Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-193/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi, ümumi iş stajı.. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2314/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına müraciət etmiş, sonuncu 13 noyabr 2020-ci il tarixli, **********4 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, 1 yanvar 2006-cı il tarixinədək 25 ildə n az ümumi, 12 il 6 aydan az güzəştli iş stajı olduğundan, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.09.2018-ci il tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. 28.10.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 01.06.1982-ci il tarixdən 19.06.1984-cü il tarixədək Sovet Ordu sıralarında hərbi xidmətdə olmuşdur. 20.08.1984-cü il tarixdən əmək fəaliyyətini davam etdirmişdir. Həmin tarixdə Bakı Məişət Kondisionerləri zavodunun nəqliyyat sexinə 2 dərəcəli avtomobillərin təmirçi-çilingəri peşəsinə işə qəbul olunmuşdur. 01.05.1985-ci ildə 115 saylı əmrlə həmin sexdə 2-ci dərəcəli, 01.09.1985-ci ildə isə 3-cü dərəcəli akkumulyatorçu peşəsinə keçirilmişdir. 24.07.2000-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cü maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İş prosesində istehsalın fasiləsiz işini təmin etmək üçün müəssisənin parkında 200-dən artıq akkumlyatorla işləyən elektrokar və avtoyükləyicilər in təmiri ilə məşğul olmuşdur. 24.12.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən verilmiş arayışdan da görünür ki, 14 ildən artıq müddətdə zərərli işdə çalışmışdır. Arada bir müddət fasilədən sonra 02.05.2003-cü il tarixdə "xxxx" MMC-də Taxta fabrikinə fəhlə vəzifəsinə işə qəbul olunmuşdur. 29.12.2003-cü il tarixdə isə həmin MMC-nin Nəqliyyat Dəstəsinə avtoelektrik vəzifəsinə keçirilmiş, 01.02.2006-cı il tarixdə isə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 11.07.2005-ci ildən Mars Overseas müəssisəsinə İstehsalat şöbəsinə elektrik təyin edilmiş, 29.12.2017-ci il tarixədək həmin müəssisədə fəaliyyət göstərmişdir. 05.03.2018-ci il tarixdən “X3 zavodu” MMC-də Limonad İstehsalı sahəsinin texniki bölünmə elektronçu-elektrik vəzifəsinə qəbul edilmiş, 01.06.201 9-cu ildən elektronika mühəndisi vəzifəsinə təyin edilmişdir. 18.08.2020-ci il tarixindən etibarən cavabdehə rəsmi qaydada müraciət etmiş, lakin 2 (iki) aydan artıq müddət keçməsinə baxmayaraq müraciəti barədə heç bir məlumat verilməmişdir. O, da pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin onu da qeyd edir ki, 2018-ci ildən - 55 yaşı tamam olduqdan sonra əmək pensiyası hesablanaraq ona verilməli idi.
4. Daha sonra iddiaçı məhkəməyə ərizə verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının, əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtl ərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2-1(112)-2570/2021 saylı qərardadı ilə (hakim: A.A.Abdullayeva) iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı, əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
6. Cavabdeh iddia ərizəsinə dair etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli 2-1(112)-2570/2021 saylı qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixinədək 12 il 6 ay güzəştli iş stajını tamamlaması iş materialları ilə sübuta yetirilmədiyindən iddia tələbi əsassızdır.
9. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2314/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli 2-1(112)-2570/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası mə hkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı 01.05.1985-ci il tarixdən 26.07.2000-ci il tarixədək "xxxx" ASC-də akkumlyatorçu peşəsində işləməyə başlamışdır. Onun həmin peşədə iş stajı 12 il 6 aydan çox təşkil etmişdir. Cavabdeh tərəfindən "xxxx" ASC-də saxlanılan iş stajına aid sənədlərə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı təsdiq edilmiş 02.11.2020-ci il tarixli aktda göstərilmişdir ki, guya o, 01.07.1997-ci i l tarixdən öz hesabına məzuniyyətə çıxdığından həmin müddətdən sonra olan stajı ümumi staja daxil edilməmişdir.
14. Daha sonra şikayət müəllifi bildirir ki, onun tərəfindən məhkəməyə təqdim edilmiş, zavodun verdiyi 10.12.2019-cu il tarixli arayışdan görünür ki, 1998-ci ilin iyun ayında ödənişli məzuniyyətə çıxmış, 1999-cu ilin fevral və mart aylarında zavodun çağırışı əsasında yenidən işə qayıtmışdır. Daha sonra 1999-cu ilin aprel ayından 2000-ci ilin iyul ayınadək məzuniyyətdə olmuş, həmin ilin iyul ayında 8 illik məzuniyyət pulu ödənilmiş və əmək müqaviləsinə xitam verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsi n sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə p ensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən, 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağ lı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məh kəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTAN SİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. Hazırkı halda iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ona münasibətdə iki şərt birlikdə ödənilməsi tələb edilir. Yəni, iddiaçının hazırkı tələbinin təmin olunması üçün o, 01.01.2006-cı il tarixədək 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajını tamamlamalıdır.
24. İş materiallarından görünür ki, iddiaçı əmək fəaliyyətinə 28.10.1980-cı il başlamış və hərbi xidmətə gedənədək 21.05.1982-ci ilə qədər işləmişdir. (1 il 2 ay 28 gün) 01.06.1982-ci il tarixdə n 19.06.1984-cü il tarixədək hərbi xidmət keçmişdir. (2 il 19 gün). O, hərbi xidmətdən qayıtdıqdan sonra 15.08.1984-ci il tarixdən 24.07.2000-ci il tarixədək, 02.05.2003-cü il tarixdən 01.01.2006-cı il tarixədək müxtəlif işlərdə işləmişdir. Beləliklə, iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla 01.01.2006-cı il tarixədək ümumi iş stajı 22 il 2 ay 23 gün təşkil edir. 25.Göründüyü kimi, işdə olan sənədlərlə iddiaçının 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajını tamamlaması sübuta yetirilmir. Halbuki, bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
26. İddiaçı 1 yanvar 2006-cı il tarixədək 25 il iş stajına malik olmadığından “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən onun 57 yaşdan güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır. Məhkəmə tərkibi hesab e dir ki, iddiaçı 01.01.2006-cı ilə qədər lazım olan 25 il ümumi staj şərtini ödəmədiyindən ona münasibətdə əlavə olaraq digər şərtin, xüsusi staj şərtinin ödənilib-ödənilməməsinin yoxlanılmasına zəruriyyət qalmamışdır. Çünki, ümumi staj şərtinin ödənilməməsi hazırkı iddianın rədd edilməsi üçün müstəqil əsas təşkil edir.
27. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamış, məhkəmə iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2314/20 21 saylı iş üzrə 22 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.