Məhkəmə qərarları › İş №2-1(102)-1929/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1929/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1929/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 57 yaş, neftin, qazın, qaz kondensatlarının hasilatı və emalı üzrə texnoloji qurğuların təmiri üzrə çilingər peşəsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Bədəlov Kəmaləddin, Rəsulbəyova Nigar ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyin də Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.07.2021-ci il tarixli, 2-1(103)-494/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Hərbi biletə əsasən 10.05.1981-ci il tarixdən 27.05.1983-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir. 06.07.1989-cu ildə verilmiş diploma əsasən iddiaçı 1980-1989-cu illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır.

2. Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş 06.12.2019-cu il tarixli arxiv arayışında göstərilmişdir ki, iddiaçı 174-U(p) saylı 18.09.1980-cı il tarixli əmrə əsaslanaraq Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (hazırkı Azərbaycan Texniki Universitet) “Avtonəqliyyat” fakültəsinin qiyabi şöbəsinə qəbul olunmuşdur. 1981-ci ildə hərbi xidmətə çağırıldığı üçün İnstitutdan xaric edilmişdir (əmr № 53-U(p) 07.05.1981ci il). Hərbi xidmətdən geri qayıtdıqdan sonra instituta bərpa olunmuşdur (əmr № 149-U(p) 19.09.1983-cü il). 148U(p) saylı 07.06.1989-cu il tarixli əmrə əsasən iddiaçı Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirmiş, “Avtomobil və avtomobil təsərrüfatı” ixtisası üzrə tam kursu keçmiş və mühəndis-mexanik ixtisası üzrə ona diplom verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il tarixli qə rarına əsasən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu Azərbaycan Texniki Universiteti adlandırılmışdır.

3. İddiaçı əmək kitabçasına əsasən 24.10.1980-cı ildən 27.04.1981-ci ilə qədər “XXİİ qurultay” adına Bakı X1 1 saylı texnoloji sexində texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsində işləmişdir. 04.05.1981-ci ildən 07.06.1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 16.08.1983-cü ildən 06.03.1988-ci ilə qədər “XXİİ qurultay” adına Bakı X1 2 saylı texnoloji sexin 201 saylı texnoloji qurğusunda texnoloji qurğu operatoru peşəsində işləmişdir. 06.03.1988-ci ildən 16.05.1994-cü ilə qədər “XXİİ qurultay” adına Bakı X1 2 saylı texnoloji sexində texnoloji nasos maşinisti peşəsində işləmişdir. 16.05.1994-cü ildən 10.10.1997-ci ilə qədər “Azərneftyağ ” İB-nin 1 saylı yağ istehsalı 201 saylı texnoloji qurğusunda texnoloji qurğu əməliyyatçısı peşəsində işləmişdir. 10.10.1997-ci ildən 15.07.2008-ci ilə qədər “Azərneftyağ” İB-nin 1 saylı yağ istehsalı qurğusunda növbətçi-çilingər peşəsində işləmişdir. 15.07.2008-ci ildən 07.07.2015-ci ilə qədər “Azərneftyağ” NEZ-in 7 saylı texnoloji sexin 1 saylı sahəsinin təmir bölməsində təmirçi-çilingər peşəsində işləmişdir. 07.07.2015-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən Heydər Əliyev adına X1 25 saylı Texnoloji sahənin təmir üzrə xidmət sahəsində təmirçi-çilingər peşəsinə keçirilib, halhazırda (18.02.2020-ci il) işləyir.

4. Heydər Əliyev adına X2 tərəfindən verilmiş 20.11.2019-cu il tarixli arxiv arayışına əsasən iddiaçı: 1) 24.10.1980-cı ildən (işə qə bul əmri 224/K 24.10.1980-cı il) 27.04.1981-ci ilə qədər “XXİİ qurultay” adına Bakı X1 1 saylı texnoloji sexində texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsində işləmişdir; 2) 27.04.1981-ci ildə (işdən çıxma əmri 103/k 28.04.1981-ci il) Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 36.3-cü maddəsinə əsasən hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad edilib; 3) 16.08.1983-cü ildən (işə qəbul əmri 169/şh 16.08.1983-cü il) 06.03.1988-ci ilə qədər “XXİİ qurultay” adına Bakı X1 2 saylı texnoloji sexin 201 saylı texnoloji qurğusunda texnoloji qurğu operatoru peşəsində işləmişdir; 4) 06.03.1988-ci ildən (işə qəbul əmri 69/şh 05.03.1988-ci il) 16.05.1994-cü ilə qədər “XXİİ qurultay” adına Bakı X1 2 saylı texnoloji sexində texnoloji nasos maşinisti peşəsində işləmişdir; 5) 16.05.1994-cü ildən (işə qəbul əmri 295 16.05.1994-cü il) 10.10.1997-ci ilə qədər “Azərneftyağ” İB-nin 1 saylı yağ istehsalı 201 saylı texnoloji qurğusunda texnoloji qurğu əməliyyatçısı peşəsində işləmişdir; 6) 10.10.1997-ci ildən (işə qəbul əmri 214/şh 10.10.1997-ci il) 15.07.2008-ci ilə qədər “Azərneftyağ” İB-nin 1 saylı yağ istehsalı qurğusunda növbətçi-çilingər peşəsində işləmişdir; 7) 15.07.2008-ci ildən (işə qəbul əmri 343/k 15.07.2008-ci il) 07.07.2015-ci ilə qədər “Azərneftyağ” NEZ-in 7 saylı texnoloji sexin 1 saylı sahəsinin təmir bölməsində təmirçi-çilingər peşəsində işləmişdir; 8) 07.07.2015-ci il tarixli, SOCAR/15-1700/8-04002186 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən Heydər Əliyev adına X1 25 saylı texnoloji sahəsinin təmir üzrə xid mət sahəsində təmirçi-çilingər peşəsinə keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı, “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”, 10.5. neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir.

5. İddiaçı 12.12.2019-cu il tarixdə cavabdehə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

6. Cavabdeh iddiaçıya ünvanladığı 18 dekabr 2019-cu il tarixli məktubla bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin olunması üçün zəruri olan 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən azdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona 57 yaşı tamam olan tarixdən, yəni 18.10.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 01.01.2006-cı il tarixə 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır. Bu əmək stajının olması X2 tərəfindən verilmiş 20.11.2019-cu il tarixli arayışda əksini tapmışdır. Cavabdeh onun 01.01.2006-cı il tarixə 25 il ümumi və 12 il 6 ay xüsusi stajını nəzərə almamaqda haqsızdır.

9. Cavabdehin iddiaya etirazının dəlilləri iddiaçıya pensiya təyin edilməsindən imtinanın əsasları ilə eynidir.

10. Bakı İnzibati Məhkəməsinin 27.02.2020-ci il tarixli, 2-1(112)-2443/2020 nömrəli (sədrlik edən hakim Abıyev Nəriman) qərarı ilə iddia təmin edilərək iddiaçıya 57 yaşdan, yəni 18.10.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının (iddiaçıya məxsus diplom, hərbi bilet və əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla), o cümlədən 12 il 6 aydan artıq, yəni 19 (on doqquz) il, 9 (doqquz) ay, 16 (on altı) gün güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçı 18.10.2019-cu il t arixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.

12. Cavabdeh apelyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat

13. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.06.2020-ci il tarixli, 2-1(103)-1113/2020 nömrəli (hakimlər Ağayev Valeh - sədrlik edən və məruzəçi, Nuriyeva Afaq və Hüseyn Aida) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci ins tansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23.09.2020-ci il tarixli, 2-1(102)-1729/2020 nömrəli (hakimlər Şəfiyev İspəndiyar - sədrlik edən və məruzəçi, Quliyev Zakir və Nəbizadə Rahib) qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.06.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının fa siləsiz təhsil müddətini dəqiqləşdirməmişdir. Məhkəmə iddiaçının işlədiyi dövrləri qərarda göstərsə də, hər bir iş üzrə müddətləri, habelə bu müddətləri toplamaqla iş stajının cəmini müəyyən etməmiş, iddiaçının əmək kitabçasında qeyd olunmadığı halda onun çalışdığı çilingər peşəsinin nəyə görə Siyahıda göstərilən “nəzarətölçü cihazları və avtomatika üzrə çilingər” peşəsinə uyğunlaşdırdığını əsaslandırmamışdır. İddiaçının 01.01.2006-cı il tarixədək 25 il ümumi staja malik olması dəqiqləşdirilməli, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olması ətraflı araşdırılmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayıl ması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar alınmalı, həmin sübutlara qiymət verilməklə yekun qərar çıxarılmalıdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

17. İşə təkrar apelyasiya instansiyası məhkəməsində baxılan zaman Heydər Əliyev adına X2 tərəfindən təqdim edilmiş 15.03.2021-ci il tarixli məlumatın verilməsi haqqında arayışda iddiaçının 10.10.1997-ci il tarixdən 15.07.2008-ci il tarixədək işlədiyi texnoloji qurğuda növbətçi-çilingər peşəsi ilə çilingər peşəsinin eyni əmək funksiyasına malik olduğu izah edilmişdir. Arayışda qeyd olunmuşdur ki, “Müəssisəmiz təsərrüfat hesablı fasiləsiz iş qrafiki ilə işləyən dövlət əhəmiyyətli strateji müəssisədir. Bu səbəbdən işçinin xidm ət etdiyi sahələrdə görülən işlər günün istənilən vaxtında təkrarlana bilər. Belə ki, işçinin işlədiyi “texnoloji qurğuda növbətçi çilingər”, “texnoloji qurğuda çilingər”, “texnoloji qurğuların təmiri üzrə çilingər” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı (2 №li siyahının Xİİ bölməsi, 2130200a-18547 saylı kod) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı (10.5 Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bəndi) peşələri üzrə işləyən fəhlələr eyni əmək funksiyasını yerinə yetirirlər. İşçi növbəli iş qrafiki ilə işlədiyi üçün növbətçi çilingər kimi qeyd olunmasına baxmayaraq, texnoloji qurğuların təmiri üzrə çilingərin icra etdiyi funksiyaların eyni ilə növbə ərzində icrasını təmin edir. Əlavə olaraq nəzərinizə çatdırmaq istərdik ki, həmin peşənin adı hazırda Heydər Əliyev adına X1 təsdiq edilmiş ştat cədvəlində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”nın 36-cı hissəsinə uyğun olaraq “texnoloji qurğuların təmiri üzrə çilingər” olaraq qeyd edilmişdir və adıçəkilən tarifixtisas sorğu kitabçasının 1-ci və 36-cı hissəsində qeyd olunduğu kimi aşağıda göstərilən peşə funksiyalarını yerinə yetirir: Texnoloji sahələrdə çilingər (növbətçi) peşəsi üzrə işləyən zaman işçinin əsas funksiyası texnoloji avadanlıqların təmiri, dəqiq və mürəkkəb texnoloji avadanlıqların və mexanizmlərin təmiri və xidmətindən ibarətdir. Bundan başqa, xüsusi avadanlıq tətbiq etməklə daha mürəkkəb və daha dəqiq avadanlıq və mexanizmlərin hazırlanması; fiqurlu çevrəsi olan detalların tamamlanması, sürtülməsi və 7-10-cu kvalitetlər üzrə tam hamar səthin alınması; mexanizmlərdən istifadə etməklə xüsusi mürəkkəb qovşaq və texnoloji qurğuların, kalonların, peçlərin, buxarla işləyən və mərkəzdənqaçma nasoslarının, aparatların, avadanlıqların, boru kəmərlərinin, armaturların təmiri, yığılması, silinməsi və təmirdən sonra istismar üçün tam yararlı şəkildə təhvil verilməsi; tutum və çənlərin, rezervuarların avadanlıqlarının işçi və nəzarət qoruyucu klapanlarının çıxarılması və təmir edildikdən sonra qaytarılıb yerinə qoyulması; tam təmirdən sonra avadanlığın yığılması və quraşdırılması üçün mürəkkəb qurğuların hazırlanması; qaldır ıcı-nəqliyyat mexanizmləri və xüsusi alətlər tətbiq etməklə takelaj işlərinin yerinə yetirilməsi; təmir ediləcək texnoloji avadanlıqların mürəkkəbliyinə və texnoloji istismar müddətinə uyğun olaraq qüsurlar cədvəlinin tərtib edilib siyahıya salınması; növbə ərzində lazım gələn təmir işlərinin vaxtında yerinə yetirilməsi”.

18. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası 26.07.2021-ci il tarixli, 2-1(103)-494/2021 nömrəli (hakimlər Məmmədov Vidadi - sədrlik edən və məruzəçi, Qurbanov Raqib və Tağızadə Mirzə) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 27 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbi nin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri 20. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilə rin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi.

21. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

23. İddiaçının əmək kitabçasından və hərbi biletindən görünür ki, ümumi iş stajı 24 il 11 ay 8 gün təşkil edir. (24.10.1980-27.04.1981-ci il 6 ay 3 gün, hərbi xidmət 04.05.1981-07.06.1983-cil il 2 il 1 ay 3 gün, 16.08.1983 - 01.01.2006 22 il 4 ay 15 gün)

24. İddiaçının 013965 nömrəli diplomundan və Azərbaycan Texniki Universitetinin 06.12.2019-cu il tarixli arxiv arayışından görünür ki, iddiaçı qiyabi təhsil almışdır. Təhsil aldığı müddətin demək olar ki, bütün hissəsini işləmişdir və cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq həmin müddətləri ümumi iş stajına daxil edir. 18.09.1980-24.10.1980-ci illər (müvafiq olaraq universitetin qiyabi şöbəsinə daxil olduğu gün və əmək fəaliyyətinə başladığı gün) arasındakı müddət ümumi iş stajına daxil edilməməlidir.

25. Beləliklə, 01.01.2006-cı il tarixədək iddiaçının topladığı ümumi iş stajı da 25 ildən azdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilmişdir. Etirazda kassasiya şikayətinin təmin olunmaması xahiş edilir.

27. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və gö stəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunveri ciliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 30. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b)əmək ş əraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. 31. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci madd əsinin v) bəndi. Ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 32. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndi. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlə r üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bi lər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayət mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

35. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası mübahisə üzrə işin materiallarını və kassasiya şikayətinin dəlilləri ni araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

37. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

38. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

39. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddiaçı qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) malik deyildir, həmçini n iddiaçının işlədiyi peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları”da nəzərdə tutulmamışdır.

40. Bundan başqa, cavabdeh iddiaçının qanunla tələb edilən zəruri staja malik olmamasını əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının əmək kitabçasına və hərbi biletinə əsasən onun ümumi iş stajı 24 il 11 ay 8 gün təşkil edir (24.10.1980-27.04.1981-ci il 6 ay 3 gün, hərbi xidmət üzrə 04.05.1981-07.06.1983-cil il 2 il 1 ay 3 gün, 16.08.1983 01.01.2006 22 il 4 ay 15 gün)

41. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı hesablanarkən onun 18.09.1980-24.1 0.1980 tarixlərdə işlədiyi dövrlə üst-üstə düşməyən təhsil müddəti (1 ay 6 gün) nəzərə alınmamışdır.

42. Belə ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, əmək kitabçası, arxiv arayışı və güzəştli arayışa əsasən, 24.10.1980-ci il tarixdən əmək fəaliyyətinə başlayan iddiaçının 18.09.1980-24.10.1980 tarixlərdə iş stajı ilə üst-üstə düşməyən təhsil müddəti (1 ay 6 gün), 10.05.1981-27.05.1983 tarixlərdə hərbi xidmət müddəti (2 il 17 gün), 24.10.1980-27.04.1981 (6 ay 3 gün), 16.08.1983-01.01.2006 (22 il 4 ay 15 gün) tarixlərdə iş stajı nəzərə alındıqda, onun cəmi 25 il 5 gün ümumi iş stajı mövcuddur. Nəzər alınmalıdır ki, iddiaçının 10.10.1997-01.01.2006-cı illərdə işlədiyi texnoloji qurğuda növbətçi çilingər (2 nömrəli Siyahıda kod: 2130301a-18559, peşə: “təmirçi çilingərlər”) və 24.10.1980-27.04.1981-ci illərdə işlədiyi texnoloji qurğuların təmiri üzrə çilingər (2 nömrəli Siyahıda kod: 2130301a-18547, peşə: “texnoloji avadanlıqların təmiri üzrə çilingərlər”) peşələri üzrə işləyən fəhlələr eyni əmək funksiyalarını yerinə yetirirlər. Cavabdeh imtinasında iddiaçının xüsusi stajını bütövlükdə, apelyasiya şikayətində isə 16.08.1983-06.03.1988-ci illərdə işlədiyi texnoloji qurğu operatoru (2 nömrəli Siyahıda kod: 2130301a-16081, peşə: “texnoloji qurğuların operatorları”) və 06.03.1988-16.05.1994-cü illərdə işlədiyi texnoloji nasos maşinisti (2 nömrəli Siyahıda kod: 2130200a-14259, peşə: “texnoloji nasosların maşinistləri”) peşələrini mübahisələndirməmişdir.

43. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin araşdırması ilə razılaşaraq qeyd edir ki, iddiaçının qeyd edilən 18.09.1980-24.10.1980 tarixlərdə iş dövrü ilə üst-üstə düşməyən təhsil müddətini (1 ay 6 gün) cavabdehin mübahisələndirmədiyi 24 il 11 ay 8 günün üzərinə əlavə etdikdə, onun 25 ildən artıq ümumi iş stajı yaranır. Cavabdeh tərəfindən 18.09.1980 - 24.10.1980-ci illər (müvafiq olaraq universitetin qiyabi şöbəsinə daxil olduğu gün və əmək fəaliyyətinə başladığı gün) üzrə müddətin ümumi iş stajına daxil edilməməsi ilə bağlı dəlili əsaslandırılmamışdır.

44. Cavabdeh iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarında nəzərdə tutulmaması ilə bağlı kassas iya şikayətinin dəlilini də əsaslandırmamışdır.

45. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Həmin inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut olunmamışdır.

46. Məhkəmə kollegiyası hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq olunur.

47. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən cavabde hin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

48. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

49. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.07.2021-ci il tarixli, 21(103)-494/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar