Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1928/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı(məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "əlillik dərəcəsinin bərpası və ödənilməmiş pensiya məbləğinin ödənilməsi" tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2-1(103)-752/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hərəkətlərinin qanunsuz hesab edilməsi, əlillik dərəcəsini n bərpa olunması və pensiya ödənişinin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2-1(112)-10634/2023 nömrəli qərardadı ilə (hakim A.Əhədova) iddia mümkün sayılmamışdır.
3. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2-1(112)-10634/2023 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsinin mümkün sayılaraq icraata qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2-1(103)-752/2024 nömrəli qərardadı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, C.Yusifov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiy a məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2024-cü il tarixli 2-1(103)-752/2024 nömrəli qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
6. İddiaçının kassasiya şikayətini nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmiş, həmçinin şikayət prosessual müddətin ötürülməsi ilə verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və ə lavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.... Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə sində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə t utulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. … Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlən ilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
10. Bu Qərarın 7-ci bəndlərində qeyd edilən normaların tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməlidir.
11. Həmçinin qərarın 8-ci bəndində kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətlər ilə bağlı tələblər də qeyd olunmuşdur. Belə ki, İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilmə si ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
12. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2-1(103)-752/2024 nömrəli qərard adı və “inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatı da 29 yanvar 2024-cü il tarixdə poçt vasitəsi ilə göndərmişdir. İddiaçı tərəfindən 31 yanvar 2024-cü il tarixdə qəbul edilmiş, lakin həmin qərardaddan kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.
13. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən iddiaçıya ünvanlanan izahda qeyd edilmişdir ki, kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edilməli və şikayətə vəkil orderi əlavə edilməlidir. Kassasiya şikayəti vermək istəyən şəxs vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, bununla bağlı az təminatlı olduğunu təsdiq edən müvafiq sübutlar təqdim etməklə, məhkəmə aktını qəbul etmiş məhkəməyə dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi üçün məhkəmə aktını aldığı vaxtdan kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətlər daxilində ağlabatan müddət ərzində yazılı müraciət edə bilər. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.
14. Bundan əlavə Ali Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş 12 iyun 2024-cü il tarixli bildirişdə də kassasiya şikayətində olan çatışmazlıqlar barədə ona məlumat verilmiş, 1 iyul 2024-cü il tarixədək həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, ək s halda şikayət üzrə kassasiyanın icraatının mümkün sayılmayacağı barədə xəbərdarlıq olunmuşdur.
15. Buna baxmayaraq, iddiaçı həmin tarixədək vəkil tərəfindən tərtib edilib imzalanmış və vəkilin orderi əlavə edilmiş kassasiya şikayətini və ötürülmüş müddətin bərpası barədə vəsatəti məhkəməyə təqdim etməmişdir.
16. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının şikayəti üzrə kassasiya mümkün sayıla bilməz.
17. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 21(103)-752/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.