Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1930/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: mənzil uçotuna götürülmə və mənzil kirayə xərclərinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna götürülmə və mənzil kirayə xərclərinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-1080/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək AR SQ-da kursant, xx.xx.2003-cu il tarixdən xx.xx.2006-cı il tarixədək AR SQ-da zabit qismində həqiqi hərbi xidmət keçmişdir. AR DSX rəisinin SQK-nın xx.xx.2006-cı il tarixli, 1302ş/h saylı əmrinə əsasən “HXH” AR Qanununun 19-cu maddəsinin “b” bəndinə (xəstəliyə görə) və N saylı hərbi hissə komandirinin N nömrəli xx.xx.2006-cı il tarixli əmrinə müvafiq olaraq AR SQ-da həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfind ən iddiaçıya verilən 572682 nömrəli arayışdan görünür ki, o, ikinci dərəcə əlildir. Əlilliyin səbəbi kimi xəstəliyin hərbi xidmət dövründə alınması göstərilmiş və əlillik müddətsiz olaraq təyin olunmuşdur.
3. X9 və X7 iddiaçının azyaşlı uşaqlarıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 9.04.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı, onun övladları X10 və X4 adlarına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək mənzil uçotuna götürülmə və mənzil kirayə xərclərinin ödənilməsini xahiş etmişdir.
5. Cavabdeh 27 yanvar 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının ailə üzv ü olan arvadı X2 adına Şəki rayonu, Kiçik Dəhnə kəndində fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qeydə alınmışdır. Beləliklə, müraciətin təmin olunması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı iki nəfər ailə üzvü ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil sahəsi alınanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay İddiaçı və onun ailə üzvləri X8 və X1 ödənilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Azərbaycan Ali Hərbi Məktəbinə kursant kimi daxil olaraq xx.xx.2003-cü il tarixdə oranı bi tirmiş, həmin tarixdən xx.xx.2004-cü il tarixə kimi DSX rəisi-SQ komandanın sərəncamında olmuş, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixə qədər mənəvi psixoloji hazırlıq üzrə müavin işləmiş, xx.xx.2006-cı il tarixə qədər isə tağım komandiri işləmişdir. Xidmət illəri ərzində ciddi bir xəstəliyə tutulmuş və xx.xx.2006-cı il tarixli əmrlə xəstəliklə əlaqədar (İİ qrup əlildir) istefaya buraxılmışdır. Xidmət dövrü ərzində evlə (mənzillə) təmin edilməmişdir və hazırda 3 nəfər ailə üzvü ilə (həyat yoldaşı və 2 nəfər uşaq) birlikdə ünvan 1 ünvanda yerləşən sahəsi 33 kv.m olan 14 nömrəli mənzildə yaşayır. İddiaçının bununla da “Hərbi qulluqçuların statusu haqqında” qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi alma q hüququ yaranmışdır. Lakin bu hüququnun mövcudluğunu yaxın müddətdə öyrəndiyi üçün xx.xx.2021-ci il tarixli ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin 29 iyul 2021-ci il tarixli məktubla həyat yoldaşı X3 Şəki rayonu Kiçik Dəhnə kəndində paylı mülkiyyətdə 0.1198 ha torpaq sahəsi məxsus olduğu üçün müraciətdən imtina edilmişdir. İddiaçı həyat yoldaşı ilə xx.xx.2015-ci il tarixdə nikah bağlamışdır, torpaq sahəsi nikahdan əvvəl verildiyi üçün birgə mülkiyyətdə deyildir. Digər tərəfdən müvafiq aktla həmin torpaq sahəsi qayınatasına verilmiş və nəticədə onun 7 nəfər ailə üzvünün də torpağa paylı mülkiyyət hüququ yaranmışdır, bununla da həyat yoldaşına 0.1198 ha deyil, onun 1/8 hissəsi məxsus olmuşdur. Lakin İcra Hakimiyyəti daha əvvəlki cavab məktublarında hesab etmişdi r ki, iddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə 0,01498 ha torpaq sahəsində fərdi yaşayış evi tikib yaşaya bilər.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, İddiaçı həyat yoldaşı X3 ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarına əsasən Şəki rayonu, Kiçik Dəhnə kəndində paylı mülkiyyətdə 0.1198 ha həyətyanı torpaq sahəsi məxsus olduğu müəyyən olunmuşdur. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya göndərilən 03/09-11-11/K-13/2-068/2-t/1 saylı xx.xx.2021-ci il tarixli məktuba cavab olaraq İddiaçı Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti başçısının Kiçik Dəhnə kəndindəki nümayəndəsinin h əyat yoldaşı Nuruyeva (Kərimova) Sevinc Xudaverdi qızının adına olan torpağın mülkiyyət hüququna dair JN:1441 saylı Dövlət Aktına əsasən 0,35 ha pay torpağın kənd təsərrüfatı təyinatlı olmasını bildirən 473 saylı xx.xx.2021-ci il tarixli arayış təqdim etmişdir. Lakin, qeyd olunan məsələnin müsbət həllinin mümkün olmaması səbəbi iddiaçının həyat yoldaşı X2 adına olan digər torpaq sahəsinin, yəni ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarına əsasən, Şəki rayonu, Kiçik Dəhnə kəndində paylı mülkiyyətdə olan 0.1198 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Belə ki, həyat yoldaşı X3 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi həyətyanı torpaq sahəsi olduğundan müraciətdə qeyd olunmuş məs ələnin müsbət həlli mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının mənzil növbəsinə götürülməsini və yaşayış sahəsilə təmin olunanadək kirayə haqqının ödənilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2-1(112)-6760/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 2 nəfər ailə üzvü (uşaqları X9 və X7) ilə birlikdə hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədilə mənzil sahəsi alanadək hər ay iddiaçıya və ailə üzvlərinə kompensasiya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının arvadının birgə nikahdan əvvəl torpaq sahəsinə məxsu s olması iddiaçının hərbi qulluqçu kimi mənzil uçotun alınması üçün maneə yaratmamalıdır. Çünki Mənzil Məcəlləsinin 50-ci maddəsi şəxsin özünü və ya ailə üzvünü ayrılıqda yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi qəbul edilməklə uçota alınmasını təsbit etmişdir. İddiaçı iki nəfər ailə üzvü ilə (özü və uşaqları) birlikdə mənzil uçotuna alınmaq hüququna malikdir. İddiaçının zabit heyətinə daxil olması və xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılması tam sübut olunduğundan məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan normalara əsasən iddia tələbi mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədilə mənzil sahəsi alanadək hər ay İddiaçıya və onunla birlikdə yaşayan ailə üzvlərinə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi hissəsində də əsaslıdır və bu hissədə də təmin ed ilməlidir
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-1080/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məkt ubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Hərbi qulluqçuların statusu haqqında” Qanun Maddə
2. Hərbi qulluqçu statusuna malik şəxslər
1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.... Maddə
12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ...
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zab itləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. 18. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012ci il 6 avqust tarixli 174 nömrəli Qərarı
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.
2. Bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. A li Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəs ində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəf li araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi hərbi qulluqçunun mənzil uçotuna götürülmə və mənzil kirayə xərclərinin ödənilməsi barədə iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Məhkəmə kollegiyası nəzərə alır ki, İddiaçı, onun övladları X10 və X4 adlarına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmiş, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi və ya mənzil ayrılmamışdır.
27. Məhkəmə kollegiyası, həmçinin razılaşır ki, iddiaçının arvadının birgə nikahdan əvvəl torpaq sahəsinə (paylı mülkiyyətçi kimi) məxsus olması iddiaçının hərbi qulluqçu kimi iki uşağı ilə birlikdə mənzil uçotuna alınması və mənzil sahəsi alanadək hər ay iddiaçıya və onunla birlikdə yaşayan ailə üzvlərinə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi üçün maneə yaratmamalıdır.
28. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-1080/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.