Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1930/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1930/22) (Açar sözlər: bələdiyyə qərarı əsasında mülkiyyətə verilmiş torpaq sahəsinə dair çıxarışın verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx ) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2-1(103)-76/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 124 saylı 15 oktyabr 2005ci il tarix li qərarı ilə ünvan 2-də yaşayan iddiaçıya uzun illər istifadə etdiyi torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün cizgidə göstərilən sahədə 1200 kv.m torpaq sahəsi ayrılmışdır.
2. İddiaçı ilə Qaraçuxur Bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair Akt tərtib edilmişdir.
3. Qaraçuxur Bələdiyyəsinin mütəxəssisi Q.Göyüşov tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin planı tərtib edilmişdir.
4. İddiaçı müvafiq torpaq sahəsinə çıxarış almaq məqsədi ilə xx.xx.2018-ci il tarixdə cavabdehə müraciət etmişdir.
5. Cavabdeh iddiaçıya imtina məktubu ilə bildirmişdir ki, ərizəyə əlavə edilmiş sənədlər kserosurət olduğundan, alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq edilmədiyindən, idarənin elektron kadastr baza məlumatına əsasən müvafiq torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadə sinə verildiyindən, əlavə 220 kv.m torpaq sahəsi zəbt edildiyindən ərizənin icrası mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 124 saylı 15 oktyabr 2005-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxan rayonu Qaraçuxur bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 124 saylı “fərdi ev tikintisi ü çün torpaq sahəsinin ayrılması haqqında” qərarı ilə iddiaçının istifadə etdiyi torpaq sahəsində fərdi yaşayış evinin tikinti üçün cizgidə göstərilən sahədə 1200 kv.m. torpaq sahəsi ayrılması qərara alınmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçı tərəfindən yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə hüquqmüəyyənedici sənədləri toplayıb cavabdeh orqana təqdim edilmiş, lakin tələbinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də onun pozulmuş hüquqları bərpa olunmalıdır. 8.Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2-1(82)4250/2019 saylı qərarı (hakim Z.Tağıyev) ilə iddia t ələbi təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər (bələdiyyə qərarı, torpağın alqı-satqısına dair akt) cavabdehə təqdim olunmasına baxmayaraq, cavabdeh formal mülahizələrə əsaslanmaqla iddiaçının tələbini təmin etməkdən imtina etmiş, bununla da onun mülkiyyət hüquqlarını pozmuşdur.
11. Qərardan narazı qalan cavabdeh şikayət verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat 12.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2020-ci il tarixli, 2-1(103)-609/2020 saylı, (hakimlər X10- məruzəçi, X9 və X6) qərarla cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir.
13. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, bələdiyyə tərəfindən torpaqların satılması kimi üsulla bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi nəzərdə tutulmamışdır. Bələdiyyə torpaqları yalnız açıq hərraclar vasitəsi ilə özgəninkiləşdirilə bilər.
14. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qərarından 18 may 2020-ci il tarixdə kassasiya şikayəti vermiş, şikayətdə qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Bundan əlavə, iddiaçı ərizə verərək kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 2-1(102)- 1503/2020 saylı (hakimlər X1 məruzəçi, X3 və X4) qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 25 fevral 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
16. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müva fiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, plan və ölçünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən görülməli işlər bələdiyyə torpağının ayrılması prosesinin tərkib hissəsi olan bir prosesdir və müstəsna olaraq bələdiyyənin özü tərəfindən məcburi qaydada həyata keçirilməlidir. Beləliklə, əgər torpaq sahəsi ayrılarkən proses sonadək qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılmamışsa, iddiaçı reyestrdə torpağa da ir hüququn qeydə alınmasını tələb etməmişdən öncə, torpaqayrıma prosesinin qanunvericiliklə müəyyən edilmiş qaydada sona çatdırılmasını tələb etmək hüququna malikdir.Bundan əlavə, torpağın naturada ayrılmış olması, başqa sözlə faktiki yerinin müəyyən edilmiş olması ona görə həm də zəruridir ki, cavabdehin imtina dəlillərinə (idarənin elektron kadastr baza məlumatına əsasən müvafiq torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş olması, əlavə 220 kv.m torpaq sahəsinin zəbt edilmiş olması) qiymət verilməsi mümkün olsun. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2022-ci il tarixli, 21(103)-76/2022 saylı, (hakimlər X13 - məruzəçi, X2 və X8 ) qərarla cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 sayl ı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.1-ci və 10.2-ci maddələrinin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatı üçün əsas olan torpaq sahəsinə dair Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi “fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” 15 oktyabr 2005-ci il tarixli 124 nömrəli qərarı və həmin torpaq sahəsinə dair sənədlər (alqı-satqı aktı, plan) təqdim etmiş, cavabdeh inzibati orqan isə “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq hərəkətsizlik etməklə imtina etmişdir. Qeyd edilməlidir ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtin anın konkret əsasları göstərilmişdir və həmin əsaslardan biri olduğu halda inzibati orqanlar hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər. Cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının ərizəsini təmin etməmişdir. Halbuki, inzibati orqan araşdırmanı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxlərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. Lakin cavabdeh hazırkı qərarın qanunvericiliyin tələblərinə zidd olaraq hər hansı araşdırma a parmadan (bu barədə cavabdeh hər hansı sübut təqdim etmədi) hərəkətsizliyə yol vermiş və məhkəmə araşdırması zamanı iddia ilə razılaşmayaraq öz etirazını əsaslandıra bilməmişdir.
19. Cavabdeh və üçüncü şəxs Bakı Apelyasiya Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərarından kassasiya şikayəti vermiş, şikayətdə qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi iş üzrə yeni qərar çıxarılması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən “Torpaqların alqı-satqısına dair akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamışdır. Belə ki, “Torpaqların alqı-satqısına dair akt” inzibati aktın qəbul olunma anına qədər deyil, inzibati akt qəbu l olunduqdan sonra müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs tərəfindən imzalanan və möhürlə təsdiq edilən aktdır. Həmçinin, elektron kadastr məlumatlarına əsasən müvafiq torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış ərazilərə aiddir. Həmçinin, bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə elektron bazada məlumat aşkar edilməmişdir.Göründüyü kimi yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları kobud şəkildə pozulmuş və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir.
21. Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə əsasən Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyası qərar çıxararkən maddi və prosessual hüquq normalarını pozmuş, hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları aydınlaşdırmamış, işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə arasında uyğunsuzluq yaranmışdır.Belə ki, Ali Məhkəmə qərarında qeyd etmişdir ki, təkcə bələdiyyə qərarının mövcudluğu torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına əsas verməməlidir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən bu qəbildən olan işlər üzrə bələdiyyə qərarının qəbul edilməsindən sonra iddiaçıya ayrılan; torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilib-keçiri lməməsi (o cümlədən naturada müəyyən edilməsi), iddiaçıya verilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması və təyinatının müəyyən, edilməsi, torpağın alqı-satqısına dair aktın qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilib-edilməməsi (səlahiyyətli şəxslər tərəfindən imzalanması, möhürlənməsi) istiqamətində araşdırılma aparılmalıdır.Həmçinin Ali Məhkəmənin qərarında göstərilən digər zəruri şərtlərə əməl edilməlidir. Bundan əlavə, Ali Məhkəmə qərarında qeyd etmişdir ki, torpağın naturada ayrılmış olması, başqa sözlə faktiki yerinin müəyyən edilmiş olması ona görə həm də zəruridir ki, cavabdehin imtina dəlillərinə (idarənin elektron kadastr baza məlumatına əsasən müvafiq torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş olması, əlavə 220 kv.m torpaq sahəsinin z əbt edilmiş olması) qiymət verilməsi mümkün olsun.İşə təkrar apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən Dövlət Neft Şirkəti 3-cü şəxs qisminda işə cəlb edilmiş və məhkəməyə torpaq sahəsinin həmin şirkətə məxsusluğuna dair sübut təqdim edilməmişdir.Lakin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası işə təkrar baxarkən yenə də bu xüsusatları araşdırıb düzgün hüquqi qiymət verməmişdir. Qeyd edilən torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsində olmasını nəzərə almamışdır. X16 Şirkətinin istifadəsində olan torpaq sahəsinə dair Bələdiyyənin sərəncam vermək səlahiyyətinin olmasını da araşdırmamışdır. Bununlada məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlill əri:
22. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
23. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1.; Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanı tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotekaya qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün ) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat or qanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövl ət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi. Maddə 56.2 Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azya rarlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 56.5 Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Maddə 56.6 Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki ha lları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməs i vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiy a instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məlum olduğu kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 124 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Qeyd edilməlidir ki, iddiaçı hazırkı iddia tələbini əsaslandırmaq üçün öz iddia ərizəsinə Bakı şəhəri, Suraxanı ray onu, Qaraçuxur bələdiyyəsinin “Fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” 15 oktyabr 2005-ci il tarixli, 124 saylı qərarını və torpaqların alqı-satqısına dair tarixi bəlli olmayan aktı əlavə etmişdir ki, adıçəkilən hər iki sənəd kserosurət olmaqla, lazımı ( notariat) qaydada təsdiq edilməmişdir (İş səhifələri müvafiq olaraq 3 və 4).
28. Eyni zamanda iş materiallarında olan ( iş səhifəsi 96) Bakı şəhəri Qaraçuxur Bələdiyyəsinin apellyasiya məhkəməsinə göndərdiyi xx.xx.2021-ci il tarixli, 107 saylı məktubunda deyilir ki, Qaraçuxur Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 124 saylı qərarı mövcud olmayıb və İddiaçı adına bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması barədə heç bir qərar qeydiyyata alınmamışdır.
29. Həmçinin iş materiallarında olan (iş səhifəsi 106) Azərbayc an Respublikası Dövlət Arxivinin Bakı filialının Bakı Apellyasiya məhkəməsinə ünvanladığı 06 iyul 2021-ci il tarixli, BA-02994-2021 saylı məktubunda göstərilir ki, Suraxanı rayon, Qaraçuxur Bələdiyyəsinin arxiv fondu üzrə 2005-ci il tarixli, 124 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncam xx.xx.2005-ci il tarixli deyil, xx.xx.2005-ci il tarixli olmaqla orada İddiaçı barədə heç bir məlumat yoxdur.
30. Həmin məktuba əlavə edilmiş Qaraçuxur Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 124 saylı qərarından (iş səhifəsi 107) görünür ki, sözügedən qərarla X7 Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 saylı binanın qarşı tərəfində (ayrıc aktında göstərilən yerdə) fərdi yaşayış evi tikmək üçün 200 kv.m (0,02 ha) torpaq sahəsi ayrılmışdır.
31. Bununla yanaşı iş mat eriallarında olan (iş səhifəsi 109) AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli məktubunda deyilir ki, Qaraçuxur Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 124 nömrəli qərarı ilə İddiaçı ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin ayrılmasına dair komitəyə heç bir müraciət daxil olmamışdır.
32. Beləliklə bütün yuxarıda göstərilənlərdən göründüyü kimi, İddiaçı adına sözügedən ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinin ayrılması təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir.
33. Lakin apellyasiya instansiyası məhkəməsi hazırki inzibati mübahisəni həll edərkən göstərilən faktları nəzərə almamış, onları tam və hərtərəfli araşdırmamış, nəticə etibarı ilə də qanuna uyğun olmayan və əsassız qərar qəbul etmişdir.
34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddiaçının iddiası rədd edilməlidir.
35. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 96.9 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2022-ci il tarixli, 21(103)-76/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçının iddiası rədd edilsin. Qərar qətidir.