Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1925/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; qaynaqçı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə da ir inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-110/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2022-ci il tarixdə ona pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
2. İddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli **********3 nömrəli cavab məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının ümumi iş stajının tələb olunan müddətdən (25 il) az - 21 il 5 ay 6 gün olduğu, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi bild irilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən onun mübahisəsiz qəbul edilən ümumi iş stajı 25 ildən az 21 il 5 ay 6 gün olmaqla aşağıdakı dövrlərdən ibarətdir: xx.xx.1978-xx.xx.1980-ci il tarixləri arasındakı dövrlər, xx.xx.1981-xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər, xx.xx.1982-xx.xx.1984cü il tarixləri arasındakı dövrlər, xx.xx.1987- xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər, xx.xx.1988-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə cəmi 14 il 10 ay. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Mə hkəməsinə müraciət edərək “60 yaşının tamam olduğu xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ildən xx.xx.1982-ci ilədək Bakı Neft Texnikumunda əyani təhsil almış, 1978-1980-cı illərdə hərbi xidmətdə olmuş, xx.xx.1981-ci ildən əmək fəaliyyətinə başlamış və aşağıda qeyd etdiyi iş stajına malikdir. 5. xx.xx.1981-xx.xx.1982, xx.xx.1982-xx.xx.1984-cü illərdə ayrı-ayrı təşkilatlarda işləmiş, xx.xx.1984-cü ildən Azqaztikinti İdarəsində “Telman" adına sahəyə 3-cü dərəcəli çilingər olaraq işə qəbul edilmiş, sonra isə xx.xx.1985-ci ildə həmin idarədə 2ci dərəcəli qaz qaynaqçısı, xx.x x.1988-ci ildə 4-cü dərəcəli qaz qaynaqçısı işləmiş və xx.xx.1994-cü ildə qaz qaynaqçısı işindən azad edilmişdir. 6. xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək, xx.xx.2008-ci ildən xx.xx.2014-cü ilədək, xx.xx.2014-cü ildən hazıradək X1 İstismar İdarəsinin Şəki Rayonu üzrə Təmir Bərpa Xidmətində “6-cı dərəcə əl ilə elektrik qaynaqçısı” vəzifəsində işləyir. X1 İstismar İdarəsindən verilən və iddia ərizəsinə əlavə etdiyi xx.xx.2021-ci il tarixli 01/SB-64 saylı Arayışda onun işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli Qərarına əsasən təsdiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ olan siyahıda nəzərdə tutulmuş peşədir və həmin sahədə 12 il 6 aydan çox iş stajı mövcuddur, ümumilikdə isə təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 30 ildən çox iş stajı var və hazıradək həmin sahədə işləməkdədir.
7. İşlədiyi “əl ilə qaynaqda elektrik qaynaqçısı” vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən kateqoriyaya aiddir və onun 60 yaşı bitdiyi vaxta 30 il iş stajı vardır. 57 yaşı bitdiyi vaxtdan güzəştli şərtlə pensiya təyin edilməsi üçün müraciət etmiş, lakin onun hüququ həmin vaxt yaranmadığından tələbindən imtina edilmişdir. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir.
9. Şikayətdə, həmçinin göstərilir ki, iddiaçının işlədiyi 2006-2022-ci illərdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə (xx.xx.2006-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə cəmi - 16 il 9 ay 30 gün əmək fəaliyyətinə əsasən) cəmi 14 il 10 ay sığorta ödənişi öz əksini tapmışdır.
10. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir. Bu səbəbdən də qanunvericiliyin tələblərini nəzərə alaraq iddiaçının məcburi dövlət sosial sığorta haqları ödənilməyən əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilməsi mümkün deyil.
11. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunverici liyə uyğun olaraq 34.560 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33.691,09 manat təşkil edir.
12. Göründüyü kimi, iddiaçının ümumi iş stajı 21 il 5 ay 6 gün olmaqla qanunvericilikdə nəzərdə tutulan müddətdən azdır. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Arxiv arayışları: 13. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X2 filialının xx.xx.2022-ci il tarixli 787 nömrəli arayışından müəyyən olunur ki, Şəki 8 nömrəli təmir tikinti sahəsinin işçi və qulluqçularının zəhmət haqqı cədvəllərinə əsasən iddiaçı 1987,1988 və 1 989-cu illərdə əmək haqqı almışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(116)-651/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi qoyulmuşdur.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çox (26 il 07 ay 24 gün), güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işlədiyi müddət 12 il 6 aydan artıq (12 il 8 ay 12 gün) olmaqla aşağıdakı kimi hesablanmalıdır. - xx.xx.1978-xx.xx.1980-ci ilədək hərbi xidmət (2 il 1 ay 14 gün); - xx.xx.1981- xx.xx.1982-ci ilədək, Kirov adına Maşınqayırma zavodu (1 il 2 ay 28 gün); - xx.xx.1982 - xx.xx. 1984-cü ilədək DİŞ nəzdində mühafizə bölməsində gözətçi işləmiş (1 il 2 ay 24 gün); - xx.xx.1984 - xx.xx.1994-cü ilədək “Telman” adına Azqaztikinti İdarəsində çilingər və qaz qaynaqçısı işləmiş (09 il 4 ay 16 gün); - xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək, xx.xx.2008-ci ildən xx.xx.2014-cü ilədək, xx.xx.2014-cü ildən tələb olunan xx.xx.2020-ci ilədək X1 İstismar İdarəsinin Şəki Rayonu üzrə Təmir Bərpa Xidmətində “6-cı dərəcə əl ilə elektrik qaynaqçısı” vəzifəsində (cəmi 12 il 8 ay 12 gün).
16. İddiaçının pensiya kapitalı tələbinə dair cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçının 33.877,06 manat pensiya kapitalının olduğu qeyd edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli etiraz məktubundan görünür ki, iddiaçının xx.xx.1989-cu il tarixindən xx.xx.1994-cü ilədək işlədiyi dövr sosial sığorta stajına daxil edilməmişdir. Bu baxımdan da hesablanan 33.877,06 manat pensiya kapitalı cavabdehin mübahisələndirmədən qəbul etdiyi sosial sığorta stajına uyğun hesablanmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1984-xx.xx.1994-cü ilədək “Telman” adına Azqaztikinti İdarəsində çilingər və qaz qaynaqçısı işlədiyi dövr onun sosial sığorta stajına daxil edildiyindən hesab edilir ki, onun pensiya kapitalı ümumi sosial sığorta stajına uyğun indeksləşdirilməklə 2020-ci il üçün tələb olunan minimum pensiya kapitalından - 34.560 manatdan artıqdır.
17. İddiaçının işlədiyi “əl ilə elektrik qaynaqçısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da nəzərdə tutulmuşdur.
18. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2020-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır.
19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-110/2024 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(116)-651/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
23. İddiaçının mübahisələndirilməyən ümumi iş stajı 25 ildən az ( 21 il 5 ay 6 gün) təşkil edir.
24. Həmçinin iddiaçının hüququnun yarandığı tarixdə (xx.xx.2020-ci il) qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.
25. Belə ki, həmin dövrdə əmək pensiyasının minimum məbləğin dən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33.691,09 manat təşkil etmişdir.
26. Beləliklə apellyasiya instansiya məhkəməsi qeyd edilən məsələləri lazımı qaydada araşdırmamış, iddiaçının qanunvericiliklə tələb olunan sosial sığorta stajının olmamasına və qanunvericiliklə tələb olunan pensiya kapitalının omamasına düzgün hüquqi qiymət verməmişdir.
27. İddiaçının əmək kitabçasında onun xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixinədək Azqaztikinti İdarəsində “Telman” adına sahədə işlədiyi qeyd edilmişdir. Bildirilir ki, iddiaçının həmin dövrlər ərzində əməkhaqqı aldığı nı təsdiq edən sənədlər cavabdehə təqdim edilməmişdir. Beləliklə, iddiaçının əməkhaqqı almadığı, həmçinin adına məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi dövrlərin onun sığorta stajına daxil edilməsi qanunvericiliklə yolverilməzdir.
28. İş materiallarına əlavə edilmiş Azəriqaz İB-nin X1 İstismarı idarəsinin xx.xx.2021-ci il tarixli, 01/SB-64 nömrəli arayışında İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Zaqatala RQİİ-nin Şəki rayonu üzrə təmir bərpa xidmətində 6-cı dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd edilmişdir.
29. İddiaçının cavabdehə təqdim etdiyi ******* nömrəli əmək kitabçasının 8 nömrəli qeydində iddiaçının xx.xx.1984-cü il tarixdən Azqaztikinti idarəsində “Telman” adına sahəyə 3-cü dərəcə çilingər olaraq işə qəbul edildiyi gös tərilmişdir.
30. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının əmək kitabçasındakı 8 nömrəli qeydlə iddiaçının təqdim etdiyi Azəriqaz İB-nin X1 İstismarı idarəsinin xx.xx.2021-ci il tarixli 01/SB-64 nömrəli arayışında iddiaçının işə qəbul edilmə tarixləri arasındakı uyğunsuzluq apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamış müvafiq müəssisəyə sorğular verilərək iddiaçının əməkhaqqı cədvəlləri, əmrləri müəyyən edilməmişdir.
31. Əlavə olaraq iddiaçının təqdim etdiyi X2 Filialının xx.xx.2022-ci il tarixli 787 nömrəli arxiv arayışına əsasən Şəki 8 nömrəli təmir tikinti sahəsinin işçi və qulluqçularının əməkhaqqı cədvəllərinə əsasən iddiaçıya xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il tarixlərində əməkhaqqı hesabla nmışdır.
32. İddiaçının əmək kitabçasındakı qeydlə yuxarıda sözügedən arxiv arayışındakı qeydlər arasındakı uyğunsuzluq məhkəmə tərəfindən nəzərə alınmamışdır.
33. Belə ki, əmək kitabçasında iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azqaztikinti idarəsində “Telman” adına sahədə işlədiyi qeyd edilsə də sözügedən arxiv arayışına əsasən iddiaçı 1987-1989-cu illər arasında Şəki 8 nömrəli təmir tikinti sahəsində işçi kimi əməkhaqqı almışdır. Hesab edilməlidir ki, hazırkı inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. 34. 2006-2022-ci illərə münasibətdə qeyd edilməlidir ki, iddiaçının işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində həmin dövr üzrə (xx.xx.2006-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə 16 il 9 ay 30 gün əmək fəaliyyətinə əsasən) cəmi 14 il 10 ay sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericiliklə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir.
35. Bundan əlavə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qan unvericiliyə uyğun olaraq 34560 manat hesablandığı halda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33.691,09 manat təşkil edib. b. kassasiya şikayətinə etirazın dəlilləri
36. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 37. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2020-ci il tarixdə qüvvədə olan redaksiyada): 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 23200000 – XXXİİİ. Ümumi peşələr. 23200000—11620 qaz qaynaqçıları; 23200000—19906 əl ilə qaynaq aparan elektr ik qaynaqçıları
39. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımd an lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
41. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəli llərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
44. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
45. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının əmək kitabçasının məlumatlarına və arxiv arayışına əsasən ümumi iş stajı qanunla tələb olunan 25 ildən çoxd ur.
46. Güzəştli iş stajına gəldikdə isə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı 2 nömrəli Siyahıda nəzərdə tutulan 23200000 – XXXİİİ. Ümumi peşələr. 23200000—11620 qaz qaynaqçıları; 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsində 12 il 6 aydan artıq müddətdə işlədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə cavabdeh haqlı olmamışdır.
47. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini t əsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
48. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
49. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
50. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-110/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.