Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1927/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ əlilliyin təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2023-cü il tarixli, 2-1(103)-556/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi, daha sonra, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdehin 14 iyul 2022-ci il tarixli qərarının ona aid hissədə ləğv edilməsi və ona üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” şəklində qəbul edilməsini xahiş etmişdir.
2. İddianın əsasl arına ehtiyatda olan polkovnik-leytenant kimi o, 1992-ci ildə Bakı Ali Birləşmiş komandanlıq məktəbinə daxil olmuş və 1996-cı ildə həmin məktəbi "Motoatıcı” ixtisası üzrə bitirmişdir. xx.xx.1996-cı il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikasının silahlı qüvvələrində xidmət etmişdir. xx.xx.2015-ci il tarixdə öz arzu ilə hərbi xidmətini yekunlaşdırıb təqaüdə çıxmışdır. O, 1992-ci ildə Ağdam, 1994-cü ildə Murovdağ istiqamətində döyüşlərdə yaxından iştirak etmişdir. 44 günlük “Vətən müharibəsində” N saylı hərbi hissənin 5-ci tabor komandiri olmuşdur. 9 noyabr 2020-ci il tarixdə “Qırmızı Bazar” istiqamətində düşmən üzərinə hücum zamanı düşmən tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində çoxsaylı qəlpə yaraları ilə yaralanmışdır. Cavabdeh yaralanma nəticəsində ə lilliyini düzgün təyin etməmişdir. Cavabdeh tərəfindən Vətən müharibəsi zamanı yaralanma, əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə verilən qərarda həkimlərin verdiyi diaqnoz dəqiqliklə nəzərə alınmamışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Yaralanma nəticəsində o, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Akademik Mirqasımov adına RKX-da, xx.xx.2020,xx.xx.2020, xx.xx.2021-MN MHP-da, xx.xx.2021-xx.xx.2021 – 3 nömrəli Şəhər Klinik xəstəxanasında, xx.xx.2021-Respublika Diaqnostika Mərkəzində, xx.xx.2021–SQ BKH-da, xx.xx.2022- xx.xx.2022- Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2021-ci il tarixdə MN MHP-da müayinə və müalicədə olmuşdur. Sonda ona Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kont uziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı ilə mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv daxil olmalarla, mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu qoylmuşdur. Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə idarəsinin Baş Psixiatrı tərəfindən müayinə olunmuş, "Posttravmatik stress pozuntusu, Postkommosion sindrom" diaqnozu qoyulmuş, Səhiyyə Nazirliyinin Baş Nevroloqu tərəfindən müayinə olunmuş, "Keçirilmiş kəllə-beyin travmasından sonrakı hal, Postkommosion sindrom, davamlı baş ağrıları, affektiv pozulmalar, insomnik sindrom və çoxsaylı mikronevroloji simptomatika ilə" diaqnozu, Barotravma nəticəsində (xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 4,5 metr, sol qulaqda 4 metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində sol əlin, hər iki baldırın kor qəlpə yaralanmasına, İİİ proksimal falanqası sınığına görə aparılmış yaraların birincili işlənməsi, gips longeti ilə immobilizasiyasından sonrakı kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cisimləri (metal qəlpə). Partlayış travması Kranial KT müayinəsi (xx.xx.2020) – sağ orbitanın yuxarı bayır divarına sancılmış 3x4 mm ölçüdə metal qəlpə qeyd edilir, (xx.xx.2020) nəticəsində sağ orbitanın yuxarı bayır divarının yad cismi (metal qəlpə). HHK- nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 14b,17b,23c maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında əsasnamə”yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralıdır diaqnozu qoyulmuşdur.
3. Bakı İnzibati Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2-1(112)-2102/2023 nömrəli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli **********5 saylı qərarı iddiaçıya aid olan hissədə ləğv edilmiş, İddiaçı orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
4. Cavabdeh apelyasiya şikay əti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 21(103)-556/2024 nömrəli qərarı (X2 /məruzəçi/, X3 və X4) ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2-1(112)-2102/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının hazırki psixi vəziyyəti mütəxəssislər tərəfindən “Posttravmatik stress pozuntusu.” kimi müəyyənləşdirilmiş və əlillik təyinatına əsas verən davranış po zuntuları, psixoproduktiv əlamətlər, həmçinin ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq e dilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad e tməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının diaqnozu məhkəmə tibbiekspertizası və əyani müayinə ilə təsdiq edildikdə ona müvafiq əlillik dərəcəsi təyin edilir. (Bununla bağlı bax: Azərbaycan Respublikas ı Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-764/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)671/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-589/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-555/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-437/2024 nömrəli qərarları).
12. Beləliklə, göründüyü kimi formalaşmış vahid məhkəmə təcrübəsi cavabdehin belə əsaslandırılmış şikayətlərlə müraciət etməsini mümkün saymır.
13. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçi nin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
14. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə f ərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2023-cü il tarixli, 21(103)-556/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.