Məhkəmə qərarları › İş №2-1(102)-1926/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1926/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1926/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı dövlət sosial yardımın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 06 mart 2024-cü il tarixli, 2-1(107)-152/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaçıların ünvanlı sosial yardım təyin edilməsi ilə bağlı 17 mart 2023-cü il tarixli müraciətini ailənin mülkiyyətində nəqliyyat vasitəsinin olmasına istinadla təmin etməkdən imtina etmişdir.

2. İddiaçılar həmin imtinanın ləğv olunması və 01 mart 2023-cü il tarixdən ünvanlı sosial yardımın verilməsinə dair qərar qəbul edilməsinə dair tələblə məhkəməyə müraciət etmişlər. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin bildirdiyinin əksinə ailənin istifadəsində nəqliyyat vasitəsi yo xdur.

3. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında göstərmişdir ki, İddiaçı2 ailəni təmsil edən şəxs qismində ÜDSY almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, **********58202 nömrəli rəsmi müraciətinə əsasən, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması ücün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişətin Müayinəsi üzrə Mərkəzi Filialı tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi nəticəsində ailənin mülkiyyətində nəqliyyat vasitəsi olması səbəbindən imtina verilmi şdir. Belə ki, xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş monitorinq zamanı yaşayış evinin qarşısında **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilərək ailənin istifadəsində olduğu müəyyən edilmişdir. Qeyd olunanlar monitorinq zamanı tərtib olunmuş aktda öz əksini tapmışdır və monitorinq zamanı tərtib olunmuş akt təmsilçi tərəfindən tanış olunaraq imzalamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitə ləri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir. Göründüyü kimi qaydalarda istifadə ümumi olaraq qeyd olunmuşdur. Yəni etibarnamə ilə və ya etibarnaməsiz istifadə etmək imtina səbəbi kimi nəzərdə tutulur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

4. Şəki İnzibati Məhkəməsinin (hakim V.Ə.Musayev) 16 noyabr 2023-cü il tarixli, 21(116)-1900/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə 17 mart 2023cü il tarixli, **********58202 nömrəli müraciətə uyğun olaraq 01 mart 2023-cü il tarixdən ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyi qoyulmuşdur.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqanın iddiaçının istifadəsində olduğunu bildirdiyi nəqliyyat vasitəsi rəsmi reyestri aparılan daşınar əmlak ol duğundan həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının mövcud olubolmaması yalnız rəsmi reyestr məlumatlarına istinad edilməklə müəyyən edilə bilər. Başqa sözlə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü bəndində ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmasının nəzərdə tutulması faktiki istifadəni deyil, məhz əşya hüququ baxımından, hüquq müəyyənedici sənədə istinad olunmaqla əmlak hüquqlarının mövcud olub-olmamasını nəzərdə tutur. İşin hallarından isə müəyyən olunur ki, sözügedən nəqliyyat vasitəsi əvvəllər müvafiq etibarnamə ilə İddiaçı1 istifadəsinə verilsə də, sonrada, yəni ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı müraciət edilənədək a rtıq etibarnamə ləğv edilmiş və İddiaçı1 nəqliyyat vasitəsi üzərində əşya hüququna xitam verilmişdir.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2024-cü il tarixli, 2-1(107)-152/2024 nömrəli qərarı (hakimlər: R.R.Rəfiyev (məruzəçi), V.İ.Məlikov və G.İ.Cavadova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(116)-1900/2023 nömrəli qərarı dəyişdirmədən saxlanılmışdır.

