkiliyə məruz qalması ilə əlaqələndirir.
40. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə əsasən hamı qanun və məhkəmə qarş ısında bərabərdir.
41. Digər tərəfdən İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
43. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyas i partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati mübahisəni həll edərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinin, həmçinin MPM-in 8.1, 8.2-ci maddələrinin tələblərinin pozulmasına yol verilməmişdir.
45. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 14.01.2020-ci il tarixli, 1 saylı iclas protokolundan olan çıxarışa əsasən, komissiya üzvlə ri arasında imtahan günü namizədlərə ünvanlanacaq vahid sualların müəyyən edilməsi üçün qısa müzakirədən sonra aşağıdakı sualların verilməsi razılaşdırılmışdır: Konstitusiya Məhkəməsinə şikayətlərin verilməsi qaydası və şərtləri; Cinayət Prosessual qanunvericiliyin təyinatı; Nağdsız hesablaşmaların formaları; İPM-də məhkəmə qərarlarının elan və təqdim olunması; İşçinin tam maddi məsulliyyəti. Qeyd olunan iclas protokolunda iddiaçı, vəkilliyə namizəd, keçmiş vəkil İddiaçı adı qeyd edilmişdir.
46. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 28.01.2020ci il tarixli, 3 saylı iclas protokolundan çıxarışa əsasən, İddiaçı Vəkillərin İxtisas Komissiyası tərəfindən 17.11.2019-28.01.2020-ci il tarixlə rdə keçirilmiş ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak etmiş və “qeyri-məqbul” qiymətləndirilmişdir.
47. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 06.02.2020-ci il tarixli, 02 saylı iclas protokolundan olan çıxarışa əsasən, İddiaçı müsahibənin nəticələrini mübahisələndirmiş, lakin onun vəkilliyə qəbulla bağlı müraciəti əsas olmadığından təmin edilməmişdir.
48. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarış əsasən, namizəd İddiaçı aşağıda qeyd olunan məzmunda suallar verilmiş və Komissiya üzvləri tərəfindən “qeyriməqbul” qiymətləndirilmişdir: Konstitusiya M əhkəməsinə şikayətlərin verilməsi qaydası və şərtləri; Cinayət Prosessual qanunvericiliyin təyinatı; Nağdsız hesablaşmaların formaları; İPM-də məhkəmə qərarlarının elan və təqdim olunması; İşçinin tam maddi məsulliyyəti.
49. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
50. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır... Həmin Qanunun 11-ci maddəsinə əsasən, Vəkillər X2 ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul ol unma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; İxtisas Komissiyasına üzvlər təyin edir; ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; vəkillər haqqında intizam icraatı başlayır. 51. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 8-ci maddəsinin İ hissəsində irəli sürülmüş tələblərə cavab verilməsi (Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər);
52. Həmin maddənin İİ hissəsində göstərilmiş halların ol maması (ikili vətəndaşlığın, digər dövlətlər qarşısında öhdəliklərin olmaması, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmama, əqli qüsurlarına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmama, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğun ödənilməməsi və ya götürülməməsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmaması);
53. İxtisas imtahanının şifahi müsahibə mərhələsinin müvəffəqiyyətlə verilməsi;
54. İxtisas imtahanının şifahi müsahibə mərhələsinin nəticəsi əsasında Vəkillərin ixtisas Komissiyasının Vəkillər X2nə müvafiq rəyin təqdim edilməsi;
55. Namizədin vəkil statusunu əldə etməsini istisna edən hallar (Qanunun 8-ci maddəsinin İ və İİ hiss ələri) aşkar edilmədikdə, Vəkillər X2nin namizədin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi ilə bağlı müvafiq tədbirlərin (andiçmə, reyestrə daxil edilməs və s.) görülməsini təmin etməsi.
56. Beləliklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilmək üçün ixtisas imtahanının şifahi müsahibə mərhələsinin müvəffəqiyyətlə verilməsi və bu barədə müvafiq rəyin mövcudluğu və bütün bu şərtlər ödənildikdən sonra həmin tarixə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 8-ci maddəsinin İ və İİ hissəsindən irəli gələn vəkil statusunu əldə etməsini istisna edən hallar mövcud olmadıqda namizəd üzv qəbul edilir.
57. Bununla bağlı olaraq apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, Vəkillərin İxtisas Komissiyasının mahiyyəti üzrə gəldiyi nəticəni təftiş etmək tələbi özü-özlüyündə vəkilliyin əsaslarından birini təşkil edən - özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi - prinsipi ilə bir araya sığmır.
58. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır.
59. Həmin maddənin İİİ hissəsinə əsasən vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi; həmçinin özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi vəkilliyin əsaslarını təşkil edir.
60. Həmin Qanunun 9-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər.
61. Həmin maddənin V hissəsinə əsasən bu Qanunun tələblərinə uyğun olaraq Kollegiya üzvlüyünə qəbul olunma məsələsini Vəkillər Kollegiyası həll edir.
62. Həmin Qanunun 11-ci maddəsinin İİİ hissəsinə əsasən Vəkillər X2 Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir.
63. Həmin Qanunun 13-cü maddəsinin İ hissəsinə əsasən Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır.
64. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. (...)
65. İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. (...)
66. Vİİ. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. (...)
67. İX. İxtisas imtahanının qaydaları Vəkillər X2 tərəfindən müəyyən edilir.
68. Vəkillər X1 7 iyul 2008-ci il tarixli Qərarı ilə "Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” təsdiq edilmişdir.
69. Həmin Qaydaların: 70. 2.1. İxtisas imtahanları Vəkillər X2 tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir... 71. 2.2. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayısı yolla Komissiyanın işinə təsir göstərilməsi və müdaxilə edilməsi yolverilməzdir. 72. 2.3. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. 73. 2.4. Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiy yəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır.
74. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir.
75. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən hər bir naməzədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər.
76. Həmin Qaydaları n 5.4-cü bəndinə əsasən Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. 77. “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin V hissəsinə əsasən İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X2nə müvafiq rəy təqdim edir. 78. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın 6.3-cü bəndinə əsasən, komissiya müsahibədə cavabları “məqbul” q iymətləndirilən namizədlərin vəkil peşəsinə yararlılığını müəyyən etdikdə, bu barədə yazılı rəy tərtib edilir və həmin rəy Komissiyanın sədri tərəfindən Vəkillər X2nə təqdim edilir. Komissiyanın rəyi ilə cavabları “məqbul” qiymətləndirilən namizədlər Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində icbari təlimə buraxılırlar. Vəkillər X2 ilə Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsinin birgə müəyyənləşdiridiyi iki hüquqşünas alim tərəfindən vəkilliyə namizədlərin icbari təlimin yekunu üzrə bilikləri qiymətləndirilir. Biliklərin qiymətləndirilməsi icbari təlim ərzində keçirilmiş mövzular üzrə həyata keçirilir. Həmin
79. Qaydaların 6.4-cü bəndinə əsasən namizədin peşə yararlılığına dair Komissiyanın rəyi Vəkillər X2nə təqdim edildikdən və icbari təlimdən müvəffəqiyyətlə keçdikdən sonra, namizə din vəkil statusunu əldə etməsini istisna edən hallar aşkar edilmədikdə, Vəkillər X2 namizədin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin edir.
80. Belə olan halda apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma üzrə ixtisas imtahanının şifahi müsahibə mərhələsi müstəsna olaraq Vəkillərin İxtisas Komissiyası tərəfindən həyata keçirilir, imtahan nəticələri müvafiq komissiyanın üzvləri tərəfindən “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir, nəticələr “məqbul” qiymətləndirildikdə Vəkillər X2nə müvafiq rəy təqdim edilir, nəticələr “qeyri-məqbul” qiymətləndirildikdə isə müvafiq rəy verilmir. 81. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Q anunu 2.0.7ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir.
82. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin
83. Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
84. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın q əbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
85. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 86. 73.3.1 inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 87. 73.3.2 inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə.
88. Beləlikl ə normanın məzmununa görə, diskresion səlahiyyət qanunla inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanıdır.
89. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, həmin normanın iddiaçıya münasibətdə tətbiqi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin V hissəsinə görə, İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X2nə müvafiq rəy təqdim edir. Normanın məzmunundan isə göründüyü kimi, namizədin peşə yararlılığını müəyyən etdiyi halda, İxtisas Komissiyası namizədin zərərinə qərar qəbul edə bilməz (rəy verməkdən imtina edə bilməz).
90. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüq uqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin qəbul etdiyi qərar qeyd edilmiş maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdır.
91. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 27.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.07.2021-ci il tarixli, 2-1(107)-313/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qərar qətidir.