Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1929/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: arxiv arayışı; kolxozdakı iş stajının faktiki müddətə görə sosial sığorta stajına daxil edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarş ı “iddiaçının 1 avqust 1993-cü il tarixdən 31 dekabr 1997-ci il tarixədək Oğuz rayonunun “Bucaq” kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-206/2019 saylı, 12 mart 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 2 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaç 1954-cü il tarixdə anadan olmuşdur. İddiaçı 1 avqust 1993-cü il tarixdən 31 dekabr 1997-ci il tarixədək Oğuz rayon “Bucaq” kolxozunda sürücü işləmiş və bu fakt Oğuz rayon Dövlət Arxivinin 23.04.2018-ci il tarixli arayışında qeyd edilmişdir. İddiaçı ona əmək pens iyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh 25 aprel 2018-ci il tarixli məktubunda “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçının əmək kitabçasının olmaması səbəbindən 1993-cü il tarixdən 1997-ci il tarixədək Oğuz rayon “Bucaq” kolxozunda işlədiyi dövrü onun sosial sığorta stajına əlavə edilməsi mümkün deyildir. İddiaçı cavabdehə qarşı 11 dekabr 2018-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 1 avqust 1993-cü il tarixdən 31 dekabr 1997-ci il tarixədək Oğuz rayonunun “Buc aq” kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia “İnzibati icraat haqqında” Qanunun 67.1, 67.2, 67.3-cü maddələrinə istinad olunaraq əsaslandırılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(84)-269/2019 saylı iş) 5 fevral 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının 1 avqust 1993-cü il tarixdən 31 dekabr 1997-ci il tarixədək Oğuz rayon “Bucaq” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsa snamənin 1-ci bəndinə istinad edərək qeyd etmişdir ki, iddiaçının 1 avqust 1993-cü il tarixdən 31 dekabr 1997-ci il tarixədək Oğuz rayonunun “Bucaq” kolxozunda işləməsi Oğuz rayon Dövlət Arxivinin 23.04.2018-ci il tarixli arxiv arayışı ilə öz təsdiqini tapmışdır. Həmin sənədlər iddiaçının iş stajını təsdiq edir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2məruzəçi, X3, X4, 2-1(107)-206/2019 saylı iş) 12 mart 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 5 fevral 2019-cu il tarixli, 2-1(84)-269/2019 nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilərək iddiaçının 1 avqust 1993-cü il tarixdən 31 dekabr 1997-ci il tarixədək Oğuz rayonu “Bucaq” kolxozu nda sürücü işlədiyi müddət, minimum əmək iştirakı normasına görə faktiki işlədiyi müddət (3 il 4 ay 15 gün) üzrə nəzərə alınmaqla onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayəti qismən təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi dövrdə və 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatd a müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Oğuz rayon Dövlət Arxivinin 04.03.2019-cu il tarixli arayışında Oğuz rayonunun “Bucaq” kolxozu heyət iclasının 01.04.1993-cü il tarixli 4 nömrəli protokol kitabında kişilərə minimum norma 260 iş günü, qadınlara-180 iş günü, azyaşlılara 160 iş günü kimi qeyd edilmişdir. Oğuz rayon Dövlət Arxivinin həmin arayışında iddiaçının 1993-cü ildə 235 iş günü, 1994-cü ildə 162 iş günü, 1995-ci ildə 111 iş günü, 1996-cı ildə 182 iş günü və 1997-ci ildə 198 iş günü işlədiyi qeyd edilmişdir. İddiaçı 1993-1997-ci illər ərzində (235+162+111+182+198)=888 iş günü işləmiş, həmin günlər kişilər üçün nəzərdə tutulan 260 iş günü normasına bölünərsə, iddiaçının “Bucaq” kolxozunda faktiki işlədiyi müddətin 3 il 4 ay 15 gün olması müəyyən edilər. Ona görə də iddiaçının 1993-1997-ci illərdə işlədiyi bütün dövrün tam olaraq onun sığorta stajına daxil edilməsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd edilən qanunvericiliyin normasını tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində bu halları qeyd etməsə də, qanunvericiliyin tələbləri baxımından birinci instansiya məhkəməsinin qərarı qeyd edilən hissədə qanunsuzdur. Cavabdeh 19 aprel 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı 1 avqust 1993-cü il tarixdən 31 deka br 1997-ci il tarixədək Oğuz rayon “Bucaq” kolxozunda sürücü işləməsi barədə əmək kitabçası təqdim edə bilməmişdir. Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə istinad edərək qeyd olunmuşdur ki, onun 1 avqust 1993-cü il tarixdən 31 dekabr 1997-ci il tarixədək Oğuz rayon “Bucaq” kolxozunda sürücü işləməsi barədə təqdim etdiyi Oğuz rayon Dövlət Arxivinin 23.04.2018-ci il tarixli arayışı həmin illərin sosial sığorta stajı olaraq hesablanması üçün əsas deyildir. İddiaçının 1 avqust 1993-cü il tarixdən 31 dekabr 1997-ci il tarixədək Oğuz rayonu “Bucaq” kolxozunda sürücü işlədiyi müddət, minimum əmək iştirakı norması na görə faktiki işlədiyi müddət (3 il 4 ay 15 gün) üzrə nəzərə alınmaqla onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar əsassızdır. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırı lmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İşin hallarından görünür ki, iddiaçı pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, bəzi illərin iş stajı əmək kitabçasında göstərilmədiyindən ona pensiya təyin olunmasından imtina olunmuş, dəqiqləşdirilmiş iddiada iddia tələbi 01.08.199331.12.1997-ci illərdə Oğuz rayonu “Bucaq” kolxozunda işlədiyi iş stajının iddiaçının sosial sığorta stajına daxil edilməsi barədə olmuşdur. İddia mümk ünlük şərtlərinə cavab verir. İddiaçı pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdeh etirazında təqdim edilən arxiv arayışında olan dövr iddiaçının əmək kitabçasında olmadığına görə həmin illərin nəzərə alınmadığını bildirmişdir. İddiaçının 01.08.1993-31.12.1997-ci illərdə Oğuz rayonu “Bucaq” kolxozunda işləməsi Oğuz rayon Dövlət Arxivinin verdiyi arayışla təsdiq edilir. Arayışda iddiaçının 1993-cü ildə 235, 1994-cü ildə 162, 1995-ci ildə 111, 1996-cı ildə 182 və 1997-ci ildə 198 iş günü işləməsi qeyd edilmişdir. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolx oz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Kolxozun nümunəvi nizamnaməsinin 33-cü bəndində qeyd edilir ki, kolxozda iş günü, müddəti, qaydası, istirahət günləri; hər il pullu məzuniyyətlər verilməsi qaydası, habelə əmək qabiliyyətli kolxozçuların ictimai təsərrüfatda əmək iştirakı minimumu, sınaq müddətini keçmə qaydaları kolxozun daxili intizam Qaydaları ilə tənzi m olunur. Yəni kolxozda iş vaxtının minimum əmək iştirakı normasının (minimumun) müəyyən edilməsi həmin kolxozun daxili Qaydaları ilə müəyyən edilir. Apellyasiya instansiyası Oğuz rayon Dövlət Arxivinin 4 mart 2019-cu il tarixli arayışına istinad edərək kişilərə minimum normanı 260 gün müəyyən etmişdir. Yuxarıda sadalanan qanunvericilik əsas götürülərək iddiaçının faktik iş norması 235+162+111+182=+198=888x12=10656:260=41 ay=3 il 5 ay təşkil edir (Apellyasiya instansiyası məhkəməsi faktiki iş stajını 3 il 4 ay 15 gün müəyyən etmişdir). Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixl i 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 1-ci bəndində qeyd edilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 1993-1997-ci illərin iddiaçının iş stajı kimi təsdiq edilməsi dövlət arxivinin arayışında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən 3 il 4 ay 15 gün dövrü iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Odur ki, şikayətin dəlili əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq n ormalarının pozuntusuna yol vermədiyindən şikayət təmin olunmadan, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-206/2019 saylı, 12 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1929/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1929/2019
02.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver