Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1926/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; rəngsaz) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” öh dəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(103)-69/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarda “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə istinad edərək bildirmişdir ki, təqdim etdiyi sənədlərin əsilləri tam şəkildə təqdim olunduğu halda, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməs i məsələsinə baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiyası məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən (57 yaşdan) xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İddiaçının xx.xx.1973-hal-hazıra kimi işləməklə ümumi 49 il 08 ay əmək stajı vardır. Həmin əmək stajının xx.xx.1973-xx.xx.19 74-cü ilə kimi “Sabirabad” PMK24-də “rəngsaz”, xx.xx.1975-xx.xx.1983-cü ilə kimi “Azneft İB”-nin “Azneft TikintiQuraşdırma İdarəsi-2”-də “rəngsaz”. xx.xx.1983-xx.xx.1983-cü ilə kimi həmin idarənin tərkibində “Tikinti İdarəsi-29”-də, “rəngsaz”, xx.xx.1983- xx.xx.1984-cü ilə kimi həmin idarədə yenidən “Azneft Tikinti-Quraşdırma İdarəsi”-də “rəngsaz”, xx.xx.1984xx.xx.1984-cü il tarixə kimi həmin idarədə 6-cı dərəcə “rəngsaz”, xx.xx.1984xx.xx.1984-cü ilə kimi “X1 Zavodu”-da “rəngsaz”, xx.xx.1984-xx.xx.1985-ci ilə kimi “Tikinti İdarəsi-75”-də “rəngsaz”, xx.xx.1986-xx.xx.1986-cı ilə kimi “Əli Bayramlı Tikintiquraşdırma İdarəsi”-də “rəngsaz”, xx.xx.1986-xx.xx.2004-cü il tarixə kimi “Azərenerjitikinti”-də “rəngsaz”, xx.xx.2006-xx.xx.2008-ci il tarixə kimi “Xəzərdənizneftqaztikinti” Trestində “suva qçı”, xx.xx.2008-xx.xx.2014-cü ilə kimi “Neftqaztikinti” Trestinin 7 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz”, xx.xx.2014xx.xx.2015-ci il tarixə kimi “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz” xx.xx.2015-xx.xx.2019-cu il tarixə kimi “SOCAR”-ın “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır iş olduğundan, ona xx.xx.2012-ci il tarixdə, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin ona xx.xx.2019-cu il tarixdə, 64 yaşında yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladı ğına görə hesab edir ki, onun xx.xx.2012-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Çünki, xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və t əmiri:
1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa); “rəngsazlar (2290100a—13450)” və “suvaqçılar (2290100a—19727)” vəzifələrinə əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən çox ümumi əmək stajını xx.xx.2006-cı il tarixə kimi toplamışlarsa, kişilər 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır.
5. İddiaçı cavabdehə xx.xx.2020-ci il tarixli ərizə və ona əlavə edilmiş şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və hərbi biletin notarial təsdiq edilmiş surətləri ilə müraciət edərək xx.xx.2012-ci il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçıya xx.xx.2020-ci il tarixli, **********3 saylı məktubla cavab olaraq ona müvafiq sənədlərin əsli təqdim edildikdən sonra baxıla bilinməsi barədə bildirilmişdir. Bundan sonra o, xx.xx.2020-ci il tarixdə ərizəsinə əlavə edilmiş sənədlərin notarial təsdiq edilmiş sürətlərini və sənədlərin əslini cavabdeh orqana təqdim etmiş, sənədlərin əslinin nəzərdən keçirilməsinə baxmayaraq, cavabdeh orqan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkünsüz olduğunu və bunu əmək kitabçalarında qeyd edilən müəssisə və təşkilatlardan həmin yerlərdə işləməyini təsdiq edən arayışların olmadığ ını və həmçinin güzəştli arayışın olmadığını bildirmişlər. Lakin iddiaçıya rəsmi imtina verməkdən imtina etmişlər. Cavabdehin etirazları:
6. Etirazda qeyd edilir ki, iddiaçı 57 yaşı olanadək ondan mövcud qanunvericiliklə tələb edilən 12 il 6 ay güzəştli iş stajını toplamamışdır. İlk növbədə ona görə ki, iddiaçının işləmiş olduğu “rəngsaz” peşəsi özlüyündə güzəştli şərtlərlə pensiya hüququ yaratmır. İddiaçı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda, 2290100a—13450 kod altındakı “rəngsazlar” peşəsinə istinad etmişdir. Halbuki, həmin kod “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər“ bölməsinə aiddir. İddiaçı isə məhz həmin sahədə rəngsaz işləmiş olmasına dair heç bir sübut təqdim etməmişdir. Doğrudur, iş materiallarında xx.xx.2019-cu i l tarixli “güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında” bir arayış var. Lakin əvvəla, o arayış iddiaçının xx.xx.2006-cı ildən sonrakı dövrə aid fəaliyyətini əhatə etdiyi üçün hətta arayışda qeyd olunan müddətləri güzəştli hesab edilsə belə, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixinədək 12 il 6 ay etmir. İkincisi isə, arayışda Nazirlər Kabinetinin nə 1993-cü il tarixli, nə də 2007-ci il tarixli qərarları ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahılarına istinad olunmamış, iddiaçının peşəsi konkret olaraq siyahıda nəzərdə tutulmuş hər hansı peşəyə uyğunlaşdırılmamışdır. Arayışda iddiaçının “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” ilə məşğul olmasına dair də hər hansı qeyd yoxdur. birinci instansiya məhkəm əsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4998/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, tədqiq olunmuş sənədlərə əsasən, iddiaçı xx.xx.2012-cı il tarixinədək 25 ildən artıq ümumi iş stajına malik olsa da, onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatla rın, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının xx.xx.2012-ci il tarixədək 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmadığı iş materialları ilə təsdiqini tapdığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-263/2021 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4998/2020 nömrəli qərarı dəy işdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
12. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-1(102)-31/2022 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-263/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
14. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə iddiaçının qeyd olunan müəssisələrdə işlədiyi rəngsaz peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması ilə bağlıdır. Bu məqsədlə aidiyyəti qurumlara, o cümlədən iddiaçının işlədiyi qurumlara müvafiq sorğular göndərilməli, bununla bağlı iddiaçını iş yerindən müvafiq arayışlar tələb olunmalı və həmin xüsusatlar müəyyən edilməlidir. Qeyd edilənlər iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-69/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibat i Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4998/2020 saylı qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2012ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2017-ci il tarixdən ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
16. Məhkəmə hesab etmişdir ki, İddiaçı işlədiyi peşələrin tətbiq etdiyi zərərli maddələrin təhlükəlilik dərəcəsinə dair arayışa əsasən, iddiaçı təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan (4-cü sinif) aseton, hidrogen sulfid, karbohidrogen kimi zərərli maddələrlə bilavasitə təmasda olmuş, ona işlədiyi dövrdə “zərərli iş şəraitinə görə” artım əmsalı rəngsaz peşəsində (əm ək haqqının 4%) və izolyasiyaçı-örtükçü peşəsində (əmək haqqının 12%) təyin edilmişdir. Bundan başqa, işəgötürən tərəfindən təqdim edilmiş arayışda QOST 12.1.007-76 və QOST 12.1.005-88 standartlarına istinad edilmişdir. Göründüyü kimi iddiaçının əmək fəaliyyətinin icrası zamanı təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə bilavasitə təmasda olmuşdur.
17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinə görə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-69/2023 nömrəli qərarında qeyd edilmişdir ki, İddiaçı rəngsaz peşəsində fəaliyyəti zamanı təhlü kəliliyi 4-cü sinif olan zərərli maddə tətbiq etməklə işləmişdir. İddiaçı izolyasiyaçı-örtükçü işlədiyi müddətdə tətbiq etdiyi zərərli maddənin təhlükəliliyi 2-ci sinifdir. İddiaçı işlədiyi izolyasiyaçı-örtükçü peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nın “Neflqaztikinti” trestinin fəaliyyət sahəsinə uyğun gələn 29-cu bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin a) fəhlələr alt bölməsindəki “izolyasıyaçılar-plyonkaçılar” peşəsi ilə uyğunluq təşkil edir.
19. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən rəngsaz peş əsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Sİyahısı”nda XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-13450 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə uyğunluğunun yoxlanılmasına dair göstəriş verilməsinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən iddia tələbi təmin edilərkən iddiaçının rəngsaz peşəsində fəaliyyəti zamanı təhlükəliliyi 4-cü sinif olan zərərli maddə tətbiq etməklə işləməsinə istinad etmişdi r.
20. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarında iddiaçının işlədiyi vəzifələrin (rəngsaz) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftqaztikinti” trestinin fəaliyyət sahəsinə uyğun gələn 29-cu bölmə Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin a) fəhlələr alt bölməsindəki “ızolyasiyaçılar-plyonkaçılar” peşəsi ilə uyğunluq təşkil etdiyi qənaətinə gələrək, iddiaçının 12 il 6 aydan artıq güzəştli iş stajının olduğunu təsdiq edərək iddia tələbi təmin edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin əsassız olaraq gəldiy i nəticədən də göründüyü kimi iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.2004-cü il tarixədək müvafiq idarələrdə rəngsaz vəzifəsində işləmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının işlədiyi rəngsaz vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının “Neftqaztikinti” trestinin fəaliyyət sahəsinə uyğun gələn 29-cu bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin a) fəhlələr alt bölməsindəki “izolyasiyaçılar-plyonkaçılar” peşəsi ilə uyğunluq təşkil etdiyi bildirilmişdir.
22. Halbuki, SOCAR-ın iddiaçıya ünvanladığı 22 aprel 2019-cu il tarixli və 24 aprel 2019-cu il tarixli arayışlarından da göründüyü kimi İddiaçı qeyd edilən dövrlərdə (xx.xx.1973-cü il tarixdən xx.xx.2004-cü il tarixədək) rəngsaz vəzifəsində çalışmış, xx.xx.2015-ci il tarixdən isə izoiyasiyaçı-örtükçü vəzifəsinə keçirilmişdir.
23. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsi tərəfindən SOCAR-ın xx.xx.2022- ci il tarixli SOCAR**********30490075X00265 nömrəli məktubuna istinad edilərək iddia tələbi qismən təmin edilmişdir. Lakin SOCAR-ın müvafiq arayışında iddiaçının işlədiyi rəngsaz vəzifəsinin deyil, izoiyasiyaçı-örtükçü vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı ’nın “Neftqaztikinti” trestinin f əaliyyət sahəsinə uyğun gələn 29-cu bölmə - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin a) fəhlələr alt bölməsindəki “izolyasiyaçılar- plyonkaçılar” peşəsinə uyğun olduğu qeyd olunmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(103)-69/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2012-ci il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zər ərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 26. “Əmə k pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 23200000 XXXİİİ. Ümumi peşələr 23200000—13450 təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:
35. Ümumi peşələr təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar
29. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Ape llyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müd dətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geni ş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəm əsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Şikayət əsaslıdır və təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
33. İşin müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.1973-cü ildə əmək fəaliyyətinə başlamış, xx.xx.2004-cü il tarixədək müxtəlif müəssisələrdə “rəngsaz” peşə üzrə işləmişdir. Lakin iddiaçının işlədiyi həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli S İyahısı”nda XXXİİİ. Ümumi peşələr bölməsində 2320000013450 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə uyğunluğunu təsdiq edən hər hansı sübut işdə yoxdur.
34. Beləliklə, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi staja malik olsa da, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən 12 il 6 ay iş stajına malik olmamışdır. 35. xx.xx.2006-cı il tarixdən sonrakı dövrə gəldikdə (iddiaçının 57 yaşının tamam olduğuxx.xx.2012-cil tarixədək), iddiaçının əmək kitabçası və əmək fəaliyyəti barədə arayışlarla müəyyən edilir ki, o, “Neftqaztikinti” Trestinin tabeliyində olan tikintiquraşdırma idarələrində xx.xx.2006-cı tarixdən suvaqçı, xx.xx.2007-ci il tarixdən isə rəngsaz peşəsi üzrə işləmişdir.
36. Apel lyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq “Neftqaztikinti” Tresti xx.xx.2022-ci il tarixli, SOCAR**********30490075X00265 nömrəli məktubla bildirmişdir ki, İddiaçı rəngsaz peşəsində fəaliyyəti zamanı təhlükəliliyi 4-cü sinif olan zərərli maddə tətbiq edilməklə işləmişdir.
37. Beləliklə, xx.xx.2006-cı il tarixdən iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixədək olan dövrdə də 12 il 6 ay güzəştli iş stajı olmadığı, o cümlədən, iddiaçının “Neftqaztikinti” Trestinin tabeliyində olan tikinti-quraşdırma idarələrində rəngsaz peşəsindəki işi təhlükəliliyi 3-cü sinifdən aşağı – 4-cü sinfə aid olan zərərli maddələr tətbiq edilən işlərə aid olduğu halda, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı məzmunda tələbini təmin etməkdə haqlı olmamışdır.
38. Apellyasiya instansiyası məhkəməsinin qərarında istinad etdiyi “izolyasiyaçılar-plyonkaçılar” peşəsinə gəldikdə, işdən göründüyü kimi, iddiaçı həmin peşə üzrə 57 yaşdan sonra – xx.xx.2015-ci il tarixdən işləməyə başlamışdır.
39. Beləliklə, kassasiya şikayəti əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir.
40. İPM-in 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
41. Həmin normada təsbit edilən və işin təkrar apellyasiya baxışına qaytarılmasına səbəb olan əsaslar bu işdə mövcud deyil. Mübahisə ilə bağlı işə dair yekun qərar çıxarılması üçün əsaslar vardır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(103)-69/2023 nömrəli qərarı ləğv edilir. İddia təmin edilmir. Qərar qətidir.