Məhkəmə qərarları › İş №2-1(102)-1925/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1925/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1925/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1956, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdaf iə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1731/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 03 may 1974-cü ildən 18 may 1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, 1977-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1982-ci ildə əmtəəşünaslıq və sənaye malları ticarətinin təşkili ixtisası üzrə tam kursu bitirmişdir.

2. Əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçı 06 iyul 1976-cı ildə Bakı Soyuducu Kombinatına Təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə təyin edilmiş, 07 may 1979-cu ildə Quru buz və maye karbon qazı anbarına anbardar vəzifəsinə, 09 iyun 1980-cı ildə Təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə, 20 avqust 1981-ci ildə Təchizat və satış şöbəsinə yük və baqajın təhvil-təslimçisi vəzifəsinə, 08 iyul 1982-ci ildə Təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə, 26 iyul 1984-cü ildə Maddi təminat və satış şöbəsinə müvəqqəti rəis vəzifəsinə, 02 yanvar 1992-ci ildə Təminat üzrə təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə, 15 oktyabr 1992-ci ildə Maddi texniki təchizat şöbəsinə rəis vəzifəsinə keçirilmiş, 15 may 1997-ci ildə Bakı Soyuducu Kombinatı "xxxx" X3 Cəmiyyətinə çevrilmiş və iddiaçı 02 yanvar 2000-ci ildə əmək haqqı ödənilməmək şərti ilə öz hesabına məzuniyyətə buraxılmış, 29 iyun 2001-ci ildə "xxxx" X3 Cəmiyyəti "xxxx" X3 Cəmiyyəti adlandırılmış, iddiaçı 21 iyun 2004-cü ildə öz xahişi ilə işdən azad edilmiş, 14 iyul 2004-cü ildə “Engender Health-Aquire Azerbaijan” təşkilatına Maliyyə-administrator köməkçisi vəzifəsinə qəbul edilmiş, 26 may 2009-cu ildə layihənin başa çatması ilə əlaqədar işdən azad olunmuşdur.

3. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı 09 avqust 2021-ci il tarixli imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 7-ci maddələrinə istinad olunmaqla qeyd edilmişdir ki, hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Təqdim edilmiş 19 iyul 1976-cı il tarixində tərtib edilmiş əm ək kitabçasına və hərbi biletin surətinə əsasən İddiaçı ümumi sığorta stajı 17 il 7 ay olmaqla Qanunla tələb olunan müddətdən (25 ildən) azdır və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 13.399,73 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) az olduğu üçün əmək pensiyasının minimum məbləğindən (200 manatdan) az olmayan pensiya təminatına imkan vermir. 01 yanvar 2006-cı il tarixindən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 02 iyun 2021-ci il tarixli 21/1099 saylı məktubuna əsasən İddiaçı 06 iyul 1976-cı il tarixindən 21 iyun 2004-cü il tarixinədək işlədiyi “Ş.Babayev adına Dondurma Kombinatı” ATSC arxiv sənədlərini Dövlət Arxivinə və Dövlət Arxivin in Bakı filialına təhvil verməmişdir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı 20 mart 2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 65 yaşının tamam olduğu 20 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-xx.xx.1976-cı illər ərzində SSRİ ordu sıralarında hərbi xidmətdə olmuş, 1977-ci ildən 1982-ci il tarixədək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Əmtəəşünaslıq və sənaye malları ticarətinin təşkili” fakültəsində təhsil almış, 06 iyul 1976-cı ildən 21 iyun 2004-cü ilədək “Ş.Babayev adına Dondurma Kombinatı” ATSC-də əmtəəşünas, 15 may 1997-ci ildən 21 aprel 2004cü ilədək Bakı Soyuducu Kombinatı "xxxx" ASC-də əmtəəşünas, 14 iyul 2004-cü ildən 26 may 2009-cu ilədək “Engender health-aquire Azerbaijan” əmək təşkilatında admini strator köməkçisi vəzifəsində işləmişdir. Hərbi xidmət, təhsil aldığı dövrlər də nəzərə alınmaqla onun 30 ilə yaxın əmək stajı vardır. Bununla bağlı o, yaşa görə pensiyaya çıxmaq üçün cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdehin imtinası əsassızdır. Əvvəla, hərbi xidmət, təhsil aldığı dövrlər də nəzərə alınmaqla iddiaçının 30 ilə yaxın əmək stajı vardır, əmək kitabçası və digər hüquqmüəyyənedici sənədlərdə stajı öz əksini tapmışdır. İkincisi, fərdi hesabın sığorta hissəsində qeydə alınmış 13.399,73 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28,800 manat) az olması əsası absurddur. Belə ki, pensiya kapitalının yığılması və yaxud ödənilməsi onun iradəsindən asılı deyildir. Üçüncüsü, 06 iyul 1976-cı ildən 21 iyun 200 4-cü ilədək işlədiyi “Ş.Babayev adına Dondurma Kombinatı” ATSC-nin arxiv sənədlərinin Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi isə onun öhdəliyi deyildir. Sözügedən staj əmək kitabçasında öz əksini tapmışdır.

6. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.10, 3.1, 4.1, 7, 21.1, 21.2.1, 21.2.5, 27, 30.1, 31.1-ci maddələrinə, Nazirlər Kabinetinin 25 noyabr 1992ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi barədə Əsasnamə”nin 1, 3-cü bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 8.6.1-ci bəndinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respub likası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə, “Ədalət mühakiməsinin həyata keçirilməsi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarındakı hüquqi mövqeyə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya dair yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının əmək kitabçası araşdırılarkən onun əmək kitabçasının birinci səhifəsində pozuntular aşkarlanmışdır. Belə ki, əmək kitabçasının birinci səhifəsi ilk işəgötürənin möhürü ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında işçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. Həmin Qaydaların 3.11 -ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydlər i imzası ilə təsdiq edir. Bununla yanaşı, şəxsin əmək kitabçasındakı qeydə əsasən 01 fevral 2000-ci ildə əmək haqqı ödənilməmək şərti ilə öz hesabına məzuniyyətə buraxılmışdır. Şəxsin məzuniyyətdə neçə müddət olduğu və hansı tarixdə qayıtması barədə hər hansı bir məlumat yoxdur. Bütün bunlara əsasən iddiaçının kifayət qədər sosial siğorta stajı mövcud olmadığından yaşa görə əmək pensiyası təyin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən şəxsə yaşa görə pensiya təyin edilməsindən imtina vermə əsaslarından biri kimi 01 yanvar 2006-cı il tarixdən onun fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət etməməsi qeyd edilmişdir. Belə ki, X1 (PAS) əsasən iddiaçının 1992-ci ilə qə dər və 1992-2006-cı illər arası pensiya kapitalı olmamış, eynilə 2006-cı ildən sonra da pensiya kapitalı olmamışdır. Halbuki lazım olan pensiya kapitalı 28800 manatdır. X2 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Belə ki, şəxsin xx.xx.2004-xx.xx.2009-cu il tarixlərində “Engender health- aquire Azerbaijan” əmək təşkilatında administrator köməkçisi vəzifəsində işlədiyi müddət əmək kitabçasında qeyd edilsə də, 01 iyun 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin illəri şəxsin sosial sığorta stajına daxil etmə k mümkün deyildir. Odur ki, şəxsin həm sosial siğorta stajı, həm də pensiya kapitalı yoxdur.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10769/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim P.A.Hüseynov) iddia tələbi təmin edilərək iddiaçıya 65 yaşının tamam olduğu 20 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. İddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr (xx.xx.1974-xx.xx.1976 ) daxil olmaqla hətta iddiaçının Bakı soyuducu kombinatına təyin edildiyi 06 iyul 1976-cı ildən öz hesabına məzuniyyətə buraxıldığı 02 yanvar 2000-ci ilədək əmək stajı 25 il 5 ay 25 gün təşkil edir. Göründüyü kimi, iddiaçının sığorta stajı 25 ildən çoxdur.

10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1731/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10769/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qərarı də yişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti cavabdeh tərəfindən təqdim olunmuş iddia ərizəsinə dair etirazla eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına ç atmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 17. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquq i şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

19. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassa siya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, hab elə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tər əfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Hazırkı iş üzrə müəyyən olunur ki, cavabdeh inzibati orqan ümumi iş stajının 25 ildən az olması, pensiya kapitalının kifayət qədər olmaması, eləcə də on un işlədiyi müəssisənin arxiv sənədləri təhvil verilmədiyinə görə 06 iyul 1976-cı il tarixindən 21 iyun 2004-cü il tarixinədək “Ş.Babayev adına Dondurma Kombinatı” ATSC-də işlədiyi dövrlərdə sosial sığorta stajının araşdırılmasının mümkün olmaması səbəbindən iddiaçının müraciətini təmin etməmişdir.

28. Lakin məhkəmələr tərəfindən aparılmış araşdırılmış nəticəsində iddiaçının işlədiyi müəssisənin həmin dövrdə mövcudluğu iş üzrə öz təsdiqini tapmışdır.

29. Cavabdehin istinad etdiyi hal, eləcə də kassasiya şikayətinin əsas dəlillərindən biri olan-iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi barədə qeyd olunmalıdır ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyə tə uyğun olaraq sənədlərin arxivə təhvil verilməsi vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz.

30. Digər tərəfdən, iddiaçının 01 fevral 2000-ci ildən əmək haqqı ödənilməmək şərti ilə öz hesabına məzuniyyətə buraxıldığı barədə əmək kitabçasında müvafiq qeyd aparılması, ödənişsiz məzuniyyət dövrünün ümumi staja daxil edilməməsi dəlili ilə bağlı cavabdehin şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, iddiaçının ümumi iş stajının 25 ildən az olması qənaətinə gələrkən onun ödənişsiz məzuniyyətdə olduğu dövr nəzərə alınmamışdır.

31. Bundan əlavə, cavabdehin kassasiya şikayətində iddiaçının əmək kitabçasının birinci səhifəsinin ilk işəgötürənin möhürü ilə təsdiq olunmadığı qeyd olunur. 3

2. Bu barədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: (-). İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1 -ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır.

33. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.

34. Göründüyü kimi, adıçəkilən Qaydalara əsasən əmək kitabçasında işçinin işə daxil olması barədə əmrlərdən qeydlər aparılarkən işəgötürən tərəfindən bu qeydlərlə bağlı həm də müəssisənin möhürünün vurulması mütləq tələb olunmur, belə möhürlə yalnız işçinin işdən çıxma ilə bağlı aparılan qeydlərin təsdiq olunması nəzərdə tutulmuşdur. Cavabdehin göstərdiyi – “əmək kitabçasının ilk səhifəsi”ndə isə iddiaçının yalnız işə qəbul və başqa vəzifələrə keçirilməsi ilə bağlı qeydlər öz əksini tapmışdır ki, belə qeydlərin də mütləq işəgö türənin möhürü ilə də təsdiq olunması tələb olunmur.

35. Digər tərəfdən, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçının əmək kitabçasının ilk səhifələrində onun işə qəbul olunması, keçirildiyi vəzifələr və işlədiyi müəssisənin adının dəyişdirilməsi ilə bağlı qeydlər əksini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının işlədiyi müəssisənin bir neçə dəfə adı dəyişdirilsə də, işçinin başqa vəzifəyə keçirilməsi qeyd olunsa da, faktiki olaraq iddiaçının bir müəssisədə işləməsi davamlı olmuşdur. Buna görə də hər dəfə müəssisənin adının və işçinin keçirildiyi vəzifələrin dəyişdirilməsi ilə bağlı qeydlərin müəssisənin, həm də möhürü ilə təsdiqinə lüzum olmamışdır, başqa sözlə, belə tələb qanunla müəyyən olunmamışdır. Yalnız işçinin işdən azad olunması barədə əmr əmək kitabça sına qeyd olunaraq sonuncu işəgötürən tərəfindən bu qeyd düzgün olaraq, həm də möhürlə təsdiqlənmişdir.

36. Nəzərə alınmalıdır ki, əmək kitabçasının ilk səhifələrində qeyd olunan iddiaçının işlədiyi müəssisə tərəfindən onun həqiqətən də həmin dövrdə adıçəkilən və sonradan adı dəyişdirilən və özəlləşdirilmiş müəssisədə həmin dövrlərdə işləməsi faktı sonuncu işəgötürən müəssisə tərəfindən verilmiş arayışla təsdiq olunur.

37. Odur ki, iddiaçının işlədiyi müddət onun stajına daxil edildiyindən, yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki mümkün şərtdən biri - 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənildiyi üçün digər şərtə - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya tə minatına imkan verməsi şərtinin yoxlanılmasına zərurət olmamışdır.

38. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cav abdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1731/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar