Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1929/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icra olunmadığı üçün inzibati orqanın cərimə edilməsi barədə ərizənin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4875/2020 nömrəli qərarının icra icraatı qaydasında ərizəçi İddiaçı inzibati orqanın cərimə edilməsi barədə ərizəsinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(103)-1428/2023 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4875/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “onun mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası qismən təmin edilərək İddiaçı mənzillə təmin edilməsi barədə müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə müvafiq inzibat i aktın qəbul edilməsi barədə öhdəlik qoyulmuşdur.
2. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən işə baxılarkən 11 dekabr 2020-ci il tarixli qərardadla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmiş və 24 fevral 2021-ci il tarixli, 2-1(103)-478/2021 nömrəli qərarla cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4875/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya ş ikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibat Kollegiyasının 22 iyun 2021-ci il tarixli, 2-1(102)1137/2021 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2-1(103)-478/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4875/2020 nömrəli qərarı birinci instansiya məhkəməsi tərəfindən 28 iyul 2021-ci il tarixli məktubla 23 avqust 2021-ci il tarixədək icra edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş və həmin qərarın göstərilən tarixədək icra olunmadığı halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğ un olaraq 50000 manatadək cərimə oluna biləcəyi barədə inzibati orqana xəbərdarlıq edilmişdir.
5. Birinci instansiya məhkəməsi tərəfindən 11 avqust 2021-ci il tarixdə sözügedən qərar əsasında icra vərəqəsi verilərək icra edilməsi üçün Bakı şəhəri Səbail rayon İcra şöbəsinə göndərilmişdir.
6. Bakı şəhəri Səbail rayon İcra şöbəsi tərəfindən 23 avqust 2021-ci il tarixli qərarla Yasamal rayon inzibati ərazisinə aid olduğu əsas gətirilərək qeyd edilən icra sənədinin icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. 7. “Mənzillərin imtiyazlı şəxsə təhvil verilməsi barədə” 16 sentyabr 2021-ci il tarixli akta əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Abşero n rayonu, Yeni Yaşayış Kompleksi ünvanında yerləşən 1 (bir) otaqlı mənzil həmin tarixdə İddiaçı təhvil verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 2-1(112)-4875/2021 nömrəli məhkəmə qərarını 23 avqust 2021-ci il tarixinə qədər icra etmədiyi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cərimə edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 12 dekabr 2022-ci il tarixli, 2-1(112)-4875/2020 nömrəli qərardadı ilə ərizəçi İddiaçı ərizəsi mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il t arixli, 2-1(112)-4875/2020 nömrəli qərarı artıq icra edildiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinin dispozisiya şərtləri mövcud olmadığından ərizə mümkün hesab edilməməlidir.
11. Ərizəçi İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Rəşid Səmədov) 19 aprel 2023cü il tarixli, 2-1(103)-1428/2023 nömrəli qərardadı ilə ərizəçi İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instans iya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı işdən müəyyən olunur ki, məhkəmə qərarı icra üçün cavabdeh quruma – Dövlət Sosial Müdafiə Fonduna göndərildikdən sonra qeyd olunan məsələ ilə bağlı aidiyyəti inzibati orqan olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən vaxtında icra olunmuşdur. Bununla bağlı sübutlar olduğundan, məhkəmə qərarının icra olunmadığı üçün inzibati orqanın cərimə olunması barədə ərizəçi İddiaçı ərizəsi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq mümkün sayılmamışdır. Hazırkı vəziyyətdə ərizəçi bu tələbinin qanuni əsasını ərizəsində göstərə bilməmişdir.
14. Ərizəçi İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edil məsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Ərizəçi kassasiya şikayətində qeyd etmişdir ki, cavabdeh inzibati orqan yekun məhkəmə qərarını müəyyən edilmiş 23 avqust 2021-ci il tarixədək icra etməmiş, icra etməmək üçün müxtəlif bəhanələr gətirmiş, icranı uzatmışdır. Cavabdehin hərəkətsizliyi qanunlara və vətəndaş hüquqlarına olan laqeyd yanaşmanı nümayiş etdirir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, cavabdehin cərimə edilməsi barədə qərar qəbul edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbayc an Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-i n 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.... Maddə
116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normalarının tətbiqi 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir.... Maddə
120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılm ası ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillə rini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəm ə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından ərizəçi İddiaçı ərizəsinin mümkünlüyü ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Bununl a yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Üzərinə qoyulmuş öhdəlikləri (vəzifələri) icra etməyən inzibati orqanların cərimə edilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsi ilə tənzimlənir.
27. Həmin maddənin dispozisiyasında konkret olaraq qeyd edilmişdir ki, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya x idməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir.
28. Göründüyü kimi, cavabdeh inzibati orqan barəsində Məcəllənin 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimənin təyin edilməsi üçün həmin inzibati orqan tərəfindən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş halların mövcud olması əsas şərt kimi qəbul edilmişdir.
29. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)4875/2020 nömrəli qərarı icra edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Abşeron rayonu, Yeni Yaşayış Komplek si ünvanında yerləşən 1 (bir) otaqlı mənzil 16 sentyabr 2021-ci il tarixdə İddiaçı təhvil verilmiş və bu, “Mənzillərin imtiyazlı şəxsə təhvil verilməsi barədə” 16 sentyabr 2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən məhkəmə qərarı icra üçün cavabdeh quruma – Dövlət Sosial Müdafiə Fonduna göndərildikdən sonra qeyd olunan məsələ ilə bağlı aidiyyəti inzibati orqan olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən vaxtında icra olunmuşdur. Bununla bağlı sübutlar olduğundan, məhkəmə qərarının icra olunmadığı üçün inzibati orqanın cərimə olunması barədə ərizəçi İddiaçı ərizəsi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq mümkün say ılmamışdır. Hazırkı vəziyyətdə ərizəçi bu tələbinin qanuni əsasını ərizəsində göstərə bilməmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün sayılmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 21(103)-1428/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.