Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1928/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2-1(103)-2237/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5324/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə qarşı «əlilliyin müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı xx.xx.2017-ci il tarixdən 3 iş günü müddətində əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilməsi qərara alınmışdır.
2. Bakı Apellyasiy a Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)324/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5324/2017 saylı iş üzrə 03 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Bundan sonra, iddiaçıya xx.xx.2017-ci ildən əlillik təyin edilmişdir.
4. İddiaçıya xx.xx.2017-ci il tarixdə təyin edilmiş əlillik xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən etibarsız sayılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahi ş etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1963-cü ildə Naxçıvan MR, Culfa rayonu, Əbrəqunus kəndində anadan olmuşdur. 1992-ci ildə X2 Bayrağı ordenli Politexnik institutunu bitirmişdir. O, 1984-1993-cü illərdə Rusiya Federasiyasının Saratov şəhərində müvafiq işlərdə və 1993-cü ildən 2014-cü ilə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 2008-ci ildən səhhətində yaranmış problemlərlə əlaqədar mütəmadi olaraq həkim məsləhətinə uyğun müalicə kursları qəbul etmişdir. Lakin qəbul etdiyi müalicələr sağlamlığının bərpasını təmin etməmişdir. X1 Komissiyası tərəfindən müayinə göndərişi “Tibbi-Sosial Ekspert Komissiyasına göndəriş” reyestrinə daxil edilmişdir. xx.xx.2017-ci il tarixdə TSERAS üzərində qiymətləndirilərək İİ (ikinci) dərəcə əlillik “ümumi” s əbəbdən beş il müddətinə təyin edilmişdir. Ona əlilliyin gec təyin edilməsi səbəbindən iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli 2-1(81)-5324/2017 saylı qərarı ilə xx.xx.2017-ci il tarixdən 3 iş günü müddətində əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilməsi qərar alınmışdır.
7. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2-1(112)-5083/2022 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilərək, İddiaçı xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin Əlillik altsistemində etib arsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın düzgünlüyünü mübahisələndirsə də, əlilliyi müəyyən edilmiş şəxs, yəni iddiaçı əyani müayinəyə cəlb edilməmiş, müayinənin nəticələrinə əsasən TSEK-in iddiaçıya əlilliyin təyin edilməsi barədə qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməmişdir. İddiaçıya əlilliyin təyini barədə qərar ləğv edilmədiyi halda, cavabdeh tərəfindən iddiaçının əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız hesab edilmişdir. Halbuki qanunvericilikdə əlilliyə dair qiymətləndirmənin Əlillik altsistemində etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır və hazırda iddiaçıya əlilliyin təyini barədə qərar qüvvədədir, cavabdeh həmin qərarın ləğv edilməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2-1(103)-2237/2022 nömrəli qərardadı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, H.Həmidov və C.Yusifov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5083/2022 saylı 23 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə aktı qüvvədə olduğu hal da, yenidən eyni predmetli tələbə baxılması və onun əsaslılığının müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanın aparılması yolverilməzdir. Əgər iddiaçıya əlillik təyin edilməsinə dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda, həmin əlillik Əlillik Altsistemində etibarsız sayıldığı üçün onun bərpa edilmə məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş əlilliklərə münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə qərarlarını n təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur. Bundan başqa məhkəmə qərarının icrası qaydasında təyin edilmiş əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edildiyi müəyyən olunarsa, bunun səbəbləri dəqiqləşdirilməli, nəticəsindən asılı olaraq hüquqi marağına uyğun prosessual hərəkət etməsi üçün iddiaçıya hüquqi yardım edilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icrası qaydasında təyin edilmiş əlilliyin bərpa edilməsi üçün yenidən eyni məzmunlu iddia qaldırılması yolverilməzdir, iddiaçı bu halda icraya nəzarət edən məhkəməyə müraciət etməlidir.
12. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayəti iddia tələbinin məzmununa uyğundur. Əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin ona məhkəmə qərarı əsasında təyin edilmiş əlilliyin və pensiya ödənişinin dayandırılmasına dair hərəkəti onun hüquqlarını və qanunvericiliyin tələblərini pozmuş olduğundan qanunsuz hesab edilməli və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üzərinə qoyulmalıdır. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iddia tələbi mümkün sayılmalıdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etirazda apellyasiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilimişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə (bundan sonra mətndə- İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələ ndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gü ndən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin i nzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, məhkəmə aktı qüvvədə olduğu halda, yenidən eyni predmetli tələbə baxılması və onun əsaslılığının müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanın aparılması yolverilməzdir. Əgər iddiaçıya əlillik təyin edilməsinə dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda, həmin əlillik Əlillik Altsistemində etibarsız sayıldığı üçün onun bərpa edilmə məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir.
20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 35.1 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
21. Apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-5324/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarının məzmunundan göründüyü kimi, iddiaçı Həkim Məsləhət Komissiyasında müayinə olunmuş, həmin Komissiyanın 2788003AABHE nömrəli xx.xx.2017-ci il tarixli bildirişinə əsasə n onun barəsində göndərişin “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edildiyi qeyd edilmişdir. Lakin həmin göndərişə qanunla nəzərdə tutulmuş 3 günlük müddətdə baxılmamış və nəticədə qərar xx.xx.2017-ci il tarixdə verilməklə xx.xx.2017-ci il tarixdən qüvvəyə minən yeni qanunvericiliyin tətbiq edilməsi zərurəti yaranmışdır. 22. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.
23. Beləliklə, iddiaçı xx.xx.2017-ci il tarixdən 3 iş günü müddətində əlilliyin müəyyən edilməsinə dair cavabdehə müraciət etmiş, bundan imtina edildikdə isə o, xx.xx.2017-ci il tarixdən 3 iş günü müddətində əlilliyin müəyyən edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
24. Göründüyü kimi, əlillik inzibati orqan tərəfindən ilkin olaraq xx.xx.2017-ci il tarixdə məhkəmədən kənar qaydada təyin edilmiş, iddiaçının iddia tələbi və mübahisə predmeti bilavasitə əlilliyin özü deyil, onun qanunvericilikdə konkret olaraq nəzərdə tutulmuş 3 günlük müddətdə təyin edilməsi ilə bağlı olmuş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-5324/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə də həmin məzmunda iddia təmin edilmişdir. Başqa sözlə, əlilliyin təyin edilməsi şərtləri mübahisələndirilmədən, onun təyin edilmə tarixi məhkəmə qərarı ilə müəyyən edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi isə işin hallarının tam və hərtərəfli araşdırmamış, müba hisənin predmeti ilə bağlı səhv nəticəyə gələrək hazırkı məzmunda iddianı mümkünsüz hesab etmişdir.
26. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipinin tələbləri iddianın mümkünlüyünə də aiddir.
27. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərardadı İPM-in 12.1, 35.1 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilm əz.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 18 iyul tarixli, 21(103)-2237/2022 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.