Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1926/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 55+2 yaş, zərgər peşəsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müda fiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-167/2021 saylı, 9 iyul 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən baxaraq) aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.xxx-ci il tarixdə doğulmuşdur. Hərbi biletə əsasan 27 aprel 1981-ci il tarixdən 10 iyun 1983-cü-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. Əmək kitabçasına əsasən 15 fevral 1979-cu ildən 25 aprel 1981-cü il tarixədək “Dəqiq Mexanizmlər” Zavodunda quraşdırıcı zərgər vəzifəsində işləmiş, 15 iyul 1983-cü il tarixdən 1 fevral 1989-cu il tarixədək “Dəqiq Mexanizmlər” Zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər, 1 fevral 1989-cu il tarixdən 3 yanvar 1999-cu il tarixədək “Zərgər” müəssisəsində 4-cü dərəcəli quraşdırıcı zərgər, 4 fevral 1999-cu il tarixdən 2 noyabr 2011-ci il tarixədək “Leyla” kiçik müəssisəsində 4-cü dərəcəli quraşdırıcı zərgər vəzifəsində işləmişdir. 2. "xxxx" ASC tərəfindən verilmiş güzəştli arayışda qeyd edilmişdir ki, iddiaçı həqiqətən əmək kitabçasına və arxiv sənədlərinə əsasən 15 iyul 1983-cü il tarixdən 1 fevral 1989-cu il tarixədək “Dəqiq Mexanizmlərin Təmiri” Zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsində işləmişdir. 1 fevral 1989-cu il tarixdən həmin Zavod yenidən qurularaq Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində “Zərgər” müəssisəsi yar adılmışdır. İddiaçı 1 fevral 1989-cu il tarixdən 3 yanvar 1999-cu il tarixədək “Zərgər” müəssisəsində 4cü dərəcəli quraşdırıcı zərgər peşəsində işləmişdir. Bu müəssisələrdə onun zərərli əmək stajı əmək kitabçası üzrə 15 il 5 ay 18 gündür. "xxxx" ASC isə, “Zərgər” müəssisəsinin hüquqi varisidir. "xxxx" ASC 1 iyul 2000-ci il tarixdən hazırkı vaxtadək fəaliyyət göstərir. İddiaçı işlədiyi müddətdə əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamış, qiymətli və ya yarım qiymətli daşlarla xüsusi mürəkkəb formalı zərgərlik məmulatlarının quraşdırılması ilə məşğul olmuşdur.
3. İddiaçı 1 oktyabr 2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 18.10.2019-cu il tarixli məktubda “Əmək pensiyaları haqqında” Respublikası Qanunu n 9.1-ci maddəsinə istinad edilərək bildirilmişdir ki, iddiaçı 3 mart xxx-ci il tarixdə doğulmuşdur. Onun 57 yaşı 1 iyul 2017-ci il tarixdən sonra tamam olmuşdur. Buna görə də ona 57 yaşdan pensiya təyin olunması üçün, onun 1 yanvar 2006-cı il tarixədək həm ümumi, həm də güzəştli iş stajı tamamlanmalı idi. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xi dmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Təqdim olunmuş sənədlərdə 4 fevral 1999-cu il tarixdən 2 noyabr 2011-ci il tarixədək olan dövr ərzində iddiaçının işlədiyi “Leyla” kiçik dövlət müəssisəsi tərəfindən DSMF-yə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən, onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Bundan əlavə, iddiaçının güzəştli iş stajı da mübahisəlidir. Bu səbəbdən də iddiaçıya 57 yaşdan əmək pensiyanın yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 28 aprel 2020-ci il tarixdə cavabdehə qarşı məhkəməyə müraciət edərək ona 57 yaşdan, yəni 03.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əm ək pensiyanın təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsində “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə istinad edərək hesab edir ki, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinin təmin olunmasından imtina edilmişdir.
6. İddiaya dair etirazın dəlilləri iddiaçının ərizəsinə dair imtinanın dəlilləri ilə eynidir. (bax bu qərarın 3-cü bəndinə).
7. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-4360/2020 saylı iş) 29 iyul 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin e dilərək, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 1 yanvar 2006-cı il tarixədək 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 57 yaşı tamam olduğu vaxt, yəni 3 mart 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Təyin olunan əmək pensiyasının ödənilməmiş məbləğinin ödənilməsinə gəldikdə isə mübahisənin bu hissəsi “Əmək pensiyaları haqqında” Qanunun 37.7 və 32.1-1-ci maddələrinin tələblər inə uyğun tənzimlənməlidir. Belə olan halda, iddiaçı 57 yaşı tamam olmasından 3 ildən artıq vaxt keçmədən müraciət etdiyindən, pensiya təyin olunarkən ödənilməmiş məbləğ qeyd olunan normalara uyğun ödənilməlidir.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X5-məruzəçi, X1 və X3, 2-1(103)-167/2021 saylı iş) 9 iyul 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 29 iyul 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
11. Cavabdeh həmin qərardan kassasiya ş ikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
12. İddiaçı xx.xx.xxx-ci il təvəllüdlüdür, 57 yaşı 01.07.2017-ci il tarixindən sonra tamamlanmışdır. Buna görə də, iddiaçıya 57 yaşdan pensiya təyin edilə bilməsi üçün, o, 01.01.2006-cı il tarixədək həm ümumi, həm də güzəştli stajını tamamlamış olmalı idi. 13. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin hərb i qulluqçuların, eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
14. İddiaçının təqdim etdiyi sənədlərdə 04.02.1999-02.11.2011-ci il tarixləri arasındakı dövr ərzində İddiaçının işlədiyi “Leyla” Kiçik Dövlət müəssisəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən iddiaçının 01.01.2006-cı ilə qədərki ümumi iş stajı 25 ildən az təşkil edir. 15. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin a bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti iş stajına daxil edilir. Deməli, məhkəmə həmin dövrü İddiaçını n ümumi stajına daxil etməklə qəbul etmişdir ki, həmin dövr üçün İddiaçı sosial sığorta edilməli idi, lakin edilməyib. Buna baxmayaraq, məhkəmə tərəfindən bu faktın səbəbləri, iddiaçının həmin dövrlərdə həqiqətən də, həmin müəssisədə işləmiş olub-olmaması, işləmiş olduğu halda, 2011 -ci ilə qədər işçilərin sosial sığortaya cəlb olunmaması səbəbi heç bir şəkildə araşdırılmamışdır.
16. Bundan əlavə, iddiaçının güzəştli iş stajı da mübahisəlidir. İddiaçı müxtəlif dövrlərdə müxtəlif müəssisələrdə işləmiş olduğu “quraşdırıcı zərgər” peşəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüqu qu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndakı “zərgər və bədii məmulatları qaralayanlar” (kod: 2150700a—19553) peşəsi ilə eyniləşdirmişdir. Halbuki, siyahıdakı həmin peşə metal emalı sahəsinə, qaynar üsulla metalın üzlənməsi bölməsinə aid olsa da, İddiaçı tərəfindən təqdim edilən arayışlarda İddiaçının iş yerlərinin həmin sahəyə aid olması öz təsdiqini tapmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
5. Pensiya seçmək hüququ 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təm inatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (-). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, və zifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri (-). Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. 20. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə
1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək y aranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olu nanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 21. “Əmək pensiyaları haqqında ” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
22. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
82. Mübahisə ilə bağlı şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Mə hkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
23. Cavabdehin kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Cavabde h apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qismən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.
26. İddiaçı 3 mart xxx-ci ildə anadan olmuşdur. Zərgər peşəsində işlədiyini, həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zə rərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda olduğunu bildirib (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
27. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının 1 yanvar 2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi stajı, 12 il 6 aydan az olmayan güzəştli şərtlə yaşa görə pensiya hüququ verən stajı olmadığından pensiya hüququ yaranmamışdır.
28. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə (55+2) 57 yaş dan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
30. İşin hallarından görünür ki, iddiaçı 15 fevral 1979-cu il tarixdən 25 aprel 1981-ci il tarixədək “Dəqiq Mexanizmlər” Zavodunda quraşdırıcı zərgər işləmiş və 25 aprel 1981-ci il tarixdən 10 iyun 1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 15 iyul 1983-cü il tarixdən 1 fevral 1989-cu il tarixədək “Dəqiq Mexanizmlər” Zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər, 1 fevral 1989-cu il tarixdən 3 yanvar 1999-cu il tarixədək “Zərgər” müəssisəsində 4-cü dərəcəli quraşdırıcı zərgər işləmişdir. Əmək kitabçasında 4 fevral 1999-cu il tarixdən 2 noyabr 2011-ci il tarixədək “Leyla” kiçik müəssisəsində 4-cü dərəcəli quraşdırıcı zərgər vəzifəsində işləməsi də qeyd olunmuşdur.
31. İddiaçının hərbi xidməti hərbi bileti, əmək fəaliyyəti isə əmək kitabçası ilə təsdiq olunur. 15 fevral 1979-cu il tarixdən 1 yanvar 2006-cı ilə tarixədək iddiaçının ümumi iş stajı 25 ildən çoxdur.
32. Cavabdeh bildirir ki, 4 fevral 1999-cu il tarixdən 2 noyabr 2011-ci il tarixədək olan dövr ərzində məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən iddiaçının ümumi stajı 25 il ildən az olmuşdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 yanvar 2006-cı il tarixə qədər olan dövrün iş stajına daxil edilib edilməməsi mübahisə predmeti ola bilər, 1 yanvar 2006-cı il tari xdən sonrakı müddət iş stajına daxil edilə bilməz. Odur ki, şikayətdə göstərilən 1 yanvar 2006-cı il tarixdən 2 noyabr 2011-ci il tarixə qədər olan dövr üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməsinin araşdırılması hazırkı mübahisənin predmetini təşkil etmir və həmin dövrü məhkəmə onsuz da iddiaçının ümumi stajına daxil edilməsini nəzərdə tutmur. 34. 4 fevral 1999-cu il tarixdən 1 yanvar 2006-cı il tarixə qədər olan dövr iddiaçının əmək kitabçasında əksini tapmışdır. 35. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələbinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin daxil edilm əsi nəzərdə tutulsa da, həm “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silindiyindən, həm də formalaşmış vahid məhkəmə təcrübəsinə görə 1 yanvar 2006-cı il tarixədək olan fəaliyyət dövrü məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən asılı olmayaraq ümumi iş stajına daxil edildiyindən cavabdehin şikayətinin dəlili əsaslı sayıla bilməz.
36. Cavabdeh eyni dəlili apelyasiya şikayətində də bildirmiş, apelyasiya məhkəməsi haqlı olaraq yuxarıdakılara əsasən şikayətli əsaslı saymamış, həmçinin qərarı nda qeyd etmişdir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış ə mək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X8) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
37. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir (19992006-cı illər).
38. Beləliklə, 1 yanvar 2006-cı il tarixədək iddiaçının 25 ildən az olmayan ümumi stajı mövcud olmuşdur. 39. "xxxx" ASC-nin güzəştli arayışında bildirilmişdir ki, iddiaçı 15 iyul 1983-cü il tarixdən 1 fevral 1989-cu il tarixədək “Dəqiq Mexanizmlərin Təmiri” Zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsində işləmişdir. 1 fevral 1989-cu il tarixdən həmin Zavod yenidən qurularaq Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində “Zərgər” müəssisəsi yaradılmışdır. İddiaçı 1 fevral 1989-cu il tarixdən 3 yanvar 1999-cu il tarixədək “Zərgər” müəssisəsində 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsində işləmişdir. Bu müəssisələrdə onun zərərli əmək stajı əmək kitabçası üzrə 15 il 5 ay 18 gündür. "xxxx" ASC isə, “Zərgər” müəssisəsinin hüquqi varisidir. "xxxx" ASC 1 iyul 2000-ci il tarixdən hazırkı vaxtadək fəaliyyət göstərir. İddiaçı işlədiyi müddətdə əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyə də hazırlamış, qiymətli və ya yarım qiymətli daşlara xüsusi mürəkkəb formalı zərgərlik məmulatlarının quraşdırılması ilə məşğul olmuşdur. İş əsnasında o, zərgərlik məmulatlarının qaynar üsulla qaynaq işlərini aparmışdır. Məmulatı qaynaq edən zaman asbest, bor turşusu, xlor turşusu (HCL), eləcə də qaynaq işlərini aparmaq üçün benzindən istifadə etmiş, açıq alovla işləmişdir. Zərgərlik məmulatlarında emal üçün pəncərə düzəltmiş, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salmışdır. Sonuncu mərhələdə əlvan metallardan toplanmış ovuntuları əridib istehsal üçün külçə hazırlamışdır. Fəhlələr üçün vahid tarif dərəcəsi üzrə iş və peşələrin sorğu kitabı 1987-ci ilin sorağı kitabında (Moskva nəşriyyatı) göstərilir: zərgər peşəsinə aşağıdakılar aiddir – zərgər quraşdırıcı, zərgər şə bəkəçi, zərgər sepçi, zərgər naqqaş, zərgər bərkidici. Odur ki, həmin peşədə işləyən şəxsin əmək şəraitinə görə güzəştlə yaşa görə əmək təqaüdünə çıxmaq hüququ vardır. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11.9-cu bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” zərgər və bədii məmulatlara dair bəndində zərərli sahə kimi nəzərə alınaraq, 2150700a – 19553 rəqəmlə kodlaşdırılmışdır. Bu səbəbdən quraşdırıcı zərgər peşəsində işləmiş İddiaçı əmək stajı pensiya qanunvericiliyinin tələblərinə uyğun olduğu halda əmək şəraitinə görə güzəştlə yaşa görə təqaüdə çıxmaq hüququna malikdir.
40. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Metal emalı” adlanan XİV bölmədə “Qaynar üsulla metalın üzlənməsi” 7-ci yarımbənddə 2150700a-19553 kodu ilə zərgər və bədii məmulatları qaralayanlar peşəsi göstərilmişdir.
41. İddiaçı metal emalı sahəsində zərgər işləmiş və işlədiyi zərgər peşəsi 2 nömrəli Siyahıda nəzərdə tutulmuşdur.
42. İddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qər arı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (03.03.2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
43. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Ba kı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-167/2021 saylı, 9 iyul 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.