Məhkəmə qərarları › İş №2-1(102)-1926/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1926/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1926/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri D övlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyətinə verilən ünvan 1 ünvanında yerləşən 20,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması”tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-333/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx xxxx 2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən 20,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsini xahiş etmişdir.

2. Cavabdeh iddiaçıya ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli məktubla bildirmişdir ki, elektron kadastr məlumatına əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Abşeron rayon ərazisinə aid olduğundan aidiyyəti üzrə müraciət edilməsi məqsədəmüvafiqdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə mür aciət edərək, “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyətinə verilən ünvan 1 ünvanında yerləşən 20,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsini cavabdehin öhdəsinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 4. “X3”nin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 95 saylı ekspert arayışında qeyd edilir ki, ekspertiza tədqiqatına təqdim olunmuş materiallardan göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfi ndən verilmiş Qeydiyyat Vəsiqəsinə (24688 №-li reyestr kitabında qeydə alınmış inventar nömrəsi 775) əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 9, dalan 3-də yerləşən yaşayış sahəsi 20,5 kv m olan, 1 otaqlı 11 saylı ev X5 mülkiyyətindədir. Mülkiyyət hüququ Bilgəh Bələdiyyə şurasının xx.xx.2002-ci il tarixli 14 saylı qərarına əsasən qeydə alınmışdır.

5. Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 069 saylı məktubda qeyd edilir ki, bələdiyyənin elektron baza məlumatlarına əsasən Bilgəh Bələdiyyə şurasının xx.xx.2002ci il tarixli 14 saylı qərarı ilə Bilgəh Zəfəran sovxozu ərazisi, A.Salahzadə küçəsi, döngə 9, dalan 3, ev 11 ünvanında yerləşən torpaq sahəsi həmin vaxt qüvvədə olan qanunver iciliyin tələblərinə uyğun olaraq X5 mülkiyyətinə verilmişdir və xx.xx.2005-ci il tarixdə müvafiq icra orqanı tərəfindən vətəndaş X6 qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən 24688 reyestr nömrəli qeydiyyat vəsiqəsi və 775 nömrəli inventar işi (texniki pasport) verilmişdir. Bu baxımdan xx.xx.2005-ci il tarixdən həmin torpaq sahəsi vətəndaş X5 tam mülkiyyətinə keçmişdir. Həmin məktubda əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun tələblərinə uyğun olaraq Bələdiyyələrin yerləşdiyi inzibati ərazi üzrə torpaqlar bələdiyyələrin mülkiyyəti sayılır. Bu mənada vətəndaş X6 Bilgəh Bələdiyyə şurasının xx.xx.2002-ci il tarixli 14 saylı qərarı ilə ayrılmış və qüvvədə olan qeydiyyat vəsiqəsinə əsasən ona məxsus Bilgəh Zəfəran sovxozu ərazisi, A.Salahzadə küçəsi, döngə 9, dalan 3, ev 11 ünvanında yerləşən torpaq sahəsi Bilgəh bələdiyyəsinin inzibati ərazi hüdudlarında yerləşməklə, bələdiyyənin xüsusi mülkiyyətində olmuşdur.

6. Bakı İnzibati Məhkəməsinin (hakim X8) xx.xx.2020-ci il tarixli 2-1(112)1556/2020 saylı qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Sumqayıt İnzibati Məhkəməsi (hakim X9) hazırki inzibati işə baxmaqda özünü səlahiyyətli saymamış və 2-1(118)-1010/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadla iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün inzibati işi Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində qanuni hüququ yarandığından iddia təmin edilməlidir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X2məruzəçi, Babayeva Hökümə Çingiz qızı və X10, 2-1(105)-333/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı cavabdehin imtinasının qanunsuz hesab edilməklə, qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyətinə verilən ünvan 1 ünvanında yerləşən 20,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

9. Ape lyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 9, dalan 3, ev 11 ünvanında yerləşən 20,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşdiyindən və cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Nəriman rayonun ərazisində olduğundan, ərazi aidiyyətinə görə mübahisəyə baxılması cavabdehin olduğu yer üzrə Bakı İnzibati Məhkəməsinin səlahiyyətinə aiddir.

10. X4 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından xx xxxxxx 2020ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsini, inzibati işin Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. K asasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

11. Kasasiya şikayəti işin hallarına uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, 3 hektar ümumi sahəsi olan və bir hasarın daxilində yerləşən torpaq sahəsinin 1.4 ha (Əlizadə Azər) və 0.4 ha (Hüseynov Azad) hissəsi Abşeron rayonunun ərazisi sərhədlərində yerləşdiyi sənədlər əsasında birmənalı olaraq təsdiqini tapır, 0.4 ha (Zeynalov Allahverdi) hissəsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin qərarı mövcuddur. Bu baxımdan hazırki iddianın predmeti olan torpaq sahəsinin Abşeron ərazi sərhədlərinə aid olduğu şübhəsizidir, yəni Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kasasiya şikayətin ə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

15. Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında Azərbaycan Re spublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 2866 nömrəli Sərəncamı: Bakı şəhərinin inzibati ərazi hüdudlarında Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə qərara alıram:

1. Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama 1-17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, o cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudlan nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılsın.

2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər və Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu, Suraxanı, Abşeron rayonlarının icra hakimiyyətləri ilə birlikdə bir ay müddətində bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan torpaq sahələrinin qanunvericiliklə müəyyənləşdirmiş yerquruluşu işləri əsasında sərhədlərinin yerində müəyyən edilməsini və təhvil-təslim işlərinin aparılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Bakı şəhər və Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu, Suraxanı rayonlarının icra hakimiyyətlərinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndi ilə idarəçiliyə qaytarılan torpaq sahələrində yerləşən yaşayış məntəqələrinin qanunvericiliyə uyğun olaraq perspekt iv inkişafı ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

16. İnzibati Prosessual Məcəllə: Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; (-). 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisə nin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirak çılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayə ti verən şəxsin tələbi göstərilməlidir. 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya məhkəməsinin mövqeyi

17. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə döngə 9 küçəsində olan torpaq sahəsinə və torpaq sahəsində olan yaşayış evinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir.

18. Cavabdeh imtina və etirazını həm də onunla əsaslandırmışdır ki, elektron kadastr məlumatına əsasən iddiaçıya aid fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Abşeron rayon ərazisinə aiddir.

19. Cavabdeh istinad etdiyi məlumatları məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən bu barədə araşdırma aparılmamışdır.

20. İddiaçının mübahisə açdığı torpaq sahəsinin Abşeron rayon ərazisinə aid olması ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə və DƏDRX-nin Abşeron rayon şöbəsinə sorğu edilib hər hansı məlumat alınmamışdır.

21. Mübahisə olunan torpaq sa həsinin Bakı, yaxud Abşeron əraziyə aid olması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 2866 nömrəli Sərəncamına uyğun araşdırılma aparılmamışdır.

22. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları dövlət torpaq kadastrı fondunda öz əksini tapır (“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanun, m.12). Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır (“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqq ında” Qanun, m.6).

23. X1 mütəxəssis rəyində torpaq kadastr məlumatlarına istinad edilməmişdir.

24. Odur ki, X3 tərəfindən torpaq sahəsinin Bilgəh Bələdiyyəsinin mülkiyyətində olmuş əraziyə aid olmasına dair x xxxxxx 2019-cu il tarixli rəyinin mötəbər sübut kimi qəbul edilməsi istisna olunur.

25. Yuxarıda qeyd edilənlər araşdırıldıqdan sonra mübahisənin ərazi aidiyyəti müəyyən edilə bilər. Bu səbəbdən hazırkı vəziyyətdə işin ərazi aidiyyətinin Sumqayıt İnzibati Məhkəməsinə aid olması barədə şikayətin dəlili əsaslı sayıla bilməz.

26. Məhkəmə kollegiyası hazırkı vəziyyətdə işin ərazi aidiyyətinin Bakı İnzibati Məhkəməyə aid olması barədə də apelyasiya məhkəməsinin qərardadı ilə razılaşmır.

27. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, m übahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.

28. Odur ki, qərardadın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

29. Apelyasiya instansiyası məhkəməsinin qərardadı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət qismən təmin edilir.

30. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rə hbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-333/2020 saylı, xx xxxxxx 2020-ci tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar