Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-193/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxsə müharibə veteranı statusu və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərb ərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı statusu və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 14 sentyabr tarixli, 2-1(103)-1461/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 08 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsinə dair təsdiqedici hüquqi sənədlərin olmadığı göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ A KTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 01 avqust tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı gedən döyüşlərdə iştirak etməyini nəzərə alaraq, ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1991-1992-ci illərdə Naxçıvan MR Sədərək rayonu istiqamətində Azərbaycan Respublikasının suverenliyi, müdafiəsi və ərazi bütövlüyü uğrunda Ermənistan silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələri tərkibində iştirak etmişdir. Bu b arədə iddiaçının hərbi biletinin 7-ci səhifəsində Sədərək rayon hərbi komissarının möhürü ilə təsdiq olunmuş yazılı qeydi və döyüş əməliyyatlarında iştirakını təsdiq edən Sədərək rayon hərbi komissarı tərəfindən verilən 2003-cü il 25 yanvar tarixli 4/10 nömrəli arayışında öz əksini tapmışdır. İddiaçının həmin illərdə döyüşlərdə iştirak etməsi Sədərək Rayon İcra Hakimiyyətinin Sədərək kənd İnzibatı Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilən arayışla da təsdiq olunur. İddiaçının 1973-cü il təvəllüdlü qardaşı X6 1992-ci il 18 may tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində Sədərək rayonu uğrunda erməni silahlı qüvvələrinə qarşı gedən döyüşdə qəhrəmancasına şəhid olmuş, 1992-cı il 31 may tarixdə isə böyük qardaşı, 1972-ci il təvəllüdlü X1 rayonu uğrunda gedən ağır döyüş əməliyyatında yaralanıb, ikinci qrup əlil olmuşdur. 1994-cü il 12 may tarixdə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında atəşkəs müqaviləsi bağlandıqdan sonra iddiaçı ilə birlikdə döyüşlərdə iştirak etmiş şəxslər müharibə veteranı statusu və vəsiqəsi aldıqları halda, obyektiv səbəblərə görə ona hələ də müharibə veteranı statusu və vəsiqəsi verilməmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir.
6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 10 iyun tarixli, 2-1(112)-1433/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsinə dair təsdiqedici hüquqi sənədlə r yoxdur.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 14 sentyabr tarixli, 2-1(103)-1461/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh məhkəmə t ərəfindən tələb edilən sənədləri və sübutları özündə saxlayaraq məhkəməyə təqdim etməməklə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra mətndə - İPM) 12.4-cü və 60-cı maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Lakin məhkəmə tələb edilən sənədlərin təqdim edilməməsinə heç bir münasibət bildirməmişdir.
13. İddiaçının vəsatəti əsasında məhkəmə 2020-ci il 02 mart tarixdə Sədərək Rayon İcra Hakimiyyətinə sorğu ilə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında, həmçinin 1992-ci il 01 yanvar tarixdən 1994-cü il 31 dekabr tarixədək könüllü özünümüdafiə dəstələrinin tərkibində və digər hərbi hissələrin tərkibində döyüşmüş şəxslərin Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş siyahılarının 2020-ci il 31 mart tarix ədək məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Sədərək Rayon İcra Hakimiyyəti məhkəmənin bu sorğusuna 2020-ci il 23 mart tarixli 39 №-li cavab məktubu ilə bildirmişdir ki, araşdırma aparılmış və məlum olmuşdur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi haqqında və məktubda qeyd edilən siyahı barədə heç bir məlumat yoxdur. Beləliklə də sorğuya məktubla cavab verən icra hakimiyyəti məhkəmənin sorğusunda qeyd etdiyi könüllü özünümüdafiə dəstələrinin tərkibində və digər hərbi hissələrin tərkibində döyüşmüş şəxslər barəsində məlumatları da təhrif etmişdir. Hansı ki, Sədərək döyüşlərində 109 nəfər şəxsin Şəhid olması və 500 nəfərdən çox döyüşçülərin yaralanaraq əlil olduğu məhkəmənin diqqətinə çatd ırılmışdır. Lakin məhkəmə öz qərarında Sədərək Rayon İcra Hakimiyyətinin bu sorğusuna cavabda araşdırmanın Sədərək Rayon İcra Hakimiyyətində deyil, məhkəmədə aparılmalı olduğunu və tələb olunan sənədlərin təqdim edilməməsinə hər hansı bir münasibət bildirməmişdir.
14. Bundan əlavə, məhkəmə nədənsə sorğuya cavabda qeyd edildiyi kimi siyahı barədə onlarda heç bir məlumatın olmadığını göstərdikləri halda araşdırmanı hansı sənəd əsasında apardıqlarını aydınlaşdırmamışdır. Lakin məhkəmə qərar qəbul edən zaman öz mülahizəsinə uyğun mövqe nümayiş etdirib cavab məktubunda qeyd olunan yalan məlumatları əsas götürərək iddiaçının məhkəməyə təqdim etdiyi mötəbər sübutlara istinad etməmişdir.
15. Cavabdeh tərəfindən həmin sübutların əksini sübut edə biləcək hər hansı mötəbər sübut da məhkəməyə təqdim edilməmişdir. Hansı ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır.
16. Məhkəmə qərar qəbul edərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən hər hansı bir faktı araşdırmamış, cavabdeh tərəfindən məhkəməyə hər-hansı bir sənədin təqdim edilmədiyi halda, iddiaçının təqdim etdiyim mötəbər sübutları nəzərə almamış və həmin sübutları əsassız olaraq şübhə altına almışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı və i ddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
17. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19. Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara k əndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədl iyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsas namənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş ə məliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.
20. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiy ası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada ə saslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və həmin qənaətin əsasları ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 27 sentyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 09 iyul tarixli Qərarında göstər ilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
24. Yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin məsələyə dair şərhindən irəli gələn nəticəyə görə, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməs i üçün ezam olunmuş, həmçinin 1994cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər.
25. İddiaçı ona müharibə veteranı adının verilməsi üçün təqdim edilməsi qanunvericiliklə imperativ qaydada tələb olunan sənədlərə malik deyil, onun birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlər isə məzmunca ziddiyyətli olduğundan və bu ziddiyyətlərin iddiaçının xeyrinə həlli mümkün olmadığından onlar mötəbər sübut kimi qəbul edilməmişlər.
26. İddiaçıya məxsus 2002-ci il 19 yanvar tarixdə verilmiş AO ******* nömrəli hərbi biletin 7-ci səhifəsində (14-cü bölmə) onun döyüşlərdə iştirak etmədiyi göstərilsə də, sonradan həmin qeydin üstündən xətt çəkilərək, 1991-1992-ci illərdə Sədərək döyüşlərində iştirak etdiyi qeyd edilmişdir. Həmin düzəliş barədə ayrıca təsdiqedici qeydiyyat aparılmamışdır.
27. Cavabdehin Sədərək rayon şöbəsindən daxil olmuş 2019-cu il 03 sentyabr tarixli, 233 nömrəli məktubunda həmin məsələyə dair bildirilmişdir ki, iddiaçıya məxsus AO ******* saylı hərbi biletin 7-ci səhifəsində 1991-1992-ci illərdə Sədərək rayon döyüşlərində qeydlərin aparılması əsassız şəkildə qeyd olunmuş və şöbənin arxivində iddiaçının şəxsi qeydiyyat kartasında onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında könüllü olaraq iştir ak edib-etməməsi barədə heç bir məlumat yoxdur. Odur ki, işdə olan iddiaçıya aid uçot kartasında onun 1991-1992-ci illərdə Sədərək döyüşlərində iştirak etməsi barədə aparılmış qeydiyyatın və Sədərək rayon hərbi komissarlığı tərəfindən Sədərək kənd icra nümayəndəliyinin arayışına istinadən verilmiş 2003-cü il 25 yanvar tarixli, 4/10 nömrəli arayışın da mötəbərliyi istisna edilir.
28. Həmçinin, Naxçıvan MR Sədərək RİH-in 2020-ci il 23 mart tarixli, 39 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi haqqında və məktubda qeyd edilən siyahı barədə heç bir məlumat yoxdur.
29. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, İPM-in 1.2-ci maddəsinə əs asən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. İPM-in sözügedən maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə isə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
30. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır və iddiaçının “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə istinadını əsaslı hesab etmir.
31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin o lunması üçün əsaslar yoxdur.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 14 sentyabr tarixli, 2-1(103)-1461/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov