Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1927/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (Şəhid statusu və arayışın verilməsindən imtina). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “X3 şəhid hesab edilməsi və müvafiq arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2022-ci il tarixli, 21(103)-1539/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X7 1993-cü ilin iyun ayında Gəncə şəhərində xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Ölüm səbəbi kimi qarın boşluğundan almış olduğu güllə yarasından ölməsi göstərilmişdir.
2. X3 arvadı X4 “Vətən müharibəsi əlilləri və şəhid ailələri” Cəmiyyəti tərəfindən 0160 saylı 19 avqust 1998-ci il tarixli vəsiqə verilmişdir.
3. İddiaçı, atası X3 şəhid hesab edilməsi və müvafiq arayışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 16 noyabr 2018-ci il və 21 noyabr 2019-cu il tarixli məktubla onun müraciətini təmin etməmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, X7 1993-cü ilin iyun ayında Gəncə şəhərinə ezam edilmiş və xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. X7 xidməti vəzifələrinin icrası zamanı həlak olmuş hərbi qulluqçu hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda “şəhid” adının verilməsinə əsas ola biləcək hadisələr sırasında yuxarıda qeyd edilən hadisələr təsbit olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 30 mart 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “23 iyul 1993cü ildə vəfat etmiş atası X3 şəhid hesab edilməsi və müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, atası X7 Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş və 4 iyun 1993-cü ildə MTN tərəfindən Gəncə şəhərinə ezam edilərək xidməti vəzifəsini yerinə yetirərkən N saylı hərbi hissənin qarşısında qarın boşluğundan almış olduğu güllə yarasından həlak olmuşdur. 4 iyun 1993-cü ildə Gəncə şəhəri N saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olmuş, Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülmüşdür. Həmin hadisələr zamanı X7 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuşdur. Bununla bağlı, o, atasına şə hid statusu verilməsi ilə bağlı rəsmi ərizə ilə cavabdehə müraciət etsə də, bu günədək ona hər hansı rəsmi məlumat verilməmişdir.
6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının atası 1992-ci ildən keçmiş MTN-ə həqiqi hərbi xidmətə qəbul edilərək Xüsusi Təyinatlı Dəstənin əməliyyat əməkdaşı vəzifəsinə təyin edilmişdir. 1993-cü ilin 4 iyun tarixində Gəncə şəhərində baş vermiş hadisələrlə əlaqədar xidməti vəzifələrinin icrası zamanı ağır yaralanmış və 5 iyun tarixində vəfat etmişdir. Mərhumun ölüm haqqında şəhadətnaməsində ölümün baş vermə səbəbinin güllə yarası olduğu qeyd edilmişdir. 1993-cü ilin Gəncə hadisələrinin qarşısının alınması zamanı X3 vəfat etməsi onun xidməti vəzifələrinin icrası ilə bağlı olsa da, həmin xidməti vəzifələrin icrası “Şəhid adını n əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı bəndində qeyd olunan tapşırıqlarla əlaqədar olmamışdır. İddiaçı və onun ailə üzvləri 20112019-cu illərdə hər il eyni məzmunlu ərizələrlə MTN və DTX-ya müraciət etmiş və bununla əlaqədar onlara 12/N-3961 saylı xx.xx.2018-ci il tarixli və 12/N4767 saylı xx.xx.2019-cu il tarixli məktublarla yazılı formada, digər hallarda məsələ ilə bağlı mobil telefon vasitəsilə əlaqə saxlanılaraq cavab verilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2-1(112)-783/2022 nömrəli qərarı ilə (hakim S.İ.Salahova) iddianın təmin edilməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, Z.Nəzirov ölkə daxilində baş vermiş daxili silahlı münaqişə zamanı həlak olmuşdur, hansı ki, bu hadisələr “Şəhid adının əbədiləşdir ilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.2.6cı yarımbəndində nəzərdə tutulan Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş digər hadisə kimi qiymətləndirilə bilməz. Bu hallar Z.Nəzirovun həlak olduğu zaman mövcud olmadığından müəyyən edilmişdir ki, onun yerinə yetirdiyi tapşırıq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıq olmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının anası X4 verilmiş 0160 nömrəli vəsiqə səlahiyyətli orqan tərəfindən deyil, “Vətən müharibəsi əlilləri və şəhid ailələri” cəmiyyəti tərəfindən verilmişdir və bu vəsiqə şəxsin şəhid hesab olunması üçün sübut qi smində qəbul edilə bilməz.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1539/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qərarı (hakimlər: X.A.Cəmilova - sədrlik edən və məruzəçi, M.N.tağızadə və A.P.Oruczadə) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi bar ədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli araşdırmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları qiymətləndirmədən qərar qəbul etmişdir. Belə ki, X7 Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş və 4 iyun 1993-cü ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Gəncə şəhərinə ezam edilərək xidməti vəzifəsini yerinə yetirərkən N saylı hərbi hissənin qarşısında qarın boşluğundan almış olduğu güllə yarasından həlak olmuşdur. X1 təmsil edən digər iş yoldaşları və hərbiçilərlə Dövlətimizə qarşı silah qaldıran qiyamçılarla gedən döyüşdə qəhrəmancasına həlak olmuşlar. X7 Azərbaycan Re spublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmişdir. X5 şəhid adı verilməsi üçün hüquqi baza mövcuddur və bu qanunvericiliyin tələbidir. Bununla bağlı, iddiaçı 15 fevral 2021-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinə rəsmi ərizə ilə müraciət edilmiş və X5 şəhid statusunun verilməsi xahiş edilmişdir. Cavabdeh etiraf etmişdir ki, X2 şəhərində 1993-cü il 4-10 iyun hadisələri zamanı qiyamçılara qarşı əməliyyatda həlak olmuşdur. Qərarda qeyd olunur ki, qiyamda iştirak etmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilməmişlər. Lakin bu, X3 qəhrəmanlığını və Dövlətimizin suverenliyi uğrunda döyüşlərdə həlak olmasını təkzib etmir. Cavabdehin məhkəməyə göndərdiyi etirazda qeyd olunmuşdur ki, mərhumun ölüm haqqında şəhadətnaməsində ölümün baş vermə səbəbinin güllə yara sı olduğu qeyd edilmişdir. 1993-cü ilin Gəncə hadisələrinin qarşısının alınması zamanı X3 vəfat etməsi onun xidməti vəzifələrinin icrası ilə bağlı olsa da, həmin xidməti vəzifələrin icrası “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı bəndində qeyd olunan tapşırıqlarla əlaqədar olmamışdır. Bundan başqa, iddiaçı qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” qaydalarının 1.2.6-cı bəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövrün də döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə
1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qan unvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə
8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul e dilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları": 1.1-ci bənd. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2-ci bənd. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun q eyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı i lə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 2.1-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçini n Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. 4.1-ci bənd: Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidm əti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. 4.2-ci bənd: Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYAN İN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyət cə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
25. İddiaçının mərhum atası X7 Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş və 4 iyun 1993-cü ildə MTN tərəfindən Gəncə şəhərinə ezam edilə rək xidməti vəzifəsini yerinə yetirərkən N saylı hərbi hissənin qarşısında qarın boşluğundan almış olduğu güllə yarasından həlak olmuşdur. Onun həlak olduğu yer və şərait bu qərarın 15-16-cı bəndlərində nəzərdə tutulmuş normaların dispozisiya şərtləri ilə bağlı tələbləri ödəmir. Nəzərə almaq lazımdır ki, həmin normalara əsasən, şəxsin şəhid hesab olunması üçün o, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan əməliyyatlar zamanı və yaxud Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xi dməti vəzifəsinin icrası zamanı həlak olmalıdır(itkin düşməli və ya məhkəmə qaydasında ölmüş elan edilməlidir). Məhkəmələr tərəfindən şəhid və şəhid ailəsi statusu ilə bağlı mübahisələrə baxılarkən hər bir konkret mübahisəyə münasibətdə müəyyən olunmuş faktiki hallar müvafiq hüquq normalarının dispozisiya şərtləri baxımından qiymətləndirilməli və həmin şərtlərin mövcudluğu yoxlanılmalıdır. Qanunla müəyyən olunmuş və yuxarıda qeyd edilən dispozisiya şərtlərinə cavab verməyən şəraitdə həlak olmuş şəxslərə, o cümlədən hərbi qulluqçulara, hətta onlar hərbi xidmət zamanı həlak olmuş olsalar belə, şəhid statusunun verilməsindən imtina qanunsuz sayıla bilməz. Odur ki, hazırkı işdə cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.
26. Hazırkı konkret mübahisəyə münasibətd ə qeyd edilməlidir ki, mərhum X3 xidməti vəzifəsini yerinə yetirərkən qarın boşluğundan almış olduğu güllə yarasından həlak olması qüvvədə olan qanunvericiliyin tələbləri baxımından iddiaçıya tələb etdiyi arayışı vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsas kimi qiymətləndirilə bilməz.
27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətində aşağı instansiya məhkəmələri tərəfindən lazımi araşdırmanın aparılmadığını qeyd etsə də, iş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının mərhum atası X3 ölüm şəraiti tətbiq olunmuş hüquq normalarının tələbləri baxımından düzgün qiymətləndirilmişdir. İddiaçının tələbinin təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğundur.
28. Yuxarıda göstər ilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2022-ci il tarixli, 21(103)-1539/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.