8. Apellyasiya məhkəməsi mübahisənin həllinə dair birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. Cavabdeh kassasiya şikayəti verərək qərar ın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş monitorinq zamanı yaşayış evinin qarşısında **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilərək ailənin istifadəsində olduğu müəyyən edilmişdir. Qeyd olunanlar monitorinq zamanı tərtib olunmuş aktda öz əksini tapmışdır və monitorinq zamanı tərtib olunmuş akt təmsilçi tərəfindən tanış olunaraq imzalamışdır. Şəki İnzibati Məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-109/2-27083/2023 nömrəli cavab məktubuna əsasən **-BD-*** nömrə nişanlı nəqliyyat vasitəsinin reyestr məlumatlarına əsasən nəqliyyat vasitəsi X2 oglu tərəfindən etibarnamə ilə xx.xx.2040-cı il tarixədək İddiaçı1 etibar edilmişdir. Daha sonra sözügedən etibarnamə xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və bundan sonra xx.xx.2023- cü il tarixdə iddiaçı tərəfindən ünvanlı dövlət sosial yardım üçün müraciət edilmişdir. Göründüyü kimi etibarnamə ləğv edildikdən 12 gün sonra sosial yardım üçün müraciət edən iddiaçı tərəfindən etibarnamə məqsədli şəkildə qüvvədən düşürülməklə sosial yardımın alınmasına xidmət etmişdir. Buradan məlum olduğu kimi nəqliyyat vasitəsi etibarnamə üzrə yenidən iddiaçının yaxın qohumu X1 adına qaytarılsa da, faktiki olaraq iddiaçının istifadəsində qalmışdır. Bunu daxil olan müraciətin ara şdırılması zamanı maddi-məişət şəraitinin müayinəsi zamanı nəqliyyat vasitəsinin evin qarşısında aşkar edilməsi bir daha sübuta yetirir. Belə ki, iddiaçı tərəfindən istifadəsində və və mülkiyyətində hər hansı nəqliyyat vasitəsinin olmaması bildirilsə də, sözügedən nəqliyyat vasitəsi faktiki olaraq İddiaçı1 tərəfindən istifadə olunur və etibarnamənin ləğvi birbaşa ünvanlı dövlət sosial yardım üçün müraciət zamanı iddiaçının adına nəqliyyat vasitəsinin aşkar edilməməsinə ünvanlamışdır. Qeyd olunan məsələlər məhkəmə tərəfindən nəzərə alınmamış və sırf müraciət zamanı iddiaçının adına nəqliyyat vasitəsinin olmaması əsas gətirilmiş, eyni zamanda, yalnız reyestr məlumatlarına istinad edilərək faktiki olaraq istifadə məsələsinə səthi yanaşılmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabine tinin xx.xx.2016-cı il tarixli 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü maddəsində istifadə ümumi olaraq qeyd olunmuşdur. Yəni etibarnamə ilə və ya etibarnaməsiz istifadə etmək imtina səbəbi kimi nəzərdə tutulur. b)

11. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə

3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi mü əyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması ) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imti na edilməsi” Qaydalarının:... 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:... 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);

14. İnzibati Prosessual Məcəllə: Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ( -). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

16. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə müba hisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

18. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçılara ünvanlı sosial yardım verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada v ə hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

19. Hazırkı mübahisə üzrə qiymət verilməli olan məsələ “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.7.4-cü bəndinin tətbiqi ilə bağlıdır. Həmin bənddə nəzərdə tutulmuşdur ki, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir.

20. Cavabdehin mövqeyinə görə Qaydalarda istifadə ümumi olaraq qeyd olunmuşdur. Yəni, etibarnamə ilə və ya etibarnaməsiz ist ifadə etmək imtina səbəbi kimi nəzərdə tutulur. Cavabdeh bu zaman ona istinad etmişdir ki, ünvanlı sosial yardımın təyini ilə bağlı monitorinq həyata keçirmiş və **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıların yaşayış evinin qarşısında aşkar edilərək ailənin istifadəsində olduğu müəyyən etmişdir.

21. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşır ki, cavabdeh orqanın iddiaçının istifadəsində olduğunu bildirdiyi nəqliyyat vasitəsi rəsmi reyestri aparılan daşınar əmlak olduğundan həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının mövcud olub-olmaması yalnız rəsmi reyestr məlumatlarına istinad edilməklə müəyyən edilə bilər. Başqa sözlə, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilm əsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü bəndində ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmasının nəzərdə tutulması faktiki istifadəni deyil, məhz əşya hüququ baxımından, hüquq müəyyənedici sənədə istinad olunmaqla əmlak hüquqlarının mövcud olub-olmamasını nəzərdə tutur.

22. Belə ki, iş materiallarından görünür ki, sözügedən nəqliyyat vasitəsi əvvəllər müvafiq etibarnamə ilə İddiaçı1 istifadəsinə verilsə də sonradan, yəni ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı müraciət edilənədək artıq həmin etibarnamə ləğv edilmiş və İddiaçı1 nəqliyyat vasitəsi üzərində əşya hüququna xitam verilmişdir. Belə olan halda hazırda qeyd edilən nəqliyyat vasitəsi İddiaçı1 və ya hər hansı digər subyektin faktiki sahibliyində olub-olmamasından asılı olmayaraq, həmi n nəqliyyat vasitəsi üzərində mülkiyyət və digər əşya hüquqları İddiaçı1 məxsus deyildir. Buna görə də o, ailənin istifadəsində olan əmlak kimi qiymətləndirilə bilməz.

23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2024-cü il tarixli, 21(107)-152/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar