Məhkəmə qərarları › İş №2-1(102)-1928/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1928/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1928/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin hallarının araşdırılmaması; güzəştli stajın mövcudluğu ilə bağlı sübutların düzgün qiymətləndirilməməsi və əldə edilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respubli kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-933/2021 nömrəli, 09 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. O, 06.05.1980-ci ildən 22.06.1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, 03.08.1982-ci il tarixdən əmək fəaliyyətinə başlayaraq 13.05.1985-ci ildən hazırkı vaxtadək kabelçi və kabel lehmləyicisi vəzif əsinə işləyir. 2. "xxxx" MMC-nin 05.12.2019-cu il tarixli 09 nömrəli arayışında qeyd edilir ki, iddiaçı “SoyuzTelefonStroy” Trestində 13 may 1985-ci il tarixdən 18 fevral 2002-ci il tarixədək kabelçi, “Azərrabitəinşaat” ATSC-də 7 mart 2002-ci il tarixdən 19 mart 2002-ci il tarixədək və 3 sentyabr 2002-ci il tarixdən 16 fevral 2004-cü il tarixədək kabelçi, "xxxx" MMC-də 17 fevral 2004-cü il tarixdən 1 sentyabr 2005-ci il tarixədək kabelçi, "xxxx" İstehsalat Birliyinin ("xxxx" MMC) Rabitə Qurğularının Tikintisi və Təmiri İdarəsində 5 sentyabr 2005-ci il tarixdən 29 dekabr 2006-cı il tarixədək və 8 yanvar 2007-ci il tarixdən 27 iyun 2007-ci il tarixədək kabelçi, "xxxx" X1 Telefon Qovşağında 29 iyun 2007-ci il tarixdən 25 yanvar 2018-ci il tarixədək kabel lehimləyicisi işləmişdir. O, 26 yanvar 2018-ci il tarixdən halhazıradək "xxxx" MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin Xətt qurğularının istismarı şöbəsinin EATS-430/431 xəttində kabel lehimləyicisi vəzifəsində işləyir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 30-cu bəndi üzrə kabel lehimləyicisi işi (qurğuşunlaşdırılmış kabellərin, polietilen və poloxlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər) güzəştli pensiya hüququ verən zərərli iş hesab edilmişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh **********6 saylı, 26 fevral 2020 -ci il tarixli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, 12 il 6 ay güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə pensiya təyin edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1980 – 1982-ci illərdə hərbi xidmət keçmişdir və həmin dövr onun ümumi iş stajına daxil olunur. Hərbi xidmətdən əvvəl onun 8 ay 22 gün iş stajı da olmuşdur. O, 1982-ci ildən iş fəaliyyətini davam etdirmiş və işlədiyi müəssisələr və tutduğu vəzifələr barədə əmək kitabçasında müvafiq qeydlər mövcuddur və iş stajı qanuni şəkildə təsdiqlə nir. O, 1983-cü ildən hal - hazıradək kabelçi vəzifəsində çalışır. AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi MMC tərəfindən verilən 09 nömrəli 5 dekabr 1985-ci il tarixli güzəştli arayışda onun “SoyuzTelefonStroy” Trestində 13 may 1985-ci il tarixdən 18 fevral 2002-ci il tarixədək kabelçi, “Azərrabitəinşaat” ATSC-də 7 mart 2002-ci il tarixdən 19 mart 2002-ci il tarixədək və 3 sentyabr 2002-ci il tarixdən 16 fevral 2004-cü il tarixədək kabelçi, “Bakı Telefon Rabitəsi İstehsalat Birliyi”nin ("xxxx" MMC) Rabitə Qurğularının Tikintisi və Təmiri İdarəsində 5 sentyabr 2005-ci il tarixdən 29 dekabr 2006-cı il tarixədək və 8 yanvar 2007ci il tarixdən 27 iyun 2007-ci il tarixədək kabelçi, “Bakı Telefon Rabitəsi İstehsalat Birliyi”nin X2 29 iyun 2007-ci il tari xdən 25 yanvar 2018-ci il tarixədək kabel lehimləyicisi və 26 yanvar 2018-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin Xətt qurğularının istismarı şöbəsinin EATS-430/431 xəttində kabel lehimləyicisi vəzifəsində işlədiyi, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 30-cu bəndi üzrə kabel lehimləyicisi işi (qurğuşunlaşdırılmış kabellərin, polietilen və poloxlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər) güzəştli pensiya hüququ verən zərərli iş hesab edilmişdir. Bakı Telefon Rabitəsi MMC tərəfindən verilən 4 nömrəli 21 yanvar 2020ci il tarixli arayışa ə sasən, kabel calayıcısı vəzifəsi və kabel lehimləyicisi vəzifəsi eyni iş funksiyası daşıyır. Güzəştli şərtlərlə pensiya almaq üçün onun (iddiaçının) bütün hüquqları – 25 ildən artıq ümumi iş stajı, 12 il 6 aydan artıq zərərli işlərdə iş stajı var, 60 yaşı tamam olmuşdur.

7. Cavabdeh iddia ərizəsinə etiraz edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-4889/2020 saylı qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya 2 dekabr 1959-cu il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajına (bu hal mübahisəli deyil), o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən zərərli işlərdə (AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə) iş stajına malik və 60 yaşı tamam olmuş şəxs kimi «Əmək pensiyaları haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Odur ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

10. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103) -933/2021 nömrəli iş üzrə 09 avqust 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: V.Ə.Baxışova və A.S.Hüseynov) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-4889/2020 saylı qərarı dəyişdirilmiş, qərarın nəticə hissəsində “1959” rəqəmi “2019” rəqəmi ilə əvəz edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmələr hesab etmidir ki, iddiaçının onun çalışdıığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda. “Rabitə”(30) bölməsində nəzərdə tutulmuş qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər peşəsinə uyğun gəlir. İddiaçının həmin kod əsasında güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün, o ən azı 12 il 6 ay ərzində: Rabitə sahəsində işləməli; qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlükl ü kabellərin lehimlənməsi üzrə işlərdə çalışmalı; kabelçi-lehimləyici olmalı idi. İddiaçı isə qeyd olunan şərtlərə cavab vermir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

18. Azərbaycan R espublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13 2.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qayd ada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

22. Aşağı instansiya məhkəmələri hesab etmişdir ki, iddiaçının mövqeyi qanunvericiliyin tələblərinə uyğun olduğundan iddia təmin edilməlidir. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarını əsassız hesab edərək ondan kassasiya şikayəti vermiş və qeyd etmişdir ki, iddiaçını n işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından iddia əsassızdır.

23. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini iş materialları və qanunvericiliyin müvafiq normaları ilə əlaqəli şəkildə təhlil edərək apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün o, qeyd edilən yaş həddinə çatmalı, 25 il ümumi iş stajı olmalı və bu müddətin ən azı 12 il 6 ayını əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmalı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.

24. Apelyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, 60 yaşı 02.12.2019-cu il tarixdə tamam olan iddiaçının həmin tarixə, hərbi xidmət də daxil olmaqla, 25 ildən çox ümumi, Siyahıda nəzərdə tutulan “30. Rabitə - qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər” peşəsində isə 12 il 6 aydan çox xüsusi staja malik olması hərbi bilet, əmək kitabçası, iş yerinin güzəştli arayışı və digər mötəbər sənədlərlə təsdiqini tapır.

25. Halbuki, iddiaçının qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə çalışmış olduğu iş materialları ilə öz təsdiqini tapmır. Hətta iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş güzəştli arayışlarda da iddiaçının gördüyü işlərin məhz qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsindən ibarət olduğuna dair heç bir məlumat yoxdur. Arayışda qeyd edilmişdir ki, kabel lehimləyicisi işi güzəştli şərtlərlə pensiya hüququ verən zərərli iş hesab edilir.

26. Bu arayışın sübut kimi əhəmiyyəti ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdir məli, əsaslandırılmış olmalıdır. Lakin iş materiallarında olan və məhkəmələrin sübut kimi istinad etdikləri arayış, bu tələblərə cavab vermir və buna görə də mötəbər sübut kimi qəbul olana bilməz.

27. İşin hallarının bu vəziyyətində, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşə və istehsalatlarda işlədiyinə dair məhkəmənin gəldiyi nəticə, Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsində müəyyən olunan sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi barədə qaydaya, habelə İPM-nin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə uyğun gəlmir. Məhkəmə bu prosessual normaların tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siya hılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxartmalı idi.

28. İşin tam və hərtərəfli araşdırılması barədə bu prosessual tələblərə riayət olunmaması, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsasdır. Lakin iş üzrə yeni qərar çıxarılması üçün əvvəlki abzasda göstərilən halların araşdırılması zəruridir və əhəmiyyətli sayda sübutların araşdırılması tələb olunur.

29. Göründüyü kimi, apelyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir.

30. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, beləliklə də qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti qismən təmin edilməli v ə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 avqust 2021-ci il tarixli 21(103)-933/2021 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar