Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1926/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (növbəlilik qaydasında mənzillə təmin edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “imtiyazlı şəxs kimi mənzillə təmin edilmə öhdəliyinin c avabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 05 mart tarixli, 2-1(103)-658/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Yasamal Rayon İcra Hakimiyyəti başçısının 184 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4337/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı, xx.xx.2023-cü il tarixli qərardadı və xx.xx.2023 tarixli məktubu ilə X3 Qazax Rayon İcra Hakimiyyəti Başçısının 16 may 2006-cı il tarixli sərəncamına əsasən İİ qrup Qarabağ müharibəsi əlili olaraq imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülm əsi nəzarə alınmaqla, 16 may 2006-cı il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına 4 (dörd) nəfərdən ibarət ailə üzvləri ilə birlikdə daxil edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. X1 ünvan 1 ünvanında qeydiyyatdadır və və 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Nəbiyeva Könül, oğlu Nəbiyev Eyvaz, gəlini Bilalova Nəzrin) ilə birgə təsərrüfat aparırlar. İddiaçı mənzil növbəsinə qəbul olunması üçün tələb olunan müvafiq sənədləri təqdim etmişdir. Qeyd olunanları nəzərə alaraq X3 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Nəbiyeva Könül, oğlu Nəbiyev Eyvaz, gəlini Bilalova Nəzrin) ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülməsi və mənzil növbəsinin tarixi saxlanılmaqla (xx.xx.2006-ci il) İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına daxil edilməsi qərara alınmışdır.
2. Məhkəmənin sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentiyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, X2 Rayon İcra Hakimiyyətində xx.xx.2006-cı il tarixdən 4 nəfər ailə üzvü ilə birgə yaşayış yeri ilə təmin edilməsi üçün növbəyə alınmış və xx.xx.2015-ci il tarixli 67 nömrəli məktub əsasında onun yaşayış yeri ilə təmin edilməsi məqsədəuyğun hesab edilmişdir. Daha sonra vətəndaş İsə Nəbiyevin mənzil növbəliliyi Yasamal RİH-ə keçirilmiş və 2-ci qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil uçotu siyahısı üzrə 6-cı şəxs olmuşdur.
3. Qa zax Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 04 mart 2024-cü il tarixli sorğuya cavab məktubunda xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (İsə) Mustafa oğlunun 20062021-ci illərdə İİ dərəcəli Qarabağ müharibəsi əlili kimi Qazax rayonu ərazisində mənzillə və ya torpaq sahəsi ilə təmin edilmədiyi bildirilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı (İsə) Mustafa oğlunun adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
5. Qazax Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubundan bildirilmişdir ki, “Azəriqaz” X5 X9 İdarəsi Qazax xidmət sahəsinin xx.xx.2024-cü il tarixli 01/08 ŞƏ-26 nömrəli arayışına əsasən sizin adınıza Qazax rayonunun Fərəhli kəndində **********00000 nömrəli abonent kodu mövcuddur və qaz xətti üzərində Zenner G-4T smart tipli **********434 nömrəli qaz sayğacı quraşdırılmışdır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən sizə mənzil və ya fərdi yaşayış evi verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Yasamal Rayon İcra Hak imiyyəti başçısının Sərəncamına əsasən onun 16 may 2006-cı il tarixdən mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi növbədən kənar (16 may 2006-cı ildən növbədə olmağı nəzərə alınmaqla) mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən onun 16 may 2006-cı il tarixidən mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi (16 may 2006-cı il tarixdən növbədə olması nəzərə alınmaqla) mənzillə təmin olunmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir. İddiaçının əsaslandırması:
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1972-ci il də Qazax rayon, Fərəhli kəndində anadan olmuşdur. 1 il 6 ay sovet ordusunda, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək N saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, bir gözünü itirmiş və bədəninin digər nahiyələrindən xəsarət almışdır. xx.xx.1998-ci ildən 2-ci dərəcə müddətsiz müharibə əlillidir. Yasamal Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən xx.xx.2006-cı il tarixdən Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına əsasən mənzil növbəsində dayanm ışdır. İddiaçı qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixdən imtiyazlı şəxs kimi mənzil növbəsinə dayanan müharibə əlilləri tam şəkildə mənzillə təmin ediliblər. Mənzillə təmin olunmağı barədə dəfələrlə cavabdehə elektron və yazılı müraciət etsə də müraciətinə cavab verilməmişdir. İddiaçı hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Ağentliyinin ona qarşı hərəkətsizliyi qanunsuz və tam əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin etirazı:
9. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərh ələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Həmçinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamı n qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56-cı maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna o lmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə. Eyni zamanda bildiririlir ki, iddiaçı Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 25-ci bəndində nəzərdə tutulan şəxslərin əhatə dairəsinə düşmür. Belə ki, Qaydaların tələblərinə görə İ qrup əlillərə və əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yasinədək şəxslərə növbədənkənar qaydada mənzil verilir. İddiaçı İİ qrup müddətsiz əlil olduğuna görə növbədənkənar qaydada mənzil ilə təmin olunması məsələsi aradan qalxır. Yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh iddia tələbinin təmin olunamaması barədə qərar qəbul edilməsini x ahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Bakı İnzibati Məhkəməsinin (hakim T.R.Məlikov) 2024-cü il 26 sentyabr tarixli, 21(112)-1313/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan sənədlərlə iddiaçının Qazax Rayon İcra Hakimiyyətində 4 nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi AR Prezidentinin xx.xx.2014-cü il tarixli, 569 nömrəli Sərəncamı ilə əhatə olunan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması çərçivəsində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qazax rayonunun Fərəhli kəndində 2016-cı ildə üçotaqlı fərdi yaşayış evi inşa edilərək istifadəsinə verildiyi təsdiqini tapmışdır. Bununla bağlı iddiaçı AR Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyinə notarial qaydada təsdiq edilmiş 26 dekabr 2018-ci il tarixli ərizə ilə müraciət edərək Qarabağ müharibəsi əlili kimi ona tikilib təhvil verilmiş fərdi yaşayış evi ilə bağlı heç bir şikayətinin olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçı hər nə qədər təkzib etmiş olsa da, onun güzəştli əsaslarla mənzil növbəsində olduğu vaxt yaşayış sahəsi ilə təmin edilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmiş və iddiaçı tərəfindən bu qənaətin əksini təsbit edən hər hansı tutarlı dəlil təqdim edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı ona verilmiş hüquqdan, yəni əvəzsiz olaraq yaşayış sahəsi almaq hüququndan artıq bir dəfə istifadə etmişdir və o, hazırkı iddianı irəli sürməkdə haqlı sayıla bilməz. Odur ki, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlar ını pozan hal kimi qiymətləndirilməməli, iddia əsassız olduğundan təmin edilməməlidir.
13. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2024-cü il 26 sentyabr tarixli, 2-1(112)-1313/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və G.M.Abbasova) 2025-ci il 05 mart tarixli, 21(103)-658/2025 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2024-cü il 26 sentyabr tarixli, 2-1(112)-1313/2024 nömrəli qərarının ləğv edilməsi, iddianın qismən təmin edilərək, iddiaçı X3 İİ qrup Qarabağ müharibəsi əlili kimi Bakı şəhərində növbəli lik qaydasında mənzillə təmin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması, qalan hissədə iddianın təmin edilməməsi qərara alınmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı X7 xx.xx.1972-ci il təvəllüdlü olmaqla İİ qrup Qarabağ müharibəsi əlilidir. İddiaçı İİ qrup Qarabağ müharibəsi əlili kimi 4 (dörd) nəfərdən ibarət ailə üzvləri ilə birlikdə 16 may 2006-cı il tarixdən mənzil növbəsindədir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən yalnız işdə olan (səh 176) iddiaçının AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı notarial qaydada təsdi q edilmiş ərizəsinə istinad etməklə, qeyd etmişdir ki, iddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə notarial qaydada təsdiq edilmiş 26 dekabr 2018-ci il tarixli ərizə ilə müraciət edərək Qarabağ müharibəsi əlili kimi ona tikilib təhvil verilmiş fərdi yaşayış evi ilə bağlı heç bir şikayətinin olmadığını bildirmişdir. İddiaçı tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizənin məzmunu isə aşağıdakı kimidir: “Yazaraq bildirirəm ki, Qarabağ müharibəsi əlili kimi Qazax rayonunun Fərəhli kəndində mənə tikilən fərdi evlə əlaqədar heç bir şikayətim yoxdur, tikinti başa çatdırılıb.” Göründüyü kimi, ərizənin məzmununda qeyd olunan fərdi evin iddiaçıya təhvil verilibverilməməsi ilə bağlı heçbir məlumat öz əksini tapmamışdır. Əks inə iş materiallarına əlavə edilmiş iddiaçının müxtəlif vaxtlarda inzibati orqana müraciətinə cavab məktublarının (xx.xx.2022-ci il, xx.xx.2022-ci il,xx.xx.2023-cü il tarixli) məzmununda iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun olaraq növbəlik qaydasında baxılacağı barədə məlumatlar verilmişdir. Həmçinin Qazax Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş müxtəlif sorğulara 04 mart 2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli cavab məktublarında iddiaçının 2006- 2021-ci illərdə İİ dərəcəli Qarabağ müharibəsi əlili kimi Qazax rayonu ərazisində mənzillə və ya torpaq sahəsi ilə təmin edilmədiyi bildirilmişdir. Bununla yanaşı apellyasiya instansiya məhkəməsində araşdırma zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının fərdi yaşayış evi i lə təmin edilməsinə dair əsaslı sübutlar, təhvil-təslim aktı tələb edilmiş, cavabdeh inzibati orqanın nümayəndələri təhviltəslim aktının mövcud olmadığını, sadəcə iddiaçıya məxsus notarial ərizə və onun adına qaz sayğacının olmasına istinad etmişdirlər. Bundan əlavə apellyasiya instansiya məhkəməsində icraat zamanı Qazax Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanaraq, xx.xx.1972-ci il təvəllüdlü Nəbiyev İsə (İsa) Mustafa oğluna 2006-2021-ci illərdə İİ dərəcəli Qarabağ müharibəsi əlili kimi Qazax rayonu ərazisində (şəhərdə və kəndlərində) mənzil (fərdi yaşayış evi) verilibverilməməsi barədə məlumatların və verildiyi halda müvafiq sənədlərin təsdiq edilmiş surətlərinin, həmçinin, ümumiyyətlə imtiyazlı şəxslərə inzibati orqan tərəfindən mənzil verilərkən icra hakimiyyətinin nümayəndəsinin proses zamanı (təhvil-təslim zamanı) iştirak edibetməməsi, şəxslərə mənzil verilməsi ilə bağlı icra hakimiyyətinin məlumatlı olubolmaması barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya 07 fevral 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X7 yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlil kimi 16 may 2006-cı il tarixdə Qazax Rayon İcra Hakimiyyətində mənzil uçotuna alınmışdır, lakin vətəndaş ötən dövr ərzində qeydiyyat və yaşayış yerini dəyişərək ünvan 1 ünvanında qeydiyyata düşmüş və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətində 16 may 2006-cı il tarixdən mənzil uçotuna götürülmüşdür, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən X4 ötən dövr ərzində, o cümlədən 2006-2021-ci illərdə rayon ərazisində mənzil və ya fərdi yaşayış evi verilməmişdir, əlavə olaraq qeyd edirlər ki, imtiyazlı şəxslərə aidiyyəti orqan tərəfindən mənzil və ya fərdi yaşayış evi verilərkən (təhvil-təslim zamanı) Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı təmin edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının adına hər hansı bir qaz sayğacının mövcudluğu faktı da hələ iddiaçıya evin təhvil verilməsi anlamına gəlmir. Belə ki, məhkəmə iclasında verdiyi izahatlarında iddiaçı əslən Qazax rayonunun, Fərəhli kəndindən olduğunu, anasının və digər qohumlarının həmin kənddə evləri olduğunu, anasına məxsus evdə sayğacın onun adına olduğunu bildirmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsində icraat zamanı işin araşdırılması nəticəsind ə iddiaçının İİ qrup Qarabağ müharibəsi əlili kimi 16 may 2006-cı il tarixdən mənzil uçotuna götürülməsinə baxmayaraq, mənzil və ya fərdi yaşayış evi ilə təmin edilməməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, iş üzrə müəyyən olunur ki, iddiaçı yuxarıda istinad olunan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021ci il tarixli 492s saylı sərəncamının qüvvəyə mindiyi tarixədək mənzil uçotuna alındığından onun qeyd edilən sərəncamın icrası ilə əlaqədar İİ qrup Qarabağ müharibəsi əlili kimi mənzil məişət şəraitinin yaxşılaşdırılması və mənzillə təmin edilməsini tələb etmək hüququ vardır. Qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və əsassız olaraq iddiaçının mənzillə təmin edilmə öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair iddia tələ binin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası iddia tələbini iddiaçının növbədən kənar qaydada mənzillə təmin edilməsi hissəsində əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Növbədənkənar yaşayış sahələrinin verildiyi şəxslərin dairəsi isə Məcəllənin 56.2-ci maddəsində qeyd olunmuşdur, hazırki iş üzrə iddiaçı növbədənkənar qaydada yaşayış sahələrinin verildiyi şəxslərin əhatə dairəsinə düşmədiyindən onun İİ qrup Qarabağ müharibəsi əlili kimi Bakı şəhərində müvafiq növbəl ilik qaydasında mənzillə təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində qeyd edilmişdir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur Belə ki, AR Prezidentinin xx.xx.2014-cü il tarixli, 569 nömrəli Sərəncamı ilə əhatə olunan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli 946 nömrəli Sərəncamına əsasən Nazirliyə ayrılmış 10,0 (on) milyon manat vəsait hesabına imtiyazlı şəxslərə Nazirlik tərəfindən fərdi yaşayış evləri inşa olunmuş, o cümlədən İsə Nəbiyev üçün 2016-cı ildə üçotaqlı fərdi yaşayış evi tikilərək vətəndaşın istifadəsinə verilmişdir. Tikinti işləri Nazirliklə podratçı təşkilat "xxxx"MMC arasında bağlanmış 29 dekabr 2015-ci il tarixli T 013/15 nömrəli işlər (mallar və xidmətlər) üzrə satınalma müqaviləsi əsasında aparılmışdır ki, qeyd olunan tarixdə imzalanmış “Müqavilənin xüsusi şərtləri”ndə Sifarişçi tərəfindən İcraçıya Qazax rayonunun Fərəhli kəndində 1 ədəd üçotaqlı fərdi evintikintisi tapşırılmışdır. Həmçinin bildirilir ki, Nazirliyin yanında Dövlət Sosial Təminat Xidmətinin (DSTX) Nazirliyin Tikil məkdə olan Obyektlərin Müdiriyyətinə (TOOM) ünvanlanmış 31 mart 2015-ci il tarixli 67 nömrəli məktuba əlavə edilmiş qoşmada Qazax rayonunda fərdi yaşayış evi tikiləcək 5 nəfərin, o cümlədən X3 adı qeyd edilmişdir. Məlumat üçün bildirilir ki, İddiaçı yazaraq imzaladığı və Bakı şəhəri 27 saylı Notariat ofisinin notariusu E.H.Qurbanovun təsdiq etdiyi **********2881 nömrəli ərizədə Qarabağ müharibəsi əlili kimi Qazax rayonunun Fərəhli kəndində ona tikilən fərdi evin tikintisinin başa çatdırılması və fərdi evlə bağlı heç bir şikayətinin olmaması qeyd edilmişdir. İş materiallarından da göründüyü kimi “Azəriqaz” X5 Regional Qazİstismar İdarəsi Qazax xidmət sahəsinin xx.xx.2024-cü il tarixli 01/08 ŞƏ-26 nömrəli arayışına əsasən X3 adına Qazax rayonunun Fərəhli kəndində **********00000 nömrəli abon ent kodu mövcuddur və qaz xətti üzərində Zenner G-4T smart tipli **********434 nömrəli qaz sayğacı quraşdırılmışdır. Əlavə olaraq bildirilir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə alınmış və həmin növbə əsasında dövlət vəsaiti hesabına mənzil və ya fərdi evlə təmin edilmiş imtiyazlı şəxsə təkrarən dövlət vəsaiti hesabına mənzil və ya fərdi evin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamları qeyri-normativ hüquqi aktdır və konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncam verici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilir və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulur. İddiaçı artıq bir dəfə mənzillə təmin olunduğu üçün eyni imtiyaz əsasında yenidən mənzil ilə təmin olunması qanunvericiliyə uyğun deyildir. Vətənd aşlar mənzil şəratinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərində bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. İddiaçı daimi yaşayış yeri üzrə qeydiyyatı 19 oktyabr 2022ci il tarixinədək Qazax rayonu, Fərəhli kəndində olmuş, həmin tarixdən sonra qeydiyyatını ünvan 1 ünvanına dəyişmişdir. Bu baxımdan qeyd edilir ki, X7 yuxarıda adıçəkilən Qaydaların əhatə dairəsinə düşən şəxs hesab edilmədiyindən yenidən və Bakı şəhəri üzrə mənzil təminatının həyata keçirilməsi mövcud qanunvericiliyə ziddir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmiş və etirazı apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə əsaslandırmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 16.1. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 43.2. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil h üququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
20. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanunu: Maddə 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
21. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə
48. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyala rdan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 56.1. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Maddə 56.2. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üz ərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. Maddə 51.1. bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 57.1. Sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. M addə 57.2. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. 22. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uş aqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamı: Bənd
1. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021 -ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar t arixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. Bənd 3.1. bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzi l Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1 Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digə r sənəd və ya məlumat tələb edə bilməz.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və y alnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etd iyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının növbəlilik qaydasında mənzillə təmin edilib-edilməməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tə rəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. İş materiallarından görünürki, Qazax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli sərəncamı ilə iddiaçı İİ dərəcə Qarabağ müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərə mənzil növbəsinə götürülmüş, sonradan yaşayış yerini Bakı şəhərinə dəyişməsi ilə əlaqədar Qazax RİHB-nin xx.xx.2022-ci il tarixli, 9-21 /382 nömrəli sərəncamı ilə Qazax RİH-də mənzil uçotundan çıxarılmış və mənzil uçot sənədləri Yasamal RİH-ə göndərilmişdir. Yasamal RİHB-nin xx.xx.2023-cü il tarixli, 184 nömrəli sərəncamı ilə iddiaçı 4 nəfər ailə üzvü ilə bilrikdə güzəştli mənzil növbəsinə götürülmüş mənzil növbəsinin tarixi saxlanılmaqla (xx.xx.2006-cı il) 2-ci dərəcə Qarabağ əlillərinin güzəştli mənzil uçot siyahısına daxil edilmişdir. İddiaçı hazırki tələbində 2006-cı ildən mənzil növbəsində götürülməsinə baxmayaraq, hazıradək yaşayış sahəsi ilə təmin edilməməsinə istinad edərək mənzillə təmin olunmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları qeyri-normativ hüquqi aktd ır və konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncam verici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilir və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulur. İddiaçı artıq bir dəfə mənzillə təmin olunduğu üçün eyni imtiyaz əsasında yenidən mənzil ilə təmin olunması qanunvericiliyə uyğun deyildir.
34. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı Qazax Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanaraq, xx.xx.1972-ci il təvəllüdlü Nəbiyev İsə (İsa) Mustafa oğluna 2006-2021-ci illərdə İİ dərəcəli Qarabağ müharibəsi əlili kimi Qazax rayonu ərazisində (şəhərdə və kəndlərində) mənzil (fərdi yaşayış evi) verilibverilməməsi barədə məlumatların və verildiyi halda müvafiq sənədlərin təsdiq edilmiş surətlərinin, həmçinin, ümumiyyətlə imtiyazlı şəxslərə inzibati orqan tərəfindən mənzil verilərkən icra hakimiyyətinin nümayəndəsinin proses zamanı (təhvil-təslim zamanı) iştirak edib-etməməsi, şəxslərə mənzil verilməsi ilə bağlı icra hakimiyyətinin məlumatlı olub-olmaması barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya 07 fevral 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X7 yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlil kimi 16 may 2006-cı il tarixdə Qazax Rayon İcra Hakimiyyətində mənzil uçotuna alınmışdır, lakin vətəndaş ötən dövr ərzində qeydiyyat və yaşayış yerini dəyişərək ünvan 1 ünvanında qeydiyyata düşmüş və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətində 16 may 2006-cı il t arixdən mənzil uçotuna götürülmüşdür, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən X4 ötən dövr ərzində, o cümlədən 2006-2021-ci illərdə rayon ərazisində mənzil və ya fərdi yaşayış evi verilməmişdir, əlavə olaraq qeyd edirlər ki, imtiyazlı şəxslərə aidiyyəti orqan tərəfindən mənzil və ya fərdi yaşayış evi verilərkən (təhvil-təslim zamanı) Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı təmin edilir.
35. Həmçinin, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş müxtəlif sorğulara 04 mart 2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli cavab məktublarında iddiaçının 20062021-ci illərdə İİ dərəcəli Qarabağ müharibəsi əlili kimi Qazax rayonu ərazisində mənzillə və ya torpaq sahəsi ilə təmin edilmədiyi bildirilmişdir. Bununla yanaşı apellyasiya instansiya məhkəməsində araşdırma zamanı cavabdeh inz ibati orqan tərəfindən iddiaçının fərdi yaşayış evi ilə təmin edilməsinə dair əsaslı sübutlar, təhvil-təslim aktı tələb edilmiş, cavabdeh inzibati orqanın nümayəndələri təhvil-təslim aktının mövcud olmadığını, sadəcə iddiaçıya məxsus notarial ərizə və onun adına qaz sayğacının olmasına istinad etmişdirlər.
36. Eyni zamanda apellyasiya intansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının adına hər hansı bir qaz sayğacının mövcudluğu faktı da hələ iddiaçıya evin təhvil verilməsi anlamına gəlmir. Belə ki, məhkəmə iclasında verdiyi izahatlarında iddiaçı əslən Qazax rayonunun, Fərəhli kəndindən olduğunu, anasının və digər qohumlarının həmin kənddə evləri olduğunu, anasına məxsus evdə sayğacın onun adına olduğunu bildirmişdir.
37. Beləliklə, apellyasiya instansiya məhkəməsində aparılan araşdırma nəticəsində iddiaçının İİ qrup Qarabağ müharibəsi əlili kimi 16 may 2006-cı il tarixdən mənzil uçotuna götürülməsinə baxmayaraq, mənzil və ya fərdi yaşayış evi ilə təmin edilməməsi öz təsdiqini tapmışdır.
38. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı yuxarıda istinad olunan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamının qüvvəyə mindiyi tarixədək mənzil uçotuna alındığından onun qeyd edilən sərəncamın icrası ilə əlaqədar İİ qrup Qarabağ müharibəsi əlili kimi mənzil məişət şəraitinin yaxşılaşdırılması və mənzillə təmin edilməsini tələb etmək hüququ vardır.
39. Odur ki, məhkəmə Kollegiyası yuxarıda adı çəkilən qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, kassasiya şika yəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
41. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə ə sasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 05 mart tarixli, 21(103)-658/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.