Məhkəmə qərarları › İş №2-1(102)-1929/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1929/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1929/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tab eliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-97/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. 20 oktyabr 2021-ci il tarixli, 21480 nömrəli Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsi rəisinin xx.xx.2021-ci il tarixli 35 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respubl ikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır (əsas: N nömrəli hərbi hissənin komandirinin xx.xx.2021-ci il tarixli, 200/30 nömrəli travma haqqında arayış). İlk tibbi yardım göstərildikdən sonra Akademik M.A.Topçubaşov adına X7 göndərilmiş, xx.xx.2020- xx.xx.2020-ci il tarixədək “Sol döş qəfəsinin daxilə keçən güllə yarası. Hematoraks. Sol İX qabırğa cismin qəlpə fonunda fraqmentasiyalı sınığı” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: çıxarış epikrizi). 21 10.2020-ci il tarixdə MN МНР-da şəhadətləndirilərək 20 (iyirmi), xx.xx.2020, xx.xx.2020-ci il tarixlərdə isə 15 (on beş) gün müddətinə məzuniyyət verilmişdir (əsas: 12263 nömrəli arayış). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsi rəisi tərəfindən hərbi-həkim komissiyasına göndərilmişdir. MN BKH-ın torakoabdominal cərrahı ilə konsultasiya olunmuşdur. xx.xx.2020-xx.xx.2020cu il tarixlərdə Akademik M.A.Topçubaşov adına X5, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərdə MN MHP-da müayinə və müalicədə olmuşdur. X10 Xəstəliklər İnstitutunda aparılmış spirometriya (xx.xx.2021): FVC-4,85, FEVİ-2,96, MMEF3,85, PEF4,91, MEF75-2,33, MEF50-4,28. Nəticə: obstruktiv tipli mötədil ventilyasiya pozğunluğu. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Partlayış travması (xx.xx.2020); döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən soltərəfli hemtoraksla müşayiət olunan kor güllə və qəlpə yaralanmasına görə aparılmış soltərəflı torakosentez, plevra boşluğunun drenajı, d öş qəfəsinin sol yarısında yad cismin xaric edilməsindən (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, sol İX qabırğanın kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qəlpələr), xarici tənəffüs funksiyasının obstruktiv tipli mötədil ventilyasiya pozğunluğu ilə.

2. Bakı 7 nömrəli birləşmiş şəhər xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişindən müəyyən olunur ki, iddiaçıya “xəstəliklərin beynəlxalq təsnifatı: xx sinif xəstələnmənin və ölümün xarici səbəbləri => y35-y36 - qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => y36 hərbi əməliyyatlar => y36.2 - hərbi əməliyyatlar nəticəsində digər...; diaqnozun mətni: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması (xx.xx.2020); döş qəfəsinin sol yarısının pl evra boşluğuna nüfuz edən soltərəfli hemtoraksla müşayiət olunan kor güllə və qəlpə yaralanmasına görə aparılmış soltərəfli torakosentez, plevra boşluğunun drenajı, döş qəfəsinin sol yarısında yad cismin xaric edilməsindən (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, sol İX qabırğanın kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qəlpələr), xarici tənəffüs funksiyasının obustruktiv tipli mötədil ventilyasiya pozğunluğu diaqnozu qoyulmuşdur.

3. İddiaçının əlillik vəziyyətinə Bakı 7 nömrəli birləşmiş şəhər xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsi tərəfindən İddiaçı Əliəsgər oğlunu n sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 276/2022 saylı ekspert rəyində bildirilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün (Forma 088) göndərişdə qeyd edilən (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilib-göstərilməməsindən asılı olmayaraq) diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmamışdır.

5. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2020-cil tarixdə aldığı yaralanmanın nəticəsinə görə xx.xx.2021-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən “Partlayış travması (xx.xx.2020), döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən soltərəfli hemotoraksla müşayiət olunan kor güllə və qəlpə yaralanmasına görə aparılmş soltərəfli torakosentez, plevra boşluğunun drenajı, döş qəfəsinin sol yarısında yad cismin xaric edilməsindən (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, sol İX qabırğanın kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qəlpələr), xarici tənəffüs funksiyasının obstruktiv tipli mötədil ventilyasiya pozğunluğu ilə” diaqnozu qoyularaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 83 c maddəsinin İİ qrafasına əsasən şəhadətləndirilmiş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmışdır. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a) yarımbəndinə əsasən “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi təyin edilmiş, qərar xx.xx.2021-ci il tarixli 21480 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Yuxarıda təyin edilmiş xəstəlik X1 (XBT 10) kodu aşağdakı kimi təyin edilir: Y 36.2, S 21.8, S 27.1, S 22.3, M 79.5, L90.5. 6. “X11”ndə tərtib edilmiş stasionar xəstənin (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə xəstəxanaya müraciət etmiş və ona “J20.8xroniki bronxitin kəskinləşməsi. F07.8-Baş beynin üzvi xəstəliyi nəticəsində kobud davranış xəstəliyi. F32.8-psixoloji simptomlarsız gedən ağır dərəcəli depressiv epizod, F62.0-fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu qoyulmuşdur.

7. ET X2 tərtib edilmiş ambulator xəstənin 15383 saylı xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə xəstəxanaya müraciət etmiş və ona “Döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə və qəlpə yaralanmasına görə aparılmış əməliyyatdan sonrakı vəziyyət, xroniki bronxit, mötədil ventilyasiya pozğunluğu” diaqnozu qoyu lmuşdur. Üç ilə yaxındır ki, bu vəziyyətdə olduğunu qeyd edir. Hərbi döyüşlərdə yaralanıb və cərrahi əməliyyat olunub. Şikayəti boğulmadan, təngnəfəslikdəndir. Auskultasiyada ağciyərdə quru xırıltılar eşidilir. Rentgen müayinə: (xx.xx.2023) Hər iki tərəfdə peribronxit görünür. Sol ağciyərdə və qarın boşluğunda qəlpələr qeyd edilir. SPQ: (xx.xx.2023) Restruktiv tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur. 3 saylı ŞKX-na göndərilir. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində ziddiyyətli məqamların aradan qaldırılması, həmçinin, iddiaçının əlavə müalicəyə ehtiyacının olubolmamasını, əlilliyin müəyyən edilməsinə əsas verən səbəblərin araşdırılması, əlillik təyinatı üçün əsas olan diaqno z və ağırlaşmaların uyğunluğununun müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-tibbi ekspertiza keçirilməsini məqsədəuyğun hesab edərək, xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi ekspertizasının təyin olunmasını qərara almışdır.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” X9 xx.xx.2023-cü il tarixli T870/2023 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, 1995-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suala uyğun komissiya belə nəticəyə gəlir ki, vətəndaş İddiaçı 2 saylı X3 xx.xx.2023-cü il tarixdə xəstəxanaya müraciət edərkən ona “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, baş beynin üzvi xəstəlik nəticəsində (travma mənşəli) kobud davranış pozuntuları, psixotik simptomlarsız gedən ağır dərəcəli depressiv epizod” diaqnozu qoyulmuşdur. Onun tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tİbbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Y36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması (xx.xx.2020), döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən soltərəfli hemotoraksla müşayiət olunan kor güllə və qəlpə yaralanmasına görə aparılmış soltərəfli torakosentez, plevra boşluğunun drenajı, döş qəfəsinin sol yarısında yad cismin xaric edilməsindən (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, sol İX qabırğanın kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qəlpələr), xarici tənəffüs funksiyasının obstruktiv tipli mötədil ventilyasiya pozğunluğu”ndan əziyyət çəksə də, onun əyani müayinəsi zamanı aşkar edilən patomorfoloji dəyişikliklər ona hər hansı əlillik dərəcəsininin təyininə əsas vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin təsdiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi” kimi dəyişdirilməklə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərə alınmışdır.

11. İddia tələ bi onunla əsaslandırılmışdır ki, İddiaçı 2020-ci il Vətən müharibəsinin könüllü iştirakçısı olmuşdur. Sabunçu rayon Hərbi Komissarlığından hərbi toplanışa çağrılmışdır. Azərbaycan Respublikası ərazi bütövlüyü üğrunda gedən döyüşlərdə xx.xx.2020-ci il tarixində “sol döş qəfəsinin daxilə keçən güllə yarası, sol 9-cu qabırğanın qəlpə fonunda sınığı” xəsarətləri almışdır. İlk tibbi yardım göstərildikdən sonra ağır vəziyyətdə Bakı şəhəri Akademik Topçubaşov adına X7 göndərilmişdir. Burada müayinə nəticəsində ağ ciyərlərdə partlayış travması nəticəsində əmələ gələn hemotoraks (ağciyər (plevra) membranlar arasında qan yığılması və ya plevranın plevral fibrozu), döş qəfəsinin sol və sağ yarısında yumşaq toxumalarda çoxsaylı metal qəlpələr aşkar olunmuşdur. İddiaçı xx.xx.2021-ci tarixində Azərbayca n Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza Komissiyasına əlilliyi ilə bağlı müraciət etmişdir (forma 88). xx.xx.2021-ci il tarixində əlillik verilməsinə imtina cavabı gəlmişdir. xx.xx.2021-ci il tarixində təkrar komissiya müayinəsinə ərizə yazmağına baxmayaraq hazırki dövrə qədər iddiaçının ərizəsinə baxılmamışdır. İddiaçı Hərbi Həkim Komissiyasının verdiyi qərara (şəhadətnamə 21480) və iddiaçının yeriməyini və dik durmasını çətinləşdirən çoxsaylı qəlpələrin verdiyi ağrı və maneələr, nəfəs çatışmazlığına əsasən hesab edir ki, imtinası əsassızdır.

12. Cavabdeh iddiaya dair etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 7 nömrəli birləşmiş şəhər xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “xəstəliklə rin beynəlxalq təsnifatı: xx sinif - xəstələnmənin və ölümün xarici səbəbləri => y35-y36 - qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => y36 hərbi əməliyyatlar => y36.2 - hərbi əməliyyatlar nəticəsində digər...; diaqnozun mətni: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması (xx.xx.2020); döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən soltərəfli hemtoraksla müşayiət olunan kor güllə və qəlpə yaralanmasına görə aparılmış soltərəfli torakosentez, plevra boşluğunun drenajı, döş qəfəsinin sol yarısında yad cismin xaric edilməsindən (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, sol İX qabırğanın kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qəlpələr), xarici tənəffüs funksiyasının obustruktiv tipli mötədil ventilyasiya pozğunluğu ilə; mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: diaqnoz əlillik əlaməti təyin etməməsi - səbəb: diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi “iddiaçının qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 2-1(112)-725/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstə ricisin) təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri bəndində (13-cü bənd) L90 Dərinin atrofik zədələnmələri diaqnozu (13.6.) əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. İddiaçı məhz yeni qaydaların qüvvədə olduğu vaxt əyani müayinə olunduğundan (xx.xx.2022-ci il tarix də) və bu, onun əlillik vəziyyətinə (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə) təsir etdiyindən həmin hal nəzərə alınmalı idi. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.

16. Birinci instansiya məhkəməsi ekspert rəyinə tənqidi yanaşaraq qeyd etmişdir ki, məhkəmə qərardadı ilə təyin edilmiş ekspertizanın nəticəsi olaraq təqdim edilmiş rəy bir tərəfdən məhkəmə tərəfindən qoyulmuş sualları cavablandırmadan vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün (Forma 088) göndərişdə qeyd edilən (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilib göstərilməməsindən asılı ol mayaraq) diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadığı bildirilmiş, digər tərəfdən isə həmin rəy cavabdeh qurumun əməkdaşı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial eksperti X4 iştirakı ilə tərtib olunduğundan mötəbər deyil və bu səbəbdən məhkəmə tərəfindən sübut kimi qiymətləndirilmir.

17. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində ki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi X.A.Cəmilova, hakimlər: R.Ə.Səmədov və A.P.Oruczadə) 2-1(103)-97/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-725/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayətində işin halları, imtinanın və a pellyasiya şikayətinin dəlilləri təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən əlilliyin təyin edilməsi və bunun cavabdeh orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək ciddi qanun pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmi şdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem ) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqəda r çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq a pellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜ NLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəru ri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Bununla belə, məhkəmə kol legiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. Hazırkı işin, məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı göndəriş verən müəssisədə xx.xx.2020-ci il tarixdən qeydiyyatdadır və hərbi əməliyyatlar nəticəsində yaralanmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. İlk tibbi yatdım göstərildikdən sonra Ak.M.A.Topçubaşov adına X7 göndərilmişdir, xx.xx.2020-xx.xx.2020ci il tarixədək “sol döş qəfəsinin daxilə keçən güllə yarası. Hematoraks. Sol İX qabırğa cismin qəlpə fonunda fraqmentasiyalı sınığı” diaqnozu ilə stasionar müalicə olmuşdur. Döş qəfəsinin sol yarısında əməliyyatdan sonrakı dəri çapıqları qeyd edilir. Göndərişə əsa sən iddiaçının vəziyyəti əyani müayinə və köməkçi diaqnostik müayinələrlə (ağ ciyərlərin spiroqramması (nəticə: obstruktiv tipli mötədil ventilyasiya pozğunluğu) və döş qəfəsinin rentgenoqrafiyası (Döş qəfəsinin sol yarısında və sağ yarısında aşağı payının yumşaq toxumalarında çoxsaylı kiçik ölçülü metal qəlpə izlənir. Solda İX qabırğanın kafi bitişmiş sınığı izlənir)) təsdiq olunmuşdur.

35. İddiaçıda aşkar olunan xəstəlik kodları barədə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyası tərəfindən təqdim edilmiş məlumatlardan görünür ki, təyin edilmiş xəstəliklər kodu Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı 10-cu baxışa (XBT -10) uyğun olaraq aşağdakı kimi təyin edilir: Y36.2, S21.8, S27.1, S22.3, M79.5, L90.5.

36. İddiaçıya qoyulmuş və hazırda da onda m övcud olan əsas diaqnozun ağırlaşması kimi qeyd olunan “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması (xx.xx.2020), döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən soltərəfli hemotoraksla müşayiət olunan kor güllə və qəlpə yaralanmasına görə aparılmış soltərəfli torakosentez, plevra boşluğunun drenajı, döş qəfəsinin sol yarısında yad cismin xaric edilməsindən (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, sol İX qabırğanın kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qəlpələr), xarici tənəffüs funksiyasının obstruktiv tipli mötədil ventilyasiya pozğunluğu” xəstəlik və əlamətləri göndərişin rəmiləşdirildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nöm rəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də “Y36.2. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, S20-S29 Döş qəfəsinin travmaları; S21.8 Döş qəfəsinin digər şöbələrinin açıq yarası S22.3 Qabırğanın sınığı S27 Döş boşluğunun digər və dəqiqləşdirilməmiş orqanlarının travması növbəti yarımrubrikalar (beşinci rəqəm) sınıq və ya açıq yaranın müəyyənləşməsi üçün çoxsaylı kodlaşdırma aparmaq mümkünsüz olduqda və məqsədəuyğun olmadıqda bu halların əlavə xarakteristikası verilən zaman fakültətiv istifadə üçün verilir. Əgər sınığın “açıq” və ya “qapalı” olması barədə məlumat yoxdursa, onu “qapalı” kimi təsnif etmək lazımdır: 0 – döş boşluğuna işləyən açıq yara olmada n 1 – döş boşluğuna işləyən açıq yara ilə; S27.1 Travmatik hemotoraks M79.5 Yumşaq toxumalarda qalmış yad cisim L90 Dərinin atrofik zədələnmələri L90.5 Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu. Bitişən çapıq (dərinin) Çapıq (yara yeri) Çapıq qüsuru (“eybəcər” çapıq) ƏGO çapıq” olaraq nəzərdə tutulmuşdur.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qiymətləndirilməsi aparılan zaman aşkar olunan xəstəliklər və ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda da öz əksini tapmışdır.

38. İddiaçıda aşkar olunan xəstəlik ağırlaşması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri bəndində (13-cü bənd) L90 XBT-10 kodu ilə Dərinin atrofik zədələnmələri diaqnozu (13.6.) əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Həmin Əlavənin 13.6.2-ci bəndinə əsasən, üzün (kəllə sümüyünün) eybəcərləşmə ilə nəticələnən sümük və dəri strukturlarının həcminə və zədələnməsinə görə çatışmazlıqları 40 faiz nisbətində götürülmüşdür. Həmin xəstəliklərə görə orqanizmin funksiyasının 40 faiz pozuntusuna görə müddətsiz əlillik təyin olunması nəzərdə tutulmuşdur.

39. Həmçinin, iddiaçıda müşahidə olunan xəstəliklər Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı 10-cu baxışa (XBT-10) əsasən: L90 Dərinin atrofik zədələnmələri L90.5 Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu. Bitişən çapıq (dərinin) Çapıq (yara yeri) Çapıq qüsuru (“eybəcər” çapıq) ƏGO çapıq” koduna uyğun gəlir.

40. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir.

41. Göstərilənlərə əsasən, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin imtinası qanunauyğun olmamış, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, hə min məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

42. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

43. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

44. Bu mə nada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metod ikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur

45. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv gö stəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

46. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

47. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçı ya əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

48. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

49. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 21(103)-97/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar